Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə18/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   14   15   16   17   18   19   20   21   ...   28

50 

 

mənfi təsirindən qorumaq üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2014-cü ildə 



ərzaq  məhsullarının  ümumi  idxalda  xüsusi  çəkisi  2010-ci  illə  müqayisədə  4,6  % 

bəndi azalaraq 11,6% təşkil etmişdir. Bu isə onunla izah olunur ki, əhalinin ət və ət 

məhsullarına, konserv məmulatlarına, mineral sulara, tütün və tütün məmulatlarına, 

spirtli içkilər, toyuq əti və yumurtaya, habelə bir sıra digər mallara tələbatının əsas 

hissəsi daxili  istehsal  hesabına  ödənilir. Onu  da qeyd edək ki, qeyd edilən dövrdə 

idxalda  maşın  və  elektrik  aparatları,  avadanlıqlar  və  onların  ehtiyat  hissələrinin 

həcmi 3 dəfədən çox artmaqla, ümumi idxalın 25,8%-ni təşkil etmişdir. Fikrimizcə, 

idxal  üçün  respublikadan  kənara  aparılan  ümumi  miqdarda  vəsaiti  daxildə  həmin 

malların  istehsalına  yönəltmək  və  bu  işdə  gömrük-tarif  tənzimlənməsinin  bütün 

imkanlarından istifadə etmək lazımdır.  

  Hazırda  Azərbaycana  idxal  olunan  malların  təqribən  70%-i  vergitutma 

obyekti  hesab olunur. Əvəzsiz  maliyyə  və  texniki  yardımlar, qrantlar, kreditlər  və 

borclar  hesabına  idxal  olunan  mallar,  habelə  investisiya  təyinatlı  mallar  gömrük 

rüsumlarına cəlb olunmur. 

 

1997-ci  ildən  etibarən  ixraca  gömrük  vergi  və  rüsumlarının  tətbiqi 



dayandırılmışdır.  Kənd  təsərrüfatı  istehsalını  stimullaşdırmaq  məqsədilə  idxal 

olunan  toxum,  yem,  gübrə,  ehtiyat  hissələri,  kənd  təsərrüfatı  maşın  və 

mexanizmlərinə  gömrük  vergi  və rüsumları tətbiq edilmir  və  bəzi kənd təsərrüfatı 

məhsullarının idxalına isə mövsümi rüsumlar tətbiq edilir. 

 

Son  vaxtlar  respublikada  aparılan  gömrük  siyasətinin  əsas  istiqamətlərindən 



sayılan  differensiallaşdırılmış  tarif  tənzimlənməsi  sisteminə  keçilmişdir.  Hazırda 

Azərbaycanda  mövcud  tarif  siyasəti  daxili  istehsalı  dəstəkləməklə  yanaşı,  yeni 

texnika və texnologiya idxalını da təşviq edir. Tarif dərəcələrinin ən yüksək həddi 

15%-dir ki, bu da MDB ölkələri arasında ən optimal göstərici sayılır. 

 

Hazırda Azərbaycan Respublikasında tətbiq edilən gömrük rüsumları 2007-ci 



ildə  qəbul  edilmiş  vahid  sistemə  əsaslanır.  Qanunvericiliyə  uyğun  olaraq, 

advalor(malın idxal qiymətinə tətbiq olunan) gömrük tarifləri 0%, 0.5%, 1 %, 3%, 

5%,  10  %  və  15  %  dərəcəsində  müəyyən  edilmişdir(ədəd  üçün  rüsumlar,metrik 



51 

 

vahid  üçün  rüsumlar  da  tətbiq  edilir)  İdxal  edilən  məhsulların  əksər 



hissəsinə,həmçinin 18%-lik əlavə dəyər vergisi tətbiq edilir. 

         Aksiz  vergisi  müəyyən  növ  məhsullara  (məsələn,  tütün  və  spirtli 

içkilər,nəqliyyat  vasitələri)  tətbiq  edilir.  Azərbaycan  "ünvanlanan  ölkə  ƏDV-si" 

prinsipini  qəbul  etmişdir  və  (hazırda    18  %  səviyyəsində  olan)  ƏDV  (eləcə  də, 

qiymətləndirilən  idxal  rüsumları  və  aksiz  vergisi)  malların  bəyan  edilmiş 

dəyətindən (əlbəttə ki, tətbiq edilən vergi rejimindən asılı olaraq) ödənilir. Malların 

çox məhdud kateqoriyaları və növləri ƏDV-dən azaddır və bəzi digərlərinə isə 0 % 

ƏDV  tətbiq  edilir  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  "  Azərbaycan 

Respublikasında  idxal-ixrac  əməliyyatları  üzrə  gömrük  rüsumlarının  dərəcələri, 

gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında "2001-ci il 21 

aprel  tarixli  80  nömrəli  qərarına  dəyişiklik  edilməsi  barədə"  27  noyabr  2007-ci  il 

tarixli  189  nömrəli  qərarı  ilə  nəzərdə  tutulmuş  gömrük  rəsmiləşdirilməsi  xərcləri 

bəzi kiçik istisnalarla bütün idxal/ixraca tətbiq edilir. 

 

Bununla  yanaşı,  ölkədə  daxili  istehsala  şərait  yaratmaq  üçün  bir  sıra  idxal 



malları  Nazirlər  Kabinetinin  qərarı  ilə  idxal  rüsumlarından  və  ƏDV-dən  azad 

edilmişdir.  Lakin  dünya  təcrübəsinə  görə  vergi  güzəştləri  konkret  sahəni  və 

konkret dövrü əhatə etməlidir. 

 

Ölkənin büdcə gəlirlərində gömrük vergi və rüsumlarının xüsusi çəkisi 1994-



cü ildəki 3,2%-dən 2005-ci ildə 18,3% qalxmışdır. Lakin sonralar gömrük vergi və 

rüsumlarının  məbləğ  etibarı  ilə  artımı  təmin  edilsə  də,  onun  xüsusi  çəkisində 

azalma  meyli  müşahidə  olunur.  Belə  ki,  2002-ci  ildə  bu  göstərici  20,3%  (184,4 

mln.  manat),  2003-cü  ildə  17,3%  (212,2  mln.  manat),  2004-cü  ildə  17,0%  (260,7 

mln.  manat),  2005-ci  ildə  18,3  (376,2  mln.  manat),  2012-ci  ildə  isə  7,0%(1208,3 

mln  manat),  2013-cü  ildə    7,2%  (  1383,3  mln.  manat),  2014-cü  ildə  isə  8,2% 

(1510,8 mln. manat) təşkil etmişdir. 

          Bəzi  növ  metal  və  metal  məhsullarını  istisna  edərək,  ixrac  əməliyyatları 

gömrük  rüsumlarından  azaddır.  Azərbaycana  idxal  edilən  mallara  idxal  rüsumları 

tətbiq  edilir  (0%-dən  15  %-ə  qədər  olan  advalor  rüsumlar,  vahidə  görə  rüsum  və 

metrik  vahidə  rüsum).  Mənşə  ölkəsindən  asılı  olmayaraq,  bir  sıra  mallara,  o 



52 

 

cümlədən birgə müəssisənin nizamnamə kapitalına yaxud 100 faizlik xarici kapıtalı 



olan  müəssisənin  təsis  edilməsinə  yatırım  kimi  xarici  sərmayədar  tərəfindən 

Azərbaycana  idxal  edilən  vəsaitlərə,  müvəqqəti  idxal  edilən  mallara,  tranzit 

mallara  və  yalnız  fərdi  istifadə  üçün  əcnəbi  işçilərin  gətirdiyi  mülkiyyətə  idxal 

rüsumu qoyulmur. 

              

Respublikamızda  sahibkarlığın  inkişafına  əngəl  törədə  bilən  hər  cür 

maneələrin  aradan  qaldırılması,  daxili  bazarın  qorunması,  sağlam  rəqabət  və 

bütövlükdə  şəffaf  biznes  mühitinin  yaradılmasında  gömrük-tarif  tənzimlənməsi 

tədbirlərinin  imkanlarından  daha  səmərəli  istifadə  olunmalı  və  qaçaqmalçılığa 

qarşı  mübarizənin  daha  da  gücləndirilməsində  qabaqlayıcı  tədbirlərdən  istifadə 

imkanları daha da arıtırılmalıdır. 

 

Azərbaycanın Ümumdünya  Ticarət  Təşkilatına  üzv olmasına  hazırlıq prosesi 



ilə  əlaqədar  olaraq  ölkədə  xüsusi  qrup  fəaliyyət  göstərir.  Ölkəmizin  bu  nüfuzlu 

quruma  daxil  olması  üçün  istehsalın  stimullaşdırılması  və  rəqabət  qabiliyyətli 

məhsulların  istehsalı  məqsədəuyğun  hesab  edilir.  Mütəxəssislərin  fikrincə,  əgər 

yerli iş adamları yüngül, yeyinti və emal sənayesində hazır məhsulların istehsalına 

keçsələr,  yəni  xammal  son  məhsul  halına  göstərilib  dünya  bazarına  çıxarılsa, 

Azərbaycan  ÜTT-yə  hazır  ölkə  kimi  girmiş  olacaq[14,  s.80].  Odur  ki,  Avropa 

ölkələri  ilə  sıx  ticarət  əlaqələri  qurarkən  ilk  növbədə  yerli  istehsalın  rəqabət 

qabiliyyətinin gücləndirilməsinə çalışılmalıdır. 

 

  MDB daxilində qarşılıqlı ticarətin liberallaşdırılması meyllərinə baxmayaraq 



buraya  daxil  olan  ölkələrin  əksəriyyətində  malların  idxalı  və  ixracının 

tənzimlənməsi  zamanı  bir  sıra  məhdudiyyətlər  tətbiq  olunur.  Mütəxəssislərin 

fikrincə,  tərəfdən  keçid  dövrünü  yaşayan  ölkələrdə  büdcə  gəlirlərinin  idxalından 

asılılığı,  digər  tərəfdən,  daxili  bazarı  qorumaq  istəyi  ilə  izah  olunur.  Onu  da 

göstərək ki, qeyd edilən məhdudiyyətlər bütövlükdə götürdükdə dünya təcrübəsinə 

uyğundur,  eyni  zamanda,  həmin  məhdudiyyətlər  əsasən  idxala  tətbiq  olunur  və 

vergi tutumlu malların ölkə ərazisinə idxalı zamanı mane yaratmaqla başlıca olaraq 

bazarı  qorumaq  məqsədi  daşıyır.  Tədqiqatlara  görə  ixracda  belə  məhdudiyyətlər 

azdır  və  əsasən  həmin  malların  daxili  bazarda  qalmasını  təmin  etmək  məqsədi 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə