Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”



Yüklə 1,41 Mb.
səhifə7/8
tarix20.09.2018
ölçüsü1,41 Mb.
#69660
1   2   3   4   5   6   7   8

Konkret nomenklatur və ya başqa sözlə, konkret növ məmulatların nomenklaturu qiymətləndirilən məmulat və ya məmulat sırasının (bir neçə eyni növlü) keyfiyyət göstəricilərinin daha dəqiqləşdirilmiş siyahısıdır. Bu daha tam nomenklaturdur, bütün xarakterik əlamətləri nəzərə alınmaqla bu və ya digər məmulatın real keyfıyyətini adekvat qiymətləndirməyə imkan verir.

Məmulatların keyfıyyətini qiymətləndirmə (ekspertiza) təcrübəsində və göstəricilər nomenklaturunun seçilməsində iki hala rast gəlinir.



Birinci halda, verilmiş məmulat qrupunun keyfıyyət göstəricilərinin geniş nomenklaturu əvvəlcədən işlənməmişdir. Belə vəziyyətdə qiymətləndirilən məhsulu səciyyələndirən keyfıyyət göstəricilərinin tipik nomenklaturu seçilir. Tipik nomenklatur əsasında əvvəlcə analoji məmulatlar üçün geniş nomenklatur formalaşdırılır. Bundan sonra qiymətləndirilən məhsulun keyfıyyət göstəricilərinin konkret nomenklaturunun əsaslandırılmış seçimi aparılır.

İkinci, daha sadə halda, verilmiş məmulat qrupu üçün geniş nomenklatur məlumdur. Ona görə verilmiş məmulat və məmulat qrupunun keyfıyyətinin miqdarca qiymətləndirilməsi müəyyən baza göstəricisinin ədədi qiyməti, müəyyən keyfıyyət səviyyəsinin saxlanmasını tələb edir, yəni bunlar məmulatın texniki səviyyəsini müəyyən edir. Aydındır ki, yuxarıdakı söz birləşmələrinin müəyyən fərqi də mövcuddur. Birinci hər hansı məhsula, ikinci isə əsasən texniki məmulatlara daha çox aiddir.

FƏSİL III. SƏNAYE MƏMULATLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİNİN QİYMƏTLƏRİNİN TƏYİN EDİLMƏSİ METODLARI
Sənaye məhsulunun keyfiyyət göstəricilərinin ədədi qiymətlərinin təyini metodları iki qrupa bölünür:

  • Informasiyanın alınma üsuluna görə;

  • Informasiyanın alınma mənbələrinə görə.

İnformasiyanın alınma üsuluna görə məhsulun keyfıyyət göstəricilərinin ədədi qiymətlərinin təyini metodları bunlardır: ölçmə, qeydiyyat, orqanoleptik və hesabı. İnformasiya mənbələrinə görə isə göstəricilərin qiymətlərinin təyin edilməsi ənənəvi, ekspert, sosioloji (marketinq) metodları ilə aparılır.

Məhsulun keyfıyyət göstəricilərinin ədədi qiymətlərinin ölçmə metodu ilə təyini texniki ölçmə vasitələrinin istifadə edilməsilə alınan informasiyalara əsaslanır. Ölçmələrin nəticələri zəruri hallarda müvafıq hesablamalar və çevrilmələr aparmaqla normal və ya standart şərtlərə, məsələn, normal temperatura (+20°C), normal atmosfer təzyiqinə (1,013∙105 N/m2 və s.) gətirilir. Ölçmə metodu ilə əksər keyfıyyət göstəriciləri təyin edilir. Məsələn, məmulatın kütləsi, forması, ölçüləri, mexaniki və elektrik gərginliyi, mühərrikin dövrlər sayı, nəqliyyat vasitələrinin sürəti və digər fərdi keyfıyyət göstəriciləri məhz ölçmə ilə təyin edilir.



Qeydiyyat metodu müəyyən hadisələr, əşyalar və xərclərin hesablanması yolu ilə alınan informasiyadan istifadəyə əsaslanır. Bu metodla, məsələn, məmulatın istismar müddətində onun imtinalarının sayı, məmulatın yaradılması və istismarına çəkilən bütün xərclər, mürəkkəb məmulatın bütün hissələrinin sayı, uzunömürlülük, imtinasızlıq, saxlanılma müddəti, həmçinin standartlaşdırma və eyniləşdirmə, patent-hüquq göstəriciləri və s. təyin edilir.

Orqanoleptik metod insanın hissetmə orqanları tərəfindən qəbul edilən duyğu və təsvirlərin nəticəsində alınan informasiyanın istifadəsinə əsaslanır. Buraya insanın görmə, eşitmə, iybilmə, ağrını hissetmə və dadbilmə kimi hiss və duyğuları daxildir. Bu metodla keyfıyyət göstəriciləri konkret fərdin subyektiv təsəvvürlərinə, iş təcrübəsinə əsaslanır və əsasən balla ifadə olunur. Aydındır ki, bu metodla keyfıyyət göstəricilərinin dəqiqliyi və dürüstlüyü insanın qabiliyyəti, sənətkarlığı və vərdişlərindən xeyli dərəcədə asılıdır. Məhz buna görə də bu metodla məhsulun keyfıyyət göstəricilərinin təyinində texniki vasitələrin istifadəsi də istisna edilmir. Bunlara, məsələn, lupa, mikroskop, mikrofon və s. texniki vasitələri aid etmək olar. Orqanoleptik metodla əsasən məhsulun erqonomik və estetik keyfıyyət göstəriciləri təyin edilir.

Hesabat metodunda məmulatın keyfıyyət göstəricilərinin ədədi qiymət­lərinin təyini nəzəri və ya empirik asılılıqlardan istifadəyə əsaslanır. Bu metod texnikanın layihələndirilməsi və konstruksiya edilməsində, hələ məmulatın özü-nün təcrübə-sınaq obyekti kimi istifadə edilməsi mümkün olmadıqda tətbiq olunur. Adətən hesabat metodunu keyfıyyət göstəricilərinin normativ (optimal) qiymətlə­rinin təyinində (məsələn, məhsuldarlığın, əmək tutumunun, etibarlılığın və s.) istifadə edirlər.

Çox vaxt keyfıyyət göstəricilərinin qiymətlərini bir neçə metodu eyni zamanda tətbiq etməklə tapırlar. Məsələn, təmirəyararlığın normativ göstəricisi müxtəlif ixtisasa və peşə hazırlığına malik işçilərin orta əmək sərfləri (norma- saatla) kimi təyin edilə bilər. Bu zaman verilmiş növ məhsulun təmirində iştirak edən şəxslərin əməyinin miqdarını hesablamaq üçün qeydiyyat metodundan, təmirdə müxtəlif işlərin müddətini müəyyən etmək üçün isə ölçmə metodundan istifadə edilir.

Keyfıyyət göstəricilərinin qiymətlərinin təyininin ənənəvi metodunda informasiyalar ənənəvi mənbələrdən alınır və onları müəssisənin müvafiq struktur bölmələrinin işçiləri yerinə yetirirlər. Belə bölmələrə laboratoriyalar, sınaq stan­siya­ları, poliqonlar (eksperimental bölmələr) və konstruktor şöbələri, hesablama mərkəzləri, keyfıyyətə nəzarət şöbələri, digər bölmə və xidmətlər aid edilir. Labo­ratoriyalarda, məsələn, materialların fıziki-mexaniki xassələri, texniki məmulat­ların istismarında səs, titrəmə, şüalanma, enerji sərfı və digər lazımi məlumatlar əldə edilir. Sınaq stansiya və poliqonlarında etibarlılıq, ekolojilik və təhlükəsizlik, həmçinin məhsulun keyfıyyətini səciyyələndirən digər məlumatlar əldə edilir.

Ekspert metodu məhsulun keyfıyyət göstəricilərinin qiymətlərinin təyinində o vaxt istifadə olunur ki, digər, daha obyektiv metodlarla bu göstəriciləri təyin etmək mümkün olmur.

3.1. Sənaye mallarının keyfiyyətinin mahiyyəti və onun bazar iqtisadiyyati şəraitində rolu
Keyfiyyət çoxlu xüsusiyyətlərə malik olan həcmli, mürəkkəb və universal kateqoriyadır.

Fəlsəfi nöqteyi-nəzərdən keyfıyyət müzakirə olunan obyektin çox mühüm xassəsini göstərir və nəticədə o, spesifik olur, digər obyektlərdən seçilir. Bununla belə keyfıyyət bir çox obyektləri bir ortaya cəmləyir, yəni həmcins edir. Keyfıyyət kateqoriyası insanın obyektiv reallığı dərk etməsinin münasib pilləsini bildirir. Araşdırmanın ilkin mərhələsində obyekt ilk əvvəl hansısa bir xüsusiyyətlə və yaxud bir sıra xüsusiyyətlərlə seçilir. Fəlsəfi nöqteyi-nəzərdən burada xüsusiyyət obyektin keyfiyyətinin müəyyən tərəfinin başqa, qarşılıqlı əlaqədə ola biləcək, obyektlərə münasibətinə yanaşma üsulu kimi izah olunur. Nə qədər ki, hər bir obyekt başqa cisim və hadisələrlə qarşılıqlı əlaqədədir o, külli miqdarda xüsu­siyyətlərə malik ola bilər. Ancaq keyfıyyəti xüsusiyyətlər cəmi kimi təyin etmək təşəbbüsü müvəffəqiyyətlə nəticələnmir. Bu, tamamilə konkret maddi obyektlərə aiddir. O ki, qaldı məmulatlara, keyfiyyət kateqoriyası ancaq ayrı-ayrı xüsusiy­yətlər demək deyil, o, bu obyektin funksional birlikdə mühüm xüsusiy­yətlərinin bütöv xarakteristikasını bildirməlidir.

Keyfiyyətin sosial nöqteyi-nəzəri ayrı-ayrı subyektlərin və yaxud bütövlükdə cəmiyyətin müzakirə olunan obyektə münasibətindən asılıdır.

Keyfiyyətin texniki tərəfi araşdırılan obyektin kəmiyyət və keyfiyyət dəyi­şikliklərindən asılıdır.

Təhsildə texniki qanunauyğunluq və fiziki, elektromexaniki və digər eyni təyinatlı cisimlərin xüsusiyyətlərinin aşkarlanması araşdırmalar obyekti olurlar. Mühəndis mövqeyindən keyfıyyət seçilən obyektin cəm xüsusiyyətinin hansısa bir etalona görə müqayisəsində araşdırılır.

İqtisadi mövqedən keyfiyyətə, araşdırılan obyektin istehlakı və istehlakın dəyər nəticəsi kimi baxılır. Madam ki, bu və ya digər obyektin keyfıyyətinə tələbat müxtəlifdir, deməli bu obyekt istehlakçılar tərəfındən müxtəlif qiymətləndirilir. Nəticə etibarı ilə iqtisadi nöqteyi-nəzərdən bilmək vacibdir ki, keyfiyyət nə qədər tələbatla uyğunlaşır.

Hüquqi nöqteyi-nəzərdən keyfıyyət obyektin NTS-də müəyyən edilmiş tələblərə cavab verən xüsusiyətlərinin cəmi kimi üzə çıxır.

«Keyfiyyət» termininin müəyyənləşdirilməsində onun anlaşılmasının müxtəlif aspektlərini nəzərə almaq lazımdır. Ancaq ədəbiyyatlarda (istər ölkə, istərsə də xarici) bu suala birtərəfli yanaşma üzündən onun coxlu ifadələrinə rast gəlmək olar. Məsələn, İSO 9000 seriyalı standartlarda keyfıyyət xüsusiyyətlərin birləşməsi və məhsul, yaxud xidmətin xarakteristikası kimi müəyyənləşdirilir.

Bir sıra xarici ədəbiyyat mənbələrində keyfiyyətə istehlakçıların tələblərinə uyğunluq kimi baxılır, bəzən isə keyfıyyət istismara uyğunluq kimi izah olunur. Ancaq keyfıyyətin müəyyənləşdirilməsinə bu cür yanaşma onun yalnız bir tərəfini əks etdirir.

Bunun əsasında məhsulu təsərrüfat fəaliyyətinin əhəmiyyətli nəticəsi kimi üzə çıxan və müəyyən tələbləri təmin etmək üçün əvvəlcədən təyin olunan, bütün müxtəlif maddi dəyərlərin birliyi kimi qəbul etmək lazımdır. Burada məhsul ümumiləşdirilmiş maddi anlayışdır və özündə məmulatları və texnologiyaları birləşdirir.

Bazar və rəqabət şəraitində dünyanın inkişaf etmiş ölkələri yüksək keyfiyyəti strateji ticarət simvolu və milli sərvətlərin ən mənalı mənbəyi kimi qəbul edirlər. Keyfıyyət bir çox şeydə hökumətin nüfuzunu müəyyən edir, hər bir insanın və bütövlükdə cəmiyyətin tələbatının təmin olunmasının əsasına qulluq edir, rəqabətə dözümlülüyün mühüm vasitəsi olur. Ancaq onun əsasında müəssisə rəqabət şəraitində davam gətirə bilər, buna görə də tam obyektiv olaraq görünür ki, bazar şəraitində keyfıyyəti yüksəltmək və təmin etmək üçün fəaliyyət birincilik təşkil etməlidir.

Keyfiyyəti yüksəltmək və təmin etmək zəruriliyini müəyyən edən səbəblər çoxdur. Onların arasında aşağıdakıları xüsusi qeyd edək:



  1. Şəxsi, istehsalat və ictimai təlabatın daim güclənməsi;

  2. Elmin, texnikanın, istehsalatın, iqtisadiyyatın və bütün dünya cəmiyyət­ləri­nin inkişafında ETİ-nin rolunun və sürətinin güclənməsi;

  3. Xidmətin, buraxılan məhsulların konstruksiyasının mükəmməlləşdirilməsi və yerinə yetirilən funksiyaların əhəmiyyətinin yüksəlməsi;

  4. Nisbətən aşağı keyfıyyətli məhsul və xidmətləri istehlakçıların qəbul etməməsi;

  5. İstehsalatın intensivləşdirilməsinə doğru tələblərin çoxalması və müəssi­sənin müvəffəqiyyətlə yaşamasında vacib faktor kimi keyfiyyətin effektinin art­ması.

Sadalanan səbəblərlə yanaşı, həmçinin dünya bazarlarında rəqabətin yüksəl­məsini də qeyd etmək lazımdır. Rəqabət ancaq xarici bazarda yox, ölkə daxilində də realdır.

Məhsulun və xidmətin keyflyyətinə lazımi münasibət olmazsa istər bazar, rəqabət və müqayisəli açıq iqtisadiyyat şəraitində, istərsə də təsərrüfatçılığın başqa sistemlərində hər hansı bir iş, bir qayda olaraq, uğursuzluğa düçar olacaq.

Hamıya məlumdur ki, bir çox ölkələrdə alıcılar kifayət qədər orta qiymətlərlə ancaq o məhsulu alırlar ki, beynəlxalq standartlara uyğundur və yaxud onu ötüb keçir, yüksək istehsal keyfıyyəti var və tamamilə onların tələbatını təmin edir. Dünyanın o ölkələri ki, keyfiyyətə, onun idarə olunmasına ciddi diqqət göstərirlər, həmçinin alıcıları buna əmin edirlər, onlar ixracatın istər yüksək həcmini, istərsə də struktur göstəricilərini əldə edirlər. Buna sübut ancaq ənənəvi texniki inkişaf etmiş ölkələr (ABŞ, Yaponiya və Qərbi Avropa ölkələri) deyil, Cənubi-Şərqi Asiya ölkələrinin bir qismi də ola bilər.

Hər hansı bir böyük problemin həlli effektiv idarə olunmadan mümkün deyildir. Elmin, texnikanın, istehsalatın bütün təcrübəsini və potensialını, işçilərin bütün bilik və bacarığını təxirə salınmaz problemin həllinə yönəltmək lazımdır.

Kİ-nin elmi-nəzəri əsası bizim ölkədə 70-80-cı illərdə yer alıb. O vaxt araşdırmalar, eksperimentlər aparılır və monoqrafiyalar, kitablar və məqalələr dərc olunurdu. Burada bütün təcrübələrin xüsusi prinsipial nəticəsi kimi o göstərilir ki, idarəetmə metodları və mülkiyyət formaları ilə bərabər, istifadəsindən asılı olmayaraq, Kİ hər hansı bir istehsalatın ayrılmaz hissəsi, funksiyasıdır. Hər halda keyfıyyətin sistematik yüksəldilməsinə ancaq lokal xarakterli təsir ilə nail olmaq mümkün deyil, çünki bir sahənin və yaxud bir tədarükçünün çox da yüksək olmayan Kİ-si o keyfıyyətli məhsulun başqa sahə və yaxud başqa müəssisədə yaradılıb və hazırlanmasına gətirib çıxardır. Kİ-də kompleks xarakterli tədbirlər tətbiq etmək vacibdir.

Keçmiş SSRİ-də inzibati-komanda metodlarından istifadə edən mərkəzləş­dirilmiş planlı iqtisadiyyat şəraitində ən yaxşı dünya nümunəli keyflyyətə çatmağa yönəldilmiş Kİ konsepsiyası rəsmi idi. Qeyd etmək lazımdır ki, Kİ ilə yanaşı, müəssisədə idarəetmədə başqa istiqamətlərlə yanaşı bu vacib şərtləri də qəbul etmək lazımdır: müştərilərə məhsulun vaxtında çatdırılmasının təmin edilməsi; məhsulun istehsal həcminin yüksəldilməsi, buraxılan məhsulun maya dəyərinin azalması. Lakin Kİ-nin rolu, o cumlədən də rəqəbətaparma bacarığı bütövlükdə ba- zar şəraitində son dərəcə böyükdür. Bununla bərabər, əsasən keyfıyyətin yüksəldilməsi və təmin edilməsinə dair bütün fəaliyyət ancaq alıcılara yönəldilir.

İdarəetmədə həmişə müvəffəqiyyəti təmin edən və bütün idarəetmə məqsəd­lərinə çatmasını müəyyən edən əsas istiqamət seçilir. Hazırda bazar iqtisadiyyatı şəraitində belə istiqamət Kİ-dır.

3.2. Sənaye mallarının keyfiyyətinin idarə edilməsinin kompleks sistemləri

70-ci illərin əvvəllərində keçmiş SSRİ Dövlətstandart müxtəlif nazirliklərin müəssisə və təşkilatları ilə əməkdaşlıqda Kİ-nın əsas prinsiplərinin və metodolo­gi­yasının öyrənilməsi üzrə aktiv iş aparırdı. Kompleks sistemlərin (KS) yaradılması və tətbiqi Kİ-si haqqında bilik və istehsalatın qabaqcıl təcrübəsi əsasında həyata keçirilirdi. Bunun hamısı, Kİ-nın qurulmasının ancaq təşkilati-metodik vəziyyətini yaratmağa imkan vermişdir. Bununla bərabər, bu sistemlərin elementlərinə daha aşağı dərəcəli sistem kimi (yarımsistem) baxılmağa başlandı. Aşkar olmuşdu ki, Kİ sistemi konkret təyin olunmalıdır və uyğun olaraq onun bütün elementlərinə qarşılıqlı əlaqə xarakteri verən istiqamətli funksiya olmalıdır. Kİ sistemində belə funksiyanın realizə olunmasında həmişə idarə olunma obyekti (idarə olunan yarım­sistem) və idarə olunma subyekti (idarə edən yarımsistem) gös­tərmək olar. Onların arasında birbaşa (subyektdən obyektə-idarə edən informasiya və təsir) və əksinə (obyektdən subyektə-obyektin vəziyyəti haqda informasiya) əlaqə kanalları ilə əlaqə yaranmalıdır (şəkil 7). Şübhəsiz ki, başqa daxili və xarici əlaqələr də həyata keçirilməlidir. Vacib və prinsipial başlanğıc vəziyyət odur ki, Kİ istehsalatda idarə olunmanın ayrılmaz hissəsidir, yəni sistemli yanaşmada Kİ yarımsistemi bütün­lüklə istehsal sisteminə daxil olur.

Sistemin layihələrinin araşdırılması prosesində, layihə hazırlamanın bütün qaydalarına əməl etdikdə, həqiqətən kompleks Kİ-nin realizə edilməsinə, keyfiyyət sahəsində müəssisənin hərtərəfli fəaliyyətinin əlaqələndirilməsinə imkan yaran­mışdır. Bununla belə, əsas rolu sistemin layihəsinin ən əhəmiyyətli sənədlərindən biri olan – kompleks plan oynamalıdır.

Kompleks sistemlərin Kİ layihələndirmə və tətbiqetmə metodları demək olar ki, xalq təsərrüfatının bütün sahələrində inkişaf etmişdir. Elm və təcrübənin yaratdığı ən son tövsiyələr ilə işləyən müəssisələr, bir qayda olaraq, keyfiyyətin yüksəlməsi və təmin edilməsi sahəsində yüksək göstəricilərə nail olurlar. Kİ sisteminin fəaliyyəti nəticəsində yüksək keyfiyyətli məhsulun buraxılışı həcmi artır və müvafiq olaraq zay mal və reklamasiyaların sayı və s. azalır.




Şəkil 7. Təşkilatın (müəssisənin) keyfıyyətin idarəetmə sisteminin sadə modeli:
1-birbaşa əlaqə kanalı ilə keyfıyyətin idarə olunması üçün idarəedən təsir və informasiya;

2-əksinə əlaqə kanalı ilə idarəolunan yarımsistemin keyfıyyətinin vəziyyəti haqda informasiya; 3-sistemin girişində keyfıyyət; 4-sistemin çıxışında keyfıyyət (məhsulun, xidmətin, yerinə yetirilən öhdəliklərin keyfıyyəti); 5-keyfıyyətin idarəolunmasında xarici təsir; 6-xaric olunan informasiya və sənədlərin (həllin) keyfıyyəti; 7-ətraf mühitin keyfıyyəti haqqında informasiya.
Kİ inkişafı ilə ölkənin qabaqçıl müəssisələrində Kİ-nin avtomat sistemləri kompleksi yaranmağa başladı. Kİ kompleks sistemləri və Kİ avtomat sistemləri xalq təsərrüfatının müxtəlif sahələrinin bir sıra müəssisələrində müvəffəqiyyətlə yayılır və geniş istifadə olunur.

Ümumiyyətlə, müəssisələr səviyyəsində Kİ sisteminin inkişaf etdirilməsində aparılan işlərin tam kompleksini müsbət qiymətləndirmək olar.

1. Bir çox hallarda keyfiyyət sahəsində işlərin vəziyyətinin kifayət qədər dərin analizi aparılmırdı, bu isə təbii olaraq sistemin yaranmasında və fəaliyyətində səthi yanaşmaya, Kİ üzrə funksiya məsələlərinin çox məhdud sahə tutmasına, idarəetmə- nin vacib prinsiplərinə riayət edilməməsinə gətirib çıxarırdı.

2. Məhsulun keyfıyyəti və əmək dərəcəsinin dəyəri hər zaman obyektiv qiy­mət­ləndirilmirdi (istər işlədilən metodların natamam olması, istərsə də müəssisə­lərin olduqca mərkəzləşdirilmiş inzibati idarəedilməsində çatışmamazlıqlarla bağlı olan səbəblərdən).

3. Kİ-nin öyrənilməsinin əhəmiyyəti lazımi qədər qiymətləndirilmirdi. Bu da keyfıyyət sahəsində görülən bütün işlərin işçilər tərəfindən anlaşılmamasına gətirib çıxarırdı. Ona görə də dərslər bir çox hallarda lazımi səviyyədə keçirilmirdi.

4. Məhsulun keyfıyyətinin yüksəldilməsi və təmin edilməsi işində müəssisə­lərin və təşkilatların hamısı iştrak etmirdi.

5. Sistem çərçivəsində Kİ üzrə işə bir çox hallarda müəssisələrin rəhbərləri yox, TNŞ rəisləri başçılıq edirdi. Rəhbərlər və TNŞ arasında «plan üçün» və «keyfiyyət üçün» işində (bir sox hallarda axırıncıların xeyrinə olmayan) təbii ziddiyyət yaranırdı.

6. Sistemlər materialların, detalların, düyünlərin və məhsulun defekt və dayan­malarını üzə çıxartdıqda, səbəblərin «öyrənilməsi»ni operativ aparmırdılar.

7. Kİ-nın əsasını təşkil edən prinsiplər müəssisələrdə, real şəraitdə çox vaxt yaddan çıxarılırdılar və onların bir qismi həyata keçmirdi.

8. Kİ prinsiplərinin realizəsi zamanı ideologiya və fəaliyyətin zəif stimul­laşdırılması həyata keçirdi.

9. Kİ çərçivəsində yüksək keyfıyyətli məhsulun istehsalı lazımınca dəyər­ləndirilmirdi.

10. Kİ sistemləri başqa idarəetmə sistemləri ilə zəif qarşılıqlı əlaqələndirilirdi.

11. Sistemin yaranması və fəalliyyəti zamanı Kİ-nın insani amili demək olar ki, nəzərə alınmırdı.

Bundan başqa, kompleks Kİ zamanı ticarət-texniki xidmətə və məhsulun xü­su­siyətlərinin onun tələbatına olan sosial-psixoloji təsirinə praktik olaraq diqqət ye­ti­rilmirdi. Bununla bərabər Kİ sistemlərinin effektivliyinin aşağı olması ancaq gös­tərilən çatışmamazlıqlarla şərtləndirilmir, həm də əhəmiyyətli dərəcədə aşağı sə­viy­yəli istehsalatın olması ilə bağlıdır.

Əsas səbəb kimi onu göstərmək olar ki, Kİ aparılması mexanizmi lazımı qay­dada istiqamətləndirilməmişdir, yəni o alıcıya və rəqabət aparma bacarığına malik olan məhsulun buraxılmasına və stabil parametrlərlə yüksək keyfıyyətli xidmət göstərilməsinə yönəlməmişdir.

Bizim ölkədə Kİ aid işlərin inkişafının təhlili göstərir ki, idarəetmədən sis­temli yanaşmanın nəinki keyfıyyət məsələlərində, hətta müəssisənin bütün fəaliy­yətində daha çox istifadə etmək lazımdır. Bu kimi təcrübə 70-80-ci illərdə SSRİ istehsalatında toplanmışdır. Onun ümümiləşdirilməsi, müəssisə tərəfındən istehsal sahələri və onun yarımsistemlərinin yaranmasını və fəaliyyətini qaydaya salan sə­naye müəssisələrinin və istehsalat birliyinin idarə olunmasında dövlət standartları kompleksinin yaradılmasına və eksperimental qaydada tətbiq edilməsinə imkan yaratdı. Belə istehsal sahələrinə Kİ-nin standartlaşdırma əsasında tətbiqi müəyyən dərəcədə işin texniki-iqtisadi göstəricilərinin yüksəlməsinə, onların fəaliyyətinin daha yüksək iqtisadi effekt almasına səbəb olur.

Bu proseslər tətbiq olunmuş bir çox müəssisələr hesab edirdilər ki:


  • idarə işinin fəaliyyəti qaydaya salınmışdır;

  • şöbələr arasında idarəetmə funksiyalarının tərkibi səmərəli bölünmüşdür;

  • idarəetmə aparatında fəaliyyətin təkrar edilməsi istisna olunurdu;

  • idarə işçilərinin məsuliyyəti və əmək intizamı artırdı, məsələnin həlli və standartların tələb olunması ilə çalışqanlıq və nəzarətin təşkil edilməsı yaxşılaşırdı.

Bütövlükdə bu standartların tətbiqi əvvəllər müəssisələrdə fəaliyyətdə olan bütün sistemləri qaydaya salırdı.

İstehsal sahələrinə Kİ-ni standartlaşdırma əsasında tətbiq etdikdə əsas çatış­ma­mazlıqlara və çətinliklərə o zaman aşağıda göstərilənləri aid edirdilər:

1) bir çox mütəxəssislərin belə sistemlərin yaradılması zərurətini anlamaması;

2) müəssisə rəhbərlərinin aşağı dərəcədə aktivliyi;

3) mütəxəssis və rəhbərlərin aşağı dərəcədə idarəetmə hazırlığı;

4) baş və baza təşkilatları tərəfındən zəif metodiki rəhbərlik;

5) idarəetmədə (təkmilləşdirmə və uyğunlaşmada) xüsusi şöbələrin olmaması;

6) inzibati komanda sistemi şəraitində idarəetmənin təkmilləşdirilməsi işində marağın olmaması.

Əsas çatışmamazlıqlar mərkəzləşdirilmiş planlı bölüşdürülmüş iqtisadiyyatın təbiətinin özündən doğurdu.

3.3. Beynəlxalq standartlar və keyflyyətin idarə edilməsinin inkişafının müa­sir istiqamətləri
Başqa ölkələrin təcrübəsi göstərir ki, son illər daha effektiv sis­temlər İSO 9000 seriyalı standartların tələblərini təmin edən sistemlərdir. Komp­leks sənaye müəssisələrində İSO-nun qüvvədə olan tələblərinə uyğunluq bütün dün­ya alıcıları tərəfindən praktik olaraq qəbul olunur o zəmanətlə ki, is­teh­salçı sta­bil keyfıyyətli məhsul tədarük edə bilər və müqavilədə nəzərdə tutulmuş şərtlər və öhdəlikləri yerinə yetirər.

İSO və QOST standartlarında bir sıra çatışmamazlıqlara baxmayaraq, onların tələblərini hazırkı mərhələdə minimal gərəklilik kimi qəbul etmək məqsədə­uy­ğun­dur. Keyfıyyətə ümumi rəhbərlik etmə İSO standartları ilə uyğunluqda keyfiyyət sahəsində siyasəti müəyyən edir. O, keyfiyyət sahəsində və rəqabət aparma baca­rığında rəhbərliyin məsuliyyətini, keyfıyyətin planlaşdırılmasını, işlərin aparıl­ma­sını, dəyərini və başqa hərəkətləri tənzimləyir.

Kİ nəzəri və praktiki təcrübəsinin təhlili göstərir ki, bazar münasibətlərinə uy­ğun olaraq və bizim ölkədə yaranan şəraitlə idarəetməyə ancaq doğma və yaxud xa­rici yanaşmanın birmənalı istifadəsi arzulanan nəticəyə nail olmağa yol verməz. Bu­rada əsas keyfıyyətin təmin edilməsi, inkişafın labüdlüyü və sistemli yanaş­manın daha geniş istifadəsidir. Buna aşağıdakıları əlavə etmək lazımdır:


  • keyfiyyətin yüksəldilməsi sahəsində məqsəd və məsələlər hər bir müəs­si­sənin, fırmanın, şirkətin və s. iqtisadi siyasətinin mərkəzində olmalıdır. Onların fəaliyyətinin məqsədi, bir qayda olaraq, aşağıdakılar olmalıdır: tələbatın təmin olunması və alıcıların tələbləri; alıcının gözlədiyi keyfıyyətə (qiyməti nəzərə almaqla) minimal xərclərlə çatma; məhsulun tədarükü və qoyulan müddətdə alıcılara xidmət göstərilməsi;

  • keyfıyyət sahəsində məqsədə çatmağın əsas kriteri kimi, alıcıların tələb­lərinin təmin edilməsini qəbul etmək lazımdır;

  • keyfiyyət sahəsində məqsədlərə çatmağın daha effektiv metodları kimi Kİ-rı kompleks və sistemli yanaşmanın tanınması və tətbiqi;

  • fasiləsiz və sistematik öyrədilmə, ixtisaslı kadrların professional hazırlığı və təminetmə sahəsində və Kİ-da onların ixtisasının daim yüksəlməsi;

  • keyfiyyətin yüksəlməsində, təmin edilməsində və yaxşılaşmasında bütün işçilərin daim vicdanlı, yaradıcı işi vacibdir;

  • məhsulu hazırlayan və icra edən hər bir kəsə, bütün işçilərin alıcılara və sifarişçilərə dərin hörmətlə münasibəti tələb olunur;

  • müxtəlif vəzifə kateqoriyalı işçilərə qayğı və hörmət şəraiti yaratmaq la­zımdır və onların ehtiyacına, tələbatına, güzaranına diqqət lazımdır, yəni insan amilini nəzərə almaq vacibdir.

Xarici inkişaf etmiş ölkələrin qabaqcıl təcrübəsindən çıxış edərək, mövcud olan Kİ sistemlərinin birincilik qazanan istiqamətləri arasında aşağıdakıları qeyd etmək olar:

- Kİ sahəsində fasiləsiz öyrətmə sisteminin yaranması və bütün işçilərin alı­cı­lara, sifarişçilərə hörmətlə münasibəti üslubunda tərbiyə edilməsi əsasən bu işçilərə və müəssisənin rəhbərlərinə lazımdır. Kİ sistemi hamıya aydın olmalıdır; kütləvi informasiya vasitəsini cəlb etmək məqsədəuyğundur. Müxtəlif kateqoriyalı işçilər üçün məhsulun keyfıyyəti haqqında kütləvi jurnallar nəşr etmək lazımdır, məh­su­lun Kİ sahəsində öyrətmə və ixtisasartırma üçün ixtisaslaşdırılmış mərkəzlər yarat­maq vacibdir. Bunun tədrisini başqa ölkələrdən olan mütəxəssislər də həyata keçirə bilərlər. Bu istiqamət son dərəcə əhəmiyyətlidir, çünki rəqabətaparma bacarığına malik olan məhsulu və xidməti ancaq yüksək ixtisaslı mütəxəssislər yarada bilər;

- məhsulun istehsalı sahəsində, yüksək və stabil keyfıyyətdə xidmət göstəril­məsində stimullaşdırmanın rolunun yüksəlməsi, hazırlanan məhsulun keyfıyyətinin yaxşılaşmasına və yüksəlməsinə yönəldilmiş müxtəlif müsabiqələrin keçirilməsi təc­rübəsini genişləndirmək məqsədəuyğundur;

- keyfıyyət qruplarına daha geniş dairəli işçilərin cəlb edilməsi və onların işinin aktivliyinin və səmərəliliyinin yüksəlməsi;

- Kİ sisteminin mükəmməlləşməsinə dair aparılan bütün işlərdə mütəxəssis­lərdən istifadə edilməsi.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə