Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə73/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   69   70   71   72   73   74   75   76   ...   111

248 
 
VIII sinif 
Standart 
Məzmun 
Açar sözlər 
1.1.1. Maddələri 
(oksidlər, əsaslar, 
turşular, duzlar) 
tərkibinə görə təsnif 
edir. 
Oksidlər, əsaslar, turşular və 
duzların tərkibi, fiziki xassələri və 
təsnifatı. 
Oksid, əsas, turşu, duz, 
təsnifat 
1.2.1. Atomun 
quruluşunu, kimyəvi 
rabitələrin, elektrolit 
məhlullarında baş 
verən prosesləri şərh 
edir. 
Atom modelləri, Elektron 
orbitalları. Birinci, ikinci, üçüncü, 
dördüncü dövr elementləri 
atomlarının elektron quruluşu və 
xassələri.  
Atomun quruluşu baxımından dövri 
qanun və elementlərin dövri 
sistemi.  
Kimyəvi elementlərin 
elektromənfiliyi. 
Kimyəvi rabitənin əsas tipləri. 
Kristal qəfəsin tipləri.  
Elektrolitik dissosiasiya 
Turşular, qələvilər və duzların 
dissosiasiyası. 
Dissosiasiya dərəcəsi. 
İon mübadilə reaksiyaları. 
Duzların hidrolizi. Oksidləşmə 
dərəcəsi. 
Oksidləşmə-reduksiya reaksiyaları 
Atom, model, elektron, 
orbital, energetik 
səviyyələr, yarımsəviyyə, 
dövr, dövri sistem, dövri 
qanun, elektromənfilik, 
kimyəvi rabitə, kristal 
qəfəsi, elektrolitik 
dissosiasiya dərəcəsi, ion 
mübadiləsi, hidroliz, 
oksidləşmə dərəcəsi, 
oksidləşmə-reduksiya. 
1.3.1. Atomun 
quruluşuna, kimyəvi 
rabitələrə, elektrolit 
məhlulunda baş verən 
proseslərə aid 
məsələlər qurur və 
həll edir. 
Atomun quruluşu və kimyəvi 
rabitə, elektrolit məhlullarında baş 
verən proseslərə aid suallar və 
çalışmalar, hesablamalar aparılır. 
Məsələ, çalışma tərtibetmə, 
hesablama 
2.1.1. Kimyəvi 
reaksiyaları təsnif 
edir, 
qanunauyğunluqlarını 
izah edir. 
Kimyəvi reaksiyaların təsnifatı. 
Parçalanma, birləşmə, mübadilə, 
əvəzetmə, homogen, heterogen, 
dönən və dönməyən reaksiyaların 
mahiyyəti. Reaksiyanın istilik 
effekti. 
Kimyəvi tarazlıq. 
Parçalanma, birləşmə, 
mübadilə, əvəzetmə, 
homogen, heterogen 
reaksiyalar, katalizator, 
inhibitor, temperatur, sürət, 
qatılıq, maddənin səthi, 
maddənin kimyəvi təbiəti, 
kimyəvi tarazlıq, tarazlıq 
sabiti. 
2.2.1. Mühüm qeyri-
Oksidlərin, əsasların, turşuların və 
Oksid, əsas, turşu, duz, 


249 
 
üzvi birləşmələrə aid 
reaksiya tənliklərini 
tərtib edir. 
duzların alınma üsulları, kimyəvi 
xassələrinə aid reaksiyaların və 
qeyri-üzvi birləşmələrin sinifləri 
arasında genetik əlaqəyə aid 
reaksiyaların tənliklərini tərtib edir. 
molekul formulu, təsnifat, 
xassə, alınma üsulları, 
tətbiq, genetik əlaqə, 
reaksiya tənlikləri, 
əmsallar, bərabərlik, 
formul. 
2.2.2. Mühüm qeyri-
üzvi birləşmələrə aid 
reaksiya tənliklərinə 
əsasən hesablamalar  
aparır. 
Oksidlərin, əsasların, turşuların və 
duzların alınma üsulları, kimyəvi 
xassələrinə aid və qeyri-üzvi 
birləşmələrin sinifləri arasında 
genetik əlaqəyə aid reaksiyaların 
tənlikləri əsasında çalışma və 
məsələlər həll edir. 
Oksid, əsas, turşu, duz, 
reaksiya, genetik əlaqə. 
3.1.1. Mühüm qeyri-
üzvi birləşmələrə aid 
müşahidə və 
təcrübələr aparır, 
nəticələrinə 
münasibət bildirir.  
Qeyri-üzvi birləşmələrin mühüm 
siniflərinin alınması və kimyəvi 
xassələrinə, onların genetik 
əlaqələrinə aid təcrübələr keçirilir 
və təhlillər aparılır.  
Oksid, əsas, turşu, duz, 
resurslar, təcrübə, təhlil. 
3.2.1. Mühüm qeyri-
üzvi birləşmələrin 
molekullarının 
modellərini hazırlayır.  
Oksid, əsas, turşu və duzların hər 
birindən bir molekulun mil-kürəcik 
modellərini hazırlayır. 
Atom, mil, kürəciklər, mil-
kürəcik modeli, oksid, əsas, 
turşu, duz modelləri 
4.1.1. Həllolmanın və 
elektrolit 
məhlullarında gedən 
proseslərin həyatda 
rolunu şərh edir. 
Laboratoriya təcrübələri: müxtəlif 
qatılıqlı məhlulun hazırlanması, 
onların həyatda tətbiqini şərh edir, 
həyatda tətbiq sahələrini göstərir. 
Həllolma, elektrolit, 
məhlul, duz, dissosiasiya, 
mübadilə, gübrə, torpaq, 
dərman. 
4.2.1. Ətraf mühiti 
çirkləndirən mənbələr 
haqqında məlumatlar 
toplayır, təqdim edir. 
Yanma məhsullarının ətraf mühiti 
çirkləndirməsinə qarşı mübarizə 
yolları haqqında məlumatların 
toplanması. 
Ətraf mühitin çirklənməsi, 
mühafizəsi 
4.3.1. Kimyanın əsas 
qanunauyğunluqları 
və atomun quruluşu 
sahəsində görkəmli 
alimlər haqqında 
məlumatlar toplayır, 
referatlar hazırlayır. 
D.İ. Mendeleyev, E.Rezerford, 
N.Bor, S.Arrenius haqqında 
məlumatlar toplanır və təqdimatlar 
hazırlanır. 
Atomun quruluşu, dövri 
qanun, dövri sistem, 
elektrolitik dissosiasiya. 
 
 
 


250 
 
5.4. 1. Kimya fənni kurikulumunun inteqrativ xarakteri 
 
İnteqrasiya anlayıçının lüğəti mənası latın dilində “inter”, “bütöv”, “bütövləşmə
” 
deməkdir. 
       Elə  bu  baxımdan  da  pedaqoji  ədəbiyyatda  inteqrasiyanın  mahiyyəti  aşağıdakı 
kimi ümumiləşdirilmişdir: 
          İnteqrasiya  –  müəyyən  təhsil  sistemi  çərçivəsində  şagirdlərin  təfəkküründə 
dünyanın  bütöv  və  bölünməz  obrazını  formalaşdırmaq,  onları  inkişafa  və 
özünüinkişafa  istiqamətləndirmək  məqsədilə  təlimin  bütün  məzmun  komponentləri 
arasında  struktur  əlaqələri  qurmaq  və  onları  sistemləşdirməkdir,  inteqrasiya  təlim 
prosesini  təkmilləşdirir,  fənlər  arasında  qarşılıqlı  əlaqə  və  asılılığı  dərinləşdirməyə 
xidmət edir.    
İnteqrasiyanın mahiyyəti və təhsildə ondan istifadənin zəruriliyinə dair pedaqoji 
fikir  nümayəndələrinin  söylədiklərindən  aydın  olur  ki,  tədris  prosesində  həmişə 
fənlərarası  və  fəndaxili  əlaqə  adı  altında  ondan  istifadə  edilmişdir.  Müəllimlər  öz 
səriştə  və  bacarıqlarından  asılı  olaraq  dərs  prosesində  mahiyyət  və  məzmunca  yaxın 
(qohum)  fənlərə  aid  şagirdlərə  təbii  əlaqələr  şəraitində  ümumiləşdirilmiş  biliklər 
verirlər.  Lakin  fikirimizcə  yenilik  ondan  ibarətdir  ki,  bu  əlaqələrin  yaradılması 
inteqrasiya adı altında   fənn kurikulumlarında bir prinsip, məzmun komponentlərinin 
biri kimi qəbul edildiyi üçün, müəllimlər dərsin planında  bunu bir  dövlət tələbi  kimi 
nəzərə almalıdırlar. 
İbtidai  siniflərdə  bütün  fənləri  eyni  müəllim  tədris  etdiyinə  görə  fənlərarası 
inteqrasiyanı  yaratmaq  onlar  üçün  o  qədər  də  çətin  olmur.  Yuxarı  siniflərdə  isə 
fənlərin  ayrılması,  inteqrasiya  yaradılması  mümkün  olan  fənlərin  müəllimlərinin 
özlərinin daima əlaqədə olması zərurətini yaradır. 
İnteqrasiyanın  mahiyyəti,  təhsildə  rolu  ilə  əlaqədar  pedaqoji  ədəbiyyatlarda 
verilən  araşdırmalara,  Kurikulum  islahatında  göstərilən  müddəalara  istinadən  onunla 
bağlı söylənilən ideya və fikirləri aşağıdakı kimi ümumiləşdirmək olar: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə