Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə74/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   70   71   72   73   74   75   76   77   ...   111

251 
 

 
İnteqrasiyanın  mahiyyəti,  onun  müasir  təhsildə  vacib  prinsip  kimi 
götürülməsini zəruri etmişdir. 

 
İnteqrativlik  prinsipi  əsasında  yaradılan  fənn  proqramlarında  məzmun, 
strategiya, qiymətləndirməyə aid hissələrin arasında bağlılığın təmin edilməsi, onların 
bütöv bir konseptual sənəd kimi formalaşması mümkünlüyünü ortaya çıxartmışdır. 

 
Təhsildə  inteqrativliyin  konseptual  yanaşma  kimi  nəzərə  alınması  onun 
şəxsiyyətyönümlü mahiyyət  kəsb etməsindən  irəli gəlir. 

 
Fənlər 
üzrə  təhsil  proqramlarında  inteqrasiya  təlimin  məzmun 
komponentlərindən  biri  kimi  hazırlanmış,  hər  bir  fənnə  aid  nəticələrin  məntiqi 
bağlılığı,  ardıcıl  inkişafa  xidmət  etməsi  mühüm  tələb  kimi  diqqət  mərkəzində  də  
saxlanılmışdır. 

 
Təhsil 
proqramlarında 
(kurikulumlarında)  fənlərarası  və  fəndaxili 
inteqrasiyanın    məzmunun  digər  komponentləri  ilə  əlaqəli  şəkildə  verilməsi,  hər  bir 
fənnə  aid  nəticələrin  məntiqi  bağlılığının,  ardıcıl  inkişafa  xidmət  göstərməsinin 
mühüm tələb kimi diqqət mərkəzində saxlanılması müəlliflərin məsuliyyətini bir daha 
artırır.  

 
Eyni  zamanda  təhsil  proqramlarınının  (kurikulumlarının)  tələblərinə  uyğun 
pedaqoji  xarakteri,  istiqamətverici  məzmunu,  inteqrativ  xüsusiyyəti  ilə  əvvəlkilərdən  
fərqlənən  dərslik  komplektinin  hazırlanması  və  orada  inteqrasiya  ilə  bağlı 
istiqamətləndirici tövsiyyələrin verilməsi müəllimlərin işini asanlaşdırır. 

 
Dərsdə  inteqrasiyadan  səmərəli  istifadə  fəal/interaktiv  təlimin  tətbiqinə, 
şagirdlərin müstəqil olaraq  bilik  və  bacarıqlar qazanmalarına imkan yaradır. 

 
 Kimyanın  tədrisində  anlayışların  nəzəriyyə  və  qanunlarla  əlaqəli  şəkildə 
öyrədilməsi, onlarda tam və bütöv biliklərin formalaşmasına gətirib çıxarır.  

 
İnteqrativ  kurikulumlarla  tədrisin  aparılması  ayrı-ayrı  fənn  müəlliflərinin 
elmi, metodiki cəhətdən təcrübə mübadiləsi etmələrinə və nəticə etibari ilə mütərəqqi 
fikirlərin əmələ gəlməsinə səbəb olur.  


252 
 
Hazırda istifadə edilən təhsil proqramlarında (kurikulumlarında) bütün hissələr 
arasında inteqrativliyin gözlənilməsinə diqqət yetirilmiş, onların məzmunu, strategiya 
və  qiymətləndirməyə  aid  hissələri  arasında  bağlılıq  yaradılmış,  bütöv  bir  konseptual 
sənəd kimi formalaşdırılmışdır. 
       2014-2015-ci  tədris  ilində  ümumtəhsil  məktəblərinin  VII  sinfindən  etibarən 
istifadəsi nəzərdə tutulan kimya fənni kurikulumu da bu tələblər əsasında hazırlanmış, 
kimya  fənninin  məzmununda  təlim  nəticələrinin  və  standartların,  fənlərarası  və 
fəndaxili inteqrasiyası imkanları cədvəl şəklində verilmişdir. 
Fəndaxili  inteqrasiya  –  hər  hansı  bir  fənn  üzrə  nəticələrin  sinifdaxili  və 
siniflərarası  əlaqələri  nəzərdə  tutur.  Fənlərarası  inteqrasiya  –  fənn  üzrə  nəticələrin 
digər fənlərdəki nəticələrlə əlaqəliliyini nəzərdə tutur. 
İnteqrasiya həmçinin  şaquli və üfiqi olmaqla iki istiqamətdə yaradılır.  
Şaquli  inteqrasiya  daha  çox  fənnin  siniflər  üzrə  və  mərhələlər  arasındakı 
əlaqəsini, üfiqi  isə  müxtəlif, lakin  uyğun  gələn  fənlərin əlaqəsini əks etdirir. Deyilən 
bütün  hallarda  şagirdlərin  inteqrativ  standartlar  əsasında  ölçülə  bilən  bacarıqlara 
yiyələnmələri diqqət mərkəzində saxlanılır. 
Kimya fənni kurikulumunda şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir 
etmək  üçün  müəyyən  olunmuş  məzmun  xətlərinin  maddə  və  maddi  aləm,  kimyəvi 
hadisələr,  eksperiment  və  modelləşdirmə,  kimya  və  həyat  kimi  adlandırılması  da 
inteqrasiyanı təmin edir. 
 Kurikulumda məzmun komponentlərinin əlaqəli şəkildə verilməsi müəllimlərin, 
şagirdlərin  fənnə  aid  bilik  və  bacarıqları    tam  və  bütöv  şəkildə  qazanmalarını 
müəyyənləşdirməsinə  şərait  yaradır.  Kimya  müəllimi  hər  hansı  mövzuya  aid  dərsin 
planını  hazırlayanda  onun  standartları,  məqsədi,  üsul  və  iş  formaları,  resurslarını 
müəyənləşdirməklə  yanaşı,  hansı  fənlərlə    inteqrasiya  yaradacağını  və  bunu  necə 
həyata keçirəcəyini  də nəzərə almalıdır. 
Kimya fənni əsasən biologiya, fizika, coğrafiya, riyaziyyat və bəzi digər texniki 
fənlərlə əlaqəli şəkildə tədris edilir.  


253 
 
Maddələrin  tərkibi,  quruluşu  ilə  əlaqədar  mövzularda  fizika,  onların  canlı 
orqanizmdə  gedən  proseslərlə  aid  izahında  biologiya,  kəşfi,  təbiətdə  tapılmasında 
coğrafiya,  məsələ  həllində  riyaziyyat,  hər  hansı  qurğunun  sxem  və  modelini 
hazırlayanda  rəsmxət  kimi  fənlərlə  əlaqə  yaradılması  məqsədəuyğundur.  Bəzən  bir 
mövzunun izahında bir neçə fənlərlə birlikdə əlaqə yaradılması tələb olunur. 
Fənnin  tədrisində  inteqrasiyanın  yaradılması  üçün  ilk  növbədə  müəllim  elmi, 
metodiki, nəzəri və praktiki cəhətdən hazırlıqlı olmalıdır. 
Fəal/interaktiv  təlimin  üsulları  ilə  tədrisdə  inteqrasiyadan  dərsin  bir  neçə 
mərhələsində istifadə etmək olar. 
Konkret  olaraq  tam  orta  məktəb  kimya  kursunda  “Elektrolizin  mahiyyəti” 
mövzusuna  aid  dərsdə  fəndaxili  və  fənlərarası  inteqrasiyadan  istifadə  imkanlarını 
nəzərdən keçirək . 
Müəllim mövzunu aşağıdakı kimi planlaşdıra bilər: 
Mövzu: Elektrolizin mahiyyəti. 
Standart: 1.2.1. , 1.3.1., 2.2.1.,3.1.1.,4.1.1.,4.3.1. 
Məqsəd:  Kimyəvi  rabitə,  elektrolitik  dissosiasiya  barədə  biliklərini 
möhkəmləndirir  və  dərinləşdirir,  elektrodlarda  gedən  oksidləşmə  reduksiya 
reaksiyalarının  mahiyyətini  dərk  edir  və  reaksiya  tənliklərini  tərtib  edir,  elektrolizin 
tərifini verir və onu fizikadan bildiyi elektroliz qanunları ilə əlaqələndirir. Kationların 
və anionların  fəallıq sırası barədə biliklərinə əsasən elektrolitlərin suda  məhlullarının 
elektrolizi zamanı hansı məhsulların alındığını müəyyənıəşdirir. 
 İnteqrasiya:  elementlərin  dövri  sistemdə  mövqeyi,  kimyəvi  rabitə,  elektrolit 
və qeyri-elektritlərə aid materiallarla fəndaxili, fizika fənni ilə fənlərarası əlaqə. 
Təlim üsulu: Problemli şərh, müzakirə, anlayışların çıxarılması. 
İş forması: Bütöv sinifdə və kiçik qruplarla iş 
 Resuslar:  U-şəkilli  boru,  kömür  elektrodlar,  düzləndirici,  mis(II)sulfat  və 
natrium-xlorid, fenolftalein məhlulları kalium-yodid və nişasta məhllulu hopdurulmuş 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə