Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/47
tarix22.05.2018
ölçüsü5,01 Kb.
#45293
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
 

POÇ– Poli Orqan Çatmazlığı 
PTİ – Protrombin indeksi 
PST-9- Protamin sulfat testi 
SİRS – Sistemli  iltihab reaksiya  sindiromu
 
STA –  Süni tənəffüs aparatı 
TEQ – Trombelastoqramma. 
TAF – Trombositlərin aktivasiya faktoru 
TSA– Trombositlərin sponton aqreqasiyası 
ZKQ – Zülalın karbonil qrupu 
ZSQ – Zülalın  sulfidril qrupu 
LDG– Laktat degidrogenaza 
ALT– Alanin aminotransferaza 
AST– Aspartat aminotransferaza 
QF – Qələvi fosfotaza 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 

Giriş 
Problemin  aktuallığı:Kəskin  pankreatit  abdominal  cərrahiyənin  ağır 
patologiyalarindan  biri  olub,  müxtəlif  cərrahi  taktikaların  və  kompleks  intensiv 
müalicə tədbirlərinin aparılmasına baxmayaraq, ölüm faizinin (8-45%) yüksək olması 
ilə təcili cərrahiyyənin aktual problemlərindəndir [103,104]. 
            Hal-hazırda  qarın  boşluğunun  kəskin  cərrahi  patologiyaları  arasında  kəskin 
appendisit, kəskin xolesistitlərdən sonra 3-cü yerdə duran kəskin pankreatitlər son 20 
ildə 40 dəfə artmışdır [3,4,36,77,82]. 
Aparılmış  statistik  materiallara  görə  kəskin  pankreatit  15-20%  hallarda 
destruktiv  xarakter  daşımaqla  ildə  əhalinin  hər  100000  nəfərindən  38  nəfəri  bu 
xəstəliyə tutulur [36,80,104]. 
Buna  səbəb  sоn  illərdə  kəskin  pankreatitlərin  rast  gəlmə  tezliyinin  artmasıdır 
ki,  bu  da  bilavasitə  əhalinin  qidalanmasının  pisləşməsi,  alkoqol  və  onun 
surroqatlarının  qəbulunun  artması,  narkomaniya,  həmçinin  xoşagəlməz  ekoloji 
situasiya ilə bağlıdır [23]. 
Kəskin pankreatitlərin diaqnostikası və müalicəsində əldə olunan nailiyyətlərə 
baxmayaraq, bir sıra məsələlər hələ də öz həllini tam tapmamış və ölüm faizi yüksək 
olaraq  qalmaqda davam edir[81]. 
Son  illərdə  pankreatitlərin  diaqnostika  və  müalicəsinə  həsr  olunmuş 
ədəbiyyatların  təhlilindən  məlum  olmuşdur  ki,  bu  patologiyanın  müalicəsində  əldə 
olunan  nailiyyətlər  bu  problemin  aktuallığını  azaltmamışdır.  Ona  görə  də  letallıq 
yüksək  olaraq  qalmaqda  davam  edir.  Aparılan  araşdırmalardan  aydın  olmuşdur  ki, 
ölüm faizinin belə yüksək olması səbəblərindən biri də, hemostaz sistemi tərəfindən 
meydana  çıxan  ağırlaşmalardır.Kəskin  pankreatitlərin  erkən  mərhələlərində, 
həmçinin  ayrı-ayrı  fazalarında  hemostaz  sisteminin  hansı  fəsadlarının  əmələ  gəlib 
gəlməməsini  proqnozlaşdırmaq  klinisistlər  qarşısında  çətinlik  törədir.  Bu  zaman 
erkən  mərhələlərdə  ağırlaşmaların  və  prosesin  daha  da  irəli  getməsinin  qarşısını 
almaqda   hemostaz sistemi pozğunluqlarının medikamentoz müalicəsinin effektivliyi 
haqqında kifayət qədər məlumatlar olsa da,bu dəyişikliklərin patogenezi, klinikası və 
diaqnostikasına  dair  bir  çox  mühüm  məsələlər  həllini  tapmamış,  ziddiyyətli, 


 
 
 

mübahisəli  məqamlar  hələ  də  qalmaqdadır.  Beləliklə,  kəskin  destruktiv 
pankreatitlərdə  hemostaz  sistemi  göstəricilərinin  monitorinqi  və  onun  korreksiyası 
yolları tam açıqlanmamışdır[11,73,74,77,108,205]. 
Kəskin  pankreatitli  (KP)  xəstələrdə  hemostaz  sistemi  göstəricilərinin 
korreksiyasında hansı antikoaqulyantdan nə vaxt, hansı dozada istifadə etmək, hansı 
yolla  infuziya  aparılması,  antikoaqulyant  terapiyaya  göstəriş  və  əks  göstəriş 
diskussiyalıdır [251]. 
Son  zamanlar  elmi-tədqiqat  işlərində  hemostaz  sistemi  aktivasiyasını  və 
antikoaqulyant terapiyanin effektivliyini qiymətləndirmək üçün fibrinopeptid A və D-
dimer göstəricilərinin öyrənilməsi barəsində məlumatlara rast gəlinir[58,59,164,205]. 
Eyni zamanda, hemokoaqulyasiya pozulmalarının müalicəsinin nəticələri sona 
qədər  araşdırılmamışdır.  Bu  onu  göstərir  ki,  hemokoaqulyasiya  dəyişikliklərinin 
patogenezində  yalnız  trombositlərin  aktivasiyası  və  toxumadan  tromboplastinlərin 
damar mənfəzinə daxil olması deyil,digər faktorlar da mühüm rol oynayır. Məlumdur 
ki, kritik vəziyyətlərdə əsas zədələyici faktorlardan biri də oksidləşmə stressidir (OS). 
KP-lərdə  hemokoaqulyasiya  pozulmalarının  patogenezində  oksidləşmə  stressinin 
rolunun olub olmaması məsələsi də mübahisəlidir[259]. 
Beləliklə, KP-li xəstələrdə hemostaz sistemi göstəricilərinin öyrənilməsi, erkən 
diaqnostika prosessində zəruri laborator-diaqnostik testlərin yerinin rolunun müəyyən 
edilməsi,  hospitalizasiyanın  erkən  müddətlərində  problemin  bu  və  digər  mühüm 
aspektlərinin  öyrənilməsi,  alınmış  nəticələrin  verifikasiyası  və  düzgün 
interpretasiyası olduqca vacibdir. Bu sahə üzrə az məlumat olduğu, problemin bir çox 
aspektlərinin  vaxtında  və  geniş  öyrənilməsi  üçün  biz  elmi  tədqiqatların  davam 
etdirilməsini vacib hesab etmişik.  
Tədqiqatın məqsədi:Kəskin pankreatitli xəstələrdə hemostaz sistemi dəyişikliklərinin 
erkən  diaqnostikası  və  bu  dəyişikliklərin  vaxtında  aşkarlanaraq  nekrotik  prosesin, 
həmçinin  ağırlaşmaların  qarşısının  alınma  yollarının  müəyyən  edilməsi.  Bu  proses 
zamanı  hemostaz  sistemi  dəyişikliklərinin  genezində  oksidləşmə  stressinin  rolunun 
müəyyən  olunmasını  öyrənməklə  hemokoaqulyasiyanın  aktivasiya  dərəcəsini 


 
 
 

qiymətləndirmək  üçün  testlərinin  ardıcıllığının  nəzərə  alınması  hesabına  kompleks 
müalicənin nəticələrinin yaxşılaşdırılması.     
Tədqiqatın vəzifələri: 
1.
 
KP-li xəstələrdə hemostaz sistemi göstəricilərinin monitorinqini aparmaq. 
2.
 
Hemokoaqulyasiya  pozulmalarının  genezində  oksidləşmə  stressinin  rolunun 
müəyyənləşdirmək. 
3.
 
Hemokoaqulyasiya  pozulmalarının  erkən  diaqnostikası  üçün  informativ 
testlərin ardıcıllığını  müəyyən etmək. 
4.
 
KP-lər  zamanı  erkən  mərhələlərdə  hemostaz  sistemi  pozulmalarının 
korreksiyasında  optimal  müalicə  üsullarını  işləyib  hazırlamaq  və  praktikada 
tətbiq  edərək  nekrotik  mərhələnin,  həmçinin  ağırlaşmaların  vaxtında 
qarşısının alınma  yollarını müəyyənləşdirmək.  
Elmi yenilik:  

 
KP-li xəstələrdə hemostaz sistemi göstəricilərinin  dəyişməsinin oksidləşmə stressi 
ilə paralel öyrənilmişdir. 

 
Kəskin  pankreatitlər  zamanı  D-dimerin  səviyyəsinə  əsasən  nekrotik  mərhələnin 
başlanması proqnozlaşdırılmışdır.  

 
Hemostaz  sistemi  göstəricilərinin  erkən  korreksiyasında  kiçik  molekullu  heparin 
tətbiq edilmişdir. 

 
KP-də  hemokoaqulyasiya  dəyişmələrinin  genezində  oksidləşmə  stressinin  rolu 
müəyyənləşdirilmişdir. 

 
Bu  proses  zamanı  erkən  mərhələdə  hemokoaqulyasiya  pozulmalarının 
korreksiyasında kiçik molekullu heparinlə meksidolun birgə tətbiqinin effektivliyi 
öyrənilmişdir. 
 
Tədqiqatın praktik əhəmiyyəti və praktikada tətbiqi: 

 
Ekspress laborator diaqnostika testləri ilk saatlarda hemostaz sistemində meydana 
çıxan dəyişiklikləri  təsdiq və ya inkar etməyə imkan verir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə