Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda



Yüklə 439,74 Kb.
səhifə5/5
tarix29.10.2017
ölçüsü439,74 Kb.
#7511
1   2   3   4   5

Sxem 1

Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi üçün ilk növbədə bu sahədə qanunvericilik bazasının qüsurlarının aradan qaldırılması lazımdır. Fikrimizcə, «Xarici investisiyaların qorunması haqqında» qanunun əsas nöqsanları bunlardır:



  1. qeydiyyat və lisenziya alınması proseduru həddindən artıq reqlamentləşdirilmişdir;

  2. investisiya fəaliyyətinin mühüm hissəsi olan portfel investisiyaları mövzusuna heç toxunulmamışdır;

  3. qanundakı bəzi qeyri-dəqiqliklər ucbatından bir sıra vacib məsələlər kifayət qədər işıqlandırılmır: məsələn, gəlirin və kapital repatriasiyasına qanun tərəfindən zəmanət verilsə də bu məsələnin valyuta rejimi ilə əlaqəsi açıqlanmır;

ç) birbaşa və dolayı konfıskasiya daxil olmaqla ekspropriasiyaya qarşı heç bir zəmanət verilmir;

  1. konfıskasiya və konpensasiya anlayışlarının mahiyyəti qanunla açıqlanmır;

  2. münsiflər məhkəməsi nəzərdə tutulmamışdırsa konfliktlərin nizamlanma prosedurunun necə olacağı (yerli məhkəmə, yoxsa yerli arbitraj) dəqiqləşdirilməmişdir.

Azərbaycanda innovasion inkişaf modelinə keçidi sürətləndirmək üçün bu işə rəhbərlik edəcək konkret orqanın yaradılması vacibdir. Həmin qurumun yürüdəcəyi elmi- texniki siyasətin əsas vəzifəsi milli innovasiya sisteminin formalaşdırılması, milli iqtisadiyyatı ETT-nin nəticələri və yeni texnologiyalarla təmin edəcək mexanizmin bütün həlqələrinin yaradılması, inkişaf etdirilməsi olmalıdır.

Bu sistem innovasiya fəaliyyətinin hüquqi tənzimlənməsi, elmi-texniki fəaliyyətin aktivləşdirilməsi, innovasion infrastrukturunun formalaşdırılması tədbirlərini elmi-texniki fəaliyyətə dövlət tədbirlərinin iqtisadi və inzibati instrumentlərinin işlənib hazırlanması, ümummilli, sahəvi, regional innovasiya mərkəzlərinin yaradılmasını əhatə etməlidir. Respublikada innovasion siyasətin həyata keçilməsi onun iştirakçılarının dəqiq müəyyənləşdirilmiş qarşılıqlı əlaqələr sisteminin olmasını tələb edir. Qarşılıqlı əlaqə sxemlərindən biri aşağıdakı kimi ola bilər:


Sxem 2

Azərbaycanın BƏB-də mövqeyinin yaxşılaşdırılması üçün milli iqtisadiyyatın mövcud resursların intensiv istifadəsinə keçməsinə nail olmaq vacib şərtdir. Resurslardan istifadənin intensivləşdirilməsi xammal, hazır əmtəə istehsalı prosesində aralıq proseslərin azaldılması, təkrar emal üçün ehtiyatların istifadəsi, yüksək resurstutumlu sahələrin ləğv edilməsi, material və enerjiyə qənaət proqramlarının tərtib edilməsi və reallaşdırılması, ilkin resurs hasilatı sahələrinin istehsal güclərinin resursların təkrar emalına yönəldilməsi, yeni enerji mənbələrinin yaradılmasını nəzərdə tutur. Bu sadalanan tədbirlərin həyala keçirilməsi milli iqtisadiyyatın fəaliyyətinin tullantısız və az tullantılı texnologiyalar üzərində qurulması vasitəsilə mümkündür.



3.3.AZƏRBAYCANIN BƏB-də MÖVQE SƏMƏRƏLİLİYİNİN QİYMƏTLƏNDİRİLMƏSİNDƏ RƏQABƏTQABİLLİYYƏTLİYİN

YERİ VƏ ROLU
Ölkəmizin BƏB-də mövqeyinin yaxşılaşdırılmasına kompleks yanaşma milli iqtisadiyyatın dünya təsərrüfatı miqyasında rəqabətqabiliyyətliliyinin artırılmasından ibarətdir. İxracyönlü iqtisadiyyatın yaradılması, Azərbaycanın birbaşa investisiyaların, ən yeni texnologiyaların idxalçısına və istehsalçısına çevirmək, sənayenin təkrar xammal emalına keçirilməsi - əslində bütün bunla öz-özlüyündə rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin vacib şərtləri əsasına daxildir. Çünki onlar son nəticədə Azərbaycanın BƏB-də iştirakının daha da səmərələşdirilməsinə xidmət edirlər. Buna isə yalnız ölkənin rəqabətqabiliyyətliliyini beynəlxalq səviyyələrə qədər artırmaqla nail olmaq mümkündür.

Lakin rəqabətqabiliyyətlilik məfhumunu yuxarıda sadalananlarla məhdudlaşmır. Ona görə də Azərbaycanın BƏB-də milli maraqlar nöqteyi nəzərindən əlverişli mövqelər tutması üçün rəqabətqabiliyyətlilik anlayışının digər tərəfləri də təhlil edilməli və ölkəmizin onlardan istifadə imkanları araşdırılmalıdır.

Rəqabətqabiliyyətlilik ən ümumi şəkildə təsrrüfat subyektlərinin iqtisadi rəqabətdə üstünlüyünə şərait yaradan xüsusiyyətlərdir. Həmin xüsusiyyətlər bir-birindən fərqli obyektlərə - əmtəə növləri, müəssisə və təşkilatlar, sahələr, ölkələrə aid edilə bilər. Bu ardıcıllıqda əsas rol bütöv milli təsərrüfat sisteminin rəqabətqabiliyyətliliyinə məxsusdur. Çünki ayrı-ayrı təsərrüfat subyektlərinin beynəlxalq arenada rəqabətqabiliyyətli olması milli iqtisadiyyatın bütün mərhələlərinin effektivliyindən xəbər verir.

Milli rəqabətqabiliyyətlilik sənayenin daim inkişaf etmək və innovasiyalar istehsal etmək qabiliyyəti ilə izah olunur.

Müəssisələrə rəqabət üstünlüklərini saxlamağa yalnız əmtəənin, istehsal üsulunun və s. faktorların daimi təkmilləşdirilməsi imkan verir. Həm də bu elə sürətlə baş verməlidir ki, rəqiblər həmin müəssisələr çata, onları keçə bilməsinlər. Ona görə də ölkənin rəqabətqabiliyyətliliyi anlayışının əsasında bu ölkənin istehsalı yeniləşdirməyə və təkmilləşdirməyə sövq etmə məharəti durur.

Fikrimizcə, ölkənin rəqabətqabiliyyətliliyi anlayışının mahiyyətini ən aydın şəkildə M.Porter ifadə etmişdir. Porter göstərmişdir ki, ölkənin beynəlxalq arenada rəqabətqabiliyyətliliyinin əsasında istehsal amillərindən istifadənin effektivliyi durur- «Beynəlxalq rəqabətdə bu və ya digər ölkənin uğur qazanmasını təyin edən şərt istehsal amillərinin özü deyil, onların hansı sahədə və nə dərəcədə səmərəli istifadə olunmasıdır.»

Dövlət ölkə daxilində baş verən iqtisadi proseslərin tənzimlənməsində əsas subyektdir və ona görə də məhz o, milli təsərrüfatın rəqabətqabiliyyətliliyinin artırılmasının katalizatoru olmalıdır. Müasir dövrdə Azərbaycan dövlətinin milli iqtisadiyyatın və iqtisadi subyektlərin dünya bazarında rəqabətqabiliyyətliliyini artırmaq üçün qeyd etdiklərimizdən əlavə həyata keçirilməli olduğu vacib tədbirlərin sxematik təsviri aşağıdakı kimidir:
Sxem 3


Azərbaycanın rəqabətqabiliyyətliliyinin artırılması



Struktur siyasəti

Ekoloji siyasət

Təhsil siyasəti

Rəqabət siyasətinin işlənib hazırlanması

Müvafiq qanunvericilik bazasının və idarəetmə orqanlarının yaradılması

Rəqabət siyasətinin işlənib hazırlanmasının prioritet istiqamətləri ölkə daxilində rəqabəti gücləndirmək və yüksək səviyyəli rəqabət üstünlüklərinin təşəkkülünü təmin etməkdən ibarət olmalıdır. Yalnız güclü daxili rəqabət müəssisələri fəaliyyətlərinin bütün məthələlərində resurslardan istifadənin effektivliyini artırmağa sövq edə bilər və beləliklə yerli müəssisələrin beynəlxalq bazara çıxışı üçün ilkin şərait yaradar. Ucuz işçi qüvvəsi, yaxud xammal kimi aşağı səviyyəli rəqabət üstünlükləri isə asanlıqla rəqiblərə keçə bilər. Məsələn, məişət elektronikasının istehsalında Yaponiyanın malik olduğu ucuz işçi qüvvəsi üstünlüyü artıq çoxdan Cənubi Koreyaya və Honkonqa keçirmişdir. Öz növbəsində onların firmalarının biznesi üçün artıq Malayziya və Taylandın daha geniş və ucuz işçi qüvvəsi təhlükə yaratmışdır.

Daha yüksək səviyyəli üstünlüklərə uzunmüddətli intensiv kapital qoyuluşları, ənənəvi və texnoloji infrastruktur, strateji marketinq, firmanın nüfuzu, kadr potensialı, texnologiyaları və s. aiddir. Azərbaycan höküməti öz səylərini məhz belə üstünlüklərin əldə edilməsi üzərində cəmləşdirmişdir.

Daxili bazarda rəqabəti stimullaşdırmaq üçün dövlət kömrük siyasətində fiksal resurslardan bərabərləşdirici rüsumlara keçməli, yeni firmaların yaradılmasını hər cür dəstəkləməli, ölkədə minimal və maksimal əmək haqları arasındakı fərqi azaltmalı, orta təbəqəni gücləndirməli, prioritet sferalarda tələbi stimullaşdırmalı, geridə qalmış regionların inkişafını təmin etməlidir.



Təəssüf ki, hazırda Azərbaycanca ayrı-ayrı obyektlərin rəqabətqabiliyyətliliyinin sistemli şəkildə yüksəldilməsi ilə məşğul olan müvafiq qanunvericilik normativ metodiki baza, dövlət və ictimai strukturlar yoxdur. Dövlət rəqabətqabiliyyətliliyin yüksəldilməsi məqsədinə xidmət edən müvafiq mühitin yaradılması ilə məşğul olmur. Lakin problemin çətinliyi onun inkar edilməsi üçün əsas ola bilməz. Fikrimizcə, Azəbaycanın rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir:

  1. Azərbaycan Respublikası Prezidentinin yanında rəqabətqabiliyyətlilik üzrə milli şuranın, elm və texnologiya üzrə milli şuranın yaradılması;

  2. Rəqabətqabiliyyətliliyin hüquqi bazasının işlənib hazırlanması;

  3. 2015-2025-ci illəri əhatə edən “Azərbaycanın rəqabətqabilliyyətliliyinin yüksəldilməsi” proqramının işlənib hazırlanması;

Rəqabətqabiliyyətliliyinin hüquqi bazasının işlənib hazırlanmasında aşağıdakı qanunlar, Prezident sərəncamları, Azərbaycan Respublikası hökümətinin qərarları mühüm rol oynaya bilər:

  1. «Rəqabətqabiliyyətliliyin təmin edilməsi sistemi haqqında» qanun, Qanunda rəqabətqabiliyyətlilik sisteminin strukturları, onun idarə edilməsi səviyyələri, idarəetmənin subyekt və obyektləri, onların hüquq və vəzifələri, rəqabətqabiliyyətlilik sferasında istifadə olunacaq termin və anlayışlar göstərilməlidir.

  2. «Azərbaycanda rəqabətqabiliyyətliliyin idarə edilməsinin təşkilati-hüquqi aspektləri haqqında» qanun.

  3. «Dövlətin təhsil, elm, texnologiya, standartlaşdırma, idarəetmə investisiya siyasəti haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

  4. «Kadr hazırlığı, rəqabətqabiliyyətlilik sahəsində mütəxəssislərin və dövlət işçilərinin ixtisas səviyyəsinin artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

  5. «Milli rəqabətqabiliyyətlilik sisteminin maddi-texniki bazasının formalaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin sərəncamı.

  6. «Ayrı-ayrı obyektlərin müqayisəli üstünlüklərinin (rəqabət üstünlüklərinin) qiymətləndirilməsi metodikası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.

  1. «Ayrı-ayrı obyektlərin rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi metodikası haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.

  2. «Azərbaycanda rəqabətqabiliyyətliliyinin idarəetmə strukturunun formalaşdırılması haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.

  3. «Azərbaycanda rəqabətqabiliyyətliliyin idarəedilməsi sisteminin informasiya təminatı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.

  4. «Ayrı-ayrı obyektlərin rəqabətqabiliyyətliliyinin yüksəldilməsinin idarəedilməsi üzrə məsuliyyətin tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.

  5. Ayrı-ayrı obyektlərin və proseslərin keyfiyyətinə nəzarətin gücləndirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı.

Ölkənin BƏB-də mövqeyinin inkişaf etdirilməsi əsas doktrinalardan biri texnologiyalara investisiya qoyuluşudur. Lakin yaddan çıxarmaq olmaz ki, bu texnologiyaları yaradan yüksək ixtisas səviyyəli insanlardır. Ona görə də ölkənin rəqabətqabiliyyətliliyinin artırılması üçün texnologiyalara investisiya qoyuluşu mütləq «insan kapitalı»nın inkişafı ilə əlaqələndirilməlidir. Əks halda bu adekvat kadr təminatında çatışmamazlıqla nəticələnə bilər.

Son onilliklərdə özünə qərar tapmış «təbiətə zərər vermədən iqtisadi artım», yaxud «ekoloji artım», ya da «yaşıl artım» adlanan konsepsiya iqtisadi və ekoloji siyasətin tam vəhdətini nəzərdə tutur. Əslində bu özlüyündə III minilliyin reallıqlarına uyğun yeni iqtisadi inkişaf modelidir. «Yaşıl artım» konsepsiyasının həyata keçirilməsi nəticəsində milli iqtisadiyyatın strukturunda böyük dəyişikliklər baş verir, qabaqcıl texnologiyalar sürətlə inkişaf edir, istehsalın yeni sahələri formalaşır. Dünya ölkələrində getdikcə genişlənən miqyaslarda reallaşdırılan «yaşıl artım» siyasəti iqtisadiyyatın ekoloji cəhətdən təmiz sahələrini investisiyalar üçün daha cəlbedici edir. Ona görə də Azərbaycan istehsalçılarının sürətlə qabaqcıl texnologiyalara keçməsi, tamamilə yeni sahələrə böyük investisiyalar cəlbedilməsi üçün ekoloji siyasət dövlətin ümumi iqtisadi siyasətinin aktiv alətinə çevrilməlidir.

Eyni zamanda onu da nəzərə almaq lazımdır ki, ekoloji normalar çoxlu sayda ölkələrin xarici ticarətdə tətbiq etdiyi ən əsas qeyri-tarif maneələrindən biridir. Əgər respublikamızın əmtəələri «keyfiyyət/qiymət» nisbətinə görə xarici mallarla rəqabətqabiliyyətli olub, ekoloji normalara uyğun gəlməsələr bir çox ölkələrə ixrac edilə bilməyəcəklər.

Müasir dövrdə ekologiya ilə əlaqəli bir sıra amillər vardır ki, milli rəqabətqabiliyyətliliyin artırılması siyasətində onları nəzərə almamaq düzgün deyildir: Məsələn, cəmiyyətdə təbiətə hörmətə əsaslanan mənəvi dəyərlərin formalaşması, İEÖ-də ekoloji cəhətdən təmiz mallara tələbatın artması, daima şərtlənən milli və beynəlxalq ekoloji normalara riayət etmək zərurəti, həm istehlakçıların, həm də dövlət orqanlarının gözündə firmanın müsbət imicini formalaşdırmaq problemi (misal üçün, əksər ölkələrdə yaxşı ekoloji imicə malik şirkətə müəssisənin genişləndirilməsi, yeni istehsal güclərinin tikilməsinə icazə almaq xeyli asan olur). Odur ki, İEÖ-in firmaları ekoloji amili öz rəqabətqabiliyyətliliyini artırma sferası kimi qəbul edirlər. Azərbaycan höküməti də milli istehsalçılarımızı belə düşünməyə sövq etməlidir.

Azərbaycanın BƏB-də səmərəli mövqe tutması naminə onun rəqabətqabiliyyətliliyinin yüksəldilməsi üçün ölkədə həyata keçirilən struktur siyasətinin strateji istiqamətlərini ən qısa şəkildə aşağıdakı kimi şərh edə bilərik:

1. Stabil və proqnozlaşdırıla bilən qanunvericilik sisteminin qurulması bu sahədə hələ də ciddi problemlər mövcuddur - qanun qəbul edilir, demək olar ki, səhərisi gün ona düzəlişlər olunmağa başlayır. Qanunvericilik bazasının qeyri-stabilliyi ümumiqtisadi konyukturun proqnozlaşdırıla bilməsini qeyri-mümkün edir, bu isə potensial investorları uzunmüddətli yatırımlardan çəkindirən ən birinci amillərdəndir.



  1. İqtisadiyyatın çevik, cəld strukturunun formalaşdırılması üçün milli iqtisadiyyat ilk növbədə kiçik və orta müəssisələrə əsaslanmalıdır. Çünki kiçik müəssisələr iqitisadi mühitdə baş verən dəyişikliklərə tez uyğunlaşma qabiliyyətinə malikdirlər. Əgər ölkənin iqtisadiyyatının əsas hissəsi də kiçik və orta müəssisələrdən ibarət olarsa, deməli, həmin ölkənin milli təsərrüfatı qlobal konyuktur dəyişikliklərini tez duyar, çevik reaksiya verə bilər. Beləliklə ölkə dünya iqtisadiyyatının perspektiv inkişaf istiqamətlərini birinci mənimsəyənlər sferasında olar.

  2. Bütün səviyyələrdə idarəetmənin keyfiyyətinin operativliyinin və şəffaflığının artırılması-qeyd edilən faktorun əhəmiyyətliliyini aydınlaşdırmaq üçün bircə məqama diqqət yetirmək, zənnimizcə kifayətdir: əgər hər hansı layihəsinin təsdiqi üçün lazım olan sənədləri potensial investor Tailandda, yaxud Malayziyada heç bir rüşvət vermədən 2-3 saata, Azərbaycanda isə yol verilmiş neqativ halların hesabına 3-4 aya əldə edərsə, sizcə o, hansı ölkəni seçəcəkdir?

  3. Əmtəələrin, iqtisadi əməliyyatların reqlamentləşdirilməsinə, keyfiyyətinə nəzarətin ciddiləşdirilməsi-bu siyasətin əsas məqsədi daxili bazardan keyfiyyətsiz məhsulları sıxışdırıb çıxarmaq, qiymət rəqabətini keyfiyyət rəqabətinə çevirmək, istehsalın texniki və texnoloji standartlarının dünyanın son tələblərinə cavab verən dəqiq sistemini qurmaqdan ibarət olmalıdır. Aydındır ki, qeyd edilən tələblərin reallaşdırılması sonda Azərbaycan əmtəələrinin, firmalarının dünya bazarında rəqabətqabiliyyətliliyinin artması ilə nəticələnəcəkdir.

Beləliklə, Azərbaycanın BƏB-də mövqeyinin inkişafına təsir edən stimulların yaradılması üçün onun potensial imkanlarından ən effektiv şəkildə istifadəyə şərait yaradan milli bazar mexanizmi formalaşdırılmalıdır.

NƏTİCƏ VƏ TƏKLİFLƏR
Hər bir ölkə qarşısına özünün müstəqil milli iqtisadiyyatını fomalaşdirmaq kimi çətin bir vəzifə qoyur. Belə bir vəzifəni yerinə yetirməzdən əvvəl qurulması nəzərdə tutulan milli iqtisadiyyatın ictimai təşkili forması, onun xarakteri və qarşısında duran əsas məqsədləri müəyyən edilməlidir. Bu qurulması zəruri olan iqtisadi sistemin modelini müəyyən etmək, modelə daxil olan struktur həlqələrini, onun komponentlərini və modelin qurulmasına bilavasitə təsir edən amilləri elmi cəhətdən əsaslandırmaq üçün çox vacibdir.

Müasir dünyada “qapalı iqtisadiyyat” qurub ona əsaslanmaqla uzun müddət yaşayıb yaratmaq, iqtisadiyyatı effektli təşkil etmək dünya təcrübəsində özünü doğrultmur. Buna görə də, dünya ölkələri “açıq bazar iqtisadiyyatı” qurmaq yolu ilə getməyə üstünlük verirlər və Azərbaycan Respublikası da “açıq bazar iqtisadiyyatı” yolu ilə inkişaf edir. Açıq bazar iqtisadiyyatı milli iqtisadiyyatların dünya iqtisadiyyatına qovuşmasını və mövcud ölkənin dünya bazarının subyekti kimi fəaliyyət göstərməsini nəzərdə tutur. Dünya bazarınn subyekti olmaq isə beynəlxalq əmək bölgüsü sisteminə qoşulmaq və onun fəaliyyət mexanizminin təsiri altında fəaliyyət göstərmək deməkdir.

Milli iqtisadiyyatların ümumdünya təsərrüfatı halında birləşməsi beynəlxalq əmək bölgüsü vasitəsilə və onun əsasında baş verir. Lakin bu tədrici bir prosesdir və uzun vaxt tələb edir. Bu zaman milli iqtisadiyyatın özünün formalaşması prosesində onun beynəlxalq əmək bölgüsünə qoşulmasını təmin edən struktur da formalaşır.

Beynəlxalq əmək bölgüsünə qoşulmaq üçün ayrı-ayrı ölkələrin hər hansı bir və ya bir neçə məhsul növü üzrə ixtisaslaşması lazımdır ki, bu ölkələr mübadilə münasibətlərində iştirak edə bilsinlər. Məlumdur ki, müstəqillik yoluna qədəm qoymuş ölkələr üçün daha çox ölkə ilə eyni vaxtda iqtisadi əlaqələrə girmək çətindir, çünki onun dünya bazarının tələblərini ödəyə bilən səviyyədə ixtisaslaşmış istehsal sahəsinin olması əksər ölkələr üçün mümkün deyil. Buna görə də, tarixən hər bir ölkə ilk mərhəldə özünə qonşu olan 2-3 ölkə ilə ikitərəfli, yaxud üçtərəfli ticarət əlaqələrində olurlar və bu əlaqələr məhdud xarakter daşıyır. Lakin müasir dünyada bu cür ikitərəfli və üçtərəfli ticarət əlaqəsi yaratmaq dünya bazarının bərabər səviyyəli üzvü olub beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə etməyə imkan vermir. Bu halda beynəlxalq əmək bölgüsünün üstünlüklərindən bəhrələnmək üçün milli iqtisadiyyatın keyfiyyətcə yeni strukturunu formalaşdırmaq tələb olunur. Bütün bu deyilənlər eyni ilə Azərbaycana da aiddir.

1. Ayrı-ayrı ölkələrin, milli təsərrüfatların dünya bazarına qoşulması prosesi maşınlı sənayenin inkişafı ilə mümkün olmuşdur. Azərbaycanın da sənaye potensialı güclüdür. Lakin onun müasir vəziyyəti hər hansı bir məhsulun istehsalı üzrə ixtisaslaşıb dünya bazarına çıxması prosesini çətinləşdirir. Məhz bu səbəbdən sənaye sahəsində yenidənqurma prosesi gedir, onun texniki və texnoloji bazası əsaslı surətdə yeniləşdirilir. Bunun üçün güclü investisiya qoyuluşları tələb olunur, belə bir investisiya mənbəyini hazırkı şəraitdə daxildə axtarmaq daha effektlidir. Bunula belə, əgər Azərbaycan sənayesi investisiya mənbəyi tapıb istehsalını genişləndirsə də, ixtisaslaşmanı dərinləşdirsə də, özünə lazım olan bütün hissələri, detalları və s. özündə istehsal edə bilmir və buna görə də hökmən digər ölkələrlə mübadilə münasibətlərinə girməlidir. Bunun üçün onun beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə etməyə imkan verən kapital ixracından, firmalararası kooperasiya əlaqələrindən, xarici investisiyalarla birgə müəssisələr yaratmaq və s. kimi formalardan istifadə etməsi çox faydalıdır. Bu formalar həm də milli iqtisadiyyatın formalaşmasına müsbət təsir göstərir və Respublika iqtisadiyyatının beynəlxalq əmək bölgüsü prosesinə qoşulmasını sürətləndirir.

2. Beynəlxalq əmək bölgüsünə qoşulmaq üçün bir məhsulun istehsalı, yaxud hər hansı bir təbii sərvətlə beynəlxalq əmək bölgüsünə səmərəli qoşulmaq təhlükəlidir və ölkənin birtərəfli inkişafına səbəb olar və xaricdən asılılıq güclənər. Bu cür “monokultura” əsasında ixtisaslaşma vaxtı ilə Kubanın yalnız çəkər istehsalı sahəsində ixtisaslaşaraq azad olandan sonra düşdüyü ağır vəziyyəti yada salır. Buna görə də Azərbaycanın əsasən neft ehtiyatları ilə dünya bazarına çıxması məqsədə müvafiq olmadığı üçün, gələcəkdə yarana biləcək vəziyyəti qiymətləndirmək yüksək qiymətləndirilir. Ancaq bu o demək deyildir ki, ölkənin təbii sərvətlərindən istifadə etmək bir tərəflilikdir. Əksinə, müstəqillik yoluna qədəm qoyduğumuz ilk gündən neftdən güclü bir amil kimi istifadə edib dünya bazarına çıxmaq strategiyası düzgündür və ondan daha intensiv şəkildə istifadə etmək lazımdır. Məhz neftin köməyilə ölkəmizə güclü kapital axını təmin edilmişdir. Neft xarici şirkətlərin Azərbaycana gəlməsinə səbəb olmuş, məhz neft beynəlxalq əmək bölgüsü sisteminə qoşulmağımızın əsasını qoymuşdur. Neft Azərbaycanın beynəlxalq iqtisadi inteqrasiya proseslərinə qoşulmasına və beynəlxalq təşkilatlara üzv olmağına imkan yaratmışdır. Neft beynəlxalq nəqliyyat-kommunikasiya sistemlərinin yaranmasına və Azərbaycanın bu sistemlərə qoşulmasına şərait yaratmışdır. Ancaq neftin bir amil kimi oynadığı rol o zaman daha səmərəli olacaq ki, neftdən alınan mənfəət iqtisadiyyatın əsas sahələrinin inkişafına tam yönəldilsin və digər sahələrin inkişafına şərait yaratsın, daha çox keyfiyyətli məhsullarla dünya bazarına çıxmaq mümkün olsun.

3. Bütün deyilənlər bir daha sübut edir ki, beynəlxalq əmək bölgüsü özünə xas olan mürəkkəb mexanizm vasitəsilə milli iqtisadiyyatın formalaşmasına təsir edir və onun güclü amil rolunu oynayır. Azərbaycanda neft sahəsində xarici şirkətlərlə bağlanmış müqavilələr bunu bir daha təsdiq edir.

4. Ona görə də Azərbaycanın BƏB-də iştirakının obyektiv zərurət olduğunu göstərməklə bərabər yaddan çıxarmamalıyıq ki, bu proses ilk növbədə respublikamızın milli iqtisadiyyatının səmərəlilik səviyyəsinin yüksəldilməsinə xidmət etməli və onu təmin etməlidir. Azərbaycanın müasir BƏB və BİM sisteminə cəlb olunmasında əsas şərt respublikanın milli maraqlarına və iqtisadi təhlükəsizliyinə cavab vermək kriteriyası olmalıdır.

5. İstehsalın beynəlxalq ixtisaslaşması və beynəlxalq kooperasiya BƏB-in ən əsas inkişaf mərhələləri hesab olunurlar. Eyni zamanda beynəlxalq ixtisaslaşma və istehsalın beynəlxalq kooperasiyası BƏB-in mahiyyətini xarakterizə edir. Beynəlxalq ixtisaslaşma və beynəlxalq kooperasiyanın genişləndirilməsi hazırda BƏB və BİM-in əsas inkişaf istiqamətlərinə çevrilmişlər. Çünki, ixtisaslaşma və kooperasiya problemləri özü-özlüyündə BƏB-in təşəkkülü, onun dərinləşdirilməsi üçün ilkin əsas yaradır və BİM-in formalaşdırılmasını zərurətə çevirir. Tarixən beynəlxalq ixtisaslaşma və kooperasiya məhsuldar qüvvələrin inkişaf etdirilməsi, əmək məhsuldarlığının artırılması ehtiyacından əmələ gəlmişdir.

6. Hər bir ölkənin və bütün dünya təsərrüfatının beynəlxalq əmək bölgüsünə cəlb edilməsi bəşəriyyətə aşağıdakı töhfələri verir: qlobal səviyyədə ictimai əməyin səmərəli təşkili – beynəlxalq məhsuldar qüvvələrin inkişafı – dünya üzrə əmək məhsuldarlığının artımı, əmtəələrin əmək tutumunun azalması, dünya iqtisadiyyatında ümumi istehsal xərclərinin aşağı düşməsi - əvvəlki xərclərə və əvvəlki müddət ərzində daha çox məhsul istehsalının mümkün olması beləliklə bütün bəşəriyyətin rifah halının yüksəldilməsi.

7. BİM-də milli maraqlar baxımından əlverişli şərtlər daxilində iştirak edə bilmək üçün demək olar ki, hər bir dövlət, o cümlədən Azərbaycan iqtisadi inkişafın ilkin dövründə BƏB-in idxalın əvəzlənməsi modelini qəbul edir. İdxalın əvəzlənməsi modelinin tətbiqi zamanı ölkə ilk növbədə hansı sferalarda müqayisəli üstünlüklərə və hansı sahələrin BƏB-də iştirak üçün prioritet əhəmiyyətə malik olduğunu müəyyənləşdirir. Sonra həmin istiqamətlərdə proteksionizm siyasəti yeritməyə başlayır. Idxalın əvəzlənməsi modelinin əsas məqsədi qeyd edilən sahələrdə ölkənin idxal asılılığının ləğv edilməsi olduğu üçün o, milli təsərrüfatın diversifikasiyasını təmin edir.

Idxalın əvəzlənməsi modelinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu modelin tətbiqi mütləq zaman və iqtisadiyyat sahələrinin sayı etibarı ilə məhdud xarakter daşımalıdır. Çünki, birincisi idxalın əvəzlənməsi modeli yalnız ölkənin konkret müqayisəli üstünlüklərə malik olduğu sferalara şamil edilməlidir. İkincisi isə, idxalın əvəzlənməsi modelinin yalnız müəyyən müddət, yəni prioritet sahələrin dirçəldilməsi, gücləndirilməsi üçün lazım olan müddət ərzində istifadə olunmalıdır.

Əgər idxalın əvəzlənməsi modeli heç bir fərq qoyulmadan bütün sferalarda tətbiq edilərsə onda BƏB nöqteyi-nəzərindən iqtisadiyyatın qeyri-effektiv bölmələri əsassız yardım alacaqlar, ölkə başqa dövlətlərin malik olduğu müqayisəli üstünlüklərdən istifadə edə bilməyəcəkdir. Nəticədə hər hansı məhsul yüksək keyfiyyətlə, həm də ucuz qiymətə xaricdən idxal olunacağı halda, baha qiymətlərlə onun istehsalı ölkə daxilində təşkil olunur. Bu da ölkə iqtisadiyyatını zəiflədir.

8. İdxalın əvəzlənməsi modeli qısa müddətdən sonra öz yerini ixracyönlü BƏB modelinə verməlidir. Qeyd edilən model tətbiq olunarkən dövlət bütün, xüsusən də xarici iqtisadi əməliyyatların maksimum liberallaşdırılmasını həyata keçirir, inzibati, iqtisadi, texniki, valyuta məhdudiyyətləri aradan qaldırılır, ixracın fəal dəstəklənməsi siyasəti yürüdülür. İxracyönlü BƏB modelinin ən yüksək tərəfi ondan ibarətdir ki, bu model ölkənin həm öz üstünlüklərindən, həm də digər dövlətlərin malik olduğu müqayisəli üstünlüklərdən milli iqtisadiyyatın inkişafı üçün maksimum səmərəli istifadə edilməsinə imkan verir. Ixracyönlü BƏB modelinin digər üstünlüyü isə odur ki, bu zaman ölkə iqtisadiyyatı birbaşa dünya bazarının tələbinin ödənilməsinə yönəldiyi üçün milli təsərrüfatın uzun müddətə yüksək dinamik inkişafı təmin olunurş

9. Azərbaycanın müqayisəli üstünlüklərə malik olduğu sahələri dirçəltmək üçün yaxın perspektivdə həmin sahələrdə idxalın əvəzlənməsi modelini tətbiq etməklə bərabər müvafiq sahələrin əmtəələrin dünya bazarında reallaşdırılmasını təmin etmək məqsədilə ixracyönlü modelin ixracın stimullaşdırılmasına, xarici investisiyaların cəlb olunmasına şərait yaradan iqtisadi alətlərdən və rıçaqlardan da aktiv surətdə istifadə olunmalıdır. Yəni, ölkəmizin spesifik durumu, potensial imkanları, dünya təsərrüfatında bu və ya digər sahənin əmtəələrinə olan konyuktur dəyişmələrinin istiqamətləri nəzərə alınmaqla Azərbaycanda qısa zaman üçün bu iki modelin simbioz forması tətbiq edilməlidir.

10. Azərbaycanın BƏB-də optimal iştirakı modelinin formalaşdırılması qarşısında bir çox problemlər durur. Say etibarı ilə onların ən çoxu struktur böhranı ilə bağlı iqtisadi problemlərdir, lakin mahiyyət etibarı ilə onlardan ən əsası fikrimizcə, Ermənistanın Azərbaycana qarşı həyata keçirmiş olduğu elan edilməmiş işğalçı müharibə və bunun Azərbaycan üçün hələ nə ilə nəticələnəcəyinin qeyri-müəyyənliyidir.

Özünün 20% demək olar ki, ən yaxşı torpaqlarını itirmiş ölkəmiz həmin ərazilərin yeraltı, yerüstü sərvətlərindən aqrar iqtisadiyyatın, turizmin, yeyinti, yüngül, tikinti sənayesi və s. bu kimi hazır əmtəə istehsalı sahələrində malik olduğu külli potensialdan istifadə edə bilmir. Ən mühümü isə ölkəmizdə rəqabətqabiliyyətli hazır əmtəələrin istehsalı məqsədilə mütləq xarici investisiyaların, beynəlxalq kooperasiya əlaqələrinin qurulmasının tələb olunduğu hamı üçün aydın olduğu halda, müharibə ilə əlaqədar yaranmış siyasi stabilliyin qeyri-müəyyənliyi investisiyaları nisbətən uzun ödəmə müddəti olan son əmtəələrin istehsalı sahələrinə yönəltməyə imkan vermir. Məhz bu səbəbdəndir ki, xarici investorlar riskləri azaltmaq üçün investisiyaları yalnız qısa ödəmə müddətinə malik xammal hasilatı sahələrinə yönəldirlər. Belə vəziyyət respublikamızın vertikal BƏB modelinə cəlb olunmasını gücləndirən ən əsas faktordur. Odur ki, cəmiyyətimiz, iqtisadiyyatdan zahirən nə qədər uzaq görünsə də, onunla birbaşa əlaqəsi olan, Azərbaycanın BƏB-də iştirakını müsbət istiqamətdə kökündən dəyişə biləcək bu siyasi problemin həllinə çalışır.

11. BƏB-in inkişafını xarakterizə edən çoxlu amillər vardır. Sadə şəkildə həmin amilləri BƏB-in meydana çıxması və inkişafının səbəbləri kimi başa düşmək olar. Bu amillərin dərindən öyrənilməsinin olduqca böyük nəzəri-praktiki əhəmiyyəti vardır. Çünki həmin amillərin müxtəlif kombinasiyası, müxtəlif dövrlərdə onlardan hansının üstünlük təşkil etdiyinin təyin edilməsi ayrı-ayrı ölkələrin müəyyən tarixi mərhələdə nə üçün məhz bu və ya digər BƏB modelini seçdiyini, nə üçün bu və ya digər sahələr üzrə BƏB-də ixtisaslaşdığını izah etməyə imkan verir.



Həm də inkişaf amillərinin hərtərəfli tədqiqi ölkənin BƏB-də prioritet məqsədlərinə catması, BƏB sistemində səmərəli iştirak edə bilməsi üçün hansı amillərə əsaslanmalı olduğunu təyin etməyə imkan yaradır.
İSTİFADƏ EDİLƏN ƏDƏBİYYAT


  1. Azərbaycan Respublikasının Konstitusiyası, Bakı-1995

  2. Azərbaycan Respublikası ilə BƏT arasında Əməkdaşlıq Proqramı, Bakı, 2001

  3. Azərbaycan Respublikasının “Məşğulluq haqqında” Qanunu. “Azərbaycan” qəzeti, №184, 2001

  4. Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası. Bakı,1999.

  5. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Bakı-1999

  6. Azərbaycanın statistik göstəriciləri. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Bakı, 2014

  7. Beynəlxalq Əmək Təşkilatının sosial-əmək münasibətləri sahəsində sənədləri.

  8. Mehbalıyev S.S., İsgəndərov R.K. Əmək bazarı, məşğulluq və işsizliyin elmi-nəzəri əsasları. Bakı, 2001

  9. Muradov R.Ş. “Bazar iqtisadiyyatında sosial siyasət” Azərbaycan EA xəbərləri. İqtisadiyyat seriyası. № 1-4, 1996

  10. Вишневская Н. Государство на рынке труда – изменение стратегии “Мировая экономика и международные отношения”. М. 1997. №7

  11. Волгин Н.А. Рынок труда и доходы населения. М., 1999

  12. Гайнулина Ф.И. Взаимодействие профсоюзов с органами государственной власти по обеспечению защиты прав трудящихся. //Человек, труд, реформы. №4. 1995

  13. Костин Л.А. Российский рынок труда. М., 1998

  14. Костин Л.А., Зущина Г.М., Султанова Р.М. Рынок труда и теории занятости. М., 1997

  15. Курбанов Н.Х. Становление и развитие рынка труда в переходный период. М., 1998

  16. Мэнькью Н.Г. Макроэкономика. М., 1994

  17. Рофе А.И., Збышко Б.Г., Ишин В.В. Рынок труда, занятость населения, экономика ресурсов для труда. М., 1998

  18. Рынок труда в странах Содружества Независимых Государств в цифрах и диаграммах. Статистический сборник. Статкомитет СНГ. М., 1996

  19. Рынок труда и социальная политика в Центральной и Восточной Европе. Переходный период и дальнейшее развитие. Ingilis dilindən tərcümə. M., 1997

  20. Секретарюк В.В. Социально-экономические аспекты формирования рынка труда в условиях становления рыночной экономики. М., 1997

  21. Топилин А. Общий рынок труда в СНГ.//Мировая экономика и международные отношения. 1997. №12. с.105

  22. Устав Международной организации труда и Регламент Международной конференции труда. МБТ. Женева. 1988

  23. Экономика труда и социально-трудовые отношения. Под ред. Р.П.Колосовой. Москва: Издательство Московского университета, 1996

  24. Эренберг Р.Д., Смит Р.С. Современная экономика труда. Теория и государственная политика. Пер.с англ. М. 1996



1 Макконел К.П., Брю С.Л. Экономикс: Принципы, проблемы и политика. В. 2Т.М., Республика 1992

1 Киреев А. Международная Экономика. В 2 т.ч.1, М., 1997

1 Семенов К.А. Международные экономические отношения. М.Гардарики, 1998

1 Mənbə: UNCTAD Handbook of Statistics

1 Azərbaycanın göstəriciləri 2014-cü ilə aiddir. Azərbaycan Respublikasının Statistik göstəriciləri, 2015. Burada ölkələr tərəfindən ixrac olunan əmtəələrin siyahısına yalnız o əmtəələr daxil edilmişlər ki, onun ixrac dəyəri 100 min dollardan çoxdur, yaxud da onların ölkənin ixracında payı 0,3 faizdən artıqdır

1 Шумпетер Й. Теория экономического развития. М., Прогресс, 1982

2 Базелер У., Сабов З., Хайнрих Й., Кох В. Основы экономической теорий: принципы, проблемы, политика. Германский опыт и российский путь. СПб: Издательство «Питер», 2000

1 Шишков Ю.В. Интеграционные процессы на пороге XXI века. Почему не интегрируются страны СНГ, Москва, 2001


Yüklə 439,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə