Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

41 

 

səbəb  olacaqdır.  Xarici  iqtisadi  əlaqələr  genişləndikcə  bir  sıra  məhsulların 



idxalının  artmasının  səbəblərindən  biri  kimi  yerli  istehsal  sahələrinin  inkişaf 

etməməsinin  səbəb  olması  fikrinə  nümunə  kimi  kənd  təsərrüfatı  və  onun  emalı 

sənayesinin  məhsullarının  idxalının  1995-ci  illə  müqayisədə  2000-ci  ildə  az 

olmasını  göstərə  bilərik.  Belə  ki,  məlumdur  ki,  1996-cı  ildən  başlayaraq  ölkənin 

aqrar sektorunda inkişaf baş vermiş, bununla də kənd təsərrüfatı məhsullarına olan 

tələbatın  daxili  istehsal  hesabına  ödənilməsi  səviyyəsi  yüksəlmişdir  ki,  bu  da 

müvafiq  məhsullar  üzrə  idxalın  azalmasına  səbəb  olmuşdur.  Lakin  burada  bir 

məqamı  da  qeyd  etmək  lazımdır  ki,  araşdırmalara  görə  gəlirlər  səviyyəsi  aşağı 

olduğundan  əhalinin  ərzaq  məhsullarına  olan  tələbatı  müvafiq  fizioloji  normalara 

uyğun  ödənmir.  Yəni  kənd  təsərrüfatı  və  onun  emalı  sənayesinin  məhsullarının 

idxalının  az  olması  təkcə  daxili  istehsalın  artmasına  görə  deyil,  həm  də  əhalinin 

alıcılıq qabiliyyətinin aşağı olmasına  görədir. Bu eynilə  yüngül sənaye  məhsulları 

istehsalına  da  aiddir.  Belə  ki,  bildiyimiz  kimi  bu  sənaye  sahəsi  üzrə  daxili 

istehsalın  həcminin  çox  cüzi  olmasına  baxmayaraq,  onun  idxalının  da  həcmi  çox 

azdır.  Bu  sahə  üzrə  2002-ci  ildəki  idxal  1991-ci  ilin  səviyyəsindən  6,1  dəfə  az 

olmuşdur. Hansı ki, məlum olduğu kimi 1991-ci ildə bu sahə üzrə daxili istehsalın 

da həcmi indiki ilə müqayisədə çox yüksək olmuşdur.   

Azərbaycanın  xarici  ticarət  əlaqələrinin  keyfiyyət  aspektləri  üzrə  təhlilini 

xarici ticarətdə  iştirak edən  məhsulları  funksional təyinatına  görə qruplaşdırmaqla 

və həmçinin xarici ticarət şərti indeksini hesablamaqla da aparmağı məqsədəuyğun 

hesab etmişik. İlk növbədə idxal və ixracın strukturunu funksional təyinatına görə 

qruplaşdıraq.  Göründüyü  kimi,  1991-ci  ildə  ölkənin  həm  idxalında  və  həm  də 

ixracında  istehlak  malları  istehsal-texniki  təyinatlı  məhsullardan  üstün  olmuşdur. 

Bu  hal  1995-ci  ildə  daha  yüksək  formada-idxal  edilən  və  ixrac  edilən  istehlak 

mallarının  daha  da  çoxalması  ilə  müşahidə  edilmişdir.  Digər  tərəfdən  isə  istər 

1991-ci  ildə  və  istərsə  də  1995-ci  ildə  ixrac  olunan  texniki  təyinatlı  məhsulların 

böyük  bir  hissəsi  xammal  və  yarımfabrikatlardan,  az  bir  hissəsi  isə  maşın  və 

avadanlıqlardan  ibarət  olmuşdur.  Qeyd  edək  ki,  bu  hal  1991-ci  ilin  idxalına  da 

aiddir.  Lakin  bundan  fərqli  olaraq  1995-ci  ildə  idxal  olunan  istehsal-texniki 



42 

 

təyinatlı  mallar  qrupunda  maşın  və  mexanizmlər  üstünlük  təşkil  etmimşdir. 



Ümumiyyətlə,  1995-ci  ildən  etibarən  ixracda  xammalın  və  idxalda  isə  maşın  və 

avadanlıqların  payının  artması  hesabına  xarici  ticarətin  strukturunda  istehsal-

texniki  təyinatlı  məhsullar  üstünlük  təşkil  etmişdir.  Yəni  müasir  dövrdə  ölkənin 

ixracının  əsasən  xammaldan  ibarət  olması  kimi  bir  mənfi  hal  müşahidə  edilir. 

Yuxarıda  da  qeyd  etdiyimiz  kimi,  idxalda  maşın  və  avadınlıqların,  ümumiyyətlə 

istehsal-texniki  təyinatlı  məhsulların    xüsusi  çəkisinin  yuxarı  olmasını  isə  müsbət 

hal kimi qiymətləndirmək  lazımdır. 

 

2004  və  2005-ci  illər  ərzində  respublikanın  rezident  və  qeyri-rezidentləri 



tərəfindən  müvafiq  olaraq  123  və  135  ölkə  ilə  aparılmış  ticarət  əməliyyatlarının 

həcmi 7 və 8,5  mlrd. ABŞ dolları olmuşdursa, 2012-ci ildə 155 ölkə ilə aparılmış 

ticarət  əməliyyatlarının  həcmi  33,6  mlrd.  dollar  təşkil  etmişdir.  2013-cü  ildə  isə 

155  ölkə  ilə  aparılmış  ticarət  əməliyyatlarının  həcmi  34,7  mlrd.  dollar  təşkil 

etmişdir.  2004-cü  ildə  3,6  mlrd.  ABŞ  dolları  dəyərində  1297  adda  mal  ixrac,  3,5 

mlrd.  ABŞ  dolları  dəyərində  5351  adda  mal  isə  idxal  olunmuş,  idxal-ixrac 

əmliyyatları üzrə müsbət saldo 109,9 mln ABŞ dolları təşkil etmişdir. 2004- cü ilə 

nisbətən  2005-ci  ildə  ixrac  əməliyyatlarının  həcmi  20,2%,  idxal  əməliyyatlarının 

həcmi  isə  19,5%  artaraq  müvafiq  olaraq  4,3  və  4,2  mlrd.  ABŞ  dolları  təşkili 

etmişdir.  2011-ci  il  ərzində  24,0  milyard  ABŞ  dolları  məbləğində  2111  adda  mal 

ixrac,  10,7  milyard    ABŞ  dolları  dəyərində  6159  adda  mal  idxal  olunmuş,  idxal-

ixrac  əməliyyatları  üzrə  müsbət  saldo  13,3  milyard  ABŞ  dolları  təşkil  etmişdir. 

2012-ci  ilə  nisbətən  2013-cü  ildə  ixrcaın  həcmi  0,3%  (0,1  mlyrd.  ABŞ  dolları), 

idxalın həcmi isə 11,o % (1,0 mlyrd. ABŞ dolları) artmışdır (8, s.24). Qeyd edilən 

dövrdə  idxal  əməliyyatlarının  həcmi  əsasən  avadanlıqlar  və  texniki  qurğuların, 

elektrik  maşınları  və  onların  hissələrinin,  ərzaq  məhsullarının,  qara  metallar  və 

ondan hazırlanan  məmulatların, nəqliyyat vasitələrinin,  mebelin və başqa  malların 

idxalı hesabına artmışdır. 

2004-cü  ildə  ixracın  strukturunda  xam  neft  və  neft  məhsullarının  xüsusi 

çəkisi  82%,  kimya  sənayesi  məhsulları  2,1%,  alüminium  və  ondan  hazırlanan 

məmulatlar  1,35%,  qara  metallar  və  onlardan  hazırlanan  məmulatlar  1,25%  təşkil 



43 

 

edirdisə,  2005-ci  ildə  həmin  göstəricilər  müvafiq  olaraq  76,%,  3%,  1,2%,  1% 



olmuşdur.  2014-cü  ildə  isə  ixracın  strukturunda  xam  neft  və  neft  məhsullarının 

xüsusi  çəkisi  92,0%,  meyvə  və  tərəvəz  –  1,3%,  kimya  sənayesi  məhsulları  – 

0,35%,  aliminium  və  ondan  hazırlanan  məmulatlar  –  0,4%,  bitki  və  heyvan 

mənşəli yağlar – 0,9%, qara metallar və ondan hazırlanan məmulatlar -0,2% təşkil 

etmişdir[2]. 

2004-2005-ci  illərdə  idxalın  strukturunda  maşın  və  elektrik  aparatları, 

avadanlıqlar, elektrotexnika qurğuları və onların hissələri 30-33%, qara metallar və 

onlardan  hazırlanan  məmulatlar  10-16%,  ərzaq  məhsulları  10,6-10,8%,  nəqliyyat 

vasitələri və onların hissələri 7-10%, neft qazı və qazaoxşar karbohidrogenlər 6-7% 

təşkil  edir.  2014-cü  ildə  isə  idxalın  strukturunda  maşın  və  elektrik  aparatları, 

avadanlıqlar,  elektrotexnika  qurğuları  və  onların  hissələri  28,1%,  nəqliyyat  və 

onun  hissələri  –  9,2%,  ərzaq  məhsulları  –  11,6%,  qara  metallar  və  ondan 

hazırlanan məmulatlar – 11,1%, əczaçılıq məhsulları – 2,5%, xalq istehlakı malları 

və  mebel  –  1,25%,  oduncaq  və  ondan  hazırlanan  məmulatlar  –  1,4%,    təşkil 

edir[2].                                                                                                               

 

            2.2. İdxal-ixrac məhsullarına qiymət səviyyəsinin təsirinin təhlili. 

 

Xarici iqtisadi fəaliyyətdə gömrük-tarif tənzimləmələrinə üstünlük verilməsi 



ölkədə  aparılan  iqtisadi  islahatların  başlıca  xüsusiyyətlərindən  hesab  edilir.  Bazar 

iqtisadiyyatına  keçidin  hazırkı  mərhələsində  səmərəli  fəaliyyət  göstərə  bilən 

gömrük-tarif tənzimləmə mexanizminin qurulması fəal və kiçik gömrük siyasətinin 

həyata keçirilməsinin, eləcə də ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin 

və iqtisadi maraqlarının qorunmasının mühüm şərti kimi çıxış edir. 

 

Gömrük siyasətinin həyata keçirilməsinin əsas vasitələrindən biri də gömrük 



ödənişləridir.  Gömrük  məcəlləsinin  17-ci  maddəsinin  19-cu  bəndinə  əsasən 

“Gömrük ödənişləri müəyyən olunmuş qaydada Azərbaycan Respublikası gömrük 

orqanları  tərəfindən  alınan  gömrük  rüsumları,  vergilər,  gömrük  yığımları,  hüquqi 

və  fiziki  şəxslərə  gömrük  fəaliyyəti  üçün  lisenziyaların  verilməsinə  görə  alınan 

yığımlar, haqlar və digər ödənişlərdir”. 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə