281
İnkişafetdirici təlim texnologiyalarının tətbiqi şagirdlərin intellektual
qabiliyyətlərinin, onların bir şəxsiyyət, bir fərd kimi özünəməxsus daxili inkişaf
mexanizmilərinin hərəkətə gəlməsinə kömək edən təlim metodlarından daha çox
istifadə edilir.
Şəxsiyyətyönümlü və inkişafetdirici təlim texnologiyaları yeni pedaqoji
texnologiyalar adlandırılır.
Pedaqoji texnologiyaların doqquz prinsipinin olması qeyd edilir.
1. Tərbiyəedici təlim prinsipi
2. İnkişafetdirici təlim prinsipi.
3. Təlimdə müvəffəqiyyət əldə etmək prinsipi.
4. Bütün şagirdlərlə əks-əlaqə prinsipi.
5. Müntəzəm olaraq təkraretmə prinsipi.
6. Optimal psixi gərginlik prinsipi.
7. Təlim prosesində şagirdlərin maksimum iştirakı prinsipi.
8. Təlimdə yaxın inkişaf zonasına yönəltmə prinsipi.
9. Müəllim və şagirdlərin vahid məqsədlər üçün birləşməsi prinsipi.
Müasir məktəb praktikasında şəxsiyyətyönümlü təlim texnologiyalarının daha
geniş tətbiq olunanları aşağıdakılardır:
1.
Əməkdaşlıqla təlim; 2. Müxtəlif səviyyələrin təlimi; 3. Biliklərin tam
mənimsənilməsi; 4. Layihələr metodu ilə təlim; 5. Modullarla təlim texnologiyaları.
Əməkdaşlıqla (kollektiv) təlim texnologiyası. Bu təlim texnologiyasından
məktəblərdə daha geniş istifadə edilir. Onun əsas ideyası nəyisə birlikdə yerinə
yetirmək yox, birlikdə öyrənməkdir. Əməkdaşlıqla təlim texnologiyası XX əsrin 80-cı
illərində ABŞ və İsrail pedaqoqları tərəfindən işlədilmişdir.
Lahiyələr metodu ilə təlim texnologiyası. Bu metodun əsas mahiyyəti şagirdlərə
əldə etdikləri biliklərin həyatda onlara lazım olacağını göstərməkdir. Bunun üçün
müəllim yeni informasiyaların alınma mənbəyini göstərərək, şagirdi istiqamətləndirə
bilər. Hər hansı vacib problemi həll etmək üçün şagird fəaliyyəti layihələşdirilir.
282
Layihələşdirilmədə şagirdlərin özləri əsas rol oynayır, müəllim isə onları
istiqamətləndirir. Metodun əsas ideyası sərbəst tərbiyədir.
“Layihələr metodu”nda şagirdlər fərdi, cütlər, qruplar şəklində müəyyən vaxt
ərzində müstəqil fəaliyyət göstərməyə, həmişə hansısa bir problemi həll etməyə
yönəldilir. Problemin həllində müxtəlif təlim metodları və təlim vasitələri tətbiq
edilməklə yanaşı, həm də müxtəlif elm, texnika və texnologiya sahələrinə aid
biliklərdən istifadə edilməsi nəzərdə tutulur.
Modul üzrə təlim texnologiyası. Bu təlim metodunda şagirdlər müstəqil olaraq
dərsdə və dərsdənkənar vaxtlarda modulla iş prosesində konkret təlim məqsədlərinə
nail olurlar. Burada da müəllim, şagirdlərin müstəqil işlərinin təşkilatçısı, birgə
fəaliyyətin iştirakçısı olur.
Təlimdə “modul” anlayışı dedikdə, tədris materialının bitkin məzmununu və
onu mənimsəmək texnologiyasını özündə birləşdirən bir kompleks nəzərdə tutulur.
283
VI FƏSİL.
TƏLİM STRATEGİYALARI
Təlim strategiyaları təlim (tədris) prosesində istifadə olunan forma, üsul, vasitə
və yanaşmaların məcmususdur. Yeni kurikulumlarda təlim strategiyaları anlayışının
işlənməsi və pedaqoji prosesin təşkilində ondan daha səmərəli istifadə olunması ilk
növbədə əsas pedaqoji anlayışlardan biri kimi təhsilin müasir tələblər baxımından
izahını tələb edir. Başqa sözlə təhsilin şəxsiyyətyönümlü xarakteri ona təkcə nəticə,
sadəcə proses kimi deyil, bir neçə mövqedən yanaşmağı tələb edir: təhsil dəyərdir,
təhsil prosesdir, təhsil nəticədir.
İlk növbədə təhsilə özündə dili, mentaliteti, milli bacarıqları, adət-ənənələri
ehtiva edən dəyər kimi baxılır. Bu dəyərlərin formalaşmasında şəxsiyyətin
istiqamətləndirilməsi, mədəniyyətlilik, kollektivçilik, sistemlilik, bütövlük əsas
aparıcı prinsiplər kimi çıxış edir.
Özünəməxsus sistemə malik olan təhsil pillələri mövcuddur. Gözlənilən
nəticələri ilə fərqlənən bu pillələr bir-birini tamamlayır, ardıcıl sıralanmaqla təhsilin
ümumi sistemini təşkil edir və demokratikləşmə, humanistləşdirmə, fiferensiasiya,
fərdiləşmə, sosiallaşdırma, variativlilik, inkluzivlik kimi prinsiplər əsas rol oynayır.
Təhsil insanın sosiallaşma prosesində ümumbəşəri və milli dəyərlərə
yiyələnməsini davamlı bir fəaliyyət kimi əhatə ediyindən ona həm də proses kimi
yanaşılır. Onun didaktik əsasını isə təbiətə müvafiqlik, praktiklik, istiqamətlilik,
variativlik, mərhələlilik, fərdi ehtiyacların nəzərə alınması və fasiləsizlik təşkil edir.
Təhsil həm də bütövlükdə müəllim və şagird fəaliyyətinin yekunu olduğundan
ona nəticə kimi baxılır, bütöv birmərhələli prosesin sonu kimi dəyərləndirilir.
Yeni fənn kurikulumlarında təlim strategiyaları aşağıdakı məsələləri əhatə edir:
Təlimin təşkilinə verilən əsas tələblər
Təlim fəaliyyətinin planlaşdırılması
Təlimin təşkilində istifadə olunan forma və üsullar
284
6.1.Təlim prosesi və onun təşkili prinsipləri
Təlim prosesi ardıcıl olaraq inkişaf etməklə dövrdən asılı olaraq özünəməxsus
xarakter kəsb edir. Şəxsiyyətyönümlü təhsil sistemində pedaqoji prosesin əsas
iştirakçıları olan müəllim və şagirdlərin funksiyası dəyişərək, fəaliyyətləri əvvəlcədən
müəyyən olunmuş nəticələrə əsasən qurulur. Müəllim kurikulumlara uyğun
inteqrasiya olunmuş planlarla yanaşı, özü yaradıcı fəaliyyət göstərməklə yeni
texnologiyalar hazırlayır və ya mövcud olanlardan ən münasibini seçir. Bu halda
müəllim və şagird şəxsiyyəti təlimin subyekti kimi çıxış edir. Şagirdlər öz
təfəkkürünün, düşüncəsinin təşkilatçısı, müəllimlər isə şagirdin inkişafı üçün əlverişli
təlim mühitinin yaradıcısı olur. Müəllimin informasiya vermək sahəsindəki fəaliyyəti
məhdudlaşır və o, daha çox sinif şəraitində təlim fəaliyyətini əlaqələndirən,
istiqamətləndirən məsləhətçi kimi şagirdlərin müstəqil fəaliyyətini, fəal yaradıcılığını
təşkil edən subyektə çevrilir. Yeni kurikulumlara uyğun pedaqoji prosesin təşkilində
aşağıdakı didaktik prinsiplərin əsas götürülməsi zəruri hesab edilir:
pedaqoji prosesin tamlığı – pedaqoji prosesdə təlim məqsədləri kompleks
(öyrədici (təhsil), inkişafetdirici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə
yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
təlimdə bərabər imkanların yaradılması – bütün şagirdlərə eyni təlim
şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla
tənzimlənir;
şagirdyönümlülük – şagird pedaqoji prosesin mərkəzində dayanır. Bütün
tədris və təlim işi şagirdlərin maraq və tələbatlarının ödənilməsinə, onların istedad və
qabiliyyətlərinin, potensial imkanlarının inkişafına yönəldilir;
inkişafyönümlülük – şagirdlərin idrak fəallığı izlənilir, nailiyyətləri təhlil
edilir, bilik, bacarıq və vərdişlərinin inkişaf səviyyəsi tənzimlənir;
fəaliyyətin stimullaşdırılması – pedaqoji prosesin səmərəli və effektiv
qurulması, şagirdlərin təlimə marağının artırılması üçün onların fəaliyyətindəki bütün
Dostları ilə paylaş: |