Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ MÜASİR “BEYİN AXINI”



Yüklə 439,74 Kb.
səhifə4/5
tarix29.10.2017
ölçüsü439,74 Kb.
#7511
1   2   3   4   5

2.3.BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ MÜASİR “BEYİN AXINI”
XX əsrin ortalarından başlayaraq iqtisadiyyatı zəif inkişaf etmiş ölkələrdən müxtəlif sahələrdə çalışan, yüksək peşəkarlığı və savadı ilə fərqlənən mütəxəssislərin inkişaf etmiş ölkələrə axınının getdikcə güclənməsi müşahidə olunur. Bu proses qlobal problemə çevrilərək dövlətlərin və beynəlxalq təşkilatların marağını özünə cəlb edirdi.

Ümumiyyətlə ədəbiyyatda o, cümlədən «Britanika» ensiklopediyası ilə «Beyin axını» - yüksək savadlı, yaxud peşəkar kadrların bir ölkədən, iqtisadi sektordan, sahədən başqasına yüksək mənfəət və həyat tərzi əldə etmək məqsədi ilə miqrasiyası kimi təyin edilir.

OECD-in 1997-ci il tarixli məruzəsində yüksək ixtisaslı kadrların mühaciratı barədə məruzəsində «Beyin axınına» aid iki əsas anlayış ayırd edilir: «Beyin mübadiləsi» və «Beyin itkisi».

«Beyin mübadiləsi» ölkələr arası mütəxəssislərin iki tərəfli axınını nəzərdə tutur. Bu axının bir hissəsi üstünlük təşkil edən hallarda «Beyin artımı» yaxud «Beyin axını» terminləri istifadə edilir.

«Beyin itkisi» termini əvvəlki iş yerlərində zəruri olan bacarıq və səriştəyə ehtiyac olmayan yeni məşğulluq formalarına yüksək ixtisaslı kadrların mühacirəti zamanı baş verən mütəxəssislərin qıtlığını müəyyən edir.

Dünyada elmin vəziyyəti barədə statistik məlumatlar «Beyin axını» fenomeninin olduqca yayılması barədə dəlalət edir. Elmin maliyyələşdirilməsi ilə məşğul olan ABŞ-ın Milli Elm Fondunun (NFS) statistikasına görə Amerikaya gəlmiş və orada PhD elmi dərəcəsi almış tədqiqatçıların əksəriyyəti sonradan burada daha uzun müddətə qalırlar. Bu hal başqa ölkələrin anoloji göstəriciləri ilə (məsələn Böyük Britaniya) böyük ziddiyyət təşkil edir. Belə ki, B.Britaniyada təhsil alan əcnəbilərin 75% müdafiədən sonra vətənə qayıdırlar. Halbu ki, ABŞ xarici doktorantların yalnız 35% tərk edir. Onu da nəzərə almaq vacibdir ki, ABŞ gələnlərin sayı İngiltərəyə gələnlərin sayından qat-qat çoxdur. Vətənə qayıtmayanların arasında birinciliyi Çin, Tayvan, Hindistan, Cənubi Koreya kimi ölkələrin nümayəndələri saxlayır. Məsələn, Amerikada olan 2187 çinli doktorantdan yalnız 10 nəfəri müdafiədən sonra evə qayıdıblar, halbuki, B.Britaniyada olan 208 çinli alimdən 56-sı Dumanlı Albionu tərk etmişdir.

İxtisaslaşmış işçi personalının hərəkətinə bir sıra amillərin mövcudluğu təsir edir. Birincisi əvvəlki vaxtlardan fərqli olaraq işçi qüvvəsi eksport edən ölkələrdə elmin daha da beynəlmilləşdirilməsidir. Beynəlxalq təhsildə və hazırlıqda iştirak, beynəlxalq mübadilənin və təcrübənin müxtəlif sxemləri daxil olmaqla gənc alimlərin xaricdəki elmi fəaliyyətinə marağını stimullaşdırır, məzunların qabağında geniş beynəlxalq perspektivlər açır. İsveç, Hollandiya, İrlandiya kimi kiçik ölkələr çalışırlar ki, xaricdə işləməyə yararlı, bu ölkədəki müəssələrin güclənən beynəlxalq fəaliyyəti ilə ayaqlaşa bilən çoxlu sayda mütəxəssis hazırlasınlar.

İkincisi, işçi qəbul edən dövlətlərdə beynəlxalq təcrübəsi olan, yüksək ixtisaslı kadrlara təlabatın artması.

Müəyyən profilli mütəxəssislərə olan müəssələr səviyyəsində çatışmamazlıq əcnəbilərin dəvət olunmasının əsas səbəblərindən biridir. İş adamları böyük təkidlə yüksək səviyyəli namizədlər axtarırlar. Stimullaşdırıcı immiqraisya siyasəti çox ölkələrdə həmçinin əhəmiyyətli olan faktorlara aid edilir.

Bu iki amili Avropa Birliyinin inkişaf etmiş dövlətlərinə aid etmək lazımdır. İnkişaf edən dövlətlərdə «Beyin axını» yaxud elmi inteliqensiyanın emiqrasiyası elmi təlabatın müntəzəm olaraq azalmasının nəticəsidir. Emiqrasiyanın səbəbləri elmdə birinci növbədə maliyyələşdirilmənin azalması nəticəsində törənən böhranla sıx əlaqədardır. İnkişaf etmiş sənaye ölkələrinin təcrübəsi göstərir ki, dövlət tərəfindən elmə ayrılan dotasiyaların həcminin 2%-dan az olmamalıdır. MDB dövlətlərində bu məbləğ ümümmilli məhsulun 0,53%-m təşkil edir.

Əmək haqqı sahəsində aparılan siyasət «Beyin axınının» səbəblərindən biridir. Bazar islahatları ilə əlaqədar və yaranan pul differensasiyası nəticəsində elmi inteleqensiyanın nəinki həyat tərzinin səviyyəsi aşağı enib, hətta cəmiyyətin bu təbəqəsinin mövcudluğu sual altında qalıb. Belə vəziyyətdə onlara intensiv yaradıcılıq fəaliyyəti üçün şəraitin yaradılması barədə danışmağa belə dəyməz. Elmdə mövcud olan əmək haqqı yaşayış minimumundan aşağıdır. Qərbin inkişaf etmiş ölkələri ilə müqayisədə isə bizim alimlərin maaşı 50-100 dəfə azdır. 2000-ci ildə ABŞ-da tədqiqatlara və elmi işləmələrə 250 mlrd. $ ayrılmışdır. Bu vəsaitdən yalnız 47 mlrd. $ dövlətin payına düşmüşdür. Bununla bərabər maliyyələşdirilmənin həcmi daima artır (artıq 2002-ci ildə dövlətin elmə pul təxsisatı 100 mlrd. $ ötmüşdür). Qərbi Avropada bu situasiya tamami ilə ayrı cürədir. Elmi tədqiqatların maliyyələşdirilməsinin əsas hissəsi (90%) Avropa ölkələrinin milli büdcələrindən ayrılır. Maliyyələşdirilmənin ümumi həcmindən başqa alimlər həmçinin maliyyə vəsaitlərinin təqdim edilməsindəndə narazıdırlar. Onların fikrincə, elmin artıq məlum olan nailiyyətləri istifadə edilən sənaye proyektlərinə böyük miqdarda vəsaitlərin qoyulması zamanı səhiyyədə və ayrı dərindən öyrənilməyən sahələrində proqresi stimullaşdıran fundamental tədqiqatlar isə maliyyə cəhətdən böyük əksikliklərlə üzləşirlər.

«Beyin axını» ölkənin intelektual potensialına sonradan bərpa edilməyən zərər vurur və bununla milli təhlükəsizlik üçün qorxu yaradır. İxtisaslı peşəkarların inkişaf edən ölkələrdən inkişaf etmiş ölkələrə daimi axını tək-tək insanların sadə miqrasiyası saylmır. Bu proses xalqın məhsuldar qüvvələrinin kasıb ölkələrdən varlı ölkələrə nəqlidir. Dövlətin elminin və elmi-texniki potensialının itkisi onu gələcəkdə daha da çox kapital sərf edən yanacaq və xammal sahələrinin inkişafına düçar edir.

Getdikcə aktuallığı artan yeni «Beyin axını» formaları həmçinin təhlükə yaradır. Məsələn, insanların yerdəyişməsi ilə müşahidə olunmayan ideya axını. Keçmiş SSRİ məkanında yerləşən ETİ-nın bir hissəsi, xüsusən də hərbi istehsal kompleksinin tədqiqat müəssələrinə üstünlük verən xarici sifarişçilərlə işləyirlər. Bu müəsələrdən çoxu iri amerika korporasiyaları ilə müqavilələr bağlayıblar. Belə bir misal gətirmək olar: Rusiyanın ərazisində yaşayan 8000-ə yaxın alim ABŞ-ın Energetika Nazirliyi və Pentaqon kimi sifarişçilərin maraqlarını həyata keçirərək 40-dan çox elmi proqram üzərində çalışırlar. Tədqiqatçılar Rusiyanın son onillikdə «Beyin axını» nəticəsində əmələ gələn zərərin miqdarını 50 mlrd. $ qiymətləndirirlər. «Beyin axının» başqa gizli bir forması ölkənin ərazisində yerləşən birgə müəssələrin və xarici kompaniyaların yerli alimlərin, elm-texnika sahəsi mütəxəssislərinin işə götürülməsidir. Bu strateji işçi qüvvəsi yerli təsərrüfatdan xaric edilir və beləliklə, dövləti tərk etməyərək emiqrasiyaya məruz qalır. Bu tendensiya nəzərə çarpan dərəcədə milli neft sənayesində özünü biruzə verir.

Bəzi hallarda «Beyin axını» prosesi müsbət təsirdə göstərə bilər. Qərb alimləri C.Conson və M.Reqets yeni bir anlayış tətbiq ediblər - «beyin dövranı». Dövrü yer dəyişmələr nəzərdə tutulur: xaricdə ixtisasını artırıb, orada işləmək, sonra isə vətənə qayıdıb və əcnəbi ölkədə qaldığı zaman əldə edilən üstünlük hesabına peşəkar mövqeyini təkmilləşdirmək. Müəlliflər hesab edir ki, miqrasiyanın bu növu gələcəkdə öz mövqeyini daha da möhkəmləndirəcək, xüsusən əgər ölkələr arası olan iqtisadi fərqlər azalmağa doğru gedəcək. Misal üçün, bu cür dövrü miqrasiyanı Avstraliyada təhsil almış malaziyalılar arasında müşahidə etmək olar. Ölkələrində kompyuter texnologiyalarının inkişafında Amerikada fəaliyyət göstərmiş hind alimlərin əvəzedilməz rolu olmuşdur.

Bir sıra inkişaf edən ölkələr üçün, təsdiq etmək olar ki, bu ölkələrin ödəmə balansı xaricdə işləyən mütəxəssislərin vətənə göndərdikləri böyük məbləğlər hesabına yaxşılaşır. İnkişaf etmiş və inkişafda olan dövlətlər işçi qüvvəsi bazarında olan dəyişdiklərin yüksək ixtisaslı personalın fəal yerdəyişməsinə təsirini müxtəlif cür hiss edirlər. Lakin Avropa üçün (ayri-ayrı Avropa ölkələrində mövcud iqtisadi müxtəliflikləri nəzərə almaqla) bu arqument qüvvədə olmur və miqrasiyanın mənfi təsiri yüksək ixtisaslı personalın ölkəyə göndərdiyi pul məbləğinin müsbət təsirindən artıq olur.

Avropada «Beyin axını» ilk növbədə işlədikləri ölkəyə öz parlaq istedadları ilə nəhəng üstünlüklər gətirə biləcək elmi elitanın itkisi təhlükəsi kimi qəbul edilir. Bu axının əsas hissəsi ABŞ-a istiqamətlənir. Məsələn, keçmişdə Amerikada işləyən avropalı tədqiqatçılar ölkəyə böyük iqtisadi fayda vermişdilər. Bir çox amerikalı nobel mükafatı laureatları məhz avropa mənşəli olmuşdular. ABŞ-da işləyən mütəxəssislərin əksər hallarda müsabiqə əsasında seçilməsi faktı da sübut edir ki, onların ümumi səviyyəsi həmişə yüksək olmuşdur. İmmiqrantların əksəriyyəti 20-40 yaşları arasında gənc insanlar olmuşlar. Digər sözlə, onlar həyatlarının ən məhsuldar dövrünü başqa dövlətin rifahına sərf edirlər. Bundan əlavə, Avropanın ən varlı ölkələrindən olan alimlər üçün cəlbedici faktorlar inkişaf edən dövlətlərin alimləri üçün mövcud olan faktorlardan tamami ilə fərqli olur.

Qeyd etmək lazımdır ki, məhsuldar avropalı alimlərin xeyli hissəsinin xaricdə işləməsi həmin qitə üçün elmin müəyyən sahələrində ciddi problemlər yarada bilər. Elm sahəsində Avropa ilə Amerika arasında əsas fərq həmin ölkələrdə ki, elm mərkəzlərinin müxtəlif nüfuza malik olmalarıdır. Həqiqətən də bir sıra sahələrdə Avropanın elmi-tədqiqat institutları Amerikanın anoloji müəssələrindən daha yaxşı işləyə bilərlər. Lakin Avropa institutları öz sahələrində dünyəvi mərkəzlərə çevrilə biləcək cəlb etmə qüvvəsinə malik deyirlər. Məsələn, Avropa universitetlərində təhsilin pulsuz olmasına baxmayaraq Amerika universitetlərinə nisbətən az sayda xarici tələbə cəlb edirlər.

Bunun səbəbi Amerikada çoxlu sayda mərkəzlərin olması ilə bərabər, bu ölkədə peşəkar karyera üçün müxtəlif perspektivlər, inkişaf etmiş əmək bazarı və yüksək həyat standartları mövcuddurlar. Məsələn 1996-cı ildə almaniya elmi-tədqiqat müəssisəsi xaricə göndərmək üçün 1028 alman tədqiqatçısını xərclərini maliyyələşdirmişdir. Onlardan 641 məhz ABŞ-ı seçmişdir. Analoji mənzərə avropanın öz daxilində də mövcuddur. İsveçrə Avropa İttifaqının başqa dövlətlərdən olan tədqiqatçılar üçün daha cəlb edici ölkə hesab edilir (namizədlərin ümumi sayının 26 %). Bu fakt həmin ölkədə nəhəng elmi mərkəzlərin və hətta Avropa dövlətləri ilə müqayisədə daha yüksək həyat, standartlarının olması ilə izah edilə bilər.

Yapon - Sinqapur simpoziumunda ASEAN üzvü olan ölkələr məqsədi informasiya texnologiyaları sahəsində mütəxəssislərin Qərbə emiqrasiyasının qarşısını almaq üçün asiya «kompyüter zonasının» yaradılmasını müzakirə etmişdilər. Bir çox Asiya ölkələri (Hindistan, Çin, Malaziya, Filippin) başqa dövlətlərə «beyin axınından» zərər çəkirlər. Çünki bu proses onların iqtisadi İnkişafına mənfi təsir göstərir. Məsələ burasındadır ki, iqtisadiyyatın əsas bölmələrində, xüsusən də informasiya texnologiyaları əlaqədar olan sahədə ixtisaslaşmış mütəxəssislərin qıtlığı kəskin şəkildə hiss olunur.

Amerikalılar tərəfindən «Silisium ərazi»sində (Кремниевая долина) həyata keçirilən layihənin hazırlanması planlaşdırılır. Burada yerləşmiş kompaniyalar məhz bütün dünyadan istedadlı tədqiqatçıların və informasiya texnologiyaları mütəxəssislərinin işə cəlb edilməsi hesabına fenomenal nəticələr əldə etmişdilər. Hal-hazırda həmin bölgədə çoxlu sayda Asiya mənşəli mühəndislər fəaliyyət göstərirlər.

«Beyin axının» qarşısını almaq üçün inkişaf edən dövlətlər hansı preventiv tədbirlər həyata keçirməlidirlər:

İlk növbədə elmi ziyalıların əmək haqqı səviyyəsi qaldırılmalıdır. Məsələn, Cənubi Koreyada «beyin axının» qarşısını almaq üçün əmək haqqı amerika standartları səviyyəsində olan laboratoriyalar açılmışdır.

Ziyalıların həyat və yaradıcılıq fəaliyyəti üçün şərait yaradılmalı, cəmiyyətdə elmi işçinin sosial statusu və nüfuzu yüksəldilməlidir.

Xaricdə yaşayan həmvətələrmizlə və ilk növbədə ziyalı kadrlar ilə əlaqələr üzrə federal agentliklər yaradılması çox səmərəlidir. Bu əlaqələr həmin kadrlarla müştərək elmi-texniki tədqiqat proqramlarının yaradılması və dəstəklənməsi, peşəkar əməkdaşlığın möhkəmləndirilməsi və onların vətənə qayıtmaqları üçün şərait yaradılması baxımından çox vacibdir.

Ölkənin elmi maraqlarına cavab verən fundamental tədqiqatların maliyyələşdirilməsi, elmi məktəblərin və istedadlı alimlərin dəstəklənməsinə yönəlmiş milli siyasət elmdə «beyin axının» qarşısını almağa imkan verər.


III FƏSİL: AZƏRBAYCANIN BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNDƏ MÖVQE SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİ
3.1.AZƏRBAYCANIN BƏB-də İŞTiRAKINDA HAZIR MƏHSUL İSTEHSALININ ARTIRILMASININ YERİ VƏ ROLU
BƏB-in dinamik inkişafını təmin edən forması beynəlxalq kooperasiya əlaqələridir. Ölkəmizin bu gün beynəlxalq kooperasiya əlaqələrində aktiv iştirakı isə bir sıra amillər səbəbindən əslində obyektiv zərurətə çevrilmişdir. Burada ilk növbədə onu qeyd etmək lazımdır ki, Sovet İttifaqı dövründə yeridilən siyasət nəticəsində respublikanın sənaye müəssisələrinin yalnız cüzi hissəsinin ölkə daxilində tamamlanmış texnoloji tsiklə malik olduğu üçün onların əksər hissəsi, daxildə komplekləşdirici hissələrlə kifayət qədər təmin olunmamaq şəraitində beynəlxalq kooperasiya əlaqələri qurmadan effektiv fəaliyyət göstərə bilməzlər. Ümumiyyətlə Azərbaycanın sənaye müəssisələrinin müasir dövrdə rastlaşdığı reallıqları da (hazır əmtəə istehsalı və satışı sahəsində beynəlxalq işgüzarlıq təcrübəsi az, beynəlxalq rəqabət imkanları məhdud, beynəlxalq marketinq isə yox dərəcəsindədir) nəzərə alsaq BƏB-də ölkəmizin itirilmiş mövqelərini bərpa etmək üçün ən əlverişli variant onların yaxın gələcəkdə detallar, hissələr və texnoloji əməliyyatlar üzrə ixtisaslaşmaya üstünlük vermələrindən ibarətdir.

Yuxarıda sadalanan çıxış yolu olmaqla bərabər məmulat, yarımfabrikatlar üzrə ixtisaslaşma və beynəlxalq kooperasiya əlaqələrində iştirakın milli fırmalar üçün digər mühüm əhəmiyyətə malik tərəfləri də vardır. Onları qısaca olaraq aşağıdakı kimi şərh etmək olar:



  1. Tələbin dəyişməsi ilk növbədə hazır əmtəə istehlakına zərbə vurur. Bu tələb dəyişiklikləri adətən evolyusional qaydada hazır əmtəənin yalnız hər hansı bir hissəsinə münasibətdə olur. Lakin nəticədə bütün əmtəənin istehlakı aşağı düşür. Ona görə də istehlakı artırmaq üçün hazır əmtəə istehsalçısı həmin dəyişikliyi mütləq həyata keçirməlidir. Ancaq bu heç də əmtəənin istehsalında istifadə edilən bütün məmulat və qovşaqların, texnoloji əməliyyatların dəyişdirilməsi demək deyildir. Bu səbəbdən də məmulat və yarımfabrikatlar, texnoloji əməliyyatlar üzrə ixtisaslaşma zamanı tələb dəyişikliklərinə məruz qalma riski hazır əmtəə istehsalındakına nisbətən xeyli aşağıdır. Məsələn, avtomobil istehsalçısı tələbdəki dəyişikliklərə cavab verə bilmək üçün (misal üçün, tələb dəyişikliyi avtomobilin xarici görünüşündədir) araşdırmalar aparır, yeni növ avtomobil yaradır, külli miqdarda xərclər çəkərək yeni ştamplar, platformalar quraşdırır. Avtomobilin rənglənməsi texnologiyası isə eyni qalır.

  2. Məmulatlar və yarımfabrikatlar üzrə ixtisaslaşma hazır əmtəə istehsalına nisbətən az investisiya qoyuluşu, texnologiya, ETT xərcləri və s. xərclər tələb etdiyi üçün kapital resurslarının məhdudluğundan əziyyət çəkən respublikamızda belə müəssisələrin təşkili nisbətən asandır.

  3. Hazır əmtəə istehsalına nəzərən bu cür müəssisələrdə istehsalın texniki, texnoloji mürəkkəbliyinin nisbətən aşağı səviyyədə olmasına görə həmin firmalar dünya bazarında baş verən hər hansı dəyişikliyə çox çevik reaksiya vermək qabiliyyətinə malik olurlar.

  4. Məmulatlar, qovşaqlar üzrə ixtisaslaşmaqla BƏB-də iştirak edən müəssisələrdə istehsal strukturunun nisbətən sadəliyi idarəetmə, keyfiyyətə nəzarət problemlərini universal müəssisələrə nəzərən xeyli asan və yüksək səviyyədə həll etməyə imkan verir.

  5. Məmulatlar, yarımfabrikatlar üzrə BƏB-də ixtisaslaşma zamanı hazır əmtəə istehsalından fərqli olaraq, marketinq siyasəti əsasən subyektiv şəxsi fikirlərin üstünlük təşkil etdiyi kütləvi istehlakçıların deyil. Obyektiv peşəkar fikirlərin üstünlük təşkil etdiyi məhdud istehlakçıların (mühəndislər, texniki kadr heyəti üzvləri, müəssisə və s.) cəlb edilməsinə yönəldiyindən dəfələrlə az xərc tələb edir. Çünki ola bilər firmanın istehsal etdiyi hazır əmtəələr rəqiblərinkindən daha keyfiyyətli olsun. Lakin, düşünülməmiş marketinq siyasəti nəticəsində rəqiblər onu subyektiv fikirli kütləvi istehlakçılar bazarında üstələsinlər. Ancaq detallar texnoloji əməliyyatlar bazarında istehlakçılar sırf professionallar olduğundan belə halın mümkünlüyü çox cüzi səviyyədədir. Həm də qeyd etmək lazımdır ki, bu bazarda istehlakçıların sayının az olmasına baxmayaraq onların (müəssisələrin) istehlak səviyyəsi kifayət qədər yüksəkdir.

  6. Hazırki dövrdə sənayedə (xüsusən maşınqayırmada) əsas meyllərdən biri hissə və qovşaqların unfikasiyasıdır. Unfikasiya müxtəlif əmtəələrdə istifadə olunan eyni məmulat və detalların, yaımfabrikatların sayının çoxaldılmasını nəzərdə tutur. Odur ki, bu tendensiya BƏB-də məmulatların istehsalı və ixracı ilə iştirak edən dünya təsərrüfatı subyektlərinin ixtisaslaşma səviyyəsinin daha da dərinləşməsinə təminat verməklə bərabər, onların bazarlarını da xeyli genişləndirir. Unfıkasiya meylinin güclənməsi nəticəsində gələcəkdə konkret məmulatın, hissənin, qovşağın bazarı və ondan hazırlanan əmtəələrin ayrı-ayrılıqdakı bazarlarından daha böyük ola bilər.

7. Respublikamızın əmtəələrinin rəqabətqabiliyyətli ola biləcəyi İEOÖ-dən çoxu öz milli istehsalçılarını qorumaq üçün hazır əmtəə idxalına yüksək səviyyəli rüsumlar təyin etmişlər. Onların səviyyələri bir çox hallarda son məhsulun dəyərinin 50-100%-i arasında tərəddüd edir. Lakin məmulatlar və yarımfabrikatlar idxalına qoyulan rüsumlar hazır əmtəəyə qoyulan rüsumlara nisbətən xeyli aşağıdır, bəzi hallarda bu məhsulların idxalına heç bir rüsum tətbiq edilmir.Ona görə də milli müəssisələrimiz həmin İEOÖ-in firmaları ilə beynəlxalq kooperasiya əlaqələrinə girməklə son məhsul istehsalı üçün zəruri olan bütün detal və qovşaqları həmin ölkəyə ixrac edər, orada yerli firmalar onun yığımını həyata keçirər.

Məlumdur ki, müasir dövrdə beynəlxalq səviyyədə tələbin ödənilməsi üçün əmtəələrin texniki-texnoloji səviyyəsi çox yüksək olmalıdır. Bu isə əmtəələrin hər hansı ayrıca bır müəssisədə kütləvi istehsalın maksimum səmərəlilik baxımından praktiki olaraq qeyri-mümkün edir. İstehsalı effektiv təşkil edə bilmək üçün müəssisələrin BƏB-də ayrı-ayrı məmulatlar, hisələr, qovşaqlar, texnoloji əməliyyatlar üzrə ixtisaslaşmaları və kooperasiya əlaqələrinə girmələri zərurət halını alır. Mövcud reallıqları nəzərə alsaq görərik ki, məhz burada Azərbaycan müəssisələri üçün həqiqətən geniş imkanlar açılır.

BƏB-də hissə, qovşaqlar üzrə ixtisaslaşmış və kooperasiya əlaqələrinə girmiş müəssisələrdə sıfırdan başlayaraq hazır əmtəə istehsal edən müəssisələrə nisbətən məhsul vahidinə çəkilən əmək xərcləri 2,5-5 dəfə aşağıdır.

Beynəlxalq kooperasiya əlaqələri hazır əmtəə istehsalına tələb olunan vaxtı da xeyli azaldır. Belə ki, BMT-nin Avropa iqtisadi komissiyasının məlumatlarına əsasən texniki əməkdaşlıq, detallar, məmulatların mübadiləsi üzrə ixtisaslaşma yeni növ əmtəə istehsalına tələb olunan vaxt sərfini 14-30 ay qısaldır, yeni istehsal güclərinin inşasına sərf olunan xərcləri orta hesabla 50-70% aşağı salır. BƏB-də məmulat və yarımfabrikatlar üzrə ixtisaslaşma ən çox maşınqayırma sənayesində inkişaf etmişdir.

Ümumiyyətlə məmulatlar, texnoloji əməliyyatlar üzrə ixtisaslaşmaya mütləq respublikamızın BƏB-də ayrıca, müstəqil, olduqca geniş imkanlara malik iştirak istiqaməti kimi yanaşılmalıdır. Belə ixtisaslaşma həqiqətən də ölkəmizin çox böyük realizə olunmamış imkanlarının həyata keçirməsinə şərait yaradır. Məsələn, fərz edək ki, Azərbaycan hər hansı bir elmtutumlu son məhsulun istehsalında müqayisəli üstünlüklərə malik deyildir, lakin o, həmin məhsulun əməktutumlu, yaxud az elmtutumlu hissələrinin istehsalında bu cür üstünlüklərə malik ola bilər. Deməli, belə çıxır ki, Azərbaycanın hazır əmtəə şəklində istehsalı üzrə ixtisaslaşa bilməyəcəyi məhsulların buraxılmasında məmulat və yarımfabrikat üzrə BƏB-də ixtisaslaşma nəticəsində iştirak etməsi mümkün olur. Məhz bu amil BƏB-də detallar, qovşaqlar üzrə ixtisaslaşmanın ölkəmizə verə biləcəyi ən böyük töhfələrdən biridir.

Məmulat istehsalı üzrə ixtisaslaşma zamanı respublikamızın ən iri potensiala malik sahəsi, əlbəttə ki, neft - mədən maşınqayırmadır. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın maşınqayırma sənayesinin butun əsas alt sahələrinin, yəni neft maşınqayırması, elektronika, elektrotexnika, cihazqayırma, dəzgahqayırma, kənd təsərrüfatı maşınqayırması, məişət cihazları istehsalı və digərlərinin beynəlxalq kooperasiya əlaqələrində, detalların, qovşaqların beynəlxalq mübadiləsində iştirakı üçün çox geniş imkanları vardır.

Yarımfabrikatlar istehsalı üzrə respublikamız BƏB-də 3 əsas istiqamətdə ixtisaslaşa bilər: kimya, tikinti və formakoknoziya sənayeləri.

Azərbaycan kimya sənayesi ümumiyyətlə SSRİ dövründə yarımfabrikatların ixracı üzrə ixtisaslaşmışdır. O dövrdə Azərbaycanın kimya məhsullarının 70%-i ixrac olunurdu. O cümlədən kimyəvi lifin 50%-i, sulfanolun 65%-i, polietilenin 70%-i, epoksit qətranların 79%-i, kaostik sodanın 25%-i, kauçuk və lateksin 88%-i, izopropil spirtin 100%-i xarici bazarlar gedirdi. Sadalananlardan əlavə hazırda respublikamızın süni parça, odadavamlı materiallar, izolyasiya örtükləri, plastik kütlələr, aşqarlar (istehsalına görə Azərbaycan SSRİ-də I yerdə idi), etilen, etil spirti, kükürd turşusu və s. bu kimi məhsulların ixracı üçün böyük ehtiyatları mövcuddur.

Respublikamızın yarımfabrikatlar istehsalı üzrə BƏB-də potensial ixtisaslaşma istiqamətlərindən biri də tikinti sənayesidir. Azərbaycanın tikinti sənayesinin əsas üstünlükləri resurslarla yüksək səviyyədə təminatlılıq, ucuz, lakin ixtisaslı işçi qüvvəsi, sənayenin infrastrukrunun nisbətən inkişaf etmiş olması, iri istehsal güclərinin mövcudluğu, əksər hallarda müəssisələrin resurs yataqlarına çox yaxın yerləşməsi və s. Təkcə bir faktı da göstərmək kifayətdir ki, SSRİ dövründə Azərbaycanın 65 rayonunun 34-də tikinti sənayesi müəssisələri fəaliyyət göstərmişdirlər.

Bütün bunlar onu sübut edir ki, ölkəmizin BƏB-də tikinti sənayesi məhsulları üzrə ixtisaslaşması üçün o qədər də böyük olmayan investisiya qoyuluşları da kifayətdir. İlkin etapda Azərbaycan BƏB-də sement, şifer, üzlük və döşəmə üçün keramik plitələr, dam örtükləri, kərpic, şüşə, plastik və metal borular və digər tikinti məhsullarının istehsalı üzrə ixtisaslaşa bilər.

Azərbaycanın BƏB-də yanmfabrikatlar üzrə ixtisaslaşmasının ən vacib qollarından biri də formakoknoziya məhsulları, yəni müalicəvi əhəmiyyətə malik bitkilərdən hazırlanan nisbətən emal edilmiş xammalın istehsalı və ixracıdır. Ölkəmizin bu sahədə üstünlkləri olduqca böyükdür. Birincisi, Azərbaycanın mütəxəssislərinin bitkilərin tərkibi, hansı bitkinin hansı xəstəliklərdə istifadə olunması barəsində külli miqdarda təcrübəyə malikdirlər, ölkəmizdə fitoterapiya ilə məşğul olan bir sıra professional həkimlər və tibb ocaqları mövcuddur. Halbuki Qərbdə bu sahə ilə təzə-təzə maraqlanırlar. Onu da söyləmək lazımdır ki, formakoknoziyada Azərbaycanın malik olduqları üstünlükləri əksər hallarda mütləq üstünlüklər kimi qiymətləndirmək olar. Çünki Azərbaycanda yetişən müalicəvi əhəmiyyətli bitkilərin çoxu nə Amerikada, nə Avstraliyada, nə də Afrikada bitmir. İkincisi, ölkəmizdə fəaliyyətinin formakoknoziya istiqamətində qurmuş neçə-neçə müəssisələr mövcuddur. Yəni Azərbaycanın bu sahədə müəyyən emal texnologiyaları da vardır.

Formakoknoziya sferasında Azərbaycan digər ölkələrə nəzərən (təcrübə, texnologiya) əsaslanan üstünlüklərə malikdir. Həm də formakoknoziya ekspertlər tərəfindən hazırda tibbin ən güclü inkişaf perspektivinə malik sahəsi kimi qiymətləndirilir. Bu müasir dövrdə bütün dünyada ekoloji cəhətdən təmiz əmtəələrə, o cümlədən də təbii preparatlara artan tələb ilə izah olunur.


3.2.AZƏRBAYCANIN BƏB-də MÖVQE SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS İSTİQAMƏTLƏRİ
Azərbaycanın BƏB-də mövqeyinin inkişafına təsir edən stimulların yaradılması üçün əsas istiqamətlər aşağıdakılardır:

  1. İxracyönlü BƏB modelinin ölkə iqtisadiyyatına hərtərəfli tətbiqinə nail olmaq;

  2. Respublikamızı xarici birbaşa investisiyaların yatırılmasının dünya miqyasında ən cəlbedici obyektlərindən birinə çevirmək;

  3. Ölkədə elmi-texniki prosesləri hərəkətə gətirmək, sürətləndirmək, Azərbaycanın əmtəə idxalçısından müasir texnologiyaların idxalçısı və istehsalçısına çevirmək;

  4. Milli təsərrüfatın fəaliyyətinin əsas hissəsinin resursların təkrar emalı üzərində qurulmasına nail olmaq.

Respublikamızın BƏB-də mövqeyinin yaxşılaşdırılması yolunda atılmalı ən birinci addım iqtisadi artımın ixracyönlü modelə əsaslanandırılmasıdır. Bu sahədə dünya təcrübəsinə əsaslanan effektiv dövlət proqramının yaradılması artıq zamanın tələbinə çevrilmişdir. Fikrimizcə, ixracın stimullaşdırılması üçün aşağıda göstərilən təkliflər həmin proqramın bəzi elementləri rolunu oynaya bilər:

  1. Yalnız emal sənayesinə aid ixracların fəaliyyətinin stimullaşdırılması;

  2. İxracın kommersiya bankları ilə dövlət tərəfindən birgə kreditləşdirilməsi;

  3. Milli ixracçıları kreditləşdirən banklara dövlət qarantlarının verilməsi;

  4. Azərbaycan məhsullarını alan xarici firmalara dövlət tərəfindən, yaxud dövlət qarantı ilə kommersiya bankları tərəfindən kreditlərin təqdim edilməsi;

  5. İxracçıların kreditlərə görə kommersiya banklarına ödədikləri faizlərin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılması;

  6. İxracçılara milli nəqliyyat tarifləri ilə beynəlxalq nəqliyyat tarifləri arasındakı fərqin ödənilməsi;

  7. İxracın birbaşa dövlət tərəfindən sığortalanması;

  8. İxrac kreditlərinin dövlət tərəfindən sığortalanması;

  9. İxracçı müəssisələrin idxal etdikləri əsas fondlardan tutulan gömrük rüsumlarının ləğvi;

  10. İxracçı firmaların əsas fondlara görə öhdəlikləri əmlak vergisinin ləğvi;

  1. İxracçı firmaların malların reklamlaşdırılmasına vergidən azad edilməsi;

  2. İxracçı firmaların qiymətli kağızlarından gələn gəlirə qoyulan veginin azaldılması və ya ləğvi;

  3. İxracçı müəssisələrdə əsas fondların amartizasiya müddətinin qısaldılması;

  4. İxrac artımından tutulacaq mənfəət vergisinin ləğv edilməsi;

  5. İxracçılara müəyyən əlavə imtiyazların verilməsi (məsələn, su, elektrik, qaz və s. tariflərdə bir qədər güzəştlər);

  6. Dövlət tərəfindən ixracçılara informasiya, marketinq, konsultativ xidmətlərin göstərilməsi;

  7. İxracçı firmaların xarici bazarların tədqiqi üzrə marketinq proqramlarının dövlət tərəfindən maliyyə cəhətdən dəstəklənməsi;

  8. İxracyönlü müəssisələrin elmtutumlu, mürəkkəb avadanlıqların quraşdırılması, mənimsənilməsi, eləcə də onların istismar olunması ilə bağlı kadr hazırlığı xərclərini dövlətin öz üzərinə götürməsi;

  9. Beynəlxalq tender və torqlarda milli firmaların iştirakı ilə əlaqədar xərclərin dövlət tərəfindən konpensasiya olunması;

  10. Bilavasitə dövlətin təşəbbüsü ilə faktorinq əməliyyatlarının təşkili və genişləndirilməsi, bu sahədə müvafiq qanunvericilik bazasının formalaşdırılması;

  11. Fəaliyyətini xarici lisenziyalar əsasında qurmuş ixracyönlü firmalara əlahiddə güzəştlərin tətbiqi;

  12. Elmi-tədqiqat institutlarının, ali təhsil ocaqlarının kadr potensialının dövlət tərəfindən fəal surətdə xarici iqtisadi fəaliyyətin problemlərinin araşdırılması məsələsinə cəlb edilməsi və onların elmi araşdırmalarının nəticələrinin aktiv şəkildə ixracyönlü formalara ötürülməsi.

Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatında ekstensiv ixrac modelinin istifadə olunması üçün zəruri resursların əksər hissəsi məhdudlaşmışdır. Dünya bazarına xammal ixracının genişləndirilməsi imkanları getdikcə ölkənin mövcud resurs potensialı ilə daha ciddi ziddiyyət təşkil edir. Qeyd edilən şərtləri nəzərə almaqla Azərbaycanın ixrac potensialının sonrakı genişləndirilməsi yalnız o zaman haqlı əsaslandırılmış olar ki, bu genişləndirmə yüksək səviyyədə əlavə edilmiş dəyərə malik məhsulların ixracının artırılması istiqamətində inkişaf etdirilmiş olsun.

Azərbaycanı birbaşa investisiyalar üçün cəlbedici ölkəyə çevirə bilməsək onun BƏB-də iştirakının milli maraqlar baxımından səmərəliliyinin artırılması üçün hazırlanan tədbirlərin əksər hissəsi kağız üzərində qalacaqdır (aydındır ki, burada məsələnin əsas mahiyyəti xarici birbaşa investisiyaların qeyri-neft sektoruna, qeyri-resurs sektoruna, emal sənayesinə cəlb edilməsindən ibarətdir). Çünki, Azərbaycan özü hazırda iqtisadiyyatı kapital resurslarının çatışmamazlığı ilə xarakterizə olunan dövlətlər sırasına daxildir.

Digər tərəfdən isə ekspertlərin hesablamalarına görə ölkəmizin təkcə emal sənaye müəssisələrinin fəaliyyətini yenidən qurmaq üçün 9,64-10,64 milyard ABŞ dolları investisiya tələb olunur. Elektroenergetika sahəsini yeniləşdirmək üçün tələb olunan məbləğ 2,5 milyard, kimya, neft kimya sənayesi üçün 1,1 milyard, kənd təsərrüfatında ən azı 450 milyon, yüngül sənayedə isə 350 milyon ABŞ dollarına bərabərdir. Bütünlüklə neft-qaz kompleksinin ehtiyaclarını da nəzərə alsaq, bu məbləğ 20 milyard ABŞ dollarına çatacaqdır. Aydındır ki, respublikamızın ÜDM- dan çox olan bu qədər vəsaiti müasir dövrdə ölkə daxilində tapmaq qeyri-mümkündür. Onların hamısının kreditlər şəklində cəlb edilməsi isə iqtisadi cəhətdən təhlükəli, səmərəsiz və yolverilməzdir. Odur ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu birbaşa investisiya axınlarının mümkün qədər çox hissəsinin Azərbaycana yönəldilməsinə nail olmaqdan ibarətdir. Bunun üçün ilk növbədə ölkəmizdə rəqabətqabiliyyətli investisiya mühiti formalaşdırılmalıdır.

İnvestisiya mühiti kapital qoyuluşlarının effektivliyini və təhlükəsizliyini təmin edən faktorların məcmusudur.

Azərbaycanda rəqabətqabiliyyətli investisiya mühitinin yaradılması siyasətinin aşağıdakı sxem üzrə reallaşdırılması, fikrimizcə, məqsədəuyğun olardı.


Yüklə 439,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə