Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti


Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə79/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   75   76   77   78   79   80   81   82   ...   111

268 
 
Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır
Kiçik  summativ  qiymətləndirmə  bəhs  və  bölmələrin  sonunda  müəllim 
tərəfindən,  böyük  summativ  qiymətləndirmə  isə  yarımillərin  sonunda  ümumi  təhsil 
müəssisəsinin  rəhbərliyinin  və  ya  orada  yaradılan  müvafiq komissiyanın  nəzarəti  ilə 
fənni  tədris  edən  müəllim  tərəfindən  aparılır.  Yekun  qiymətləndirmə  təhsil 
səviyyələrinin 
sonunda  buraxılış  imtahanları  şəklində  aparılır.  Summativ 
qiymətləndirmələrin  nəticələri  keçirildiyi  tarixdə  sinif  jurnalında  qeyd  olunur.  Kiçik 
summativ  qiymətləndirmə  fənn  kurikulumları  tətbiq  olunan  siniflərdə  bəhs  və 
bölmələrin  sonunda  altı  həftədən  gec  olmayaraq  müəllim  tərəfindən  keçirilir.  Onun 
nəticələri  yarımillik  qiymətlərin  hesablanmasında  nəzərə  alınır.  Kiçik  summativ 
qiymətləndirmənin  keçirilməsi  vaxtı  bir  dərs  saatı  və  ya  dərs  saatının    bir  hissəsində 
olmaqla  fənn  müəllimi  tərəfindən  müəyyənləşdirilərək  qiymətləndirmə  vasitələri 
hazırlanır.  Böyük summativ qiymətləndirmə  vasitələri  Təhsil Nazirliyinin  tövsiyələri 
əsasında  yerli  təhsil  idarə  edən  orqanlar  və  ümumi  təhsil  müəssisəsi  rəhbərliyinin 
təşkil  etdiyi  komissiya  tərəfindən  hazırlanır.  Yarımillərin  sonunda  böyük  summativ 
qiymətləndirmənin hər dərs saatında keçirilməsi illik planlaşdırmada  nəzərdə tutulur. 
Kiçik  və  böyük  summativ  qiymətləndirmə  vasitələri  asan,  orta,  çətin  olmaqla 
hazırlanır.  Asan tapşırıqlar  idrakın  bilmə  mərhələsinə aid olub şagirdin  hər  hansı bir 
məlumatı  bilməsini  və  yadda  saxlamasını  ölçür,  orta  səviyyəli  tapşırıqlar  idrakın 
anlama,  tətbiq  və  təhlil  mərhələsinə  aid  olub  şagirdin  səbəb  nəticə  əlaqələrini 
anlamaq,  tətbiq  etmək,  müqayisə  etmək  və  fərqləndirmək  kimi  bacarıqlarını 
qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə 
aid  olub  şagirdin  sintez  etmək,  qarşılaşdırmaq,  dəyərləndirmək,  qərar  qəbul  etmək 
bacarıqlarını ölçür. 
Kiçik  summativ  qiymətləndirmənin  keçirildiyi  gün  dərsdə  iştirak  etməyən 
şagirdin  sinif  jurnalında  adının  qarşısındakı  xana  iki  yerə  ayrılır  və  onun  surətində 
“q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti iki həftə 
ərzində kiçik summativ qiymətləndirmə aparır, nəticəsini məxrəcdə qeyd edir. 


269 
 
Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, hər ay 
müddətində  onun  böyük  summativ  qiymətləndirmədə  iştirakı  təmin  edilir.  Şagird  II 
yarımildə  üzrlü  səbəbdən  böyük  summativ  qiymətləndirmədə  iştirak  etmədikdə,  II 
yarımillik  qiyməti  çıxarılarkən  I  böyük  summativ  qiymətləndirmədə  aldığı  qiymət 
həm  də  II  böyük  summativ  qiymət  hesab  olunur.  Şagirdin  üzrsüz  səbəbdən  iştirak 
etmədiyi  II  yarımildəki  böyük  summativ  qiymətləndirmənin  nəticəsi  yarımillik 
qiyməti çıxararkən “0” qəbul edilir. 
Böyük  summativ  qiymətləndirmə  vasitələri  fənnin  məzmunundakı  əsas  zəruri 
bilikləri  əhatə  etməklə  daha  çox  tətbiqi  bacarıqları  yoxlamağa  xidmət  edir.  Təhsil 
Nazirliyinin  tövsiyələri  və  verdiyi  nümunələr  əsasında  hər  bir  ümumi  təhsil 
müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir. 
Summativ  qiymətləndirmədə  iştirak  etməyən  şagirdlər  üçün  yeni,  lakin  sinif 
üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır. 
Şagirdin yarımillik qiyməti kiçik summativ qiymətləndirmənin nəticələri  40%, 
böyük summativ qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla aşağıdakı düstur 
əsasında çıxarılır: 
 
   
   
  
     
 
         
 
 
 
  
            
  
   
 
Burada,  Y-şagirdin  I  və  II  yarımil  üzrə  qiymətini,  ksq
1, 
ksq
2
,....,  ksq
n
-şagirdin 
müvafiq  yarımil  ərzində  kiçik summativ  qiymətləndirmələrinin  nəticələri,  n-müvafiq 
yarımildə  keçirilən  kiçik  summativ  qiymətləndirmənin  sayını,  BSQ  isə  I  və  II 
yarımildə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir. 
Şagirdin illik qiyməti aşağıdakı düsturla müəyyən edilir: 
 
   
 
 
   
 
 
 


270 
 
Burada,  İ-şagirdin  illik  qiyməti  Y
1
  və  Y
2
  isə  1-ci  və  II-ci  yarımillər  üzrə 
qiymətləridir. 
Summativ qiymətləndirmə sinfin bütün şagirdləri üçün eyni çətinlik dərəcəsinə 
malik  olan  qiymətləndirmə  vasitələri  ilə  aparılır,  ayrılan  vaxt  isə  sualların  sayına 
uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir. 
Qiymətlər  şagirdin  tapşırıqlara  verdiyi  cavabların  sayına  uyğun  müəyyən-
ləşdirilir. Sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1”, 10% daxil 
olmaqla  20%-nə  qədər  düzgün  cavab  verən  “2”,  20%  daxil  omaqla  50%-nə  qədər 
düzgün cavab verən “3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən “4”, 
80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən “5” qiymətlə qiymətləndirilir. 
Summativ  qiymətləndirmə  şagird  nailiyyətinin  rəsmi  qiymətləndirilməsidir  və 
nəticələr 5 ballıq qiymət şkalası üzrə (1, 2, 3, 4, 5) rəqəmlə ifadə olunur və qiymətlər 
sinif  jurnalına yazılır. 
Təhsildə  aparılan  Kurikikulum  islahatının  tələblərinə  uyğun  hazırlanmış  fənn 
kurikulumlarının    məzmununda  qiymətləndirmə  mexanizmləri  xüsusi  yer  tutur  və 
sonuncu  bölmə  kimi  təqdim  olunur.  Burada  qismən  ənənəvi  təhsilin  qiymətləndirmə 
fəaliyyəti  ilə  bağlı  təcrübələrinə  istinad  olunsa  da,  qlobal  dünyanın  mütərəqqi 
xüsusiyyətlərindən  istifadə  edilərək  Respublikamız  üçün  tamamilə  yeni  olan 
qiymətləndirmə  sistemi  yaradılmışdır,  məzmun  standartlarını  tamamlayan,  onu 
müxtəlif səviyyələrdə şərh edən qiymətləndirmə standartları verimişdir. 
Göstərilən  tələblərə  uyğun  hazırlanmış  kimya  fənni  kurikulumunun  məzmun 
standartlarına  uyğun  olaraq  kimyadan  şagird  nailiyyətlərinin  məktəbdaxili 
qiymətləndirilməsini nəzərdən keçirək. 
Yeni fənn proqramına görə fizika və biologiya VI, kimya isə VII sinifdə tədris 
olunur.  Buna  görə də kimyadan   ilk dərsdə şagirdlərin  fizika  və biologiyadan onlara 
məlum  olan  kimya  ilə  əlaqədar  biliklərini  diaqnostik  qiymətləndirmə  ilə  yoxlamaq 
üçün  müsahibə  (şifahi  yoxlama),  tapşırıqvermə,  valideynlər,  fizika  və  biologiya 
müəllimləri ilə əməkdaşlıq üsulları, çalışmalar, müəllimin qeydiyyat vərəqi, söhbət və 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə