254
kağız (yod-kraxmal kağızı). Kationların və anionların fəallıq sırasını əks etdirən
tablolar.
Dərsin gedişində motivasiyanı maddələrin elektrolizinə aid təcrübəni
göstərməklə yaratmaq və sonrakı mərhələləri müvafiq qaydada davam etdirmək olar.
Kimya fənninin tədrisinin ilk mərhələlərində hadisələr, maddələr, onların
tərkibi, quruluşu, atom və molekullar, onların hərəkəti və s.-ə aid fizikadan (fizika
fənni kimyadan bir il əvvəl keçilir) müvafiq materiallara aid internet görüntülərindən
istifadə etmək, təqdimatlar hazırlamaqla motivasiya yaratmaq və şagirdləri kimyanın
sonrakı mərhələlərinin öyrənilməsinə maraqlandırmaq olar. Zülalların tədrisində
biologiya fənni ilə əlaqə yaratmamaq qeyri-mümkündür. Belə misalların sayını
artırmaq olar.
5.4.2. Müasir planlaşdırma növləri
Azərbaycan Respublikasının ümumi təhsil sistemində aparılan kurikulum
islahatında təlimin müasir tələblərə uyğun planlaşdırılması və təşkilinə geniş yer
verilir. Təlim-tərbiyə işini planlaşdırmağın iki əsas növü vardır: Perspektiv (illik) və
cari (gündəlik) planlaşdırma. Perspektiv planlaşdırmada tədris vahidinin nə zaman
və hansı ardıcıllıqla tədris ediləcəyi göstərilir. Eyni zamanda hər tədris vahidinə
ayrılacaq vaxt qeyd edilir. Fənnin planlaşdırılması aşağıdakı ardıcıllıqla aparılır:
Perspektiv (illik) planlaşdırılmada:
1.
Sinif üzrə standartlar nəzərdən keçirilir.
2.
Tədris vahidləri müəyyən edilir.
3.
Tədris vahidlərinin ardıcıllığı müəyyənləşdirilir.
4.
Tədris vahidləri üzrə vaxt bölgüsü aparılır.
5.
Təlim strategiyaları müəyyən edilir.
6.
Resurslar seçilir.
7.
Qiymətləndirmə texnologiyası seçilir.
255
Cari (gündəlik) planlaşdırmada:
1.
İllik planlaşdırmadan istifadə edərək məzmun müəyyənləşdirilir.
2.
Standartlar əsasında məqsədlər müəyyən olunur.
3.
Strategiya hazırlanılır.
4.
Resurslar seçilir.
5.
Qiymətləndirmənin üsulları və meyarları müəyyənləşdirilir.
6.
Dərs planı hazırlanır.
Məzmunun müəyyənləşdirilməsi zamanı:
illik planlaşdırma nəzərdən keçirilir
həftəlik tədris vahidi nəzərdən keçirilir
tematik plana əsasən dərsin mövzusu seçilir
Məqsədlərin müəyyən olunması zamanı:
müəllim tədris vahidi üçün planlaşdırılmış məzmun standartlarını və onun alt
standartlarını nəzərdən keçirir
dərsin məqsədləri müəyyənləşdirilir
Strategiyanın hazırlanması zamanı:
məqsədlərin reallaşmasına yararlı təlim forması və üsulları seçilir.
strategiyaların həyata keçirilməsi üçün uyğun didaktik materiallar
müəyyənləşdirilir.
Resursların seçilməsi zamanı illik planlaşdırmada nəzərdə tutulmuş
resurslar:
dərslik, digər ədəbiyyat,
laboratoriya avadanlıqları,
didaktik materiallar və s. əldə edilir.
Qiymətləndirmənin meyarları və üsullarının müəyyənləşdirilməsi zamanı
testlər, suallar və tapşırıqlar tərtib olunur, məzmuna uyğun meyarlar seçilir.
Qiymətləndirmə prosesində:
256
testlər vasitəsilə şagirdlərin idrak bacarıqları,
müsahibə və müşahidə yolu ilə şagirdin maraq və meylləri,
müşahidə üsulu ilə mənəvi dəyərləri yoxlanılır.
Dərsin planı aşağıdakı ardıcıllıqla tərtib olunur:
Standarlar
Dərsin mövzusu
Dərsin məqsədləri
Təlim üsulları
Sinifdə iş formaları
İstifadə ediləcək resurslar
Dərsin mərhələlərlə gedişinin təsviri
5.4.3. Kimyadan dərsin planlaşdırılması və keçirilməsi metodikasi
Bu fəsli öyrənənlər,
BİLİR:
Kimya dərslərini təkmilləşdirməyin əsas istiqamətlərini;
Kimya dərslərinin keçirilməsində müəllimlərin nailiyyətlərini;
Kimya tədrisinin müasir texnologiyalarını;
BACARIR:
Ayrı-ayrı mövzular üzrə dərsləri planlaşdırmağı;
Kimyadan keçiləcək konkret dərs üçün resursları hazırlamağı;
Dərsi modelləşdirməyi;
Məzmunu planlaşdırmağı, dərsin məqsədini və əsas ideyasını müəyyən
etməyi;
Dərs metodlarını müəllim və şagirdlərin fəaliyyətinin analizi əsasında
seçməyi;
Pedaqoji təcrübəni öyrənmək məqsədilə metodiki ədəbiyyatla işləməyi;
257
Dərsin hansı quruluşda seçilməsinin əsaslandırılmasını;
Kimya dərsini təhlil etməyi.
Yoxlama suallar:
1)
Kimya dərsinə qoyulan əsas tələblər.
2)
Didaktik məqsədlər və dominantlıq təşkil edən üsullara görə dərslərin
təsnifatlandırılması.
3)
Dərsin quruluşu.
4)
Dərsin təhlilinə verilən tələblər.
Kimya kursu üzrə ayri-ayri mövzularin planlaşdirilmasi
Proqram və dərslik əsasında mövzunun kimya kursunda yerini müəyyən edin.
Bunun üçün:
Seçilmiş mövzudan əvvəl və sonra gələn mövzuları öyrənin;
Praktiki məşğələlər (proqramla planlaşdırılmışsa) və yoxlama işləri də daxil
olmaqla, mövzunun öyrənilməsinə ayrılan saatların sayına diqqət edin;
Kimya kursunda mövzunun yerini əsaslandırın;
Proqram və dərsliyə görə verilmiş mövzudakı yeni nəzəri anlayışları və vacib
olan əsas anlayışları müəyyən edin;
Mövzunun öyrənilməsi məqsədini, onun öyrədici və inkişafetdirici
xarakterini müəyyən edin;
Dərslərin ardıcıllığını müəyyən edin və mövzu üzrə dərslərin sistemini əks
etdirən cədvəli qurun.
Dostları ilə paylaş: |