Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ Əlyazması hüququnda


II FƏSİL: BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNÜN FORMALARI, MÜASİR MEYLLƏRİ VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ



Yüklə 439,74 Kb.
səhifə3/5
tarix29.10.2017
ölçüsü439,74 Kb.
#7511
1   2   3   4   5

II FƏSİL: BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNÜN FORMALARI, MÜASİR MEYLLƏRİ VƏ ƏSAS XÜSUSİYYƏTLƏRİ
2.1. BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜNÜN FORMALARI VƏ ONLARIN İNKİŞAFININ MÜASİR MEYLLƏRİ
Beynəlxalq aləmdə beynəlxalq əmək bölgüsünün ən mühüm formaları beynəlxalq ixtisaslaşma və beynəlxalq kooperasiyadır.

Müasir dövrdə BƏB iki formada çıxış edir: istehsalın beynəlxalq ixtisaslasması və istehsalın beynəlxalq kooperasiyası.

Istehsalın beynəlxalq ixtisaslaşma və kooperasiyası qarşılıqlı əlaqəli təzahürlərdir. Təbiidir ki, beynəlxalq əmək bölgüsü daha geniş iqtisadi kateqoriya olmaqla, onun əsas forması olan beynəlxalq ixtisaslaşma və kooperasiyanın bünövrəsini təşkil edir.

Beynəlxalq əmək bölgüsünün əsasını onun başlıca formaları olan beynəlxalq ixtisaslaşma və kooperasiya təşkil edir.

Istehsalın beynəlxalq ixtisaslaşması - ölkələr arasında əmək bölgüsünün elə bir formasıdır ki, bu halda dünya miqyasında həmcins istehsalların təmərküzləşməsi və əməyin mütərəqqi ictimailəşdirilməsi milli istehsalların təbəqələşməsi əsasında baş verir, ölkələrdə həmcins əmtəələr bir ölkənin tələbatından çox istehsal olunur və bu əsasda da milli təsərrüfatlar ictimailəşdirilir.

Belə bölgü və inkişaf milli iqtisadi sistemlərin qarşılıqlı asılılıq və qarşılıqlı tamamlanma elementlərinin fasiləsiz olaraq artmasına gətirib çıxarır, onların qarşılıqlı çulğalaşmasına, qarşılıqlı diffuz etmələrinə şərait yaradır, əmtəə və xidmətlərin, elmi-texniki biliklərin və təcrübənin, «nou-hau»ların artımı prosesinin intensivləşdirilməsində özünü göstərir.

İBİ-na iki istiqamətdə - istehsal və ərazi ixtisaslaşması istiqamətlərində baxmaq olar.

1. İstehsal istiqamətində ixtisaslaşma öz növbəsində aşağıdakı növlərə bölünür:



  • sahələrarası ixtisaslaşma;

  • sahədaxili ixtisaslaşma;

  • ayrı-ayrı firma və müəssisələrin ixtisaslaşması;

2. Ərazi üzrə ixtisaslaşma aşağıdakıları nəzərdə tutur:

  • ayrı-ayrı ölkələrin ixtisaslaşması;

- bir qrup ölkələrin ixtisaslaşması;

  • regionların ixtisaslaşması;

Ərazi üzrə ixtisaslaşma dünya bazarı üçün, müəyyən növ məhsul və yaxud onların hissələrinin istehsalı üzrə ayrı-ayrı ölkələri, bir qrup ölkənin və iqtişadi regionların ixtisaslaşmasını nəzərdə tutur.

İstehsalın beynəlxalq ixtisaslaşmasının əsas növləri bunlardır:



  1. Əşya üzrə ixtisaslaşma - müəyyən növ hazır əmtəənin istehsalını nəzərdə tutur (məsələn, D.Rikardonun nəzəriyyəsində göstərilən misalda İngiltərə - mahud, Portuqaliya - şərab).

  2. Hissə üzrə ixtisaslaşma - hər hansı bir ölkənin və yaxud firmanın (müəssisənin) hazır məhsulun hər hansı bir hissəsinin, komponentlərinin istehsalı üzrə ixtisaslaşmasını nəzərdə tutur (məsələn, Asiya Sakit Okean ölkələri).

  3. Texnoloji ixtisaslaşma - ayrı -ayrı əməliyyatlar, yaxud texnoloji proseslər üzrə ixtisaslaşmanı nəzərdə tutur (məsələn, yığım müəssisələri, quraşdırma və qaynaq işləri və s.).

Qloballaşma şəraitində beynəlxalq əmək bölgüsünün dərinləşməsi baş verir. Ona görə ki, beynəlxalq ticarətin liberallaşdırılması qloballaşma üçün xarakterik olmaqla, imkan verir ki, ölkənin nisbi üstünlüyü aşkara çıxarılsın və ondan istifadə olunsun. Bir qayda olaraq, milli iqtisadiyyat daxilində istehsalın ixtisaslaşması özündə yalnız əşyavi ixtisaslaşmanı deyil, həm də ayrı- ayrı hissələr və texnoloji (yarımfabrikatların istehsalı) ixtisaslaşmanı birləşdirir. Beynəlxalq səviyyədə əmək bölgüsü ənənəvi olaraq əşya üzrə ixtisaslaşmaya, yəni müəyyən sahənin hazır son məhsulunun istehsalına söykənir. Bu halda beynəlxalq ticarət sahələrarası xarakter daşıyır, ölkələrin ixrac və idxalının əmtəə quruluşu əsaslı şəkildə fərqlənir. Bu onunla əlaqədar olur ki, bir sahənin əmtəəsi idxal olunur, digər bir sahənin əmtəəsi isə ölkədən gedir. Sahələrarası beynəlxalq ticarət ölkənin müxtəlif sahələr üzrə ixtisaslaşdığı təqdirdə, onun nisbi üstünlüyünün həyata keçirilməsinə yönəlmiş olur.

Aydındır ki, milli istehsalların hamısı beynəlxalq ixtisaslaşmada eyni dərəcədə iştirak edə bilməzlər. Beynəlxalq ixtisaslaşmada dinamik inkişaf edən müasir qabaqcıl firma və kompaniyalar və yaxud da, neft, qaz, dəmir filizi və onların yarımfabrikatları, meşə və ağac emalı kimi xammal sahələri daha dərindən iştirak edirlər.

Beynəlxalq əmək bölgüsünə qoşulmuş hər bir ölkədə elə sahə qrupları vardır ki, onlar sadəcə olaraq beynəlxalq iqtisadi cəmiyyət çərçivəsində ixtisaslaşa bilməzlər. Belə sahələr sırasına tikintinin, rabitə və nəqliyyatın struktur bölmələrinin böyük əksəriyyəti, bu sahələrə xidmət edən müəssisələrin çox hissəsi, təmir zavodları və emalatxanaları, rabitə qovşaqları, kənd və şəhər elektrik şəbəkələri, yeməkxana və restoranlar üçün yarımfabrikatlar istehsal edən firmalar və s. daxildirlər. Belə bölmələr beynəlxalq əmək bölgüsündə iştirak etməsələr də, hər bir xalq təsərrüfatı kompleksinin normal fəaliyyəti üçün bunların olması zəruridir.

Beynəlxalq ixtisaslaşan sahə - ölkənin beynəlxalq ixtisaslaşmasının xarakterini müəyyən edən sahədir.

Beynəlxalq ixtisaslaşan sahənin xarakterik əlamətləri:

1. Həmin sahədən ixrac olunan məhsulun həcmi digər sahələrə nisbətən əsaslı şəkildə çox olur. Məsələn, 2008-ci ildə Azərbaycan Respublikasından neft məhsullarının ixracı ümumi ixrac həcminin 97,1%-ni təşkil etmişdir. Deməli respublikamızda ixrac xammalyönlü olmaqla, neft və neft emalı sahəsi beynəlxalq ixtisaslaşan sahədir.

2. Həmin sahənin ölkənin istehsalında, bu ölkənin özünün dünya istehsalında olan payından daha böyük xüsusi çəkiyə malik olması. Məsələn, dünya ÜDM-da kənd təsərrüfatı istehsalının orta səviyyəsi 7-10% təşkil edir. Yunanıstanda kənd təsərrüfatı məhsullarının ölkənin ÜDM-da xüsusi çəkisi 25%, Azərbaycan Respublikasında bu göstərici 8,7%-dir.

Sahənin beynəlxalq ixtisaslaşmasının səviyyəsini əks etdirən göstərici nisbi ixrac ixtisaslaşması əmsalıdır. Bu göstərici belə hesablanır:

K = E\E

Burada K-nisbi ixrac ixtisaslaşması əmsalı;

E - əmtəənin (sahənin əmtəələrinin məcmuu) ölkənin ümumi ixracında xüsusi çəkisi;

E- dünya ixracında əmtəənin (əmtəələr-anoloqlar) xüsusi çəkisidir.

Göründüyü kimi nisbi ixrac ixtisaslaşması əmsalı - əmtənin ölkənin ümumi ixracında xüsusi çəkisinin dünya ixracında həmin əmtəənin xüsusi çəkisinə olan nisbətidir.

Nisbi ixrac ixtisaslaşması əmsalının köməkliyi ilə konkret ölkə üçün beynəlxalq iqtisadi münasibətdə əmtəə kütləsinin ixtisaslaşma nomenklaturası və sahə müəyyənləşdirilir.

Düsturun tam dəqiq olması barədə fikir yürütmək çətin olsa da, demək olar ki, o sahə nöqteyi-nəzərindən milli iqtisadiyyatın ixrac istiqamətli olması barədə ümumi parametrlərin aşkara çıxarılmasına imkan verir.

K>l. K-nə qədər böyük kəmiyyətə malik olarsa, verilmiş sahənin beynəlxalq ixtisaslaşmış olması o qədər açıq-aşkar görünür. K<1 olduğu halda, əmsalın qiyməti nə qədər aşağı olarsa onda həmin sahənin (əmtəənin) beynəlxalq ixtisaslaşmış olmasını hesab etməyə daha az əsaslar olur.

Ölkənin beynəlxalq ixtisaslaşmış olmasını xarakterizə edən göstərici «beynəlxalq ixtisaslaşmış əmtəə»dir. Belə əmtəələr - istehsal proqramının bölgüsü barədə istehsalın beynəlxalq ixtisaslaşması və kooperasiyanın ikitərəfli və çoxtərəfli razılaşmasının obyektidir.

Beynəlxalq ixtisaslaşmış əmtəələr o əmtəələrdir ki, onlar bir və ya bir neçə ölkədə istehsal olunur və dünya bazarında həmin əmtəələrə olan tələbatı ödəyir. Onların sırasına özlərinin müxtəlif ölkələrdə yerləşən istehsal müəssisələrində əmək bölgüsünü həyata keçirən beynəlxalq kompaniyaların məhsulları da daxildir.

Bütün bu deyilənlərdən belə nəticəyə gəlmək olar ki, beynəlxalq ixtisaslaşmış sahələrin ixrac etdikləri əmtəələrin içərisində emal sənayesinin qabaqcıl sahələrinin məhsulları nə qədər çoxdursa, onda ölkədə istehsalın beynəlxalq ixtisaslaşması o qədər mütərəqqi xarakter daşıyır. Əksinə, əgər ixrac məhsullarının içərisində hasilat sahəsinin və kənd təsərrüfatının məhsulları üçtünlük təşkil edirsə, bu ölkənin beynəlxalq əmək bölgüsündə passiv roluna dəlalət edir və istehsalın beynəlxalq ixtisaslaşmasının geridə qalmasını göstərir.

Bir tərəfdən beynəlxalq əmək bölgüsü dünya təsərrüfatının ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir, digər tərəfdən ixtisaslaşmanın dərinləşməsi ölkənin monoixtisaslaşmasına və onun iqtisadiyyatının diversifikasiyasına gətirib çıxarır. Monoixtisaslaşma - birsahəlik, diversifikasiya isə - sahələrin cürbəcürlüyüdür ki, bu da ayrı-ayrı region və ölkələrin iqtisadiyyatına xas olan xüsusiyyətdir. Monoixtisaslaşma ölkənin iqtisadiyyatını və onun əhalisinin həyat səviyyəsini bir və ya bir neçə əmtəədən asılı vəziyyətə sala bilər. Elmi-texniki tərəqqi ilə əlaqədar olaraq həmin məhsula dünya bazarında tələbatın aşağı düşdüyü, onun yeni, daha mütərəqqi əmtəə ilə bazardan sıxışdırıldığı, qiymətin qeyri-sabitliklə fərqləndiyi və bazar konyunkturasından daha çox asılı olduğu halda bunun mənfi tərəfləri daha çox olur.

Ölkənin beynəlxalq ixtisaslaşmasının daha dəqiq hesablanması üçün 1965-ci ildə məşhur macar iqtisadçısı B.Balass tərəfindən işlənilərək təklif olunmuş müqayisəli üstünlük əmsalından (revealed comparative advantage index-RSA) istifadə olunur. Beynəlxalq təşkilatların sənədlərində və elmi nəşrlərdə ölkənin beynəlxalq ticarətdə ixtisaslaşmasının ölçüsü kimi bu əmsal çox geniş tətbiq olunur. Əmsal, müəyyən əmtəənin ölkənin ixracındakı payını onun dünya ixracındakı payı ilə müqayisə edir. Onu iki üsulla müəyyənləşdirmək olar:


Hardakı, RCAij - i ölkəsinin j əmtəəsinin ixracında aşkara çıxarılmış müqayisəli üstünlüyü;

Xij - i ölkəsindən j əmtəəsinin ixracı;

Xwt - məcmuu dünya ixracı;

Xit- i ölkəsindən - məcmuu ixrac;

XWj - j əmtəəsinin dünya üzrə məcmuu ixracı.

Əgər əmsal vahiddən böyükdürsə, bu o deməkdir ki, beynəlxalq ticarətdə bu məhsul həmin ölkənin ixtisaslaşma obyektidir. Əgər əmsal vahiddən kiçik qiymət alırsa, bu o deməkdir ki, həmin əmtəəyə ölkənin ixtisaslaşma obyekti kimi baxmaq olmaz. Bu əmsal Beynəlxalq ticarət mərkəzi YUNKTAD \ ÜTT tərəfindən çox geniş istifadə olunur.

Aşkara çıxarılmış müqayisəli üstünlüyün digər ölçü vahidi 1995-ci ildə Niven tərəfindən təklif olunmuş əmsaldır. Bu, ölkənin ixracında əmtəənin xüsusi çəkisini onun idxaldakı xüsusi çəkisi ilə müqayisə edir. O, aşağıdakı düsturla hesablanır:


Hardakı, Xi- i əmtəəsinin ixracı; - k ölkəsinin ixracı;

Mi -i əmtəəsinin idxalı;



- k ölkəsinin idxalıdır.

Bu göstərici 100-dən mənfi 100-dək dəyişə bilər. Modeldə əmsalın maksimum (100) və minimum (-100) qiyməti nəzəri olaraq tam ixtisaslaşma şəraitində iki əmtəə üçün alına bilər. Real şəraitdə o, çox nadir hallarda 10-dan artıq qiymət alır. Göstəricinin daha yüksək qiyməti ölkənin beynəlxalq ticarətdə daha dərin ixtisaslaşmasını göstərir. Ticarətin balanslaşdırılmış olduğu halında, yəni əmtəənin idxal və ixracı bərabərləşdirildikdə göstərici sıfıra yaxınlaşacaqdır. O, həm də sahə daxili ticarətin intensivləşdirilməsini xarakterizə edir: ikitərəfli əmtəə mübadiləsi nə qədər çox olarsa, göstəricinin qiyməti sıfıra o qədər yaxın olur.

Beynəlxalq ixtisaslaşmanın kəmiyyət xarakteristikası üçün eləcə də ixtisaslaşmanın ərazi əmsalından da (location guotient) istifadə olunur. Bu əmsal göstərir ki, regionda istehsalın müəyyən sahəsi onun bütün iqtisadiyyatda olan xüsusi çəkisinə görə hansı vəziyyətdədir. O, belə hesablanır:

Hardakı, t-ixtisaslaşmanın ərazi əmsalı;

Eir - r regionunda i sahəsinin xüsusi çəkisi;

Ein - bütün iqtisadiyyatda sahənin xüsusi çəkisidir.

Əgər əmsal vahidə bərabərdirsə, bu o deməkdir ki, i sahəsi həm dünya iqtisadiyyatında, həm də milli iqtisadiyyatda eyni dərəcədə təmsil olunmuşdur. Əgər o, vahiddən böyükdürsə, bu o deməkdir ki, ölkə həmin sahədə müəyyən dərəcədə ixtisaslaşmışdır.

Bu yanaşmadan həm də ölkənin öz tələbatından çox məhsul istehsal edən bölmə və sahələrinin, eləcə də istehsalın beynəlxalq ixtisaslaşmasının xüsusiyyətlərinin aşkara çıxarılması üçün istifadə etmək mümkündür. Məsələn, kənd təsərrüfatı məhsulları dünya ÜDM-nun 4 faizini təşkil edir. Bu halda bu aşağı gəlir səviyyəsi olan ölkələrdə 25%, orta gəlir səviyyyəsi olan ölkələrdə 11%, yüksək gəlir səviyyəsi olan ölkələrdə isə 2% təşkil edir. İxtisaslaşmanın ərazi əmsalından istifadə etməklə belə nəticəyə gəlmək olar ki, dünya iqtisadiyyatında kənd təsərrüfatı üzrə aşağı və orta gəlir səviyyəsi olan ölkələr ixtisaslaşmışlar. Bu ölkələr üzrə əmsalın qiyməti 6,25 və 2,75 təşkil edir. Hansıkı, yüksək gəlir səviyyəsi olan ölkələr kənd təsərrüfatı sahəsi üzrə ixtisaslaşmırlar və bu ölkələr üzrə əmsal 0,5-ə bərabərdir.

Kooperasiya və rəqabət mürəkkəb xarakterə malik olmaqla, bir-birinə ziddiyyət təşkil edərək dünya bazarında təsərrüfat vahidlərinin bütün fəaliyyətinə güclü təsir edir. Beynəlxalq əmək bölgüsü, ixtisaslaşma və kooperasiya proseslərinin inkişaf etməsi əsasında dünya bazarında təsərrüfatçılıq edən agentlər arasında beynəlxalq istehsal kooperasiyası genişlənir.

İBK - müasir texnoloji inqilabın nəticəsidir. İBK-nm inkişafı ilə əlaqədar olaraq əmək bölgüsünün inkişafında keyfiyyətcə yeni mərhələ əmələ gəlmişdir. Sənaye müəssisələrinin tərkibindən texnoloji proseslərin ayrı-ayrı mərhələləri ayrıldı, sonradan öz aralarında qarşılıqlı əlaqədə olan müəssisələrə vermək üçün son məhsulun bir sıra hissə və elementlərinin istehsalı ayrıca həyata keçirilməyə başlandı.

Bunun da nəticəsi olaraq, eyni bir texnologiya ilə müxtəlif ölkələrdə yüzlərlə müəssisə eyni bir məmulatın istehsalı ilə məşğul olur. Bu da onlar arasında böyük sayda istehsal, texniki, maliyyə, elmi, təşkilatı, hüquqi və digər əlaqələrin yaranmasına gətirib çıxarır. İBK xarici firmalar arasında beynəlxalq istehsal - texniki əlaqələr sahəsində ən çox yayılmış formadır.

Beynəlxalq istehsalın kooperativləşdirilməsi - müəyyən fəaliyyət sahəsində müxtəlif ölkələrin tərəf-müqabili olan müəssisələrin təsərrüfat fəaliyyətinin əlaqələndirilməsidir. Bunun məğzi ondan ibarətdir ki, müxtəlif ölkələrin istehsalçıları müqavilə əsasında birgə fəaliyyətin həyata keçirilməsi nəticəsində konkret təyinatı olan və son məhsulun tərkib elementlərini təşkil edən əmtəələr yaradırlar.

BİK-nin mühüm xüsusiyyəti ondan ibarətdir ki, onun iştirakçıları öz istehsallarını bu fəaliyyətin həyata keçirilməsinə uyğunlaşdırırlar: istehsal güclərini yenidən qururlar, yaxud yenisini yaradırlar, istehsalın qarşılıqlı ixtisaslaşmasını dərinləşdirirlər, tərəf müqabillərindən birinin texnologiyasını tətbiq edirlər. İstehsalın kooperativləşdirilməsinin ilkin şərtlərindən biri kooperativləşmə obyektinin vahid şəklə salınmasıdır, yəni vahid texniki sənədlərin tətbiqi, texniki sənədlər, texniki təhlükəsizliyə olan tələblər və s. Bu deyilənlər ya sənədlərin birgə işlənilməsi, yaxud da sonrakı mərhələlərdə daha səmərəli əməkdaşlıq etmək məqsədi ilə kooperativləşmə obyektinə lisenziya verilməsi yolu ilə həyata keçirilir. Kooperantlar arasında əsas kooperativləşdirmə obyekti qismində son məhsulun yaradılması üçün zəruri olan dəstləşdirici hissələr, eləcə də texnologiya götürülür.

Beynəlxalq istehsalının kooperativləşdirilməsinin növbəti mühüm xüsusiyyəti onu uzun müddətliliyi, sabitliyi və tərəf-müqabilləri arasında münasibətlərin müntəzəm xarakter daşımasıdır ki, bunlar da tərəf-müqabilləri arasında bu növ əlaqələrə olan marağı artırır. Bundan əlavə bu xüsusiyyətlər kooperantlar arasında davamlı istehsal və texnoloji əlaqələrin, sıx qarşılıqlı asılılıq və qarşılıqlı fəaliyyətin yaranmasına gətirib çıxarır.

Kooperant - beynəlxalq istehsal kooperativləşdirilməsində müqavilə münasibətlərində olan tərəfləridir.

Beynəlxalq istehsal kooperativləşdirilməsinin üçüncü mühüm xüsusiyyəti kooperativləşdirmənin fırmadaxili və ya firmalararası xarakter daşımasından asılı olmayaraq, tərəf-müqabilləri arasındakı münasibətlərin sosial-iqtisadi xüsusiyyətlərindəki fərqlərdir.

Nəhayət, beynəlxalq istehsal kooperativləşdirilməsinin bır mühüm xüsusiyyəti də, bəzi hallarda kooperantların son məqsədinin birgə istehsal edilən məhsulların qarşılıqlı səmərəli satışının təşkil olunmasıdır.

Beynəlxalq istehsalın kooperativləşdirilməsi aşağıdakıları nəzərdə tutur:



  • tərəflərin əvvəlcədən birgə fəaliyyətini şərtləndirən müqavilə razılaşdırmaları;

  • kooperativləşdirmə obyekti qismində hazır məmulatların, hissələrin və müvafiq texnologiyanın olması;

  • razılaşdırılmış proqram çərçivəsində tərəf-müqabilləri arasında tapşırıqların bölüşdürülməsi.

Kooperativləşdirmənin məzmununu aydınlaşdırarkən birinci növbədə onun kooperasiyadan fərqinə diqqət yetirmək zəruridir. İqtisadi ədəbiyyatda bu anlayışlar çox vaxt eyniləşdirilir. Əslində isə onlar müxtəlif iqtisadi məzmuna malikdirlər. Məlum olduğu kimi K.Marks kooperasiyanı əməyin təşkilinin xüsusi forması adlandırmış və qeyd etmişdir ki, kooperasiyada çoxlu sayda fərdlər bir- biri ilə qarşılıqlı əlaqədə, eyni bir istehsal prosesində, yaxud da müxtəlif olsa da öz aralarında qarşılıqlı əlaqəli olan istehsal prosesində yan-yana işləyirlər.

Kooperasiyanın əksinə olaraq kooperativləşdirmə - özlərinin təsərrüfat müstəqilliyini saxlayaraq müəyyən növ məhsulun hazırlanmasında iştirak edən müxtəlif müəssisələr arasında olan istehsal əlaqələridir.

Kooperativləşmədə iki xarakterik xüsusiyyəti fərqləndirmək zəruridir. Bir tərəfdən, kooperantlar razılaşdırılmış məhsulun birgə istehsalı üzrə tam ixtisaslaşır, yaxud da öz aralarında istehsal vəzifələrinə müəyyən hədd qoyurlar. Digər tərəfdən, kooperativləşmə istehsalın iştirakçıları arasında birgə istehsal olunan hissəvi məhsulların mübadiləsini nəzərdə tutur. Bu da onu göstərir ki, kooperativləşmə beynəlxalq əmək bölgüsünün iki xarakterik xüsusiyyətinə malikdir və ona görə də o BƏB-in formalarından biri hesab olunur.

İqtisadi ədəbiyyatlarda «kooperasiya» və «kooperativləşdirmə» terminləri ilə yanaşı «sənaye kooperativləşməsi» və «istehsal kooperativləşməsi» terminləri də işlədilir.

Sənaye kooperativləşməsi - yalnız sənaye sahəsində həyata keçirilən kooperativləşmədir.

İstehsal kooperativləşməsi isə iqtisadi kompleksin bütün fəaliyyət sahələrində həyata keçirilən kooperativləşmədir.

İBK inkişafının səbəblərindən biri, çox iri maliyyə vəsaitləri tələb edən kapital tutumlu yeni məmulatların istehsalının artması meylləridir.

Beynəlxalq ixtisaslaşma və kooperativləşdirmə yeni əmtəələrin istehsalının mənimsənilməsinin müddətini azaldır və onların kapital tutumunu aşağı salır.



2.2. BEYNƏLXALQ ƏMƏK BÖLGÜSÜ VƏ TRANS MİLLİ KORPORASİYALAR
Bazar iqtisadiyyatı özünün dərin iqtisadi təbiətinə görə əslində «əmək bölgüsü iqtisadiyyatıdır». Makro və mikro səviyyələrdə əmək bölgüsü son nəticədə milli bazarın formalaşmasında ifadə olunur. Görünür elə buna görə də görkəmli avstriya mənşəli amerikan iqtisadçısı Y.A.Şumpeter bazar iqtisadiyyatına verdiyi qısa, məzmunlu və lakonik tərifdə bu iqtisadiyyatı «xüsusi mülkiyyət, əmək bölgüsü və azad rəqabətin hökm sürdüyü» bir iqtisadiyyat kimi səciyyələndirmişdir1.

İqtisadi ədəbiyyatda bəzi müəlliflər istehsalın yüksəldilməsinin əsas səbəbini əmək bölgüsü və texniki tərəqqidə görürlər və onlar belə nəticəyə gəlirlər ki, iqtisadi sistemdən asılı olmayaraq təsərrüfatın başlıca ünsürləri aşağıdakılardır:



  1. Tələbatlar

  2. İstehsal

  3. Məhdudluq

  4. Əmək bölgüsü və texniki tərəqqi2.

Beləliklə, bazar iqtisadiyyatı qurmaq, onun vasitəsi ilə iqtisadiyyatı effektiv bir mühərrikə çevirmək, əslində əmək bölgüsünü qurmaq, onu işlək, çevik bir mexanizmə çevirmək deməkdir. Bu mənada mütərəqqi təsərrüfatçılıq forması kimi bazar iqtisadiyyatı qurmaq üçün Azərbaycan Respublikasında əmək bölgüsü problemini tədqiq etmək böyük aktuallıq kəsb edir.

Hər bir milli iqtisadiyyatda olduğu kimi dünya təsərrüfatının və beynəlxalq iqtisadi münasibətlərin əsasını əmək bölgüsü və mübadilə təşkil edir. Lakin milli iqtisadiyyat daxilindəki əmək bölgüsü deyil, ayrı-ayrı ölkələrin istehsal, yaxud istehlakının öz aralarında bu və ya digər dərəcədə bir-birilə əlaqələndirilməsini nəzərdə tutan beynəlxalq əmək bölgüsü təşkil edir. Beynəlxalq iqtisadi münasibətlərdə iştirak edən ölkələr iqtisadi cəhətdən əlahiddələşmişdir, xüsusilə milli təsərrüfatlar formasında ayrılmışdır ki, bu da obyektiv surətdə həmin əlaqələrin əmtəə-pul xarakteri ilə şərtlənmişdir.

Əmtəə istehsalı əmək bölgüsünə əsaslanır. Bu, mübadilənin meydana gəlməsi üçün əsas şərtdir. K.Marksın yazdığına görə ictimai əmək bölgüsü əmtəə istehsalının əsasını təşkil edir. Elə bir əsas ki, onsuz əmtəə istehsalı meydana gələ bilməz. Lakin ictimai əmək bölgüsü əmtəə istehsalı olmadan da mövcud ola bilər. Bazar iqtisadi sistemi bir-birindən asılı formada fəaliyyət göstərən əmək bölgüsünə əsaslanır. Əmtəə özündə beynəlxalq əmək bölgüsünün müəyyən formasını daşıyır və buna əsasən bu və ya digər əmtəənin hansı ölkədə istehsal olunduğunu bilmək mümkün olur. Bununla belə elmi-texniki tərəqqinin təsiri altında əmtəə çeşidlərinin çoxalması, onların istehlak xüsusiyyətlərinin mürəkkəbləşməsi prosesi gedir, eyniadlı məhsulların çeşidləri genişlənir, bir və ya bir neçə mühüm xarakteristikası ilə fərqlənən bir sıra oxşar məhsullar meydana gəlir. Bununla belə beynəlxalq aləmdə ictimai əmək bölgüsü ciddi dəyişikliklərə məruz qalır. XX əsrin 70-80-cı illərində iri miqyaslı investisiya və istehsal korporasiyalarının dünya səhnəsinə çıxması ilə beynəlxalq ictimai əmək bölgüsü sferasında ciddi keyfiyyət dəyişiklikləri baş verir və bu məsələyə yeni prizmadan baxmaq tələb olunur. Y.V.Şişkovun göstərdiyi kimi, ölkə texniki və iqtisadi cəhətdən nə qədər çox inkişaf etmişdirsə, beynəlxalq əmək bölgüsünə fəal daxil olmaq üçün istehsal, maliyyə və digər imkanlar da daha böyükdür və orada iştirakın zəruriliyi daha təkidlidir1.

Aparılan tədqiqatlar göstərir ki, əmək bölgüsü nəzəriyyəsinin inkişafı çox-çox qədimlərə aiddir. Ksenofontdan, Aristoteldən başlamış bu günə qədər əmək bölgüsünün yeni-yeni təzahür formalarının inkişafını və tədqiqini görürük.

Tarixi ardıcıllıqla şərh etməli olsaq ictimai əmək bölgüsünün aşağıdakı konkret forma və növlərini göstərmək olar:


  1. Təbii əmək bölgüsü (yaş və cinsə görə əmək bölgüsü).

  2. Birinci böyük ictimai əmək bölgüsü (maldarlığın əkinçilikdən ayrılması).

  3. İkinci böyük ictimai əmək bölgüsü (sənətkarlığın maldarlıqdan və əkinçilikdən ayrılması).

  4. Üçüncü böyük ictimai əmək bölgüsü (ticarətin, yəni tacir tayfalarının sonra isə dövlətin meydana gəlməsi).

  5. Fərdi əmək bölgüsü.

  6. Xüsusi əmək bölgüsü.

  7. Ümumi əmək bölgüsü.

  8. Peşə əmək bölgüsü (sahə, istehsal, ixtisas və peşə).

  9. Ərazi əmək bölgüsü.

  10. Sahələrarası əmək bölgüsü.

  11. Region əmək bölgüsü.

  12. Texnoloji əmək bölgüsü.

  13. Firmadaxili əmək bölgüsü.

  14. Beynəlxalq əmək bölgüsü və s.

Müasir iqtisadi ədəbiyyatda ictimai əmək bölgüsünə yanaşma əvvəlki illərdən fərqlənir. Məsələn, Bazeler U., Sabov Z., Xaynrix Y., Kox V. və b. göstərirlər ki, əgər ixtisaslaşma bir müəssisə daxilində mövcuddursa, söhbət müəssisə daxilində əmək bölgüsündən gedir, əgər ixtisaslaşma müəssisələr arasında baş verirsə, onda söhbət müəssisələr arasında əmək bölgüsündən gedir. Əgər müəssisə öz filialları vasitəsilə müxtəlif ölkələrdə yerləşirsə, onda beynəlxalq əmək bölgüsü nəzərdə tutulur. Onlar daha sonra əmək bölgüsünün üstünlüklərindən və mənfi cəhətlərindən bəhs edirlər. Əmək bölgüsünün üstünlükləri dedikdə, ayrı-ayrı əməliyyatlarda ixtisaslaşma bu fəaliyyətin həyata keçirildiyi sürəti artırır, ixtisaslaşmış maşınların tətbiqini mümkün edir ki, bu da aşağı qiymətlər üzrə kütləvi əmtəə istehsalını həyata keçirməyə imkan verir. Qeyd olunur ki, əmək bölgüsü nəticəsində müxtəlif fikirli və vərdişli insanları istehsal prosesində elə yerləşdirmək olar ki, onların bacarıq və vərdişlərindən ən səmərəli istifadə olunsun.

Bütün bunlarla yanaşı əmək bölgüsünün mənfi məqamları da göstərilir. Belə ki, cəmiyyətdə bəzi istehlak olunmayan məhsullar istehsal olunur və bəzən isə istehsal olunan məhsullar istehlak olunmur. Əmək bölgüsü insanların, müəssisələrin və s. bir-birindən asılılığını yaradır ki, bu da böhran meylini dərinləşdirir. Müəssisələrin konkret əmtəələrə tələbinin düzgün qiymətləndirilmədiyi hallarda, natamam istehsal və ya ifrat istehsal yarana bilər. İstehsalçılar buraxılan nemətin yalnız bir hissəsini istehlak edir, deməli o bütövlükdə pis əmək məhsuludur.

Müsbət və mənfi cəhətdən xarakterizə edilən bu proseslər əslində əmək bölgüsünün tarixi inkişafının müxtəlif pillələrinə xasdır. Bu xüsusiyyətlər - əmək bölgüsünün dərinləşməsinin və onun formalarının modifikasiyaya uğramasının nəticəsidir.

XX əsrdə artıq tədqiqatçıların əməyinin ayrılması prosesi baş verir. Bunun nəticəsində elmi - texniki tərəqqi inkişaf edir, əməyin ayrılması və eyni zamanda birləşməsi prosesi yaranır. Əməyin ayrılması prosesi əsasən ixtisaslaşmada özünü göstərir.

Əməyin birləşməsi isə kooperativləşməyə, kombinələşdirməyə və nəhayət inteqrasiyanın yaranmasına gətirib çıxarır.

Əvvəlki formalardan fərqli olaraq inteqrasiya bazar qanunları nəticəsində yaranmışdır.

İnhisarların ən sadə formalarının meydana gəlməsi və inkişafı inhisar birliklərinin: klassik formaları olan kartel, sindikat, trest, konsern, ən iri formaları olan konqlomeratlar, konsorsiumlar və nəhayət transmilli korporasiyaların (TMK) meydana gəlməsinə səbəb olmuşdur.

İctimai əmək bölgüsünün tarixi inkişaf mərhələləri nəticəsində əmələ gələn formaları və növlərinin mahiyyəti kifayət qədər ətraflı tədqiq edilmişdir. Hazırda bir sıra problemlər dünya təsərrüfatı ilə bağlı olduğundan istər- istəməz TMK-ların şərhinə geniş ehtiyac duyulur.

Artıq beynəlxalq əmtəə mübadiləsində ictimai əmək bölgüsünün yeni, istehsal-satış xarakteri özünü göstərməyə başlayır. Məhsulun vahid istehsalı prosesi özünün bütün mərhələlərində, milli çərçivədən kənara çıxır, məhsulun beynəlmiləl miqyasda hazırlanması prosesi həyata keçirilir, iri miqyaslı elmi-texniki və istehsal - investisiya əlaqələrinin səmərəli inkişafı məhsul və xidmət mübadiləsinin hüdudlarını dəyişir və bu da komplekslərarası, firmalararası, korporasiyalararası mübadiləyə gətirib çıxarmışdır. Nəticədə korporasiyalaraarsı əmək bölgüsü təşəkkül tapmışdır.

Korporasiyalararası əmək bölgüsü - transmilli əsasda təşkil edilən və təşkilati - idarəetmə baxımından milli təkrar istehsalın əsası kimi çıxış edən təsərrüfat subyektlərinin ixtisaslaşdırılmasıdır.

Bununla beynəlxalq əmək bölgüsü anlayışının daha mürəkkəb məzmun kəsb etdiyi üzə çıxır. O, bir tərəfdən, ənənəvi olaraq millətlər arasında istehsal vahidi kimi, istehsal vəzifələrinin təbii bölgüsü prosesini ifadə edir, digər tərəfdən isə, istehsal vəzifələri planauyğun şəkildə şirkət daxilində, onun çərçivəsindən kənaraçıxmadan, dövlət sərhədlərindən kənara çıxmadan bölüşdürülür. Əmək bölgüsü yeni istiqamətdə dərinləşir və genişlənir. Dünya xəritəsində milli sərhədlərlə üst-üstə düşməyən, iqtisadi sərhədlər cızılır. Bu müxtəlif ölkələrin sərhədlərini birləşdirən fırmalararası, korporasiyalararası ictimai əmək bölgüsü prosesidir.

İstehsalın transmilliləşməsi beynəlxalq əmək bölgüsünün iyerarxiya strukturunda milli iqtisadiyyatların yerini müəyyən edərək onların inkişafına daha böyük təsir göstərir. TMK-lar çərçivəsində dövr edən fırmadaxili və firmalararası əmtəə, xidmət, kapital və texnologiyalar axınları ayrı-ayrı ölkələrin ixracına mürəkkəb təsir göstərərək (onu stimullaşdıraraq, məhdudlaşdıraraq və ya əvəz edərək) və daha çox dərəcədə bu ölkələrin beynəlxalq ixtisaslaşmasını müəyyən edərək sahələrarası və ölkələrarası axınların ənənəvi təşkilinə sanki «bağlanır». Məlum olur ki, milli iqtisadiyyat bir neçə transmilli firmalar tərəfindən bölüşdürülüb. Beləliklə, beynəlxalq əmək bölgüsünün yeni formasının inkişafının ilkin şərtləri aşağıdakılardır:



  1. Hadisələrin əlaqə subyektinin yaranması.

  2. Uyğun şəraitin yaranması.

  3. Beynəlxalq kredit bazar mühitinin qərarlaşması.

  4. Yüksək ixtisaslı işçi qüvvəsi və elmi kadrların beynəlxalq hərəkətinin güclənməsi.

  5. Münasib mübadilənin yaradılması.

Müasir dünya təsərrüfatına sosial, siyasi, iqtisadi amillərlə yanaşı, beynəlxalq iqtisadi münasibətlərin ümumi «humanistləşməsi» meyli də ciddi təsir göstərir. Müqayisəli xərclər nəzəriyyəsi bu gün də beynəlxalq əməkdaşlıqda bu və ya digər ölkənin iştirak variantlarının qiymətləndirilməsində istifadə olunur. Söhbət burada hər şeydən əvvəl geniş təkrar istehsal prosesinin həyata keçirilməsində elmi-texniki tərəqqi şəraitində həlledici rol oynayan beynəlxalq əmək bölgüsü sistemində iştirakdan gedir. Beynəlxalq əmək bölgüsü dünya bazarının və bütövlükdə ümumdünya təsərrüfatının formalaşmasında və inkişafında müəyyənedici amilə çevrilir. Öz mahiyyətinə görə beynəlxalq əmək bölgüsü ictimai əmək bölgüsünə oxşayır, lakin bu bölgünün real təcəssüm olunduğu ixtisaslaşma və kooperativləşdirmə prosesləri bu halda milli təsərrüfatlar çərçivəsindən kənara çıxır. Ölkələr arasında əmək bölgüsü milli xalq təsərrüfatı komplekslərinin daxilində əmək bölgüsünə münasibətdə məntiqi və tarixi cəhətdən törəmədir. Bu onda təzahür olunur ki, müəssisələrin ixtisaslaşması və kooperativləşməsi milli çərçivədə beynəlxalq miqyasa nisbətən daha dərin inkişaf etmişdir, hərçənd ki, beynəlxalq əmək bölgüsündə ölkənin bəzən fəal iştirak etməsi ölkənin daxilində ixtisaslaşmanın və kooperativləşmənin dərinləşməsini stimullaşdırır.

Beynəlxalq əmək bölgüsünün xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun sosial-iqtisadi təbiəti ayrı-ayrı milli təsərrüfatların daxilində yaranan ictimai münasibətlərlə müəyyən olunur. Beynəlxalq iqtisadi münasibətlərin bu törəmə amili təsərrüfatdaxili münasibətlərlə müqayisədə onların nisbətən aşağı yetkinlik səviyyəsini şərtləndirir.

Məlumdur ki, hər hansı bir dövlətin beynəlxalq iqtisadi proseslərə müdaxilə etməsi imkanları məhduddur. Hərçənd ki, bəzi super dövlətlər heç bir beynəlxalq normalara əhəmiyyət vermədən zəif ölkələrin işlərinə kobud surətdə müdaxilə edir, hətta sərhədləri belə pozub keçir. Hər hansı bir dövlət onun ərazisi ilə məhdudlaşan yalnız öz hüquqi səlahiyyəti çərçivəsində, hökumətlərarası sazişlər əsasında təsərrüfat həyatına təsir göstərə bilər.

Beləliklə, belə bir nəticəyə gəlmək olar ki, beynəlxalq əmək bölgüsünün səviyyəsi ayrı-ayrı ölkələrin daxilindəki əmək bölgüsünün səviyyəsindən aşağıdır.

Keçən əsrin 80-cı illərinin əvvəllərində transmilli korporasiyaları təşkil edən əsas komponentlər artıq əmələ gəlmişdi. 70-ci illərdə yaxın ərazi - elmi komplekslər çərçivəsində istehsal-satış strukturlarının formalaşması başa çatmışdı. Bununla da, komplekslərin elm - istehsal bazası, beynəlxalq mübadilənin istehsal - investisiya və satış üzrə əməkdaşlığa tərəf yerdəyişməsi işlənib hazırlanmış və onu sürətləndirmişdir.

Transmilli korporasiyalar beynəlxalq əmək bölgüsünün inkişafında yeni hadisədir və özünəməxsus xarakterik xüsusiyyətlərə malikdir. Müasir dünyada TMK-lar bazar istehsalının və beynəlxalq əmək bölgüsünün başlıca hərəkətverici qüvvəsinə, dünya ticarətinin və beynəlxalq iqtisadi münasibətlərin üstün amilinə çevrilmişdir. Məhsuldar kapitalın hər şeydən əvvəl birbaşa investisiyalar formasında ixrac kanalı TMK-ların payına düşür.



Yüklə 439,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə