285
irəliləyişlər qeyd olunur və dəyərləndirilir, nəticə etibari ilə şagirdlərin daha uğurlu
təlim nəticələrinə istiqamətləndirilməsi təmin olunur;
dəstəkləyici mühitin yaradılması – pedaqoji prosesin münasib maddi-
texniki baza əsasında və sağlam mənəvi – psixoloji mühitdə təşkil edilməsi
keyfiyyətin və səmərəliliyin yüksəldilməsi üçün əlverişli və təhlükəsiz təlim şəraiti
yaradır.
6.2. Fəal/interaktiv təlimin mahiyyəti
Yeni pedaqoji texnologiyaların tədrisə tətbiqində əsas məqsəd şagird
fəaliyyətinin interaktivliyinin (qarşılıqlı əlaqədə olmasını) ön plana çəkilməsidir.
Yeni texnologiyalar hər bir fənnin və ya mövzunun tədrisi zamanı yeni təlim
metodlarına, xüsusən interaktiv təlim metodlarına müraciət olunmasını tələb edir.
Fəal/interaktiv təlimin mahiyyəti, onun formaları, mexanizmləri, fəal dərsin
xüsusiyyətləri, mərhələləri, planlaşdırılması və s. haqqında elmi və metodiki
ədəbiyyatlarda geniş məlumatlar və şərhlər verilmişdir. Bu sahədə aparılan
tədqiqatlardan psixoloq Z.Veysova, professor A.Mehrabov, görkəmli pedaqoq
Ə.Ağayevin araşdırmaları daha çox diqqədə layiqdir.
“İnteraktiv” sözünün lüğəti mənası ingilis dilində “qarşılıqlı fəaliyyətə
əsaslanan” deməkdir.
Ə.Ağayevin fikrincə interaktiv təlim dedikdə dərsdə yaranan, təlim prosesində
meydana çıxan şagirdlərarası öyrənmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird
birliyi nəzərdə tutulur. İnteraktiv metodlar isə həmin prosesdə öyrənmək və
anlaşmaya, eləcə də irəlidə qeyd edilən bacarıq və keyfiyyətlərə şagirdlərin
yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələrdir.
Professor A.Mehrabov qeyd edir ki, təlim prosesində öyrədən və öyrənənin
qarşılıqlı münasibətinin formalarını əks etdirən müxtəlif üsul və yanaşmaların
məcmusu təlim metodlarını müəyyənləşdirir. Müasir anlamda təlim prosesi öyrədən
286
və öyrənən arasındakı qarşılıqlı təsirlərin elə münasibətlərini nəzərdə tutur ki, bunun
nəticəsində öyrənənlər qazansınlar.
Fəal/interaktiv təlimdən tədris prosesində, xüsusilə də kimya fənninin
tədrisində istifadə edilməsi, şagirdlərin fəallıqlarının artırılmasına, məntiqi
təfəkkürlərinin inkişaf etdirilməsinə, yaradıcılıq qabiliyyətlərinin formalaşmasına və
bütövlükdə təlimin keyfiyyətinin yaxşılaşmasına şərait yaradaraq təhsildə
demokratikləşdirmə,
humanistləşdirmə,
differensiallaşdırma,
fərdiləşdirmə,
inteqrasiya prinsiplərini həyata keçirməyə imkan verir.
Fəal/interaktiv təlim metodu şagirdlərin əqli inkişafını maksimum dərəcədə
təmin edən, fənn üzrə bilikləri şüurlu surətdə mənimsəmələrinə səbəb olan və tədris
işində onlarda müstəqillik fəaliyyətinin tərbiyə olunmasına köməklik göstərən
inkişafetdirici təlim və onun əsas elementi hesab edilən, müasir şagirdlərin
təfəkkürünün və digər əqli keyfiyyətlərinin inkişaf etdirilməsini, onların idrak
fəaliyyətinin və müstəqilliyinin artırılmasını, biliyin şüurlu mənimsənilməsinə nail
olmasını təmin edən problemli təlim priyomunun praktikada tətbiqinin nəticəsi kimi
yaranmağa başladı.
Problemli təlimdə şagirdlər, müntəzəm olaraq müəllim tərəfindən axtarışlar
prosesinə, yeni problemin sübuta yetirilməsi, biliklərin müstəqil əldə edilməsi,
əvvəllər öyrənilmişlərin tətbiqi və yaradıcı fəaliyyətə yiyələnməyə sövq edilir. Lakin
bu deyilənlərin yerinə yetirilməsində müəllim bu və ya digər dərəcədə köməkçi
rolunu oynayır və problemli vəziyyət bütün hallarda deyil, müəyyən şəraitdə yaradılır.
Fəal/interaktiv təlim, şagirdlərin fəal fəaliyyətini təmin etməklə problemli
şəraitin yaradılmasına, əməkdaşlığa, təfəkkürün müstəqilliyinə, sərbəstliyə,
şagirdlərin fəal dərketmə mövqeyinə, biliklərin müstəqil əldə edilməsinə, yaradıcı
tətbiqinə, sərbəst fikir söyləməsinə, sübuta yetirilməsinə əsaslanır. Bu təlimin tətbiqi
prosesində müəllimin fəaliyyəti, biliklərin əldə edilməsi üçün sinifdə işgüzar, əlverişli
psixoloji mühitin yaradılması, biliklərin axtarılması prosesinin təşkili və şagirdlərin
biliyini obyektiv qiymətləndirməsi ilə xarakterizə olunur.
287
Fəal/interaktiv təlimin konkret tərifini belə verirlər: Fəal/interaktiv təlim
şagirdlərin fəal idrak fəaliyyətinə əsaslanan və təhsil prosesinin digər iştirakçıları ilə
əməkdaşlıq şəraitində həyata keçirilən təlimdir. İnteraktiv təlimdə əsas məqsəd şagirdi
təlimin subyekti etmək, onu oxumağa qabil insan kimi tərbiyə etməkdir. Bu prosesdə
fəallıq mühüm yer tutur. Hər şagirdin öz fikri, ideyası olur, zəif şagird də fəallaşır.
İnteraktiv təlim şagirdlərə bilikvermə prosesində həm də onları iradi, əxlaqi,
əqli, estetik-mədəni, hüquqi, ekoloji, iqtisadi və digər dəyərlər yönümündə inkişaf
etdirir, formalaşdırır.
Fəal/interaktiv təlim metodu aşağıda göstərilən müasir təlim prinsiplərinə
əsaslanan təlimdir:
1. Şəxsiyyətə yönəlmiş təlim prinsipi. Bu prinsipə görə şagirdin bir şəxsiyyət
olaraq təlim prosesinin obyekti kimi çıxış etməsi vacibdir. Təlim uşağın, maraq və
tələbatına, onun bilik səviyyəsinə, imkan və qabiliyyətlərinə yönəlməlidir.
2. Fəal idrak prinsipi. Bu prinsipə görə tədris prosesi elə təşkil olunmalıdır ki,
o, idrak fəallığı, təbii öyrənmə fəaliyyəti doğursun, şagirddə yeni biliklərə yiyələnmək
həvəsi yaratsın. İdrak fəallığı ilk növbədə təfəkkürün fəallaşdırılması əsasda yaranır.
3. İnkişafetdirici təlim prinsipi. Görkəmli rus psixoloqu, müasir pedaqoji
psixologiyanın banilərindən biri olan L.S.Vigotskinin nəzəriyyəsinə görə təlim
inkişafı qabaqlamalı, uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yönəlməlidir. Bu
inkişaf zonasında uşağın potensial imkanları mərkəzləşdirilib, onları aktuallaşdırmaq
üçün xüsusi təlim şəraiti yaradılmalıdır. İnkişafetdirici təlim ilk növbədə təfəkkürü və
yaradıcılığı formalaşdırmalıdır.
4. “Qabaqlayıcı təlim prinsipi”. Müasir dövrdə baş verən sürətli dəyişikliklər
təlimin qarşısında şagirdlərin həyata hazırlanması məsələsini daha kəskin qoyur.
Bunun üçün ilk növbədə təlim cəmiyyətin inkişaf meyllərini əks etdirməli və yeni
nəsli yaxın gələcəkdə həyat şəraitinə hazırlamalıdır. Məktəb şagirdə baza bilik,
bacarıq və vərdişləri verməklə kifayətlənməməlidir. O, eyni zamanda şagirddə idrak
fəallığı, hər şeyi öyrənmək həvəsi və digər zəruri keyfiyyətləri formalaşdırmalıdır.
Dostları ilə paylaş: |