Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə68/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   64   65   66   67   68   69   70   71   ...   111

230 
 

 
maddələrin  quruluşunu,  xassələrini  və  onların  çevrilmələrinin  səbəbini  izah 
edir: 

 
kimyəvi  hadisələrin  mahiyyətini  dərk  etmək  üçün  müşahidələr  və  təcrübələr 
aparır, alınmış nəticələr əsasında onlara münasibətini bildirir; 

 
maddələri, onların bir-birinə çevrilməsi reaksiyalarını tətbiq və idarə edir; 

 
ətraf  aləmin  qorunması  üçün  sadə  biliklərə  nail  olur,  müşahidə  etdiyi 
hadisələri ümumiləşdirib təqdim edir; 

 
kimya  sahəsində  görkəmli  alimlər  və  onların  fəaliyyətləri  haqqında 
məlumatların yayılmasında iştirak edir. 
Tam orta təhsil səviyyəsi ( X-XI siniflər) üzrə şagird: 

 
qeyri-üzvi  və  üzvi  maddələri  fərqləndirir,  onların  xarakterik  cəhətlərini  izah 
edir; 

 
kimyəvi maddələri və hadisələri məişətdə tətbiq edir; 

 
kimyəvi  qanun  və  qanunauyğunluqların  mahiyyətini  dərk  etmək  üçün 
eksperiment aparır və sonda təqdimat hazırlayır; 

 
ekoloji problemlərin həlli ilə bağlı kiçik layihələr hazırlayır və təqdim edir. 
Kimya  fənninin  məzmunun  zəruri  istiqaməti  olan  məzmun  xətləri  təlim 
nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunur. 
Kimya fənninin  məzmun xətləri aşağıdakılardır: 
1.
 
Maddə və maddi aləm 
2.
 
Kimyəvi hadisələr 
3.
 
Eksperiment və modelləşdirmə 
4.
 
Kimya və həyat 
Məzmun  xətləri  bütün  siniflərdə  dəyişməz  qalır.  Onların  əsasında 
müəyyənləşdirilən  məzmun  standartları  isə  sinifdən  sinfə  keçdikcə  və  eyni  sinif 
daxilində  sadədən  mürəkkəbə,  asandan  çətinə  doğru  dəyişir,  dərinləşir  və 
genişləndirilir. 


231 
 
Maddə  və  maddi  aləm  məzmun  xətti  maddələrin  tərkibinin,  quruluşunun, 
kimyəvi  rabitənin  tiplərinin,  xassələrinin,  atom  və  molekullarının,  maddi  aləmin 
düzgün dərk olunmasına, onlar  haqqında  mülahizələrin  irəli sürülməsinə, şagirdlərdə 
tədqiqatçılıq  meylinin  inkişafına  imkan  yaradır.  Yuxarı  siniflərdə  maddələrin  onların 
quruluşundan  asılılığnın  səbəblərini  aydınlaşdırmaq,  həyatda  rast  gəlinən  saf 
maddələri  və  qarışıqları  bir-birindən  fərqləndirmək  və  s.  bacarıqların  formalaşması  
imkanlarını genişləndirir. 
Kimyəvi  hadisələr məzmun xəttinə aid materialın mənimsənilməsi maddələrin 
bir-birinə çevrilməsi, maddələrin alınmasının dərk olunması və s. üçün imkan yaradır. 
Bu  məzmun  xətti  şagirdlərin  tədqiqatçılıq  qabiliyyətinin  güclənməsi  üçün  lazım  olan 
bacarıqları əhatə etməklə, həm də onların fəaliyyətini stimullaşdırır. 
Eksperiment  və  modelləşdirmə  məzmun  xətti  əldə  olunan  bilik  və 
bacarıqların  eksperiment    yolu  ilə  modelləşdirməsi,  nəzəri  məlumatların  praktikada 
tətbiq  olunması  bacarıqlarının  formalaşması,  şagirdlərdə  praktik  vərdişlərin 
yaranmasını  təmin edir.  Şagirdlərdə  fəza  təsəvvürünün  inkişafına  səbəb  olur.  Kimya 
və  həyat  məzmun  xətti  təbiətə  və  bütünlükdə  bəşəriyyətə  böyük  zərər  vura  biləcək 
maddələrin  müəyyənləşdirilməsini  və  onların  həyatın  istənilən  sahəsində  zərər 
vurmadan tətbiq olunmasını  təmin edir. Müxtəlif sənaye sahələri tullantılarının, kənd 
təsərrüfatında  işlədilən  gübrələrin  və  dərman  maddələrinin,  nəqliyyatda  tullantı 
qazlarının,  məişət tullantılarının  ətraf  mühitə  zərərini  müəyyənləşdirməyə  və  ekoloji 
problemlərin həllində şagirdlərin fəal iştirak etməsinə imkan verir. 
Məzmun xətləri üzrə təlim nəticələri  
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
2.
 
Maddə və maddi aləm 
Şagird: 

 
maddələrin tərkibini, quruluşunu, fiziki xassələrini izah edir; 

 
maddələr arasındakı qarşılıqlı əlaqələri şərh edir; 


232 
 

 
maddələrin,  qarışıqların  tərkibinə,  kimyəvi  qanunlara  aid  sadə 
hesablamalar aparır. 
3.
 
Kimyəvi hadisələr 
Şagird: 

 
kimyəvi hadisələri və onların başvermə səbəblərini izah edir; 

 
sadə kimyəvi reaksiyaların tənliklərini tərtib edir; 

 
reaksiya tənlikləri əsasında sadə hesablamalar aparır. 
4.
 
Eksperiment və modelləşdirmə 
Şagird: 

 
kimyəvi  hadisələrə  aid  müşahidə  və  təcrübələr  aparır,  nəticələrinə 
münasibət bildirir; 

 
sadə molekulları və reaksiyaları modelləşdirir. 
5.
 
Kimya və həyat 
Şagird: 

 
maddələrin və kimyəvi reaksiyaların tətbiq sahələrini şərh edir, referatlar 
hazırlayır; 

 
ətraf  mühitə  həssas  və  qayğıkeş  münasibət  nümayiş  etdirir,  müşahidə 
etdiyi dəyişiklikləri ümumiləşdirib təqdim edir; 

 
kimya  sahəsində  görkəmli  alimlərin  kəşfləri  barədə  məlumatlara  malik 
olduğunu nümayiş etdirir. 
Tam orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri 
1.
 
Maddə və maddi aləm 
Şagird: 

 
qeyri-üzvi və üzvi maddələrin xüsusiyyətlərini izah edir; 

 
maddi aləmdəki qanunauyğunluqları şərh edir; 

 
maddələrin,  qarışıqların  tərkibinə,  kimyəvi  qanunlara  aid  mürəkkəb  
hesablamalar aparır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə