Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə76/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   72   73   74   75   76   77   78   79   ...   111

258 
 
Cədvəl 16. 
Sıra 
nömrəsi 
Mövzu 
Əsas 
idraki 
vəzifələr 
Kim-vi eks-nt 
və məsələlər 
Fənlərarası və 
fəndaxili 
inteqrasiya 
Tədris-
əyani 
vasitələr 
 
 
 
 
 
 
 
Müəllimin dərsə hazırlığı alqoritmi (ardıcıllığı) 
 
İlk  növbədə,  hazırlanacaq  dərsin  növünü  (didaktik  məqsədinə  görə)  müəyyən 
etmək lazımdır. 
Əgər  dərsin  məzmunu  şagirdlər  üçün  yeni  olan  anlayışlardan  ibarətdirsə  və 
müəllimin  izahını  tələb  edirsə,  bu  dərs  yeni  biliklərin  öyrənilməsi  və 
mənimsənilməsinə  aiddir.  Əgər  məzmun  şagirdlər  üçün  yeni  deyilsə,  lakin  dərs 
biliklərin 
  möhkəmləndirilməsi,  ümumiləşdirilməsi,  sistemləşdirilməsi  və 
korreksiyası,  yaxud  bacarıqların  təkmilləşdirilməsi  üçün  vacibdirsə,  ümumiləşdirici 
dərsə  aiddir.  Bütün  dərs  təlim  nəticələrinin  yoxlanmasına  həsr  edilərsə,  bu  yoxlama 
dərsidir. 
 
Dərsin kimyəvi məzmunu üzərində iş 
 
1.
 
Dərsin mövzusunu (adını) dəqiq ifadə edin. 
2.
 
Onun  mövzu  üzrə  dərs  sistemində  yerini  və  kurs  üzrə  ümumi  mövqeyini 
aydınlaşdırın. 
3.
 
Dərsin kimyəvi məzmununun təhlilini həyata keçirin: 
a)
 
dərsin  məzmun quruluşunu açın: anlayışları  və onların tərkibindəki  məzmun 
elementlərini qeyd edin; 
b)
 
elementlər  arasında  əlaqə  yaradın  (məntiqi,  səbəb-nəticə,  qarşılıqlı  təsir  və 
s.), qrafik sxemi qurun; 


259 
 
c)
 
dərsdə  əsas  olanı  ayırın,  dərsin  məqsədini  və  şagirdlər  üçün  əsas  idraki 
məsələni formalaşdırın; 
4.
 
Fəndaxili inteqrasiyanı yaradın: 
a)
 
əvvəlcə  keçilən  mövzularla,  öyrənilən  nəzəriyyələrlə  əlaqəli  məzmun 
komponentlərini aşkar etməklə, hansı anlayışları aktuallaşdırmağı müəyyən edin; 
b)
 
verilmiş  mövzuda  öyrənilən  anlayışların  harda  və  nə  zaman  istifadə 
ediləcəyini müəyyən edin. 
5.
 
Dərsdə öyrənilən yeni anlayışları müəyyən edin. 
6.
 
Artıq  öyrənilmiş  hansı  anlayışların  inkişaf  etdiyini  –  dərinləşdiyini, 
genişləndiyini, faktlarla zənginləşdiyini müəyyən edin. 
7.
 
Hansı məzmun elementlərinin fənlərarası xarakter daşıdığını müəyyən edin. 
8.
 
Dərsin quruluşunu, məzmunun öyrənilməsi ardıcıllığını müəyyən edin. 
Ardıcıllıq  əsasən  dərsin  növündən  asılıdır.  Ümumiləşdirici  dərs  zamanı  tədris 
materialının çox hissəsi şagirdlərə tanışdır. Ona görə müəllim dərsin məzmununu iki 
qeyri-bərabər  hissəyə  ayırır.  Şagirdlərə  məlum  olan  məlumatlar  üzrə  təklif  olunan 
tapşırıqlarda  məzmun  anlayışları  və  hissələri  arasında  əlaqənin  yaradılması,    malik 
olduqları  biliklərin  tətbiqi,  konkret  nümunələr  göstərilməsi,  nəticə  çıxarmaq  üçün 
tədqiqat fəaliyyəti tələb edilir.  
Başqa sözlə,  müəllim dərsi planlaşdırarkən diqqət etməlidir ki, şagirdlərə artıq 
məlum  olanları  özü  deməsin,  diskussiyaya  cəlb  etməklə,  cavabları  onlardan  alsın. 
Məlum  olmayanlar  isə  müəllim  tərəfindən  çatdırılmalıdır.  Materialın  müzakirəsinə 
müəllim    nəticə  verir.  Bu  zaman  o,  yadda  saxlamalıdır  ki,  ümumiləşdirilmiş  nəticə 
növbəti  daha  yüksək  nəzəri  səviyyədə  tədris  və  proqnozlaşdırna  üçün  fundamentdir. 
Məsələn, qeyri-üzvi birləşmələrin təsnifatı üzrə ümumiləşdirici dərs oksid, turşu, əsas, 
duzlar  haqqında  artıq  məlum  olan  məlumatlar  əsasında  işlənir.  Ümumiləşdirmə 
zamanı qeyri-üzvi birləşmələrin sinifləri üzrə daha abstrakt anlayış formalaşır ki, o da, 
öz növbəsində, şagirdlərə məlum olmayan maddələrin xassələrini proqnozlaşdırmağa 
imkan verir. 


260 
 
Analoji  didaktik  məqsədlər  praktik  məşğələlərdə  də  qoyulur  ki,  bu  zaman 
biliklərin və praktiki bacarıqların möhkəmləndirilməsi və təkmilləşdirilməsi baş verir. 
 
5.4.4.  Kimyadan təlim nəticələrinin yoxlanılması və qiymətləndirilməsi 
 
Bu fəsli öyrənənlər,  
BİLİR: 

 
Tədris nəticələrinin şifahi yoxlama üsullarını; 

 
Tədris nəticələrinin yazılı yoxlama üsullarını; 

 
Tədris nəticələrinin  müxtəlif  yoxlama üsullarından istifadə metodikasını; 
BACARIR: 

 
Tədris nəticələrinin şifahi yoxlanması üçün sualların tərtibini; 

 
Yoxlama  işlərinin  tərtibi  və  onlara  əsasən  şagirdlərin  bilik  səviyyəsinin 
analizini; 

 
Tədris nəticələrinin yazılı yoxlanması üçün sərbəst işlərin tərtib edilməsini; 

 
Yazılı yoxlama işlərini çətinlik dərəcəsinə görə variantlara bölməyi. 
Şagirdlərin bilik və bacarıqlarının yoxlanılması həm konkret, həm ümumi tədris 
nəticələrinin  dərəcəsinin  göstəricisi  kimi  mühüm  əhəmiyyət  kəsb  edir.  Yoxlama 
sayəsində şagird-müəllim arasında “qarşılıqlı əlaqə” yaranır ki, bu da tədris prosesini 
nizamlamağa imkan verir.  
Qiymətləndirmə 
zamanı  subyektivliyi  azaltmaq  məqsədilə  müəllim 
aşağıdakıları qeyd etməlidir: 

 
Cavabın  tamlığını  (mövzunun  nəzərdə  tutulan  bütün  komponentləri  cavabda 
əks olunubmu); 

 
Cavabın  düzgünlüyünü; 

 
Materialın şərhedilmə məntiqini; 

 
Öyrənilənin dərk olunduğunu (əlavə suallarla  müəyyən edilə bilər); 


261 
 

 
Terminoloji savadı; 

 
Eksperimental bacarıqları. 
Yoxlama 
nəticəsində 
şagirdlərə 
fərdi 
yanaşma 
və 
tədrisin 
differensiallaşdırılması asanlaşır.  
Müəllimin  qiymətləndirməsindən  əlavə,  şagirdlərin  özləri  qiymət  meyarlarını 
müəyyən edər və sonra siniflə birlikdə bunu müzakirə edə bilərlər. 
Məktəblilərin  özünüqiymətləndirmə  üsulundan  istifadəsi  çox  faydalıdır;  bu 
proses  sorğu  vərəqləri  və  anketlərinin  doldurulması  formasında  keçirilə  bilər. 
Şagirdlərin  öz  fəaliyyətlərini  qiymətləndirməsi  vacibdir,  bu  onları  öz  davranışlarına 
məsuliyyətlə  yanaşmağa  sövq  edir,  onlarda  obyektivlik  hissi  tərbiyə  edir,  onlara  öz 
münasibətlərini qarşılıqlı anlaşma prinsipləri üzərində qurmağı öyrədir. Bu qiymətlər 
qeyri-səmimilik  üzündən  təhrif  oluna  bilsə  də,  özünüqiymətləndirmə  və  kənardan 
verilən  qiymətlər  arasındakı  fərq  qrup  və  fərd  üçün  informasiya  mənbəyi  ola  bilər. 
Yekun  qiymət  şagirdin  özünüqiymətləndirməsindən  və  müəllimin  verdiyi  qiymətin 
toplanmasından yarana bilər. 
Yoxlama suallar: 
1.Tədris  nəticələrinin  yoxlanmasının  öyrədici,  tərbiyəedici  və  inkişafedici 
əhəmiyyəti nədən ibarətdir? 
2. Tədris nəticələrinin  yoxlanmasının keçilən dərslərin  məzmunu  ilə nə əlaqəsi 
var? 
3.  Tədris  nəticələrinin  yoxlanması  şagirdin  tədris  materialını  mənimsəməsi  ilə 
necə əlaqəlidir? 
4. Tədris nəticələrinin yoxlanmasının hansı formalarını tanıyırsız? 
5. Differensasiyalaşdırılmış yoxlama nədir? Nə üçün tətbiq edilir? 
6. Biliklərin yoxlanmasının hansı yazılı formalarını tanıyırsınız? 
7. Qarşılıqlı yoxlama kimya dərslərində necə təşkil edilə bilər? 
8. Test tapşırıqlarına verilən tələblər hansılardır? 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə