25
Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin daha da genişləndirilməsi
istiqamətində işlər aparılır. İxrac bazarlarında rəqabətqabiliyyətlilik baxımından
qablaşdırma, etiketləmə də böyük əhəmiyyətə malikdir və xüsusi diqqət
mərkəzində saxlanılmalıdır. Ümumilikdə qeyd etmək istəyirəm ki, göstərilən işlər
Azərbaycanın qeyri-neft ixrac potensialının reallaşmasında əhəmiyyətli rol
oynayacaqdır.
1.3. İdxal-ixrac məhsullarına qiymətlərin tənzimlənməsində gömrük
siyasətindən istifadənin konseptual məsələləri
Dövlətin xarici ticarət-iqtisadi əlaqələrə müdaxiləsi qaçılmaz və cəmiyyət
üçün arzuolunandır. Eyni zamanda, qeyd olunmalıdır ki, bazar iqtisadiyyatı
şəraitində dövlətin iqtisadi proseslərə təsiri yalnız tənzimləmə şəklində
mümkündür. Iqtisadi tənzimləmənin göstərilən tərəflərinin elmi əsaslarını öyrən-
mək məqsədilə əvvəlcə istehlak malları üzrə xarici ticarət dövriyyəsinə daxil olan
malları iki qrupa bölək:
Birinci qrupa ölkənin özündə istehsal olunmayan və ya ölkənin onu idxal
etmək məcburiyyətində qaldıbı malları daxil edək. Dövlətin həmin malların
idxalını tənzimləməsi idxal rüsumlarının, bir sıra əlavə vergilərin və keyfiyyət
ekspertizası kimi texniki yoxlamaların tətbiqi ilə məhdudlaşır.
Ikinci qrupa ölkənin özünün kifayət qədər istehsal edə bildiyi malları daxil
edək. Dövlətin bu sahədə xarici ticarəti çevik və düşünülmüş siyasət ilə
tənzimləməsi ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan,
vaxtı ilə SSRİ kimi böyük ölkədə bir çox kənd təsərrüfatı və ərzaq məhsulları ilə
məşhur olan Azərbaycanın hazırda, hətta öz istehlak bazarında xaricdən gətirilmiş
bu cür malların üstünlük qazanmasının səbəbi yəqin ki, düşündürücüdür. Dövlət bu
qrup mallarla xarici ticarət-iqtisadi əlaqələr sahəsində hansı siyasəti həyata
keçirməlidir sualına cavab vermək üçün yenə də tələb və təklif qanunlarına
qayıdaq.
Belə fərz edək ki, əmtəənin dünya bazarındakı qiyməti (P
w
) onun daxili
bazardakı qiymətindən (P
e
) aşağıdır. Bu halda dünya bazarı qiyməti xəttinin tələb
26
(D) və təklif (S) xətləri ilə kəsişmə nöqtələrinə (A və B) uyğun malın miqdarı bir-
birindən fərqlənir, daha doğrusu dünya bazarı qiymətinin təklif xəttini kəsdiyi
nöqtəyə uyğun əmtəə həcmi (Q
1
) onun tələb xəttini kəsdiyi nöqtəyə uyğun əmtəə
həcmindən (Q
2
) az olur. Başqa sözlə, (Q
2
-Q
1
)
fərqinə bərabər əmtəə həcmini ölkə
idxal etmiş olur.
Bu vəziyyət xarici ölkə istehsalçılarını daha çox məhsul istehsal etməyə sövq
etdiyi halda, daxili istehsalçıların bəzilərinin bazardan çıxmasına səbəb olur (çünki
əks halda onlar gəlir əldə etmək əvəzinə ziyana düşərlər) və beləliklə, ümumilikdə
istehsalçıların ümumi rifahı aşağı düşür. Lakin, eyni zamanda, ölkədəki alıcıların
ümumi rifahı yüksəlir, çünki həmin əmtəələri daha ucuz qiymətə alırlar.
Indi ölkənin itkilərini və qazancını müqayisə edək. Xarici ticarət olmadığı
halda istehlakçıların gəliri əmtəəni almaq üçün ödəməyə hazır olduqları məbləğ ilə
faktiki ödədikləri məbləğin fərqi ESR
e
üçbucağının sahəsinə (Qrafik 1.1), yəni
tələb xətti ilə daxili bazar qiyməti xətti arasındakı sahəyə, istehsalçıların gəliri isə
daxili bazar qiyməti və təklif xətləri ilə mədudlaşmış EFP
e
üçbucağının sahəsinə
bərabər olduğundan ümumi gəlir ECF üçbucağının sahəsinə bərabər olur. Xarici
Q
Q
Q
1
Q
2
Р
Q
е
Р
w
Р
е
F
S
C
D
E
A
B
Qrafik.1.1.Əmtəənin dünya bazar
qiyməti daxili bazar qiymətindən
aşağıda olduqda istehsalı və
istehlakçıların gəlirləri
Р
Р
w
Р
е
F
S
C
D
E
A
B
Q
1
Q
Q
2
Qrafik 1.2. Əmtəənin dünya bazar
qiyməti daxili bazar qiymətindən
yuxarı olduqda istehsalı və
istehlakçıların gəlirləri
27
ticarətə icazə verildiyi halda istehlakçıların gəliri artıb BCP
w
üçbucağının sahəsinə,
istehsalçıların gəliri isə AFP
w
üçbucağının sahəsinə bərabər olur. Bu sahələrin
toplam olaraq AEV üçbucağı ilə FES üçbucağının cəminə bərabər olduğundan
xarici ticarətə icazə verildiyi halda cəmiyyətin ümumi rifahı AEV üçbucağının
sahəsi qədər yaxşılaşmış olur, yə’ni bu halda ümumilikdə götürdükdə cəmiyyətin
gəliri itirdiyindən çox olur.
Indi isə fərz edək ki, əmtəənin dünya bazarı qiyməti onun daxili bazar
qiymətindən yüksəkdir. Xarici ticarətə icazə verilibsə, təbiidir ki, əmtəənin bir
hissəsi xarici bazarlara çıxarılır və nəticədə əmtəənin daxili bazar qiyməti həmin
əmtəənin dünya bazarı qiyməti səviyyəsinə qalxır. Bu halda əmtəənin dünya bazarı
qiyməti xətti yenə də yerli tələb və yerli təklif xətlərini iki müxtəlif məhsul
həcminə malik nöqtələrdə kəsir: Q
1
və Q
2
(Qrafik 1.2.). Q
1
ölkə istehlakçılarının
dünya bazarı qiymətinə bərabər qiymətə ala biləcəkləri maksimum əmtəə həcmi,
Q
2
isə ölkə istehsalçılarının dünya bazarı qiymətinə sata biləcəkləri maksimum
əmtəə həcmidir. Qrafikdən də göründüyü kimi Q
1
< Q
e
, Q
2
>Q
e
. Başqa sözlə, bu
halda yerli istehlakçılar daha az əmtəə istehlak edirlər və odur ki, onların ümumi
qazancı azalır və tərsinə, ölkə istehsalçıları daha çox mal istehsal edirlər və odur ki,
onların gəlirləri da artır. Lakin yenə də əvvəlki halda olduğu kimi cəmiyyət
ümumilikdə ticarətdən AEV üçbucağının sahəsi qədər gəlirini çıxmış olur.
Buradan göründüyü kimi, nəzəri cəhətdən sərbəst şəkildə həyata keçirilən
xarici ticarət-iqtisadi əlaqələr bu prosesdə iştirak edən tərəf-müqabil ölkələrin hər
biri üçün faydalıdır. Lakin real həyatda ayrı-ayrı ölkələrin milli maraqları və ölkə
daxilində cəmiyyətin ümumi marağı ilə xarici ticarət-iqtisadi əlaqələrin
iştirakçılarının xüsusi maraqları üst-üstə düşmədiyindən xarici ticarət-iqtisadi
əlaqələrin müxtəlif vasitələrlə tənzimlənməsi zərurəti yaranmışdır.
Beynəlxalq təcrübə sübut edir ki, xarici ticarət-iqtisadi əlaqələrin inzibati
tənzimlənmə vasitələri yaznız fövqəladə şəraitdə səmərəlidir, normal iqtisadi
inkişaf şəraitində isə inzibati vasitələrlə iqtisadi vasitələr arasındakı nisbət iqtisadi
vasitələrin xeyrinə dəyişir. Lakin bu halda da xarici ticarət-iqtisadi əlaqələrin
Dostları ilə paylaş: |