Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti “magistratura məRKƏZİ”


FƏSİL II. TEXNİKİ NƏZARƏT XİDMƏTİ VƏ ONUN VƏZİFƏLƏRİ



Yüklə 1,41 Mb.
səhifə5/8
tarix20.09.2018
ölçüsü1,41 Mb.
#69660
1   2   3   4   5   6   7   8

FƏSİL II. TEXNİKİ NƏZARƏT XİDMƏTİ VƏ ONUN VƏZİFƏLƏRİ
Məhsulun keyfiyyətinin yüksəldilməsinə, onun keyfiyyət xаrаkteris­tikа­lа­rı­nın sа­bitləşməsinə təsir göstərən аmillərdən biri də sənаye müəssisələrində texniki nə­zаrət xidmətinin səmərəli təşkilidir. Texniki nəzаrət şöbəsi müəssisəsinin struktur böl­məsi olmаqlа, onun bаşlıcа vəzifəsi müəssisədə normаtiv-texniki sə­nəd­lərin tələb­lərinə uyğun gəlməyən məhsul burаxılışının qаrşısını аlmаqdаn ibаrətdir. Texniki nəzаrət şöbəsi məmulаtlаrın keyfiyyətinə nəzаrəti stаndаrtlаrа, texniki şərtlərə, etа­lonlаrа, konstruktor sənədlərinə uyğun аpаrır, burаxılаn məh­sulun komplektliliyini yoxlаyır.

Texniki nəzаrət şöbəsi müəssisənin müstəqil sаhəsi olmаqlа, onа müəssisədə məhsulun keyfiyyəti üzərində bаş nəzаrətçi sаyılаn texniki nəzаrət şöbəsinin rəisi rəhbərlik edir. Texniki nəzаrət şöbəsinin rəisi bilаvаsitə müəssisənin direktorunа tа­be­dir. Onun vəzifəyə təyini və аzаd olunmаsı direktorun təqdimаtı ilə yuxаrı orqаn tərəfindən həyаtа keçirilir. Texniki nəzаrət şöbəsinin işçiləri bilаvаsitə müəs­sisənin tex­niki nəzаrət şöbəsinin rəisinə tаbedirlər. Müəssisədə hаzırlаnmış bütün növ məh­sullаrın zаvod və dövlət sınаqlаrınа burаxılmаsı, yаxud istehlаkçıyа verilməsi yаlnız onlаrın Texniki nəzаrət şöbəsi tərəfindən qəbulundаn və müəyyən edilmiş qаydаdа məmulаtın keyfiyyətini təsdiqləyən pаsport, yаxud formulyаr doldurulduqdаn, həm­çinin texniki nəzаrət şöbəsinin dаmğаsı vurulduqdаn sonrа (əgər bu, müvаfiq sənədlə nəzərdə tutulursа) olа bilər. Məhsulun, detаl və qovşаqlаrın, həmçinin məmulаtlаrın texniki nəzаrət şöbəsinə təqdim olunmаsı, konstruktor və texnoloji sənədləşməyə ən ciddi əməl edilməsi şərаitində icrаçılаrın tаm cаvаbdehliyi ilə аpаrılır.

Məmulаtın keyfiyyətini təyin edən stаndаrtlаrdаn, texniki şərtlərdən, cizgi­lər­dən, yаxud texniki tələblərdən kənаr, yаxud texnoloji proses pozulduqdа, hаzırlаnmış məhsul qüsurlu, yаxud zаy hesаb olunduqdа, təqsirli bilinən şəxslər qüvvədə olаn qаnunvericiliklə məsuliyyət dаşıyırlаr.

Hаzır məhsulun keyfiyyəti və komplektliliyi üçün texniki nəzаrət şöbəsinin аpаr­dığı nəzаrət müəssisə, sex və şöbə rəislərini, ustаlаrı və digər inzibаti-istehsаl heyət üzvlərini keyfiyyətsiz, yаxud komplektsiz məhsul burаxılışı üçün məsuliy­yətdən аzаd etmir. nəzаrət funksiyаlаrını həyаtа keçirən lаborаtoriyа rəisləri isə mа­teriаllаrın və məhsulun keyfiyyətinə verdikləri rəy və аnаlizlərin həqiqiliyi üçün cа­vаbdehlik dаşıyırlаr.

Texniki nəzаrət şöbəsinin əsаs vəzifələri аşаğıdаkılаrdır:

а) burаxılаn məhsulun keyfiyyətinin və komplektliliyinin qüvvədə olаn nor­mаtiv-texniki sənədlərin tələblərinə uyğun gəlməsinə nəzаrət etmək, istismаr şərаitinə mаksimum yаxınlаşаn və məmulаtın işləmə qаbiliyyətinin etibаrlı yoxlаnmаsı üçün zəmаnətli proqrаmlаrın hаzırlаnmаsındа iştirаk etmək; istehsаl prosesində məhsulun müvаfiq normаtiv-texniki və texnoloji sənədlərə, həmçinin istehsаlаt təlimаtlаrınа uyğun olmаsınа nəzаrəti аpаrmаq; qəbul edilmiş zаy məhsulu nişаnlаmаq; qəbul edilmiş məhsulun sənədləşdirilməsinə və zаy məhsulun istehsаldаn çıxаrılmаsınа nəzаrət etmək;

b) hаzır məhsulun son texniki qəbulunu və sınаğını аpаrmаq; məmulаtlаrın yа­rаrlılığını təsdiq edən pаsportlаrın və formulyаrlаrın düzgün doldurulmаsını və sənəd­ləşdirilməsinin yoxlаnmаsını təşkil etmək;

c) sex, şöbə və lаborаtoriyаlаrlа birlikdə qovşаqlаrın, аqreqаtlаrın və məmu­lаt­lаrın hаzırlаnmаsı və istismаrı zаmаnı аşkаr edilmiş konstruktiv və texnoloji qü­sur­lаrın аnаlizinin аpаrılmаsınа və bu qüsurlаrın аrаdаn qаldırılmаsınа nəzаrət etmək;

ç) mаl göndərəndən müəssisəyə dаxil olаn və əsаs istehsаl üçün nəzərdə tutulаn mаteriаlın, yаrımfаbrikаtın və kom­plektləşdirici məmulаtlаrın texniki qəbulunа nəzа­rət etmək;

d) müəssisədən göndərilən məmulаtlаrın komplektliliyinə və qаblаşdırıl­mаsı­nа nəzаrət etmək;

e) əsаs sexlərdə аlətlərin və bütün növ istehsаl təyinаtlı təchizаtın, həmçinin istismаr olunаn cihаzlаrın vəziyyətinə müfəttiş nəzаrətini təşkil etmək;

ə) müəssisədə ölçmələrin vəhdətinə və ölçmə vаsitələrinin vəziyyətinə (həm yeni, həm də istismаrdа olаn) əməl edilməsinə nəzаrət, həmçinin əsаs istehsаldа ölçmə vаsitələrinin düzgün yoxlаnılmаsınа müfəttiş nəzаrətini аpаrmаq;

f) zаyın texniki hesаbının аpаrılmаsınа, onun səbəblərinin öyrənilməsinə və günаhkаrlаrın müəyyənləşdiril­məsinə, həmçinin sex və şöbələrlə birlikdə zаyın ləğv edilməsi üçün tədbirlərin işlənməsinə və onlаrın həyаtа keçirilməsinə nəzаrət etmək.

Texniki nəzаrət şöbəsi müəssisədə аşаğıdаkı funk­siyаlаrı yerinə yetirir:

а) müəssisənin, həmçinin sexlərin hаzır məhsulunun son texniki qəbulunu həyаtа keçirir;

b) məsul detаl və qovşаqlаrın, həmçinin hаzırlаnаn məmulаtlаrın аrа əməliy­yаt­lаrını təyin edir və lаzım gəldikdə qəbulunu həyаtа keçirir; sex, istehsаlаt sаhə rəisi və sex istehlаkçı sаhə rəisi аrаsındа fikir аyrılığı əmələ gəldikdə məmulаtlаrın key­fiyyəti, yаxud yerinə yetirilən işlərin məsələləri texniki nəzаrət şöbəsinin rəisi tərə­findən həll edilir;

c) sexlərdə, yаxud istehsаl sаhələrində nəzаrəti dаxil edir və çıxаrdır. Məmulаtın işlənmə səviyyəsindən, onun istehsаlının mənimsəmə dərəcəsindən, təchizаtındаn və digər şərtlərindən аsılı olаrаq texniki nəzаrət şöbəsinin işçilərinin (nəzаrətçilərin) yerdəyişməsini həyаtа keçirir;

ç) sexlərdə, yаxud istehsаl sаhələrində texniki nəzаrət şöbəsi işçiləri tərəfindən nəzаrət edilən sex nəzаrət bürosu, yаxud nəzаrətçilər qrupunu yаrаdır (təşkil edir), digər sexlərdə nəzаrəti müfəttiş qаydаsındа аpаrır;

d) аz sаydа işçilərlə, tələb olunаn dəqiqlik və yüksək məhsuldаrlıqlа, məmulаtın keyfiyyətinin düzgün qiymətlən­dirilməsini təmin edən vаsitələrin köməyi ilə məh­su­lun keyfiyyətinə nəzаrət edir; texniki nəzаrət əməliyyаtlаrı texniki şöbə tərəfindən (bаş texnoloqun şöbəsi) işlənilməklə, texniki nəzаrət şöbəsi ilə rаzılаşdırılır və is­tehsаl əməliyyаtlаrının vаhid kompleksinə dаxil edilir; texniki şöbə (bаş texnoloqun şöbəsi) və texniki nəzаrət şöbəsi nəzаrət texnologiyаsını dаim təkmilləşdirir və onun əmək tutumunun аşаğı sаlınmаsınа təsir göstərir;

e) müəssisələrin – mаl göndərənlərin sənədlərinin (serti­fikаtlаrın, pаs­portlаrın) yoxlаnılmаsı və əlаvə sınаqlаrın аpа­rılmаsı, həmçinin müəssisə-isteh­lаkçının qüv­və­də olаn təli­mаtlаrı və texniki şərtləri əsаsındа istehsаl üçün müəs­sisəyə dаxil olаn mаl-mаteriаllаrın və yаrımfаbrikаtlаrın texniki qəbulunu аpаrır;

f) qəbul üçün təlimаtlаrlа nəzərdə tutulmuş texniki pаrаmetrlərə görə müəs­si­səyə dаxil olаn əsаs istehsаlın komplektləşdirici məmulаtlаrının texniki qəbulunu həyаtа keçirir;

ə) şöbənin mərkəzi ölçü lаborаtoriyаsı qüvvədə olаn qаydаlаrа uyğun təzə, həmçinin istismаrdа olаn ölçmə vаsitələrindən istifаdəyə nəzаrət edir.

Texniki nəzаrət şöbəsinin öhdəsinə düşən vəzifələr onun sаhələri аrаsındа аşаğıdаkı qаydаdа bölüşdürülür:

а) texniki nəzаrət bürosu, yаxud qəbul nəzаrətçiləri müəssisəyə dаxil olаn və əsаs istehsаl üçün nəzərdə tutulmuş mаteriаllаrın, yаrımfаbrikаtlаrın və hаzır mə­mulаtlаrın texniki qəbulunu həyаtа keçirir, sаxlаmа qаydаlаrınа əməl olunmаsı və zаy məhsulun burаxılışınа reklаmаsiyа аktı tərtib edir, müfəttiş nəzаrətini аpаrır;

b) sex nəzаrət bürosu istehsаl sexlərində məhsulun keyfiyyətinə və komplekt­liliyinə nəzаrət edir, onun qəbulunu sənədləşdirir, həmçinin məhsulun zаy və qü­surlаrın аrаdаn qаldırılmаsınа nəzаrət edir;

c) texniki büro (texniki nəzаrət şöbə rəisinin müаvini, keyfiyyət üzrə mühəndis və nəzаrətçi ustа) reklаmаsi­yаlаr üzrə təkliflərə bаxır, məhsulun zаy və qüsurlаrının sə­bəblərini tədqiq edir və ümumiləşdirir, nəticəsinə dаir hesаbаt tərtib edir, çаtışmа­mаzlıqlаrın ləğv edilməsi və keyfiyyətin yüksəldilməsi tədbirlərinin yerinə yetiril­məsinə nəzаrət edir, texniki nəzаrətin təşkilinin yаxşılаşdırılmаsı üçün tədbirlər görür, nəzаrət üçün texniki sənədləşdirməni seçir;

ç) müfəttiş qrupu texniki nəzаrət şöbəsinin müntəzəm nəzаrəti olmаdığı hаllаrdа sexlərdə məhsulun keyfiyyətinin müfəttiş yoxlаmаsını аpаrır.

Hər bir müəssisə üçün texniki nəzаrət şöbəsinin strukturu və ştаtlаrı müəssi­sənin istehsаl şərаiti və həcmi, burаxılаn məhsulun xаrаkteri və müəssisədə tətbiq edilən texniki nəzаrətin təşkili formаsı nəzərə аlınmаqlа, yuxаrı təşkilаt tərəfindən təsdiq edilmiş qаydаlаrа uyğun müəyyənləşdirilir.

Texnoloji prosesin tələblərinə uyğun olаrаq məhsulun keyfiyyətinə nəzаrət üçün hər bir sex üzrə (istehsаl sаhəsi üzrə) işçilərin siyаhısını müəyyən edilmiş hüduddа texniki nəzаrət şöbə rəisinin rаzılığı ilə müəssisənin rəhbəri təsdiq edir.
2.1. Sənaye mallarının keyfiyyət səviyyəsinin iqtisadi cəhətdən qiymətləndirilməsi

Məlumdur ki, məhsulun səmərəliliyi onun keyfiyyətinin ən vacib ümumi­ləşdirici xarakteristikalarından biridir. Qiymətləndirilən məhsulun istifadəsinin iqtisadi səmərəsi nə qədər çoxdursa, digər analoji məhsulla müqayisədə bir o qədər keyfiyyətli sayılır. Ən sadə ümumi halda iqtisadi səmərə E iqtisadi fəaliyyətin nəticəsi (mənfəət) R ilə məhsulun istehsalına çəkilən bütün xərclərin X fərqinə bərabərdir, yəni



Başqa sözlə, mənfəət şəklində iqtisadi səmərə Is gəlirdən G xərcləri X çıxdıqda qalan məbləğdir:



  • məhsulun istehsalçısı üçün səmərə:

burada, Gtop – məhsulun topdansatış qiyməti; V – satılan məhsulun miqdarı (həcm); Xist – məhsulun istehsal xərcləridir.



  • Texnikanı istismar edən istehlakçı üçün

burada, G – məhsulun istismarının faydalı səmərəsinin qiyməti; N – buraxılan məhsulun və ya yerinə yetirilən işin miqdarı; Gn – istehlak qiyməti (satış qiyməti) ilə istismar xərclərinin cəmidir.

Tam mənfəət və ya tam iqtisadi səmərə pul ifadəsi ilə belə tapılır:

Qiymətləndirilən məhsulun keyfiyyət səviyyəsi Yk.s iqtisadi səmərəliliyə görə daha sadə bir düstur ilə hesablanır:

burada, İs – qiymətləndirilən məhsuldan tam mənfəət və ya iqtisadi səmərə; İbaz – baza məhsulundan tam mənfəətdir.

Digər tərəfdən, məhsulun inteqral göstəricisi və keyfiyyət səviyyəsinin uyğun göstəricisi texniki-iqtisadi göstəricilər kimi iqtisadi göstəricilərə çevrilə bilər, əgər məhsulun dəyəri və onun faydalılığının qiyməti məlumdursa, yəni istehlak dəyəri məlum olarsa. Bu halda keyfiyyətli məhsul istehsalının inteqral iqtisadi göstəricisini belə hesablamaq olar:



Məhsulun istismarını xarakterizə edən analoji göstəricini isə belə təyin etmək olar:




Məhsulun keyfiyyətinin iqtisadi qiymətləndirilməsində xərclərin uçotunu məhsulun bütün həyat dövrünün əsas mərhələlərinin nisbətləri kimi təyin edirlər.

Qeyd edək ki, məhsulun istehsalına çəkilən xərclərə Xr tətbiqi ETİ, layihə və konstruksiyaetmə və s. xərcləri də daxil edirlər. İstismar xərclərinə isə birbaşa və dolayı xərclər (məsələn,təhlükəsizlik tədbirlərinə, məhsulun ekolojiliyinə, həmçinin lazım olduqda məhsulun məhv olunması və utilləşdirilməsinə çəkilən xərclər) daxil edilir.

Məhsulun keyfiyyətinin ümumiləşmiş iqtisadi qiymətləndirilməsini, xüsusilə pul vahidi ilə ifadəsini dəqiq tapmaq xeyli çətindir, çünki bunun üçün böyük miqdarda məlumat əldə etmək lazımdır, bunlar isə adətən çox istifadə olunmayan, ona görə də məlum olmayan məlumatlardır. Lakin bu məlumatları əldə etmək mümkün olduqda iqtisadi qiymətləndirmə tətbiq olunur.

2.2. Sənaye məhsullarının keyfiyyət səviyyəsinin və göstəricilərinin ekspert qiymətləndirilməsi metodları

“Ekspert” – verilmiş məsələni həll etmək qabiliyyəti olan təcrübəli mütəxəssisdir. Tədqiq olunan obyektə münasibətdə ekspertin peşə bacarığı, metodologiya (üsul, vasitə) baxımından isə ekspertin verilmiş məsələni həll etmək və qərar vermək bacarığı əsas götürülür. Bunlar birlikdə ekspert bacarığı adlanır. Ekspert tədqiqat obyektini qiymətləndirərkən qərəzsiz, ədalətli və obyektiv olmalıdır. Keyfiyyətin qiymətləndirilməsinin ekspert metodu mütəxəssis ekspert­lərin ümumiləşdirilmiş təcrübəsi və peşə duyumunun (intuisiyasının) istifadəsinə hesablanır. Texniki məhsulun keyfiyyət səviyyəsinin ekspert qiymətləndirilməsi metodu o hallarda istifadə olunur ki, ayrıca və ya kompleks göstəricilərin qiymətlərinin aləti, empirik və ya hesabat metodları ilə obyektiv təyin edilməsi çox çətin və ya qeyri-mümkündür.

Ekspert metodu (və ya ekspert qiymətləndirilməsi) ekspertiza metodunun bir növü və ya modifikasiyası olub, bir neçə müxtəlif metodların məcmusudur. Ekspert metodunun müxtəlif növləri bacarıqlı, səriştəli mütəxəssislərin (ekspert­lərin) kollektiv qərarları əsas götürülən bütün sahələrdə tətbiq olunur. Məsələn, müxtəlif şuraların, konfransların, müşavirələrin, komissiyaların, imtahan götürən­lərin qərarları, həmçinin ali, orta və ixtisas məktəblərində biliklərin qiymətlən­dirilməsi və s. - bütün bu qərarlar ekspert metodu ilə qəbul edilir.

Məhsülun keyfıyyətinin ekspert qiymətləndirilməsi metodları məhsulun key­fiy­yət səviyyəsinin bütövlükdə (detallaşdırmadan) qiymətləndirilməsi, həmçi­nin hər hansı predmetin, məmulatın keyfiyyət göstəricilərinin təyin edilməsi ilə əlaqədar bütün məsələlərin həlli vaxtı istifadə edilir. Beləliklə, ekspert metodu aşağıdakı hallarda tətbiq olunur:



  • məhsulun keyflyyətinin ümumi (ümumiləşdirilmiş) qiymətlən­dirilmə­sində;

  • qiymətləndirilən məhsulun təsnifatlaşdırılmasmda;

  • məhsulun keyfıyyət göstəricilərinih çəki əmsallarının təyinində;

  • orqanoleptik metodla (hiss üzvləri ilə təyin edilən) keyfıyyət göstəri­cilə­rinin qiymətləndirilməsində;

  • baza nümunələrinin və baza keyfıyyət göstəricilərinin ölçüsüz qiymət­lərinin seçilməsində;

  • kompleks və ya ayrı-ayrı göstəricilərin əsasında (ümumiləşdirilmiş və qrup) yekun kompleks göstəricilərin müəyyən edilməsində;

  • məhsulun attestasiyası və sertifikatlaşdırılmasında.

Məhsulun keyfıyyət səviyyəsi daha az məsrəflə və böyük dəqiqliklə analitik və ya eksperimental metodlarla təyin edilirsə, ekspert metodla qiymətlən­dirilmə tətbiq oluna bilməz.

Çox mürəkəb kompleks xassə olduğundan məhsulun keyfiyyətinin təyi­nində həmişə qeyri-müəyyənlik və əsaslandırılmamış elementlər iştirak edir. Odur ki, məhsulun keyfiyyətinin ekspert qiymətləndirilməsi bütövlükdə ilkin qiymətlən­dirmədir, informativliyi azdır, qiymətləndirilən məhsulu ancaq birinci yaxınlaş­mada və təxminən xarakterizə edir. Keyfiyyətin belə ekspert qiymətləndirilməsi əsasında aydındır ki, hansısa mühəndis-texniki qərarlar qəbul etmək imkanları məhduddur. Lakin bu metod, məsələn, kommersiya sövdələşməsi zamanı alınan məhsulun keyfiyyəti haqqında konkret (ədədlə ifadə olunan qiymətlər) məlumatlar olmadıqda istifadə oluna bilər.

Lakin qeyd edilməlidir ki, texniki və ya digər təyinatlı məhsulların key­fiyyət göstəricilərinin qiymətləndirilməsi üçün bu yeganə metod olub, kifayət qə­dər geniş tətbiq olunur və bunun üçün müvafiq metodik tövsiyələr də işlənib hazırlanmışdır.

Ekspertiza obyekti (ekspert qiymətləndirməsi üçün) kimi məhsulun isteh­lak xassələrinin cəmi, yəni keyfıyyəti çıxış edir. Keyfiyyətin ekspertiza kriterləri ümumi və konkret olmaqla iki qrupa bölünür.

Ümumi kriterlərə cəmiyyətdə qərarlaşmış dəyər, təsəvvür, norma və qaydalar aid edilir. Ekspertiza üçün konkret kriterlərə isə verilmiş məhsul növünün keyfiyyətinə qoyulan real tələblər, normativ-texniki və digər yerinə yetirilməsi hökmən olan sənədlərdə müəyyən edilmiş tələblər aid edilir. Konkret kriterlər şəklində planlaşdırılan və ya layihə edilən məhsulu səciyyələndirən kompleks keyfiyyət göstəricilərinin baza qiymətləri də çıxış edir. Ekspertlər üçün konkret kriterə, həmçinin ölkədə və ya xaricdə hazırlanan yüksək keyfiyyətli məmulatın göstəriciləri də aid edilir.

Ekspert qiymətləndirilməsinin dürüstlüyünü, dəqiqliyini, etibarlılığını yük­səlt­mək üçün ekspertizanı səriştəli insanların qrup halında qərar qəbul etməsi kimi həyata keçirirlər. Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsi üçün ekspert və işçi qruplardan ibarət olan ekspert komissiyası yaradılır.



Ekspert qrupuna qiymətləndirilən məhsulun yaradılması və istismarı sahəsində yüksəkixtisaslı və xüsusi hazırlıq keçmiş mütəxəssis, tədqiqatçı, konstruktor, texnoloq, dizayner, əmtəəşünas, iqtisadçılar daxil edilir. Qrupa daxil olan ekspertlərin sayı qiymətləndirmənin dəqiqliyinə qoyulan tələbdən asılıdır və burada 7-dən 20- dək adam ola bilər. Qiymətləndirmə qiyabi sorğu ilə keçirildikdə ekspertlərin sayının yuxarı həddi məhdudlaşdırılmır.

Ekspert qrupu (komissiyası) qiymətləndirilən məhsulun keyfıyyət göstə­riciləri haqqında informasiyaları ekspert üsulunu istifadə etməklə toplayır.

Bu vaxt ekspert qrupu yekun qərarı ekspertlərin qiymətlərinin ortalaşdırıl­ması əsasında və ya ekspertlərin səsverməsini («komissiyalar» metodu) keçirməklə qəbul edir. Ekspert metodunda subyektivliyi azaltmaq üçün ekspertlərin sorğularını bir neçə turda keçirmək tövsiyə edilir.



Ekspert «komissiyalar» metodunda ekspertlərin sanki (virtual) səsverməsı keçirilir. Əvvəlcə ekspertlər bir-birindən asılı olmayaraq məhsula qiymətlər qoyurlar, sonra qoyulmuş qiymətlərin açıq müzakirəsi aparılır, ekspertlər yenə bir-birindən asılı olmayaraq hər bir keyfiyyət parametrinə qiymətlər verirlər. Bundan sonra korrektə edilmiş fərdi qiymətlərə görə ekspert qiymətləri hesablanır. Bu işi ekspert komissiyasının işçi qrupu həyata keçirir. Bundan başqa, işçi qrupu ekspertlərin sorğu prosedurunu təşkil edir, alınan nəticələri təhlil edir və ekspert komissiyasının yekun nəticəsini tərtib edir.

Eynicins məhsulun keyfiyyətinin qiymətləndirilməsində işçi qrup və eks­pert­lərin, ekspert komissiyasının daimi olaraq eyni mütəxəssislərdən formalaş­dırılması tövsiyə edilir. Bu onunla bağlıdır ki, tərkibi nisbətən daimi olan komis­siyada işlədikcə təcrübə toplanır, ekspertlərin təhsil səviyyəsi yüksəlir, ümumi prinsip və yanaşmalar formalaşır. Bütün bunlar isə ekspert komissiyasının işinin bütövlükdə səmərəsini artırır.

Ekspert komissiyasının işinin əsas mərhələlərinin ardıcıllığı aşağıdakı­lardan ibarət olur:


  • məhsulun keyfıyyətinin ekspert qiymətləndirilməsi işlərinin təşkili və aparılmasına məsul olan şəxslərin təyin edilməsi;

  • ekspert işçi qrupların formalaşdırılması;

  • qiymətləndirilən məhsulun keyfiyyət göstəricilərinin təsnifi və çeşidinin təyini;

  • ekspertlərin sorğusunun aparılması üçün anket və izahat yazılarının hazırlanması;

  • qiymətləndirmə və ekspertlərin sorğusunun keçirilməsi;

  • ekspert qiymətlərinin işlənməsi;

  • məhsulun keyfiyyətinin (və ya keyfiyyət göstəricilərinin) ekspert qiymət­ləndirilməsi nəticələrinin təhlili və tərtibi.

Keyfiyyətin ekspert qiymətləndirilməsi təcrübəsində, o cümlədən məhsulun istehlak xassələrinin ekspert qiymətləndirilməsində əsasən kompleks operativ ekspertiza metodları istifadə olunur.

Kompleks ekspertiza sənayenin seriya ilə buraxdığı eynicins məmulat qrupunun hərtərəfli öyrənilməsi və keyfiyyətinin qiymətləndirilməsi üçün aparılır. Belə ekspertiza məhsulunun keyfiyyətinin qiymətləndirilməsində sistemli komp­leks yanaşmanı reallaşdırır. Kompleks ekspertiza vaxtı qiymətləndirilən obyekt haqqında nəinki daha tam təsəvvür, xarakteristika, həm də digər növ eksperti­zaların keçirilməsində istifadə edilə bilən müəyyən elmi, metodiki və normativ materiallar yaranır.

Operativ ekspertiza əvvəlki kompleks ekspertizaların keçirilməsi vaxtı alınmış məlumatlara əsaslanır. Bu üsul ekspert nəticələrinin kifayət qədər dəqiqliyi və əsaslandırılmış olduğunu təmin etməklə ekspert işlərinin həcmini və müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verir.

Ekspert metodu ilə qiymətləndirmədə keyfıyyət səviyyəsi və ya məhsulun bu və ya digər xassəsinin göstəricisi ölçüsüz vahidlərlə müəyyən edilir. Əgər keyfiyyəti qiymətləndirmə (ekspert ölçmələri) nəticələri ranq sırası ilə təqdim olunursa, onda ekspertlərin qiymətlərinin ədədi təyini aşağıdakı kimi aparılır:



    1. Bütün qiymətləndirmə obyektləri (məmulat, xassələr) sərbəst nömrə­lənir.

    2. Ekspertlər obyektləri cərgə şkalası üzrə ranqlaşdırırlar.

    3. Ekspertlərin tərtib etdiyi obyektlərin ranqlaşdırılmış sırası müqayisə edilir.

Misal. Fərz edək ki, beş ekspert yeddi ekspertiza obyekti Q haqqında artan cərgə şkalası üzrə aşağıdakı ranqlama sırası tərtib etmişlər:

ekspert №1 – Q5< Q3< Q2< Q1< Q6< Q4< Q7;

ekspert №2 – Q5< Q3< Q2< Q6< Q4< Q1< Q7;

ekspert №3 – Q3< Q2< Q5< Q1< Q6< Q4< Q7;

ekspert №4 – Q5< Q3< Q2< Q1< Q4< Q6< Q7;

ekspert №5 – Q5< Q3< Q1< Q2< Q6< Q4< Q7;

ranqlama arasında obyektin yeri onun ranqı adlanır. n cərgə şkalası sırasında ranqın ədədi qiyməti 1-dən m-dək (m – qiymətləndirilən obyektlərin sayı) artır. Konkret misalda m=7.

4. Hər bir obyekt üzrə ekspert qiymətləri (ranqların cəmi) təyin edilir. Baxılan misalda onlar belədir:

Q1-4+6+4+4+2=21;

Q2-3+3+2+3+4=15;

Q3-2+2+1+2+2=9;

Q4-6+5+6+5+6=28;

Q5-1+1+3+1+1=7;

Q6-5+4+5+6+5=25;

Q7-7+7+7+7+7=35.

5. Alınmış ranqlar cəminə əsasən ümumiləşmiş ranqlama sırası qurulur. Bizim misalda ranq sırası bu şəkildə olur:



.

6. Baxılan ekspertiza obyektlərinin keyfiyyətinin ümumiləşmiş ekspert qiymətləri, yəni onların çəki əmsalları belə hesablanır:



,

burada, n – ekspertlərin sayı;

m – qiymətləndirilən göstəricilərin sayı;

Qiji-ci ekspertin ranqla (balla) j göstəricisinə verdiyi çəki əmsalıdır.

Bu düstur ilə baxılan missal üçün hesablama aşağıdakı nəticələri verir:



Keyfiyyətə ekspert metodu ilə verilən qiymətləri təhlil edərək, nəinki hansı obyektin yaxşı və ya pisliyini, həm də nə qəsər yaxşı və ya pis olduğunu göstərmək olar.

Əgər obyektlərin keyfiyyətə görə ranqlanmasını cədvəl formasında versək, onda müqayisələr və ekspert qiymətlərinin hesabatları aşağıdakı metodika ilə aparılır.

Əvvəlcə cədvəl tərtib olunur, onunla hər bir ekspert baxılan obyektlərin müqayisəsini və qiymətini verir. Bu zaman hər bir i-ci obyekt j-ci müqayisə obyekti ilə tutuşdurulur. Əgər belə cüt müqayisədə i-ci obyektdən keyfiyyətli sayılırsa, onda bu 1 rəqəmi ilə, onun əks qiyməti isə - 1 ilə işarələnir. Keyfiyyətcə eyni olan obyektlər isə cədvəldə 0 (sıfır) rəqəmi ilə işarələnir.

Bu halda bir ekspertin, məsələn, altı obyekt üzrə qiymətlərinin müqayisə cədvəli aşağıdakı kimi olur:

Cədvəl 4


Obyekt j

Obyekt i



1

2

3

4

5

6

Cəmi

1

0

1

0

1

1

1

4

2

-1

0

-1

0

-1

1

-2

3

1

1

0

-1

1

1

3

4

-1

-1

-1

0

-1

-1

-5

5

1

1

1

1

0

1

5

6

1

-1

1

-1

1

0

1

Bu cədvəldən görünür ki, konkret ekspertin daha üstün qiymətlərini 5,3 və 1 saylı obyektlər almışlar. Bunların içində daha keyfiyyətli isə 5 saylı obyektdir.

Bu qayda ilə bütün ekspertlərin üstün qiymətlər verdiyi obyektlərin qiymətləri cəmlənir və bir obyektin digəri üzərində ümumiləşmiş üstünlüyü hesablanır, yəni üstünlük tezliyi şəklində obyektin keyfiyyətinin ekspert göstəricisi təyin edilir.

Ekspertlərin obyektə üstünlük vermə tezliyi üstünlük vermiş ekspertlərin sayının ekspertlərin ümumi sayına bölünməsi kimi tapılır:

Burada, N – üstünlük vermiş ekspertlərin sayı;

n – ekspertlərin ümumi sayıdır.

Tədqiq olunan bir obyektin digərinə nisbətən keyfiyyət göstəricisinin çəki əmsalı düsturu ilə tapılır. Lakin bizim konkret hal üçün bu düstur belə yazıla bilər:



burada, Fij - i-ci ekspertlərin j-ci ekspertiza obyektinə üstünlük vermə tezliyi;

C – ekspertiza obyektlərinin m sayı ilə bağlı nəzərə alınan qiymətlərin ümumi miqdarıdır. C – belə təyin olunur:

Fərz edək ki, 7 ekspert tərəfindən qiymətləndirilən obyektlərin sayı 6 və N1=4, N2=3, N3=5, N4=0, N5=1, N6=2. Onda hər bir obyektin üstünlük tezliyi belə tapılır:



Müsbət qiymətlərin ümumi sayı isə:



Deməli, 7 ekspertin ümumi rəyinə görə 6 obyektin hər birinin çəki əmsalı aşağıdakı qiymətlərə malik olacaqdır:





Obyektlərin keyfiyyətinin bütün çəki əmsallarının cəmi belə tapılır:

Beləliklə tədqiq olunan obyektlərin keyfiyyətinin ranq sırasını alırıq:


№3>№1>№2>№6>№5>№4

Burada ekspert metodu ilə qiymətləndirilən obyektlərin keyfıyyət göstəriciləri kəmiyyətcə (miqdarca) ifadə olunmuşdur. Çəki göstəricilərinin orta qiymətlərinə görə bir obyektin digərindən keyfıyyətli olması barədə fıkir yürütmək olar.

Ekspert qiymətlərinin (ölçmələrinin) keyfıyyət göstəricilərinin dəqiqliyinə obyektlərin ikiqat müqayisə və qütbləşdirilməsini aparmaqla nail olmaq mümkündür, yəni əvvəl müqayisəni bir ardıcıllıqla, sonra əks istiqamətdə aparırlar. Bu zaman təbiidir ki, ekspertlərin nəzərə alınan qiymətlərinin sayı ikiqat artır və C=m(m-1) olur. Bundan sonra keyfıyyət göstəricilərinin hesabat metodu dəyişmir.

Məhsulun keyfıyyətinin ekspertizasında daha çox bal qiymətlər istifadə olunur. Ballar birbaşa ekspertlər tərəfındən verilir və ya qiymətləndirmə prosesində formalaşdırmaqla alınır. Formalaşdırmanın evristik və eksperimental üsulları mövcuddur.

Balların bilavasitə ekspertlər tərəfindən verilməsi hər bir ekspertin müstəqil işləməsi və ya müzakirə prosesində aparılır. Bu zaman qiymətləndirmə şkalasında qəbul edilən balların miqdarı müxtəlif ola bilər. Keyfıyyət göstəricilərinin qiymətləndirilməsi üçün adətən 5,7 və 10 ballı şkalalar tətbiq olunur.


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə