Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə70/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   66   67   68   69   70   71   72   73   ...   111

236 
 
4.1.
 
Kimyəvi  maddələrin  və  proseslərin  tətbiqinə  dair  biliklər  nümayiş 
etdirir. 
4.1.1.
 
Məişətdə  istifadə  olunan  kimyəvi  maddələrlə  davranma  qaydalarını  izah 
edir. 
4.2.
 
Ətraf  mühitin  kimyəvi  maddələrlə  çirklənməsinə  və  onun  aradan 
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayış etdirir. 
4.2.1.
 
Ekoloji təmiz mühitin saxlanılmasının əhəmiyyətinin şərh edir. 
4.3.
 
Kimya 
sahəsində 
görkəmli  alimlərin  nailiyyətləri  haqqında 
məlumatlara malik olduğunu nümayiş etdirir. 
4.3.1.
 
Əsas  kimyəvi  anlayışlar  və  qanunların  kəşfi  sahəsində  görkəmli  alimlər 
haqqında məlumatlar toplayır və təqdim edir. 
VIII sinif 
 
VIII sinfin sonunda şagird: 

 
maddələrin  quruluşunu,  elektrolit  məhsullarında  baş  verən  prosesləri  şərh  edir, 
onlara aid məsələlər həll edir; 

 
mühüm  qeyri-üzvi  birləşmələrə  aid  reaksiyaların  qanunauyğunluqlarını  izah 
edir, hesablamalar aparır; 

 
mühüm  qeyri-üzvi  birləşmələrə  aid  müşahidə  və  təcrübələr  aparır,  onların 
molekullarının modellərini hazırlayır; 

 
həllolmada  və  elektrolit  məhlullarında  gedən  proseslərin  həyatda  rolunu  şərh 
edir,  ətraf  mühiti  çirkləndirən  mənbələr  haqqında  topladığı  məlumatları  təqdim 
edir; 

 
kimyanın  əsas  qanunauyğunluqları  və  atomun  quruluşu  sahəsində  görkəmli 
alimlər barədə referatlar hazırlayır. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Maddə və maddi aləm 
Şagird; 


237 
 
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir. 
1.2.  Maddələr  və  onları  təşkil  edən  hissəciklərin  əlaqələrinə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.2.1.  Atomun  quruluşunu,  kimyəvi  rabitələri,  elektrolit  məhlulunda  baş  verən 
prosesləri şərh edir. 
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır. 
1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən 
proseslərə aid məsələlər qurur və həll edir. 
 
2. Kimyəvi hadisələr 
Şagird: 
2.1.  Kimyəvi  hadisələrin  baş  vermə  səbəblərini,  qanunauyğunluqlarını 
mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir. 
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır. 
2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir. 
2.2.2.  Mühüm  qeyri-üzvi  birləşmələrə  aid  reaksiya  tənliklərinə  əsasən 
hesablamalar aparır. 
 
3. Eksperiment və modelləşdirmə 
Şagird: 
3.1.  Kimyəvi  hadisələrə  və  onların  qanunauyğunluqlarına  aid  eksperimentlər 
aparır. 
3.1.1.  Mühüm  qeyri-üzvi  birləşmələrə  aid  müşahidə  və  təcrübələr  aparır, 
nəticələrinə münasibət bildirir. 
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir. 
3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır. 


238 
 
 
4. Kimya və həyat 
Şagird: 
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir. 
4.1.1. Həllolmanın və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu 
şərh edir. 
4.2.  Ətraf  mühitin  kimyəvi  maddələrlə  çirklənməsinə  və  onun  aradan 
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir. 
4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim 
edir. 
4.3.  Kimya  sahəsində  görkəmli  alimlərin  nailiyyətləri  barədə  məlumatlara 
malik olduğunu nümayiş etdirir. 
4.3.1.  Kimyanın  əsas  qanunauyğunluqları  və  atomun  quruluşu  sahəsində 
görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır. 
 
IX sinif 
 
IX sinfin sonunda şagird: 

 
maddələrin  (metallar,  qeyri-metallar  və  onların  birləşmələri,  sadə  üzvi 
birləşmələr) quruluşu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır; 

 
metallar,  qeyri-metallar  və  onların  birləşmələrinin,  sadə  üzvi  birləşmələrə  aid 
reaksiyaların qanunauyğunluqlarını şərh edir, hesablamalar aparır; 

 
metallar,  qeyri-metallar  və  onların  birləşmələrinə,  sadə  üzvi  birləşmələrin  ətraf 
mühiti çirkləndirməsinin aradan qaldırılmasına aid referatlar hazırlayır 

 
qeyri-üzvi  kimya  sahəsində  görkəmli  alimlər  haqqında  topladığı  məlumatları 
təqdim edir. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Maddə və maddi aləm 


239 
 
Şagird: 
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.1.1.  Maddələrin  (metallar,  qeyri-metallar  və  onların  birləşmələri,  sadə  üzvi 
birləşmələr) quruluşunu, fiziki xassələrini şərh edir. 
1.2.  Maddələr  və  onları  təşkil  edən  hissəciklərin  əlaqələrinə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.2.1.  Maddələrin  (metallar,  qeyri-metallar  və  onların  birləşmələri,  sadə  üzvi 
birləşmələr) quruluşunun xassələrinə təsirini şərh edir. 
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır. 
1.3.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə 
aid məsələlər qurur və həll edir. 
 
2. Kimyəvi hadisələr 
Şagird  
2.1.  Kimyəvi  hadisələrin  baş  vermə  səbəblərini,  qanunauyğunluqlarını 
mənimsədiyini nümayiş etdirir. 
2.1.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə 
aid reaksiyaların qanunauyğunluqlarını izah edir. 
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır. 
2.2.1 Metallar, qeyri-metallar  və onların birləşmələrinə, sadə üzvi  birləşmələrə 
aid reaksiya tənliklərini tərtib edir. 
2.2.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə 
aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır. 
 
3. Eksperiment və modelləşdirmə 
Şagird: 
3.1.  Kimyəvi  hadisələrə  və  onların  qanunauyğunluqlarına  aid  eksperimentlər 
aparır. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə