Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

28 

 

tənzimlənmə vasitələrindən konkret şəraitin tələbləri baxımından kompleks şəkildə 



istifadə olunması daha məqsədəuyğun hesab edilir. 

Indi  isə  bazar  iqtisadiyyatı  şəraitində  xarici  ticarət-iqtisadi  əlaqələrin 

tənzimlənmə  vasitələrindən  daha  çox  istifadə  olunan  rüsum  və  kvotaların  istehlak 

bazarına tə’sirini  təhlil etməyə çalışaq. Əvvəlcə qeyd edək ki, dövlət  idxal olunan 

bu  və  ya digər  mala rüsum tətbiq etməklə  idxal edənin  gəlirinin bir  hissəsini ölkə 

büdcəsinə keçirməyə məcbur edir. Beləliklə də o,  gələcəkdə bunun hamısını və ya 

bir hissəsini subsidiya şəklində istehsalçılara  paylamabı təmin edir. Digər tərəfdən 

rüsumun  tətbiqi,  yerli  istehsalçılara  həmin  əmtəəni  daxili  bazarda  daha  yüksək 

qiymətə satmağa və bununla da yerli istehsalın ümumi həcmini artırmağa (Q

1    


Q

2

), 



zərərçəkənlərin  sayını  və  zərərin  ümumi  miqdarını  azaltmağa  (ACFB 

trapesiyasının sahəsi qədər) şərait yaratmış olur (Qrafik 1.3). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

1.3 saylı qrafikdən  göründüyü kimi, bunlardan CFLK  düzbucaqlısının sahəsi 

dövlətin  topladığı  vergi  olduğundan  cəmiyyətin  ümumilikdə  itkisi  ASK  və  VFL 

üçbucaqlılarının  sahələri  cəminə  bərabər  olmuş  olur.  Rüsumun  tətbiqi  bunlarla 

yanaşı həmin malın sərbəst ticarət halına uyğun həcmini azaldır . 

Q



1

  Q


2

 

Q



3

 

Q



4

 



 

P

w



 







рцсум 


Q

1



  Q

2

 



Q

3

  Q



4

 





D

1

 



Е

1



 



квота 


D

2

 



Qrafik 1.3. İdxal zamanı  tətbiq edilən 

rüsumların daxili istehlak bazaırna 

təsiri 

Qrafi 1.4. İdxal zamanı ttəbiq 

edilən kvotanın daxili istehlak 

bazarına təsiri 

P

w



 

P

е



 

P

1



 


29 

 

Eyni  zamanda,  qeyd  edək  ki,  dövlət  idxal  olunan  əmtəənin  miqdarına 



məhdudiyyət  də  qoya  bilər.  Inzibati  vasitəyə  yaxın  olan  bu  tədbir  idxal  olunan 

malların    həcminə    hədd  qoyulmasını  nəzərdə  tutur  ki,  bu  da  kvota  adlanır.  Bu 

halda  əmtəəyə  daxili  tələb  xətti  dəyişməz  qaldığı  halda,  daxili  bazarda  həmin 

əmtəənin  təklif  xətti  kvota  həcmi  qədər  sağa  sürüşmüş  olur    və  dəyişməz  qalan 

tələb xəttini başqa nöqtədə kəsir.  

Onu da qeyd edək ki, istər rüsum, istərsə də kvota tətbiq olunduqda əmtəənin 

daxili  bazar  qiyməti  artır,  yerli  istehlakçıların  rifahı  aşağı  düşür  və  yerli 

istehsalçıların  rifahı  yüksəlir.  Bununla  yanaşı,qeyd  olunmalıdır  ki,  kvotanın 

rüsumdan  iki  əsas  fərqi  mövcuddur.  Əvvəla,  rüsum  tətbiq  edildikdə  bazara 

çıxarılan  və  ya  gətirilən(satılacaq)  əmtəənin  həcmi  öz-özünə,  tələb  və  təklif 

prinsipinə  uyğun  olaraq  tənzimləndiyi  halda,  kvota  tətbiq  edildikdə  əgər  hökumət 

tənzimləmə  işini  bazarın  öz  ixtiyarına  buraxarsa,  o  zaman  “kim  tez  idxal  etdi,  o 

qazandı”  prinsipi  meydana  çıxar,  gömrük  məntəqələrində  növbə  yaranar  və 

buradan  irəli  gələn  arzuolunmaz  proseslər  baş  verə  bilər.  Ona  görə  də,  hökümət 

kvotanı  lisenziyalaşdırmaq  məcburiyyətində  qalır.  İkincisi,  rüsum  tətbiqindən 

gələn  vəsait  vergi  şəklində  büdcəyə  yığıldığı  halda,  kvotanın  tətbiqindən  gələn 

vəsait  kvotaya  lisenziyası olanların  xeyrinə qalır. Onlar  bu  gəlirin bir  hissəsini  öz 

imiclərini  artırmağa  (jurnal,  televiziya,  konfranslar,  xeyriyyəçilik  tədbirləri  və  s.) 

xərcləyir, az bir hissəsini isə lisenziya pulu kimi ödəyirlər. 

Təbii ki, ilk baxışdan rüsum kvotadan daha cazibadar görünür. Lakin yaddan 

çıxarmaq  olmaz  ki,  rüsum  ciddi  dövlətlərdə  hər  ay,  hətta  hər  il  dəyişdirilə  bil-

mədiyindən, rəqabət üstünlüyünə malik xarici şirkətlərə yerli istehsalı sıxışdırmağa 

şərait  yarada  bilər.  Bu  mənada,  bəzi  hallarda,  xüsusilə  də,  keçid  iqtisadiyyatlı 

ölkələrdə kvotaya müraciət etmək zərurəti yaranır. 

 

Mütəxəssislərin  fikrincə, qapalı  iqtisadi siyasət öz şirəsində bişməyə  və son 



nəticədə  öz  əlilə  özünə  ölüm  hökmü  verməyə  bərabər  siyasətdir  [17,  s.29].  Lakin 

unutmaq olmaz ki, açıq iqtisadi siyasət nəzarətsiz siyasət deyildir. Hər bir ölkənin 

və  millətin  uğurlu  gələcəyi  də  xeyli  dərəcədə  iqtisadiyyatın  açıqlıq  səviyyəsinin 

optimal qaydada müəyyənləşdirilməsindən asılıdır. 




30 

 

 



Dünya təcrübəsi çoxdan sübut etmişdir ki, açıq iqtisadi siyasət hər hansı bir 

ölkənin  təcridolmadan  qurtarması,  dünya  təsərrüfatçılıq  sisteminə  uyğunlaşması 

üçün əsas şərt kimi çıxış edir.  Lakin  yaddan çıxarmaq olmaz ki, ölkənin “açıqlıq” 

dərəcəsi  onun  mənafeyinə  uyğun  qaydada  müəyyənləşdirilməli  və  ölkənin  strateji 

məqsədli  istehsal  sahələri  dəqiqləşdirilməlidir.  Heç  bir  şübhə  yoxdur  ki,  öz 

iqtisadiyyatını  açıq  elan  etmiş  ölkə  həm  dünyaya  qovuşmaq,  həm  də  xarici 

investisiyaların  öz  ölkəsinə  axınını  təmin  etmək  istəyir.  Çox  vaxt  ölkənin  ağır 

iqtisadi böhran şəraitində daha tez və böyük həcmdə investisiya cəlb etmək işində 

müəyyən tələskənliyə yol verilir. Ölkənin iqtisadi maraqlarına cavab verməyən və 

bir-biri  ilə  ziddiyyət  təşkil  edən  iqtisadi  qanunlar  qəbul  edilir  və  onların  icra 

mexanizmlərinin  işlənib  hazırlanması  zamanı  dolaşıqlığa  yol  verilir.  Qeyd  etmək 

lazımdır  ki,  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi,  investisiya  və  xarici  kredit 

siyasəti,  vergi  və  gömrük  xidməti  sahələrinə  dair  normativ-hüquqi  sənədlərin 

qəbulu  zamanı  bu  cür  tələsiklik  xüsusilə  yolverilməzdir  və  son  nəticədə  ağır 

nəticələrə  gətirib  çıxara  bilər.  Odur  ki,  mövcud  nöqsanları  aradan  qaldırmaq  və 

minimuma  endirmək  məqsədilə  həmin  sənədlərdə  düzəlişlər  aparılması  zərurəti 

meydana çıxır. 

 

Fikrimizcə,  özəl  sektorların  inkişafına,  xüsusilə  istehsal  yönümlü  özəl 



müəssisələrin  yaradılmasına  dövlət  qayğısının  artırılması  ölkənin  iqtisadi 

təhlükəsizliyinin  təmin  olunmasına  birbaşa  yardım  kimi  qiymətləndirilməlidir. 

Unutmaq olmaz ki, dövlət dünya bazarına məhsul çıxara biləcək özəl müəssisələrin 

rəqabətə davamlı olması üçün lazımi kömək göstərməlidir. Bunun üçün o, müxtəlif 

üsullardan,  məsələn,  maliyyə  yardımı,  güzəştli  kredit,  gömrük-tarif  güzəştləri, 

vergidən  azadetmə  və  ya  onu  azaltma,  müasir  texnologiyaların  alınmasına  və 

gətirilməsinə  yardım  və  s.  üsullardan  istifadə  edə  bilər.  Həm  də  bu  zaman  ixrac 

malları  istehsal  edənlərə  üstünlük  verilməlidir.  Qeyd  etmək  lazımdır  ki, 

Azərbaycanda  istehsalı  stimullaşdırmaq  üçün  istər  gömrük-tarif  tənzimlənməsi 

tədbirlərindən,  istərsə də  vergi siyasətindən  uğurla  istifadə olunur.  Bu  isə artıq  öz 

səmərəsini  verməkdədir. Belə ki, istehsalın həcmi  ilbəil artır  və  ixracda qeyri-neft 

sektoruna  məxsus  malların  xüsusi  çəkisi  yüksəlir.  Nəzəriyyə  və  praktika  göstərir 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə