Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə12/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   8   9   10   11   12   13   14   15   ...   28

34 

 

 FƏSIL 



II. 

DAXILI 

BAZARIN 

FORMALAŞMASINDA 

QİYMƏT 

AMİLINDƏN ISTIFADƏNIN MÖVCUD VƏZIYYƏTININ TƏDQIQI  

 

 

2.1. Daxili bazarda qiymətlərin formalaşmasına ölkənin xarici ticarət- iqtisadi 

əlaqələrinin təsiri 

Qloballaşma  prosesinin  sürətləndiyi  və  rəqabət  şərtlərinin  daha  da 

çətinləşdiyi  müasir  dövrdə  yalnız  iqtisadi  cəhətdən  güclü  ölkələr  qloballaşmanın 

faydalarından  yararlanırkən,  iqtisadiyyatı  zəif  olan  ölkələr  bu  prosesdə  ciddi 

itkilərlə  üzləşməkdədir.  Bu  amil  hər  bir  ölkənin  iqtisadi  cəhətdən  güclənmək 

istəyini  şərtləndirən  əsas  amillərdən  biridir.  Azərbaycan  Respublikasında  son 

illərdə  tətbiq  edilən  iqtisadi  siyasət  və  həyata  keçirilən  iqtisadi  islahatlar 

nəticəsində  ölkə  davamlı  və  yüksək  iqtisadi  artım  tempinə  nail  olmuş  və  iqtisadi 

cəhətdən  daha  da  güclənmişdir.  Bu  iqtisadi  artım  əhalinin  sosial-iqtisadi 

vəziyyətinin  daha  da  yaxşılaşdırılmasına,  real  pul  gəlirlərinin  artmasına,  ölkədə 

irimiqyaslı  infrastruktur  layihələrinin  həyata  keçirilməsinə  öz  töhfəsini  vermişdir. 

Son illərdə də ölkə iqtisadiyyatının qlobal dünya iqtisadiyyatına inteqrasiya olması 

sahəsində  ciddi  nailiyyətlər  əldə  edilmiş,  iqtisadiyyatın  bütün  sahələrində,  o 

cümlədən,  sahibkarlığın  inkişafı,  biznes  mühitinin  yaxşılaşdırılması,  rəqabət 

qabiliyyətinin  artırılması,  xarici  ticarətin  inkişafı  sahəsində  əhəmiyyətli  işlər 

görülmüş və Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesi ilə bağlı işlər davam 

etdirilmişdir.  2011-2014-cü  illərdə  ölkədə  istehsal  olunan  məhsulların  ixrac 

imkanlarının  artırılması  xüsusi  diqqət  mərkəzində  olmuşdur.  Bu  çərçivədə,  neft 

ölkəsi  olan  Azərbaycanda  davamlı  iqtisadi  inkişafın  təmin  olunması  baxımından 

mühüm  olan  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  və  istehsal  olunan  malların 

xarici bazarlara çıxarılmasının asanlaşdırması  istiqamətində  işlər davam etdirilmiş 

və  mövcud  ixrac  potensialının  daha  səmərəli  reallaşdırılmasına  və  potensialın 

artırılmasına xüsusi əhəmiyyət verilmişdir.  

 

Azərbaycanın  xarici  ölkələrlə  ixrac  əməliyyatları  2012-ci  ildə  23,91  mlrd. 



ABŞ  dolları,  2014-cü  ildə  24,0  mlrd.  ABŞ  dolları,  2014-cü  ildə  21,83  mlrd.  ABŞ 

dolları  həcmində  aparılmışdır.  Bu  göstərici  1993-cü  illə  müqayisədə  2014-cü  ildə 

31,3 dəfə, əvvəlki ilə müqayisədə isə 9,0% azdır (Cədvəl 2.1). 



35 

 

 



 

 

 

 

 

Cədvəl 2.1 

Azərbaycanın xarici ölkələrlə idxal-ixrac əməliyyatlarının dinamikası 

(mlyn. ABŞ dolları) 

İllər 

İxrac 

1993-cü ilə görə 

artım %-lə 

İdxal 

1993-cü ilə görə 

artım %-lə 

Saldo 

1993 


697,7 

100.0 


310,9 

100 


+38,7 

1995 


497,1 

71,2 


590,0 

189,8 


-92,9 

1996 


736,5 

105,6 


944,6 

3,0 dəfə 

-208,9 

1997 


756,8 

108,5 


767,4 

2,5 dəfə 

-106,8 

1998 


593,4 

85,0 


1234,6 

4,0 dəfə 

-641,2 

1999 


903,0 

129,4 


1127,0 

3,6 dəfə 

-224,0 

2000 


1751,1 

2,5dəfə 


1164,2 

3.7 dəfə 

+502,6 

2001 


2308,3 

3,3 dəfə 

1433,2 

4,6 dəfə 



+875,1 

2002 


2166,8 

3.1 dəfə 

1664,2 

5,4 dəfə 



+502,6 

2003 


2590,2 

3.7 dəfə 

2626,2 

8.4 dəfə 



-35,8 

2004 


3615,5 

5.2 dəfə 

3515,6 

11.3 dəfə 



+99,6 

2005 


4347,2 

6,2 dəfə 

4211,2 

13,5 dəfə 



+136,0 

2006 


6372,2 

9,1 dəfə 

5266,7 

16,9 dəfə 



+1105,5 

2007 


6058,2 

8,7 dəfə 

5713,5 

18,4 dəfə 



+344,7 

2008 


47756,0 

68,5 dəfə 

7170,1 

23,1 dəfə 



+40586,0 

2009


 

21428,0 


30,7 dəfə 

6123,1 


19,7 dəfə 

+15304,9 

2010 

26560,1 


38,1 dəfə 

6600,6 


21,2 dəfə 

+19959,5 

2011 

3365,3 


47,8 dəfə 

9756,0 


31,4 dəfə 

+

23609,3 



2012 

23908,0 


34,3 dəfə 

9655,6 


31,1 dəfə 

+14253,0 

2013 

23975,4 


34,4 dəfə 

10712,5 


34,5 dəfə 

+13262,9 

2014 

21828,6 


31,3 dəfə 

9187,7 


29,6 dəfə 

+12640,9 



Mənbə : Cədvəl müəllif tərəfindən AR DSK-nın məlumatları əsasında işlənib hazırlanmışdır. 

 

     İdxal  əməliyyatları  1993-2014-cü  illər  ərzində  daha  sürətlə,  yəni  310,9 

mln.  dollardan  9187,7    mln.  dollara  yüksəlmişdir  ki,  bu  da  29,6  dəfə  artım 

deməkdir.  2014-cü  ildə  müsbət  saldo  12640,9  mln.  ABŞ  dolları  olmuşdur    

(Cədvəl 2.1). 

 

      Statistik materialların təhlili göstərir ki, 1993-cü ildə Azərbaycanın xarici 



ölkələrlə  ixrac əməliyyatlarının 49,1 faizi,  idxal əməliyyatlarının  31,0  faizi  MDB 

ökələrinin  payına düşürdüsə, 2014-cü  ildə bu  rəqəmlər  müvafiq olaraq, ixrac  üzrə 

3,8 faiz, idxal üzrə 22,7 faiz təşkil etmişdir (Cədvəl 2.2). 

 

 

 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə