278
Pedaqoji texnologiya – fərdi yanaşma və kollektiv iş prinsiplərini qarşılıqlı
əlaqədə tətbiq etməklə müəllim və şagirdlərin planlaşdırılmış elə birgə fəaliyyətidir
ki, nəticədə sinfin bütün şagirdləri təhsilin dövlət standartlarında nəzərdə tutulan bilik
və bacarıqlara yiyələnir, tələb olunan səviyyəyə nail olur və onların fərdi
qabiliyyətləri inkişaf edir.
Pedaqoji texnologiyaların növləri
Pedaqoji texnologiyaları aşağıdakı kimi təsnif edirlər:
1.Təlim texnologiyası (öz-özünə öyrənmə texnologiyası)
2.Tərbiyə texnologiyası.
3. İnkişaf texnologiyası.
4. Diaqnostika texnologiyası.
Təlim texnologiyası dedikdə bilik, bacarıq və vərdişləri formalaşdırmaq üçün
əməliyyatlar komplekti başa düşülür.
Tərbiyə texnologiyası dedikdə, nisbi, sabit və müntəzəm olaraq ümumiləşən
münasibətlərin məqsədyönlü formalaşdırılması üçün əməliyyatlar komplekti başa
düşülür.
İnkişaf texnologiyası – təlim və təhsil-tərbiyə texnologiyası ilə sıx əlaqədardır.
Psixi inkişaf dedikdə, əqli bacarıqların formalaşdırılması, insan psixikasında hər hansı
əməliyyatın aramsız çoxalması başa düşülür. Fiziki inkişaf zamanı bacarıqlar özünü
göstərir.
Diaqnostika texnologiyası – pedaqoqların və ya psixoloqların uşağın məktəbə
hazırlığını diaqnostlaşdırılmalarıdır.
Pedaqoji texnologiya anlayışını üç aspektdə təqdim edirlər:
1. Elmi: pedaqoji texnologiya pedaqogika elminin məqsədlərini, məzmununu
və təlim metodlarını öyrənib işləyən və pedaqoji prosesi layihələşdirən bir hissəsidir.
2. Prosessual-təsviri: təlimin planlaşdırılmış nəticələrinə nail olmaq üçün
alqoritm prosesi, məqsəd, məzmun və vasitələrin cəmi kimi.
279
3. Prosessual-təsirli: texnoloji proses kimi bütün şəxsi, instrumental və
metodoloji vasitələrin fəaliyyəti.
Texnoloji yanaşmanın strukturunu şaquli və üfiqi olmaqla iki yerə bölürlər.
Şaquli struktura meta, makro, mezo və mikro-texnologiyaları aid edirlər:
Metatexnologiya – sosial-pedaqoji səviyyədə təhsil sahəsində sosial siyasəti
həyata keçirməyə imkan verən ümum-pedaqoji (ümumdidaktik, ümumtərbiyə)
texnologiyadır.
Belə
texnologiyalara
misal
olaraq
inkişafetdirci
təlim
texnologiyalarını, regionlarda təlim keyfiyyətinin idarə olunması və konkret məktəbdə
tərbiyə işinin təşkili üçün tətbiq olunan texnologiyaları göstərmək olar.
Makrotexnologiya və ya təhsil sahələri üzrə texnologiya hər hansı təhsil
sahəsini, təlim-tərbiyə prosesinin müəyyən istiqamətini. Ümumpedaqoji və ümum
metodiki səviyyədə fənnin tədrisi ilə bağlı fəaliyyət sahələrini əhatə edir. Belə
texnologiyalara misal olaraq ayrı-ayrı fənlərin tədrisi texnologiyalarını göstərmək
olar.
Mezatexnologiya və ya lokal-modul texnologiya təlim-tərbiyə prosesinin ayrı-
ayrı hissələri (modulları), xüsusi, didaktik, metodik və ya tərbiyənin müəyyən bir
problem sahəsi ilə bağlı məsələləri həll etmək üçün tətbiq olunan texnologiyadır. Belə
texnologiyalara misal olaraq təlim-tərbiyə prosesində ayrı-ayrı fəaliyyət sahələri,
verilmiş mövzunun öyrənilməsi, dərsin gedişi, materialın mənimsənilməsi, təkrar
olunması və keyfiyyətə nəzarətin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
Mikrotexnologiya – pedaqoji prosesin subyektləri arasındakı operativ
məsələlərin, qarşılıqlı əlaqələrin, yazı vərdişlərinin həlli ilə bağlı texnologiyadır. Belə
texnologiyalara misal olaraq yazı vərdişlərinin formalaşdırılması, subyektin
(şəxsiyyətin, tədris prosesinin iştirakçılarının) şəxsi keyfiyyətlərinin korreksiyası üçün
treninqlərin təşkili ilə bağlı texnologiyaları göstərmək olar.
Texnoloji yanaşmanın üfiqi strukturu isə özündə pedaqoji nəzəriyyə və
pedaqoji təcrübəyə əsaslanmış, müəyyən problemi həll etmək üçün istifadə olunan
elmi-nəzəri texnologiyaları; qabaqcadan müəyyənləşdirilmiş, gözlənilən nəticələrin
280
yerinə yetirilməsi üçün istifadə edilən modelləri, metod və üsulları, alqoritmləri əhatə
edən və özündə birləşdirən formal-təsviri xarakterli texnologiyaları; pedaqoji prosesin
iştirakçılarının fəaliyyət sahələrində aldığı nəticələrin təhlili, təşkili və planlaşdırılmış
yeni işlərin həyata keçirilməsini təmin etmək üçün tətbiq olunan prosessual-aktiv
texnologiyaları birləşdirir.
Pedaqoji texnologiyaların bir-biri ilə qarşılıqlı əlaqədə olan üç səviyyəsi
haqqında məlumat verilir: ümumpedaqoji texnologiya; xüsusi metodiki (fənn)
texnologiya; lokal (modul) texnologiya.
1. Ümumpedagoji texnologiya tədris müəssisələrinində təlimin müəyyən
mərhələsində təhsil prosesinin layihələşdirilməsinin elmi əsaslarını açıqlayır.
2. Xüsusi (fənn) pedaqoji texnologiya bir fənn, sinif, müəllim dairəsində
təhsil prosesinin layihələşdirməsini nəzərdə tutur.
3. Lokal pedaqoji texnologiya təlim-tərbiyə prosesinin müəyyən bir tərkib
hissəsinin (bir dərsin, yeni biliklərin mənimsənilməsinin, materialın təkrarının,
müstəqil işin) texnologiyası kimi özünü göstərir.
Müasir
pedaqogikada pedaqoji texnologiyalar subyekt-subyekt
(müəllim-şagird) münasibətlərinə görə üç qrupa bölünür.
1. İzahlı-illüstrativ təlim texnologiyaları.
2. Şəxsiyyətyönümlü təlim texnologiyaları.
3. İnkişafetdirici təlim texnologiyaları.
İzahlı-illüstrativ təlim texnologiyaları ilə aparılan pedaqoji proseslərdə
şagirdlər hazır şəkildə tədris informasiyası alır, maarifləndirilir və onların reproduktiv
fəaliyyəti təşkil olunur. Bu yolla şagirdlərdə ümumi təlim bacarıqları və vərdişləri
formalaşdırmağa cəhd edilir.
Şəxsiyyətyönümlü təlim texnologiyaları ilə iş zamanı məktəblilərin fərdi
xüsusiyyətləri nəzərə alınır və bu xüsusiyyətləri inkişaf etdirmək üçün hər bir şagirdə
onun təlim fəaliyyətini təmin edən şərait yaradılır.
Dostları ilə paylaş: |