Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə16/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   12   13   14   15   16   17   18   19   ...   28

44 

 

 



Mövcud qanunvericilik aktları ilə aşağıdakı gömrük ödənişləri alınır: 

1)  Gömrük rüsumu; 

2)  Əlavə dəyər vergisi; 

3)  Aksizlər; 

4) Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı 

tərəfindən icazələrin verilməsi və icazələrin bərpa edilməsinə görə yığımlar; 

5)  Gömrük  rəsmiləşdirilməsi  üzrə  mütəxəssislərə  ixtisas  attestatlarının 

verilməsi və attestatların fəaliyyətini bərpa edilməsinə görə yığımlar; 

6) Gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları; 

7) Malların saxlancına görə gömrük yığımları; 

8) Malların gömrük müşayiətinə görə gömrük yığımları; 

9) Məlumatlandırma və məsləhətverməyə görə haqq; 

10) İlkin qərarların qəbuluna görə haqq; 

11) Digər gömrük ödənişləri. 

Bəzi  iqtisadçıların  fikrincə,  gömrük  tarifi  dedikdə,  xarici  ticarətin  dövlət 

tənzimlənməsinin  qiymətəmələgəlmə  mexanizmi  ilə  fəaliyyət  göstərən  əsas  vasitə 

başa  düşülür.  Lakin  qiymətlərdən  fərqli  olaraq,  gömrük  tarifi  həm  proteksionist, 

həm də fiksal funksiyaları yerinə yetirir. Proteksionist funksiya milli istehsalçıların 

mənafeyinin müdafiəsi ilə bağlı olduğu halda, fiskal funksiya gömrük rüsumlarının 

tutulması  hesabına  dövlət  büdcəsinin  mədaxil  hissəsinə  vəsait  yığılmasını  təmin 

edir.  Onu  da  qeyd  edək  ki,  idxal  mallarından  gömrük  rüsumu  tutulması,  onların 

daxili bazarda satışı zamanı dəyərin artmasına və bununla da milli sənaye və kənd 

təsərrüfatında  istehsal  edilən  oxşar  malların  rəqabət  qabiliyyətinin  yüksəlməsinə 

səbəb  olur.  Beləliklə,  gömrük  tarifi  daxili  qiymətlərə  təsir  etməklə,  müəyyən 

dərəcədə milli istehsalın və ixracın inkişafına təsir edir. 

İdxal olunan malların daxili bazarda bahalaşması nəticəsində bu cür malların 

qiymətlərinin  ümumi  səviyyəsi  qalxır.  Bunun  əvəzində  milli  istehsalçılar  əlavə 

gəlir əldə edirlər ki, bu da öz növbəsində ölkə iqtisadiyyatına investisiya və yaxud 

ixrac qiymətlərinin aşağı düşməsi ilə yaranan itkilərə kompensasiya, eləcə də xarici 



45 

 

bazarda  ölkənin  mallarının  rəqabət  qabiliyyətinin  yüksəldilməsi  məqsədi  ilə 



istifadə edilə bilər. 

Azərbaycan  Respublikasının  gömrük  sərhəddindən  keçirilən  mallar  üçün 

“Gömrük  tarifi  haqqında”  Azərbaycan  Respublikası  Qanununa  uyğun  olaraq 

gömrük  rüsumu  ödənilməlidir.  Bu  qanuna  görə  gömrük  tarifinin  əsas  məqsədləri 

aşağıdakılardır: 

1)  Azərbaycan 

Respublikası 

üzrə 


idxalın 

əmtəə 


strukturunu 

səmərəliləşdirmək; 

2)  Azərbaycan 

Respublikası 

ərazisində 

malların 

gətirilməsi 

və 


çıxarılmasının, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətini təmin etmək; 

3)  valyuta  sərvətlərinin  Azərbaycanın  gömrük  ərazisinə  gətirilməsi  və 

çıxarılması üzərində səmərəli nəzarət təşkil etmək; 

4)  Azərbaycan  Respublikasında  malların  istehsal  və  istehlak  strukturunda 

mütərəqqi dəyişikliklər üçün şərait yaratmaq; 

5)  Azərbaycan  Respublikasının  iqtisadiyyatını  xarici  rəqabətin  mənfi 

təsirindən qorumaq; 

6)  Azərbaycan  Respublikası  iqtisadiyyatını  dünya  təsərrüfatı  ilə  səmərəli 

inteqrasiyasına şərait yaratmaq. 

 

Gömrük  məcəlləsinin  17-ci  maddəsinə  görə,  “gömrük  rüsumu  Azərbaycan 



Respublikasının  gömrük  ərazisinə  malların  idxalı  və  ixracı  zamanı  alınan 

ödənişlərdir”. 

 

Gömrük  rüsumları  gömrük  sərhədinə  keçməsi  faktı  ilə  qüvvəyə  minən  və 



xarici  ticarət  dövriyyəsi  mallarına  tətbiq  edilən  dolayı  vergi  növ  müxtəliflik-

lərindən  biridir.  Gömrük  rüsumları  bütün  əsas  vergi  xüsusiyyətlərini  özündə 

cəmləşdirir. 

a) gömrük  rüsumlarının  ödənişi  də  məcburi  xarakter  daşıyır  və  dövlət 

hakimiyyət məcburiyyəti ilə təmin edilir; 

b) gömrük  rüsumları  göstərilən  xidmətin  əvəzi  deyil  və  qarşılıqsız  (əvəzində 

heç bir şey etmədən) tutulur; 



46 

 

c) gömrük ödənişlərindən daxilolmalar konkret dövlət xərclərini ödəmək üçün 



nəzərdə tutulmuşdur. 

 

Azərbaycan Respublikasında aşağıdakı gömrük rüsumları tətbiq edilir: 



1) Advalor-malların gömrük dəyərinə görə faizlə hesablanması; 

2) Spesfik rüsum-mal vahidinə görə müəyyən olunmuş dəyərlə hesablanan; 

3)  Kombinə edilmiş – hər ikisindən birlikdə istifadə olunur. 

 

Malların  ixracını  və  idxalını  operativ  tənzimləmək  üçün  bəzi  mallara 



mövsümi rüsumların altı aya qədər tətbiq olunmasına qanun icazə verir. 

 

Azərbaycan Respublikasının  iqtisadi  mənafeyini qorumaq  üçün  idxal edilən 



mallara müvəqqəti olaraq xüsusi növ rüsumlar tətbiq edilir. Bunlar aşağıdakılardır: 

1)  Xüsusi rüsumlar  

2)  Antidempinq rüsumlar 

3)  Kompensasiya rüsumları 

 

Xüsusi rüsumlar aşağıdakı hallarda tətbiq olunur: 



a)  əgər  ölkənin  gömrük  ərazisinə  gətirilən  mallar,  bu  qəbildən  olan  malların 

yerli  istehsalçılarına  ziyan  vuran  və  ya  ziyan  vura  biləcək  miqdarda  və  şərtlərdə 

gətirilmişdirsə, onda idxal mallarından müdafiə tədbiri kimi; 

b)  digər  dövlətlərin  və  onların  ittifaqlarının  (siyasi,  iqtisadi,  hərbi  və  s.) 

Azərbaycan  dövlətinin  mənafeyinə  toxunan  ayrı  seçkilik  və  digər  hərəkətlərinə 

cavab tədbiri kimi. 

 

Dempinq  –  xarici  bazarlarda  əmtəələrin  dəyər-dəyməzinə,  yəni  istehsal 



xərclərindən  aşağı  qiymətlə  satılması  deməkdir.  Antidempinq  rüsumları,  idxal 

olunan  malların  qiyməti  ölkənin  gömrük  ərazisinə  gətirildiyi  vaxtda  ixrac 

olunduğu ölkədəki real dəyərindən aşağı olduqda və belə bir idxal bu qəbildən olan 

malların  yerli  istehsalçılarına  ziyan  vurduqda  və  ya  bu  hal  istisna  olunmadıqda, 

eyni  zamanda  həmin  mallar  ölkə  daxilində  istehsalın  təşkilinə  və  ya 

genişləndirilməsinə maneçilik törətdikdə tətbiq olunur. 

 

Ölkənin  gömrük  ərazisinə  gətirilən  malların  istehsalı  və  ya  ixracı  zamanı 



birbaşa  və  ya  dolayı  yolla subsidiyalardan  istifadə olunduqda  və belə bir  idxal bu 

qəbildən  olan  malların  yerli  istehsalçılarına  ziyan  vurduqda  və  yaxud    bu  hal 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə