Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə11/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   7   8   9   10   11   12   13   14   ...   28

31 

 

ki,  kənd  təsərrüfatında  hansı  təsərrüfat  formalarının  üstünlük  təşkil  etməsindən 



asılı  olmayaraq,  dövlətin  özünün  düşünülmüş  ərzaq  proqramının  olması  və  onun 

həyata  keçirilməsinə  ciddi  nəzarət  ölkənin  iqtisadi  təhlükəsizliyinin  təmin 

edilməsində  xüsusi  əhəmiyyət  kəsb  edir.  Hər  bir  dövlət  çalışır  ki,  ilk  növbədə 

xarici ərzaq təminatından imkan daxilində az asılı olsun. Bunun üçün o, fermerlərə, 

kənd  təsərrüfatı  işçilərinə  sifariş  verməli,  lazım  gəldikdə  isə  güzəştli  kreditlər 

ayırmalıdır. Toxum, gübrə və imkan daxilində texnologiya ilə təchizat məsələsi isə 

inkişaf  etmiş  dövlətlərdə,  o  cümlədən  ABŞ-da  olduğu  kimi,  Kənd  Təsərrüfatı 

Nazirliyinin  səlahiyyətinə  verilməlidir.  Ölkəmizdə  Ərzaq  Proqramının  qəbul 

edilməsi  və  uğurla  yerinə  yetirilməsi  kənd  təsərrüfatı  sahəsində  iqtisadi  durumun 

yaxşılaşdırılmasını  təmin  edə  bilir.  Bu,  əhalinin  kənd  təsərrüfatı  məhsulları  ilə 

təminatında yerli məhsulların xüsusi çəkisinin artması meyli ilə müşahidə olunur. 

 

Ölkənin  iqtisadi  təhlükəsizliyinin  təmin  olunmasında,  eləcə  də  bazarın 



formalaşmasında  elm  və  təhsilin  məqsədyönlü  təşkili  ilə  yanaşı,  intellektual 

mülkiyyətin  dövlət  qanunları  ilə  etibarlı  şəkildə,  beynəlxalq  normalara  uyğun 

qorunması  olduqca  vacibdir.  Elm  tutumlu,  yüksək  məhsuldarlıqlı  əməyin  təşkili, 

yeni  və  ən  yeni  texnologiyanın  yaradılması  və  tətbiqi  bilavasitə,  məhz  bu 

amillərdən  asılıdır.  İntellektual  mülkiyyətin  qorunması  bir  tərəfdən,  rəqabətə 

davamlı  istehsal sahələrinin  yaranmasını, dünya bazarına çıxa biləcək  məhsulların 

istehsalını, həmçinin yaradıcılıq axtarışlarını stimullaşdırır, digər tərəfdən də “zəka 

axını” deyilən çox qorxulu bir prosesin qarşısının alınmasına imkan verir. 

 

Tədqiqatlar  göstərir  ki,  iqtisadi  inteqrasiyanın  ikili  xüsusiyyəti  və  iqtisadi 



təhlükəsizliyin təmin olunması bir-biri ilə əlaqəli problemdir. Xüsusilə də yanacaq, 

enerji,  rabitə,  nəqliyyat  sahələrinin  inteqrasiyası  daha  böyük  diqqət  tələb  edir. 

Başqa  sözlə,  inteqrasiya  dərəcəsinin  səviyyəsi  ölkənin  xaricdən  asılılığını  artıra, 

zəiflədə, eləcə də heç səmərə verə bilməyən amilə də çevirə bilər. 

         Ölkədə daxili istehlak bazarının formalaşmasına mənfi təsir göstərən, iqtisadi 

təhlükəsizliyin  pozulmasına  şərait  yaradan  keçid  dövrü  amillərindən  biri  də  bu 

prosesin  qrup  eqoizmi  və  milli  eqoizm  ilə  müşaiyət  olunmasıdır.  Keçid  dövrünün 

obyektiv,  subyektiv  və  mükəmməl  qanunların  olmamasından  istifadə  edən  ayrı-




32 

 

ayrı qruplar və yaxud xalqlar, daha çox qazanmaq və yaxud “birinci olmaq” iddiası 



ilə  meydana  atılırlar.  Nəticədə  ölkənin  həm  siyasi,  həm  də  iqtisadi  sabitliyi 

pozulur,  hərc-mərclik  yaranır,  ölkənin  sərvəti  qəddarcasına  talan  edilir.  İddialar 

uğrunda  mübarizə bəzən də ciddi qarşıdurmalara, qrup münaqişələrinə səbəb olur. 

Qeyd olunan  hallar  uzun  müddət davam etdikdə  isə, ölkə bəzən  nəinki öz  iqtisadi 

təhlükəsizliyini  itirir,  hətta  siyasi  cəhətdən  də  kiminsə  vassalına  çevrilir.  Bazar 

iqtisadiyyatlı  ölkələrin  tarixa  təcrübəsi  sübut  edir  ki,  yeni  sistemə  keçən  və  siyasi 

cəhətdən  sabit  olmayan  ölkədə:  köhnə  qanunlar  işləmir  və  yeni  qanunlar  qəbul 

olunmur;  korrupsiya  və  rüşvətxorluq  xroniki  hal  alır;istehsal  getdikcə  azalır,  yeni 

sahələr  yaranmır;  ziyalılar  və  elm  adamları  sürətlə  ölkəni  tərk  edirlər;  aclıq  və 

səfalət yaranır; ölkə məhv olmaq təhlükəsi ilə üzləşir. Maddi və mənəvi varidatını 

ərzağa dəyişməyə hətta külli miqdarda borca düşməyə məcbur olur, nəticədə, uzun 

müddətə, bəlkə də həmişəlik asılı vəziyyətə düşür.    

          Azad  və  yaxud  ixrac  istehsal  zonası  kimi  adlandırılan  iqtisadi  zonaların 

yaradılması  heç  də  həmişə  ölkənin  gələcək  inkişafı,  iqtisadi  təhlükəsizliyin  təmin 

edilməsi  baxımından  əlverişli  olmur.  Heç  kimə  sirr  deyildir  ki,  xarici  sahibkarlar, 

donor  ölkələr  və  iri  xarici  investorlar  xüsusi  zona  fəaliyyəti  üçün  bağlanan 

müqavilə şərtləri və müddəti daxilində daha çox fayda götürməyi nəzərdə tuturlar. 

Lakin  zona  sahibini  gündəlik  fayda  deyil,  uzun  müddətli  strateji  məqsədin  həyata 

keçirilməsi  düşündürməlidir.  Xüsusilə  də  nəzərdə  tutulmalıdır  ki,  azad  iqtisadi 

zona birincisi,  respublikanın dünya təsərrüfatına qovuşmasına, beynəlxalq  iqtisadi 

məkana  uyğunlaşmasına  kömək  etsin.  İkincisi,  ölkədə  beynəlxalq  qanunlara  və 

bazar  qaydalarına  uyğun  fəaliyyət  göstərmək,  işləmək  vərdişləri  aşılasın. 

Üçüncüsü, müasir texnologiyaya əsaslanan sənaye sahələrinin meydana gəlməsinə, 

habelə  həmin  sahələrdə  işləyə  biləcək  kadrların  hazırlanmasına  kömək  etsin. 

Dördüncüsü,  ölkənin  valyuta  gəlirini  artırsın,  işsizliyin  aradan  qaldırılmasına 

yardımçı olsun. 

 

Bununla  yanaşı,  onu  da  nəzərə  almaq  lazımdır  ki,  AİZ  heç  də  yalnız  öz 



qanunları  ilə  işləmir  və  bu  zonanın  yaradılması  da,  fəaliyyəti  də  beynəlxalq 

qanunlarla  yanaşı,həm  də  ölkənin  öz  qanun-qaydaları  ilə  idarə  olunur  və 




33 

 

tənzimlənir.  Beləliklə,  AİZ-in  ölkənin  iqtisadi  təhlükəsizliyinə  təsiri  məsələsi 



birbaşa  respublikanın  müvafiq  qanunlarına  tabedir.  İlk  növbədə  AİZ-də  özəl-

ləşdirmə,  sərmayə  qoyuluşu,  ixrac-idxal,  gömrük  xidməti,  yeni  texnologiyaya 

əsaslanan  istehsal  sahələrinin  və  iş  yerlərinin  yaradılması  məsələlərinə  dair 

dövlətin  qanunları  və  proqramları  ölkənin  uzaq  gələcəyinin  inkişafına  və 

təhlükəsizliyin təmin olunmasına istiqamətlənməlidir. 

 AİZ-də  sərmayə  qoyuluşunda  ilk  növbədə  yerli  sərmayədarlara  üstünlük 

verilməsi  məqsədəuyğundur.  Daha  doğrusu,  burada  xarici  sərmayədarlarla 

müqayisədə  üstünlük  deyil,  bütövlükdə  ölkə  daxili  investorlarla  növbəti  AİZ-ə 

sərmayə  qoyan  yerli  investorlara  üstünlük  əsas  götürülməlidir.  Bu  üstünlüklər 

kreditlə  ilk  növbədə  təmin  etmək  və  güzəştli  kreditlər  ayırmaq,  eləcə  də  valyuta 

fondundan istifadəyə üstünlük vermək və s. şəklində ola bilər. 

 

Unutmaq  olmaz  ki,  xarici  investorlar  uzun  müddət  burada  şirkətlərin 



şərikləri  olsalar  da,  hətta  müəyyən  şəxsi  mülkiyyət,  səhmlər  əldə  etsələr  də, 

ölkənin  milli  və  iqtisadi  təhlükəsizliyinin  təmin  edilməsində  dövlətin  öz 

vətəndaşları, öz sahibkarları qədər maraqlı ola bilməzlər. 

 

Fikrimizcə,  ölkəmizdə  iqtisadi  təhlükəsizliyə  dair  elə  proqram  işlənib 



hazırlanmalıdır  ki,  o,  milli  sərvətlərin  hərraca  qoyulub  həddən  artıq  tələsik  gəlir 

gətirməsinə deyil, ölkənin müstəqilliyinə və əhalinin, xüsusilə də gələcək nəsillərin 

firavanlığına xidmət etsin.       

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə