Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə17/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   13   14   15   16   17   18   19   20   ...   28

47 

 

istisna  edilmədikdə,  habelə  ölkədə  bu  malların  istehsalının  təşkilinə  və  



genişləndirilməsinə maneçilik törətdildikdə kompensasiya rüsumları tətbiq edilir. 

 

Cəlb  olunma  obyektlərinə  görə  gömrük  rüsumları  –  idxal    və  ixrac  kimi  iki 



yerə ayrılır. 

 

Idxal  rüsumları  ölkənin  daxili  bazarını  xarici  rəqabətdən  qoruduğu  halda 



proteksionist  (daxili  bazarı  qorumaq  üçün  yerli  və  dünya  qiymətləri  arasındakı 

fərqdən  yüksək  müəyyənləşdirilən  rüsumlar)  funksiyanı  yerinə  yetirir.  Daxili 

bazarı  qorumaq  üçün  idxal  rüsumlarının  artırılmasının  əsas  səbəbi  yerli  malların 

rəqabət qabiliyyətinin aşağı olmasından irəli gəlir. Belə ki, yenicə müstəqillik əldə 

etmiş respublikamız köhnə texnologiya ilə dünya bazarı standartlarına cavab verən 

əmtəə  istehsal  edə  bilmir.  Eyni  zamanda  ölkəni  xarici  mallardan  asılı  vəziyytə 

salmaq, nəinki iqtisadi təhlükəsizliyi, həm də milli təhlükəsizliyə ciddi problemlər 

yarada  bilər.  Bu  isə  müstəqilliyini  tam  möhkəmləndirməmiş  bir  ölkə  üçün 

acınacaqlı  nəticələrə  gətirib  çıxarar.  Odur  ki,  hər  bir  dövlət  kimi  Azərbaycan  

Respublikası  da  öz  təhlükəsizliyini  təmin  etmək  üçün  proteksionist  siyasətdən 

yararlanmağa çalışır. 

 

Rüsumlar  hesablanarkən,  praktiki  olaraq  yerli  və  dünya  qiymətlərindən 



istifadə etmək olar. Rüsumlar, yerli və dünya qiymətlərinin fərqi və ya fərqə uyğun 

müəyyənləşdrilir.  Rüsumlar,  yerli  və  xarici  mallar  arasında  bərabər  şərait 

yaradaraq, stabilləşdirmə funksiyasını yerinə yetiri. 

Bəzən  isə  rüsumlar  yerli  və  dünya  qiymətlərinin  fərqindən  aşağı 

müəyyənləşdirilir  ki,  bu  xarici  malların  idxalına  böyük  imkanlar  yaradır.  Bu  cür 

rüsumlar isə stimullaşdırıcı adlanır. 

 

Bazar  iqtisadiyyatı  və  xarici  iqtisadi  fəaliyyətin  liberallaşdırılması  şəraitində 



gömrük  rüsumları    Xarici  iqtisadi  fəaliyytəni  vacib  iqtisadi  tənzimləyicisi  hesab 

olunur.  Gömrük  rüsumlarının  köməyi  ilə  dövlət,  malların  idxal-ixrac  zamanı 

bərabər  iqtisadi  şəraitdə  rəqabəti  tənzimləyir,  ümümidövlət  və  milli  maraqlara 

xidmət edən konkret iqtisadi, elmi-texniki, ekoloji, valyuta-maliyyə siyasəti aparır.  

 

Rüsum  qiymət  kateqoriyasına  aid  edilir.  Bu  isə  ayrı-ayrı  mallara  rüsum 



müəyyənləşdirərkən, fərdi yanaşma tələb edir. 


48 

 

 



İstənilən  mala (və  ya əmtəələr qrupuna) rüsum qoyarkən, yerli  və beynəlxalq 

xərcləri və qiymətləri müəyyənləşdirmək lazımdır. 

 

Azərbaycan  Respublikası  Nazirlər  Kabineti  idxal  və  ixrac  gömrük 



rüsumlarının  dərəcələrini  təyin  edir.  Azərbaycan  Respublikasının  əlverişli  ticarət 

rejimi  tətbiq  etdiyi  ölkənin  malları  üçün  idxal  və  ixrac  gömrük  rüsumlarının 

dərəcələrinin  son  həddi  Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən 

müəyyən olunur. Lakin əlverişli ticarət rejimi tətbiq olunmayan ölkələrin mallarına 

və  mənşə  ölkəsi  müəyyənləşdirilməyən  mallara  idxal  gömrük  rüsumlarının 

dərəcələri iki dəfə artırılır. 

 

Bir  sıra  hallarda  gömrük  tarifi  birtərəfli  qaydada  ixrac  məhsullarının 



istehsalına  tələb  olunan  mallara  aşağı  və  ya  sıfır  dərəcəli  idxal  rüsumu  tətbiq 

etməklə, milli istehsalın və ixracın stimullaşdırılması üçün istifadə olunur. 

 

Ölkə  iqtisadiyyatının  inkişaf  səviyyəsi  ilə  gömrük  rüsumlarının  dərəcələri 



arasında  müəyən  asılılıq  mövcuddur.  Belə  ki,  inkişaf  etmiş  ölkələrdə  gömrük 

rüsumlarının  dərəcələri  aşağı  olur.  Çünki  inkişaf  etmiş  ölkələrin  istehsal  etdiyi 

məhsulun rəqabət qabiliyyəti  yüksək olduğu  üçün, daxili bazarın  yüksək rüsumlar 

hesabına  qorunmasına,  ixracın  əlavə  tədbirlərlə  stimullaşdırılmasına  və  büdcənin 

gəlir hissəsinin gömrük ödənişləri hesabına doldurulmasına ehtiyac qalmır. Inkişaf 

etməkdə olan ölkələr daha yüksək rüsumlardan istifadə edirlər (Cədvəl 2.4). 



                                                                                                         Cədvəl  2.4 

Bəzi ölkələrdə sənaye mallarının idxal rüsumları ( % - lə) 

Malların adı 

Pakistan 

Braziliya 

ABŞ 

Avropa 

Birliyi 

Dəsmal və digər 

Məmulatlar 

80-100 


60 

25 – 90 


Boru və digərləri 

80 

30 


6 – 33 

6 – 13 


Akril plastməs 

1 kq 70 rupu 

40 

4.2 – 37 



12.5 – 21 

Minik maşınları 

80 - 425 

65 


2.5 – 10 

10 – 29 


Yük maşınları 

80 


65 

8.5 – 25 

5 – 28 

 

 



Cədvəldən  göründüyü  kimi  Pakistanla  Avropa  Birliyi  ölkələri  arasında  çox 

böyük  fərq  vardır.  Inkişaf  etməkdə  olan  ölkələrdə  idxal  rüsumlarının  yüksək 




49 

 

olmasının əsas səbəbi, ölkə sənayesinin xarici rəqabətdən qorumaqdır. Azərbaycan 



Respublikasıda öz sənayesini xarici rəqabətdən qorumaq üçün hələləik bu üsuldan 

istifadə edir. 

 Ümumiyyətlə,  qeyd  edək  ki,  2004-2014-cü  illər  ərzində  Dövlət  Gömrük 

Komitəsi üzrə dövlət büdcəsinə aşağıdakı vergilər daxil edilmişdir (Cədvəl 2.5).                                                                   



                                                                                               Cədvəl 2.5 

Azərbaycan DGK üzrə gömrük rüsumları və gömrük vergiləri  

(mln. manatla) 

 

Mənbə  :  Cədvəl  müəllif  tərəfindən  AR  DGK-nın  məlumatları  əsasında  işlənib 

hazırlanmışdır. 

2.5 saylı cədvəlin məlumatlarından görünür ki, Gömrük Komitəsi üzrə dövlət 

büdcəsinə daxil olmalar ildən-ilə artmışdır. Belə hal onunla izah olunur ki, ölkəyə 

bu  dövrdə  idxal  malları  da  artmışdır.  Həmçinin  qeyd  edək  ki,  Gömrük  Komitəsi 

üzrə dövlət büdcəsınə daxil olmalarda əsasən əlavə dəyər vergisi üzrə daxil olmalar 

ilbəil artmışdır. Gömrük rüsumları isə 1999-2000-ci  və 2004-2005-ci illərdə digər 

illərə nisbətən daha yüksək olmuşdur. Digər bir amil isə onunla bağlıdır ki, gömrük 

idxal rüsumlarının dərəcələrinin ölkə üçün 15%-lik olması səmərəli deyildir. 

  Hazırda  republikamızın  gömrük  orqanları  fisikal  siyasəti  həyata  keçirməklə 

dövlət  büdcəsi  gəlirlərinin  beşdə  bir  hissəsindən  çoxunu  təmin  edir.  Onlar  daxili 

bazarı  və  bütövlükdə  dövlətin  iqtisadi  maraqlarını  qorumaq  üçün  gömrük-tarif 

tənzimlənməsi  tədbirlərini  və  gömrük  işi  sahəsində  valyuta  nəzarətini  həyata 

keçirirlər.  Təhlil  göstərir  ki,  son  illər  ərzində  idxalın  əmtəə  strukturunu 

səmərələşdirmək,  ixracı  stimullaşdırmaq,  daxili  istehsala  şərait  yaratmaq 

istiqamətində xeyli işlər görülmüşdür ki, bu da ölkə iqtisadiyyatını xarici rəqabətin 

Göstəricilər 

2004 

2005 

2007 

2011 

2013 

2014 

Dövlət  Gömrük  Komitəsi 

üzrə  

260,7 


376,2 

772,0 


1141,  1208,3 

1383,3 


Əlavə dəyər vergisi 

171,3 


253,8 

402,4 


835,0 

883,4  986,1 

Aksiz 

11,1 


19,7 

60,1 


62,8 

76,8 


81,3 

Gömrük rüsumları 

77,0 

101,2 


300,2 

231,6 


230,6  298,3 

Tranzit yol vergisi 

1,2 

1,4 


6,2 

12,2 


17,5 

17,6 



Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə