Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə80/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   76   77   78   79   80   81   82   83   ...   111

271 
 
müəllimin  sorğu  vərəqi  kimi  vasitələrdən  istifadə  etməklə  keçirilə  bilər.  Bu  zaman 
onlara  materiya,  maddə,  maddi  aləm,  cisim,  hadisə,  aqreqat  halları,  atom,  molekul, 
onların hərəkəti və s.ilə bağlı suallar verilə bilər. 
Fiziki  və  kimyəvi  hadisələr,  kimyəvi  tənliklər  bəhsinə  aid  tədris  vahidinə 
başladıqda  isə, həmin üsul  və  vasitələrlə şagirdlərin ilk kimyəvi anlayışlara aid bilik 
və  bacarıqları  yoxlanılır.  Bu  halda  nisbi  atom,  nisbi  molekul  kütləsi,  valentlik, 
kimyəvi  formul,  mol,  maddə  miqdarı  və  s  anlayışlara  aid  həm  şifahi  sorğu  həm  də 
məsələ həlli ilə diaqnostik qiymətləndirmə aparmaq olar. 
Kimya  kursunun  VII  sinfində  “Maddə  miqdarı.  Mol”  mövzusuna  aid  dərsdə 
formativ  qiymətləndirmədə  müəllim  şərhetmə,  izahetmə,  ifadə  etmə,  tətbiqetmə, 
məsələ  həlletmə  kimi  qiymətləndirmə  meyarları  ilə  şagirdlərin  səviyyəsini  aşağıdakı 
cədvəllərdə göstərildiyi kimi müəyyənləşdirə bilər. 
                                                                                         Cədvəl 18. 
Zəif 
Orta. 
Yüksək. 
Mol anlayışını izah etmək 
üçün əvvəlki biliklərindən 
istifadə etməkdə çətinlik 
çəkir. 
Mol anlayışının mahiy-
yətini izah edir. 
Mol anlayışını izah etmək 
üçün əvvəlki biliklərindən 
istifadə edir. 
Mola aid qaydanı aydın ifadə 
edə bilmir. 
Maddə miqdarının təri-
fini çətinliklə deyir. 
Mola aid qaydanı düzgün 
ifadə edir. 
Maddə miqdarı ilə Avoqadro 
ədədi arasında əlaqə 
yaratmaqda çətinlik çəkir. 
Mola aid riyazi ifadəni 
müəllimin köməyi ilə 
yazır. 
Mol anlayışı ilə Avoqadro 
ədədi arasında asılılığı riyazi 
ifadə edir. 
Mövzuya aid sadə hesablama 
məsələlərinin həllində çətinlik 
çəkir. 
Mövzuya aid məsələləri 
köməkliklə həll edir. 
Mövzuya aid məsələləri həll 
edə bilir. 
 
 
 İlk kimyəvi anlayışlara aid tədris vahidi üzrə kiçik summativ qiymətləndirməni 
aşağıdakı test nümunəsi üzrə aparmaq olar. 
1. Maddələrdən ibarət sıranı göstərin. 
A) Dəmir, mişar, oksigen;  


272 
 
B) Oksigen, mis, civə;  
C) Stul, qaşıq, stəkan  
D) Qızıl, bıçaq, iynə;  
E) Azot, karbon, balta 
2. Uyğunluğu müəyyən edin. 
1.Eyni cinsli qarışıq                
2. Müxtəlif cinsli qarışıq         
A) xörək duzu+ su;  
B) qum+su;  
C) bitki yağı+su 
D) şəkər+su; 
E) kükürd  tozu+dəmir tozu 
3. Hansı halda kimyəvi birləşmə göstərilmişdir? 
A) Dəmir və kükürd tozu qarışığı;  
B) Havadakı oksigen və azot qazları;  
C) Dəmir(II)-sulfid;  
D) Mis və qızıldan ibarət ərinti;  
E) Kömür və dəmir tozu. 
4. Uyğunluğu müəyyən edin. 
1. Fiziki xassə                        
2. Kimyəvi xassə                   
3. Aqreqat halı                        
A) ərimə temperaturu;  
B) qaz halı;  
C) sıxlıq;  
D) dəmirin paslanması;  
E) maye 
5. Mürəkkəb qatılmış suyu hansı üsulla rəngsizləşdirmək olar? 


273 
 
A) Buxarlandırma ;  
B) Durultma;  
C) Xromatoqrafiya; 
D) Distillə;  
E) Çökdürmə 
6. Bəsit maddəni göstərin. 
A) Su;  
B) Dəmir;  
C) Xörək duzu;  
D) Şəkər;  
E) Yağ 
7. Uyğunluğu müəyyən edin. 
1. Kimyəvi element    
2. Bəsit maddə          
A) havada oksigen qazı var;  
B) su hidrogen və oksigendən  ibarətdir; 
C) insanlar oksigenlə tənəffüs edirlər; 
D) suda hidrogen birvalentlidir;  
E) pasın tərkibində dəmir var.  
8. Bir mol suda cəmi neçə atom vardır? 
A) 6,02.10
23
;  
B) 18,06.10
23
;  
C) 12,04.10
23
;
 
D) 903.10
22

E)  1,806.10
23
 
9. Suyun molyar kütləsi nə qədərdir? 
A) 18;    
B) 9q/mol;   


274 
 
C) 18q/mol;    
D) 18q;    
E) 8q/mol 
10.Bəsit maddələrlə onların aqreqat halları arasındakı uyğunluğu müəyyən edin. 
1.Maye         
2. Qaz                  
3.Bərk                 
A) oksigen; 
B) karbon; 
C) azot;  
D) brom;  
E) yod 
Müasir qiymətləndirmə sistemi tədris prosesinin mürəkkəb və məsuliyyət tələb 
edən  tərkib hissəsidir. Qiymətləndirmə ilə bağlı yuxarıda qeyd etdiklərimiz gələcəyin 
öyrədənlərini  məlumatlandırmaq  məqsədi  ilə  tərəfimizdən  verilən  araşdırmalar  və 
tövsiyələrdir.  Kimya  fənninə  aid  dərslik  komplektində  bu  məsələlərlə  bağlı  daha 
ətraflı məlumatlar əldə etmək olar. 
 
5.4.6. Pedaqoji texnologiyalar 
 
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, Ümumi təhsilin tələblərinin yerinə 
yetirilməsinə  yeni  pedaqoji  texnologiyalardan  sistemli  istifadə  etməklə  nail  olmaq 
olar.  Çünki  müasir  təhsilin  prinsipləri  yeni  pedaqoji  texnologiyaların  mahiyyət  və 
məzmununda da əks olunmuşdur. 
Təhsil  islahatının  tələblərinə  uyğun  olaraq,  bu  gün  təlim  prosesinin  
təkmilləşdirilməsi  tədqiqatçı  pedaqoqları  və  təhsilin  praktik  iştirakçılarını  təlim 
prosesinə  texnoloji  proses  kimi  yanaşılmasına  və  yeni  təlim  texnologiyalarından 
istifadə olunmasına zərurət yaratdı. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə