Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Tədris nəticələrinin şifahi yolla yoxlanması



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə77/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   73   74   75   76   77   78   79   80   ...   111

262 
 
 
Tədris nəticələrinin şifahi yolla yoxlanması 
Nəticələrin fərdi yoxlanmasi 
 
 
Biliklərin  fərdi  yoxlanması  həm  yerində qısa sorğu  formasında (frontal sorğu), 
həm də lövhə qarşısında ətraflı sorğu şəklində aparıla bilər. 
 
Şagirdlərin  fərdi  sorğusu  ev  tapşırıqlarının  yoxlanması,  yeni  materialın 
qavranılması  üçün  hazırlıq  və  onun  mənimsənilməsinin  yoxlanılması,  biliklərin 
möhkəmləndirilməsi  və  təkmilləşdirilməsi  zamanı  aparıla  bilər.  Qısa  sorğu  zamanı 
müəllimin  verdiyi  suallar  lakonik  olmalı,  şagirdin  anlayacağı  terminlərlə  ifadə 
olunmalıdır. Vaxta qənaət məqsədilə suallar yazılı formada paylana bilər, şagirdlər bu 
suallara  lövhə qarşısında cavab verməyə hazırlaşarlar. 
 
Sualların  cavablandırılması  zamanı  sinfin  diqqətini  saxlamaq  məqsədilə, 
cavabdan  sonra  buraxılan  səhvlərin  düzəldilməsi,  əlavələr  nəzərdə  tutulur.  Sorğu 
zamanı  şagirdlərin  fikirlərini  formalaşdırmasına  kömək  məqsədilə  onlara 
istiqamətləndirici suallar verilə bilər. 
 
Proqramın  konkret  bölməsinə  şagirdlərin  hazırlığını  yoxlamaq,  biliklərindəki 
boşluğu vaxtında aşkarlamaq məqsədilə şifahi sorğu qrup şəklində də aparıla bilər.  
 
 Refleksiya  (yekunlaşdırma)  –  hər  bir  məşğələnin  mühüm  hissəsi  sayılır. 
Düzgün  qurulmuş  yekunlaşdırma  bir  konkret  məşğələyə  istinad  etməklə,  mövcud 
mövzu  üzrə  bir  çox  məsələləri  əhatə  etməyə,  ümumiləşdirməyə  və  təkrarlamağa, 
habelə sonrakı mövzu ilə əlaqə yaratmağa imkan verir.  
Refleksiya  həm  də  bütün  iştirakçıların  məşğələni  qiymətləndirməsi  üçün 
imkanlar  yaradır.  Refleksiya  vasitəsilə  müəllimin  şagirdlərin  öz-özünə  qiymətvermə 
üsulundan istifadə etməsi faydalıdır. Bu zaman yekunlaşdırma müzakirə və söhbətlər 
formasında aparıla bilər. 
 
  Yekunlaşdırmanın  ən  sadə  üsulu  –  hər  bir  şagirdin  dərs  üzrə  öz  rəyini 
söylədiyi “dairəvi” söhbətdir. Şagirdlər hazırlıq səviyyəsinə görə qruplara bölünürlər. 


263 
 
Hər  bir  qrupa  üzvlərinin  sayı  qədər  yazılı  tapşırıq  paylanır.  İştirakçılar  növbə  ilə 
suallara  cavab  verirlər,  qrup  üzvləri  qulaq  asır,  əlavələr,  düzəlişlər  edir  və  cavabları 
qiymətləndirirlər. 
 Bu  yoxlama  formasını  konkurslar,  oyun  elementləri  daxil  etməklə 
zənginləşdirmək  olar.  Yoxlama  zamanı  müəllim,  şəraitdən  asılı  olaraq,  müşahidəçi, 
məsləhətçi, münaqişəli hallarda ekspert rolunda ola bilər.  
Bu üsullardan istifadə bütün iştirakçıları müsbət ruhda kökləyir və onlara özləri 
üçün konstruktiv nəticələr çıxarmağa imkan verir.  
 
Tədris nəticələrinin yazılı yoxlanma üsulları 
Yoxlama yazi işi 
Kimyadan  yoxlama  yazı  işləri,  bir  qayda  olaraq,  rübdə  bir  dəfə  aparılır. 
Yoxlamanın  bu  növü  kimya  kursunun  hər  hansı  bölməsi  üzrə  şagirdlərin  bilik  və 
bacarıqlarının səviyyəsi haqqında müəllimdə təsəvvür  yaradır. 
Yoxlama  işinin  məzmunu  mövzu  üzrə  mühün  olan  bütün  materialı  əhatə 
etdiyindən, bütün şagirdlər üçün vahid tapşırıqlar tərtib edilir. 
Yoxlama  işinə  müxtəlif  tapşırıqlar:  ümumiləşdirici  suallar,  məsələlər, 
çevrilmələr,  test  və  qrafiki  tapşırıqlar  salına  bilər.  Variantların  sayı  mümkün  qədər 
çox olmalıdır. 
Yoxlama  yazı  işlərini  analiz  edərkən,  hər  bir  tapşırıqda  məzmun  elementləri 
müəyyən  edilməli  və  onların  yerinə  yetirilməsi  aşağıdakı  şkala  üzrə 
qiymətləndirilməlidir: 1 – tam düzgün cavab, ½  - natamam cavab, 0 – səhv cavab,  - 
(xətt)  - cavab yoxdur.  
Məsələn,  tapşırıq:  “Mis  1-oksidin  karbonla  qızdırılmaqla  gedən  qarşılıqlı  təsir 
reaksiyasının  tənliyini  yazın,  oksidləşmə  və  reduksiya  proseslərini  göstərin,  elektron 
balans 
qurmaqla 
əmsalları  müəyyənləşdirin,  reaksiyada  oksidləşdirici  və 
reduksiyaedicini göstərin”. 
Bu tapşırığın məzmun elementləri aşağıdakılardır: 


264 
 

 
İlkin  maddələrin  və  reaksiya  məhsullarının  kimyəvi  formulunun 
yazılması; 

 
Maddə atomlarının oksidləşmə dərəcələrinin müəyyən edilməsi; 

 
Elektron balans üsulu ilə oksidləşmə və reduksiya proseslərinin yazılışı; 

 
Tərtib  edilən  tənlikdə  oksidləşdirici  və  reduksiyaedicinin  müəyyən 
edilməsi; 

 
Kimyəvi tənlikdə əmsalların qoyulması. 
Bu  elementlər  üzrə  düzgün  cavablara  düşən  rəqəmlər  hesablandıqdan  sonra 
qiymətləndirmə əvvəlcə həmin rəqəmlərlə, sonra isə balla ifadə olunur. 
Qiymətləndirmənin digər bir sistemi də tətbiq edilə bilər: işin 96-100%-i yerinə 
yetirildikdə - 5, 76-95% - 4, 50-75% - 3, 20-50% - 2.  
 
Müstəqil yoxlama işi 
 
Qısamüddətli  (10-15  dəqiqəlik)  yazılı  müstəqil  işlər,  adətən  konkret  bir 
mövzunu  keçdikdən  sonra  həmin  mövzu  üzrə  şagirdin  biliyini  yoxlamaq  məqsədilə 
aparılır.  Müəllim  tərəfindən  belə  işlərin  sistematik  aparılması  şagirdləri  ev 
tapşırıqlarını  yerinə  yetirməyə  məcbur  edir.  Yoxlama  yazı  işlərindən  fərqli  olaraq, 
müstəqil işlər mürəkkəblik dərəcəsinə görə bölünə bilərlər.  
Bu  tip  işlərin  aparılma  forması:  fərdi  vərəqlərdə  yazılmış  mövzu  üzrə  suallar, 
test tapşırıqları, məsələ həlli şəklində ola bilər. 
Mövzu üzrə suallar dəqiq və qısa olmalıdır. Bura dərslikdə verilən, lakin dərsdə 
nəzərdən keçirilməyən tapşırıqların salınması məsləhətdir. 
Yazılı  testlər  adətən  iki  cavab  formasını  nəzərdə  tutur:  1)  Bir  neçə  cavab 
variantı  olan  “qapalı”  testlər,  şagird  bu  variantlardan  birini  seçməlidir.  Bu  tip  testlər 
məktəb  kimya  kursunun  bütün  bölmələri  üzrə  tərtib  edilə  bilər  və  bir  çox  məzmun 
elementini  yoxlamağa  imkan  verər; 2)  Cavabları  müstəqil  tərtib  edilən  “açıq”  testlər 
kimya kursunun mühüm bölmələri üzrə tərtib edilə bilər.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə