Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə75/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   71   72   73   74   75   76   77   78   ...   111

254 
 
kağız  (yod-kraxmal  kağızı).  Kationların  və  anionların  fəallıq  sırasını  əks  etdirən 
tablolar. 
Dərsin  gedişində  motivasiyanı  maddələrin  elektrolizinə  aid  təcrübəni 
göstərməklə yaratmaq və sonrakı mərhələləri müvafiq qaydada davam etdirmək olar. 
Kimya  fənninin  tədrisinin  ilk  mərhələlərində  hadisələr,  maddələr,  onların 
tərkibi,  quruluşu,  atom  və  molekullar,  onların  hərəkəti  və  s.-ə  aid  fizikadan  (fizika 
fənni kimyadan bir il əvvəl keçilir)  müvafiq  materiallara aid  internet görüntülərindən 
istifadə  etmək,  təqdimatlar  hazırlamaqla  motivasiya  yaratmaq  və  şagirdləri  kimyanın 
sonrakı  mərhələlərinin  öyrənilməsinə  maraqlandırmaq  olar.  Zülalların  tədrisində 
biologiya  fənni  ilə  əlaqə  yaratmamaq  qeyri-mümkündür.  Belə  misalların  sayını 
artırmaq olar. 
 
5.4.2. Müasir planlaşdırma növləri 
 
Azərbaycan  Respublikasının  ümumi  təhsil  sistemində  aparılan  kurikulum 
islahatında  təlimin  müasir  tələblərə  uyğun  planlaşdırılması  və  təşkilinə  geniş  yer 
verilir.  Təlim-tərbiyə  işini  planlaşdırmağın  iki  əsas  növü  vardır:  Perspektiv  (illik)  və 
cari  (gündəlik)  planlaşdırma.  Perspektiv  planlaşdırmada  tədris  vahidinin  nə  zaman 
və  hansı  ardıcıllıqla  tədris  ediləcəyi  göstərilir.  Eyni  zamanda  hər  tədris  vahidinə 
ayrılacaq vaxt qeyd edilir. Fənnin planlaşdırılması aşağıdakı  ardıcıllıqla aparılır: 
Perspektiv (illik) planlaşdırılmada: 
1.
 
Sinif üzrə standartlar nəzərdən keçirilir. 
2.
 
Tədris vahidləri müəyyən edilir. 
3.
 
Tədris vahidlərinin ardıcıllığı müəyyənləşdirilir. 
4.
 
Tədris vahidləri üzrə vaxt bölgüsü aparılır. 
5.
 
Təlim strategiyaları müəyyən edilir. 
6.
 
Resurslar seçilir. 
7.
 
Qiymətləndirmə texnologiyası seçilir. 


255 
 
Cari (gündəlik) planlaşdırmada: 
1.
 
İllik planlaşdırmadan istifadə edərək məzmun müəyyənləşdirilir. 
2.
 
Standartlar əsasında məqsədlər müəyyən olunur. 
3.
 
Strategiya hazırlanılır. 
4.
 
Resurslar seçilir. 
5.
 
Qiymətləndirmənin üsulları və meyarları müəyyənləşdirilir. 
6.
 
Dərs planı hazırlanır. 
Məzmunun müəyyənləşdirilməsi zamanı: 

 
illik planlaşdırma nəzərdən keçirilir 

 
həftəlik tədris vahidi nəzərdən keçirilir 

 
tematik plana əsasən dərsin mövzusu seçilir 
Məqsədlərin müəyyən olunması zamanı: 

 
müəllim tədris vahidi üçün planlaşdırılmış məzmun standartlarını və onun alt 
standartlarını nəzərdən keçirir 

 
dərsin məqsədləri müəyyənləşdirilir 
Strategiyanın hazırlanması zamanı: 

 
məqsədlərin reallaşmasına yararlı təlim forması və üsulları seçilir. 

 
strategiyaların  həyata  keçirilməsi  üçün  uyğun  didaktik  materiallar 
müəyyənləşdirilir. 
Resursların  seçilməsi  zamanı  illik  planlaşdırmada  nəzərdə  tutulmuş 
resurslar: 

 
dərslik, digər ədəbiyyat, 

 
laboratoriya avadanlıqları, 

 
didaktik materiallar və s. əldə edilir. 
Qiymətləndirmənin  meyarları  və  üsullarının  müəyyənləşdirilməsi  zamanı 
testlər, suallar və tapşırıqlar tərtib olunur, məzmuna uyğun meyarlar seçilir. 
Qiymətləndirmə prosesində: 


256 
 

 
testlər vasitəsilə şagirdlərin idrak bacarıqları, 

 
müsahibə və müşahidə yolu ilə şagirdin maraq və meylləri, 

 
müşahidə üsulu ilə mənəvi dəyərləri yoxlanılır. 
Dərsin planı aşağıdakı ardıcıllıqla tərtib olunur: 

 
Standarlar 

 
Dərsin mövzusu 

 
Dərsin məqsədləri 

 
Təlim üsulları 

 
Sinifdə iş formaları 

 
İstifadə ediləcək resurslar 

 
Dərsin mərhələlərlə gedişinin təsviri 
5.4.3. Kimyadan dərsin planlaşdırılması və keçirilməsi metodikasi 
 
Bu fəsli öyrənənlər,  
BİLİR: 

 
Kimya dərslərini təkmilləşdirməyin əsas istiqamətlərini; 

 
Kimya dərslərinin keçirilməsində müəllimlərin nailiyyətlərini; 

 
Kimya tədrisinin müasir texnologiyalarını; 
BACARIR: 

 
Ayrı-ayrı mövzular üzrə dərsləri planlaşdırmağı; 

 
Kimyadan keçiləcək konkret dərs üçün resursları hazırlamağı; 

 
Dərsi modelləşdirməyi; 

 
Məzmunu  planlaşdırmağı,  dərsin  məqsədini  və  əsas  ideyasını  müəyyən 
etməyi; 

 
Dərs  metodlarını  müəllim  və  şagirdlərin  fəaliyyətinin  analizi  əsasında 
seçməyi; 

 
Pedaqoji təcrübəni öyrənmək məqsədilə metodiki ədəbiyyatla işləməyi; 


257 
 

 
Dərsin hansı  quruluşda seçilməsinin əsaslandırılmasını; 

 
Kimya dərsini təhlil etməyi. 
 
Yoxlama suallar: 
1)
 
Kimya dərsinə qoyulan əsas tələblər. 
2)
 
Didaktik  məqsədlər  və  dominantlıq  təşkil  edən  üsullara  görə  dərslərin 
təsnifatlandırılması. 
3)
 
Dərsin quruluşu. 
4)
 
Dərsin təhlilinə verilən tələblər. 
 
Kimya kursu üzrə ayri-ayri mövzularin planlaşdirilmasi 
 
Proqram və dərslik əsasında mövzunun kimya kursunda yerini müəyyən edin. 
  Bunun üçün: 

 
Seçilmiş mövzudan əvvəl və sonra gələn mövzuları öyrənin; 

 
Praktiki  məşğələlər  (proqramla  planlaşdırılmışsa)  və  yoxlama  işləri  də  daxil 
olmaqla, mövzunun öyrənilməsinə ayrılan saatların sayına diqqət edin; 

 
Kimya kursunda mövzunun yerini əsaslandırın; 

 
Proqram və dərsliyə görə verilmiş mövzudakı yeni nəzəri anlayışları və vacib 
olan əsas anlayışları müəyyən edin; 

 
Mövzunun  öyrənilməsi  məqsədini,  onun  öyrədici  və  inkişafetdirici 
xarakterini müəyyən edin; 

 
Dərslərin  ardıcıllığını  müəyyən  edin  və  mövzu  üzrə  dərslərin  sistemini  əks 
etdirən cədvəli qurun. 
                                                                                        
 
 
 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə