275
Pedaqoji texnologiya anlayışı
Pedaqoji texnologiyalar pedaqogikanın bir predmeti kini XX əsrin 30-cu
illərindən ABŞ-da təlimin audiovizual proqramının qəbul edilməsi ilə başlayır. İnkişaf
etmiş ölkələrdə pedaqoji texnologiyaların kütləvi tətbiqi isə keçən əsrin 60-cı
illərindən başlanılmışdır. Hazırda dünyanın bir çox ölkələrinin orta məktəblərində
pedaqoji texnologiyalardan istifadə edilir və bu istiqamətdə artıq böyük uğurlara nail
olunmuşdur.
Pedaqoji texnologiyaların tarixi, inkişaf yolları və onların təlim prosesində
sistemli istifadəsi haqqında ətraflı məlumatı texniki elmlər doktoru, professor Abdulla
Mehrabov, psixologiya elmləri doktoru, professor Əbdül Əlizadə, pedagoji elmlər
doktoru, professorlar Yəhya Kərimov, Əmrulla Paşayev, pedaqogika üzrə fəlsəfə
doktoru Ənvər Abbasov, pedaqoji elmlər namizədi Akif Əliyev vermişdir.
Akademik A.Mehrabovun, dosent Ə.Abbasov, aparıcı mütəxəssislər
Z.Zeynalov və R.Həsənovla birgə hazırladıqları “Pedagoji texnologiyalar”
(“Mütərcim nəşriyyatı, Bakı, 2006) monoqrafiyasında pedaqoji texnologiyaların
sosial mahiyyəti geniş şərh olunur.
Pedaqoji texnologiyalar yalnız təhsilin elementi kimi deyil, həmçinin onun
məqsədi, məzmunu, prosesi və nəticəsi kimi xidmət göstərir.
Texnologiya yunan mənşəli söz olub, sənətə sistemli yanaşma deməkdir.
Burada yanaşma dedikdə, problemlərə yönəlmiş, müəyyən prinsiplər əsasında idarə
olunan yollar və vasitələr başa düşülür. Başqa sözlə, texnologiya müəyyən sahələrdə
biliklər sisteminin tətbiqi nəticəsində xüsusi metodlardan istifadə edərək tapşırığı
yerinə yetirmək tərzi kimi dərk olunur.
Təhsil texnologiyaları təhsil sahəsinin özünəməxsus xüsusiyyətlərini müvafiq
yanaşmalardan və metodlardan istifadə edərək inkişaf etdirilməsinin nəticəsi kimi,
tədris texnologiyaları isə tədris prosesinin xüsusiyyətlərini müvafiq metodlardan
istifadə edərək təlim prosesinin həyata keçirilməsinin təşkili kimi başa düşülməlidir.
276
Təlim texnologiyasını təhsilin məqsədi, məzmunu və metodları baxımından
müxtəlif yanaşmada qəbul etmək olar.
Təhsilin məqsədi kimi təlim texnologiyasını fənnləri tədris etmək və öyrənmək;
elmi, analitik, refleksiv və yaradıcı təfəkkür bacarıqlarını, problemi həll etmə
qabiliyyətlərini inkişaf etdirmək; beynəlxalq səviyyədə münasibətlər yaratmaq;
insanlara və cəmiyyətə xeyir verə bilən şəxsiyyət formalaşdırmaq kimi başa düşmək
olar.
Təlim texnologiyasını təhsilin məzmununun ifadəçisi kimi belə qəbul etmək
olar ki, təlim texnologiyaları əsas təlim vərdişlərinə daxil olmaqla öyrənilən fənnlərə
aid geniş məlumatları əldə etməyə imkan verir, yüksək səviyyəli təfəkkürü, əmək-
daşlığı və problemlərin həllini təmin edir.
Təlim texnologiyasına təhsil metodları kimi yanaşdıqda belə hesab etmək olar
ki, onlar tədris və təlim üçün güclü bir alətdir. Ümumilikdə təlim texnologiyası təlim
prosesi və onun nəticəsi zəminində belə başa düşülür ki, təlim texnologiyalarının
funksiyaları təhsil prosesinin hər bir aspektində mövcuddur və hər bir mərhələdə,
fənndə, pillədə öz əksini tapır.
Ümumiyyətlə, pedaqoji texnologiya mahiyyət etibari ilə təlim-tərbiyə
prosesinin layihələşdirilməsinin sistemli metodu kimi səciyyələndirilir.
Yaponiya, ABŞ və Rusiya alimlərinin pedaqoji texnologiya haqqında fikirlərini
təhlil edən prof. A.Mehrabov göstərir ki, rus pedaqoqu G.K.Selevkovun “Müasir
təhsil texnologiyaları” kitabında 50-yə yaxın pedaqoji texnologiyalardan danışılır və
bunların da hamısı təhsilin inkişaf istiqamətlərini və müasir tendensiyalarını əhatə
edir. Müəllif qeyd edir ki, texnoloqiyalara müxtəlif təriflər verilmişdir.
Y.T.Lixaçova görə pedaqoji texnologiya təlim-tərbiyə vasitələrinin forma,
metod, üsul və yollarının məcmusu olub pedaqoji prosesin təşkilati metodik alətidir.
V.P.Bespalko pedaqoji texnologiyanı tədris prosesinin reallaşdırılmasınının
texniki məzmunu hasab edir.
277
İ.P.Volxov pedaqoji texnologiyaya təlimdə əldə olunmuş yüksək nəticələrin
planlaşdırma prosesinin təsviri kimi baxır.
İ.M.Monoxov isə pedaqoji texnologiyaya təlim prosesinin layihələşdirilmısi,
təşkili və həyata keçirilməsində birgə pedaqoji fəaliyyətin bütün detalları ilə
hazırlanmış modeli kimi yanaşır.
Təhsil Problemləri İnstitutunun əməkdaşı pedaqoji elmlər namizədi Akif
Əliyev də “Yeni pedaqoji texnologiyalar və kimyanın tədrisində onlardan istifadənin
metodikası” (“Mütərcim” nəşriyyatı Bakı, 2009) adlı monoqrafiyasında pedaqoji tex-
nologiyalara müasir ədəbiyyatlarda verilən təriflər barədə ətraflı məlumat vermişdir.
Onlardan bir neçəsini olduğu kimi təqdim edirik:
texnologiya tədris prosesi üçün müxtəlif üsulların, vasitələrin, tədris
avadanlığının, təlimin texniki vasitələrinin işlənilməsi və tətbiqidir;
texnologiya
sosial
idarəetmə
və
təbiət
elmlərinin
qanun
və
qanunauyğunluqlarına əsaslanaraq optimal öyrədici sistemlərin layihələşdirilməsi və
tətbiqi ilə məşğul olan geniş elm sahəsidir;
pedaqoji prosesdə texnologiya – nəzərdə tutulmuş məqsədlərin yerinə
yetirilməsini təmin etməyə imkan verən, elmi əsaslar üzərində qurulmuş, məkan və
zaman səviyyəsində proqramlaşdırılmış pedaqoji prosesin bütün komponentlərinin
birgə fəaliyyət sistemidir;
pedaqoji texnalogiya – layihələşdirmə təlimin təşkili və aparılması üzrə
pedaqoji fəaliyyətin hərtərəfli düşünülmüş modelidir;
pedaqoji texnologiya – fərdilik prinsipi nəzərə alınmaqla dərs prosesində həyata
keçirilən, müəllim və şagirdlərin birgə, qarşılıqlı fəaliyyətidir;
pedaqoji texnologiya – müəllim və şagirdlərin müəyyən dərəcədə
planlaşdırılmış elə pedaqoji fəaliyyətidir ki, nəticədə təhsilin dövlət standartlarında
nəzərdə tutulan bilik, bacarıq və vərdişlər əldə edilir;
Bu və digər təriflər ümumiləşdirilərək daha tam və dolğun şəkildə aşağıdakı
kimi ifadə olunur:
Dostları ilə paylaş: |