Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə71/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   67   68   69   70   71   72   73   74   ...   111

240 
 
3.1.1.  Metallar  və  qeyri-metallara,  onların  mühüm  birləşmələrinə,  sadə  üzvi 
birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir. 
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir. 
3.2.1.  Metallar  və  qeyri-metallara,  onların  birləşmələrinə,  sadə  üzvi 
birləşmələrə aid kimyəvi prosesləri modelləşdirir. 
 
4. Kimya və həyat 
Şagird: 
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir. 
4.1.1.  Metallar  və  qeyri-metalların,  onların  birləşmələrinin,  sadə  üzvi 
birləşmələrin tətbiqinə və həyatda roluna dair referatlar hazırlayır. 
4.2.  Ətraf  mühitin  kimyəvi  maddələrlə  çirklənməsinə  və  onun  aradan 
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir. 
4.2.1.  Metallar  və  qeyri-metalların,  onların  birləşmələrinin,  sadə  üzvi 
birləşmələrin  ətraf  mühiti  çirkləndirməsini,  onun  aradan  qaldırılması  yollarını  izah 
edir, referatlar hazırlayır. 
4.3.  Kimya  sahəsində  görkəmli  alimlərin  nailiyyətləri  barədə  məlumatlara 
malik olduğuunu nümayiş etdirir. 
4.3.1.  Qeyri-üzvi  kimya  sahəsində  görkəmli  alimlər  haqqında  məlumatlar 
toplayır, təqdimatlar edir. 
 
 
X sinif 
 
X sinfin sonunda şagird: 

 
maddələrin  (qeyri-üzvi,  üzvi)  tərkibini,  quruluşunu  və  xassələrini  şərh  edir, 
onlara aid hesablamalar aparır; 

 
qeyri-üzvi  birləşmələr  və  üzvi  birləşmələrə  (karbohidrogenlərə)  aid 
reaksiyaların qanunauyğunluqlarını izah edir, hesablamalar aparır; 


241 
 

 
qeyri-üzvi  birləşmələr  və  üzvi  birləşmələrə  (karbohidrogenlərə)  aid  müşahidə 
və eksperimentlər aparır, kimyəvi prosesləri modelləşdirir; 

 
qeyri-üzvi birləşmələr və üzvi birləşmələrin (karbohidrogenlərin) tətbiqinə dair 
layihələr hazırlayır; 

 
qeyri-üzvi  birləşmələr  və  üzvi  birləşmələrin  (karbohidrogenlərin)  ətraf  mühiti 
çirkləndirməsinin aradan qaldırılmasına dair layihələr hazırlayır; 

 
neft  kimyası  sahəsində  görkəmli  alimlər  haqqında  topladığı  məlumatlar 
əsasında referatlar hazırlayır, təqdimatlar edir. 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Maddə və maddi aləm 
Şagird: 
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.1.1.  Maddələrin  (qeyri-üzvi  və  üzvi)  tərkibini,  quruluşunu,  fiziki  xassələrini 
şərh edir, təqdimatlar hazırlayır. 
1.2.  Maddələr  və  onları  təşkil  edən  hissəciklərin  əlaqələrinə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.2.1. Qeyri-üzvi və üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir. 
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır. 
1.3.1.  Qeyri-üzvi  və  üzvi  birləşmələrin  tərkibinə  və  quruluşuna  aid 
hesablamalar aparır. 
 
2. Kimyəvi hadisələr 
Şagird  
2.1.  Kimyəvi  hadisələrin  baş  vermə  səbəblərini,  qanunauyğunluqlarını 
mənimsədiyini nümayiş etdirir. 
2.1.1.  Qeyri-üzvi  və  üzvi  birləşmələrə  aid  reaksiyaların  qanunauyğunluqlarını 
izah edir. 
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır. 


242 
 
2.2.1.  Qeyri-üzvi  birləşmələr  və  üzvi  birləşmələrə  (karbohidrogenlərə)  aid 
reaksiyaların tənliklərini tərtib edir. 
2.2.2.  Qeyri-üzvi  birləşmələr  və  üzvi  birləşmələrə  (karbohidrogenlərə)  aid 
reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır. 
 
3. Eksperiment və modelləşdirmə 
Şagird: 
3.1.  Kimyəvi  hadisələrə  və  onların  qanunauyğunluqlarına  aid  eksperimentlər 
aparır, təqdimatlar hazırlayır. 
3.1.1.  Qeyri-üzvi  birləşmələr  və  üzvi  birləşmələrə  (karbohidrogenlərə)  aid 
eksperimentlər aparır, təqdimatlar hazırlayır. 
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modellləşdirir. 
3.2.1.  Karbohidrogenlərin  quruluşunu  və  onlara  aid  kimyəvi  prosesləri 
modelləşdirir. 
 
4. Kimya və həyat 
Şagird: 
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir. 
4.1.1.  Qeyri-üzvi  maddələr  və  üzvi  maddələrin  (karbohidrogenlərin)  tətbiqinə 
dair layihələr hazırlayır, təqdimatlar edir. 
4.2.  Ətraf  mühitin  kimyəvi  maddələrlə  çirklənməsinə  və  onun  aradan 
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir. 
4.2.1.  Qeyri-üzvi  maddələr  və  üzvi  maddələrin  (karbohidrogenlərin)  ətraf 
mühiti  çirkləndirməsini  və  onun  aradan  qaldırılması  yollarını  izah  edir,  layihələr 
hazırlayır. 
4.3.  Kimya  sahəsində  görkəmli  alimlərin  nailiyyətləri  barədə  məlumatlara 
malik olduğunu nümayiş etdirir. 


243 
 
4.3.1.  Neft  kimyası  sahəsində  görkəmli  alimlər  barədə  referatlar  hazırlayır, 
təqdimatlar edir. 
 
 
XI sinif 
 
XI sinfin sonunda şagird: 

 
maddələrin  (oksigenli,  azotlu  üzvi  birləşmələr  və  polimerlərin)  tərkibini, 
quruluşunu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır; 

 
oksigenli,  azotlu  üzvi  birləşmələrə,  polimerlərə  aid  reaksiyaların 
qanunauyğunluqlarını izah edir, hesablamalar aparır; 

 
oksigenli, azotlu üzvi birləşmələrə, polimerlərə aid müşahidə və eksperimentlər 
aparır, kimyəvi prosesləri modelləşdirir; 

 
oksigenli,  azotlu  üzvi  birləşmələrin,  polimerlərin  tətbiqinə  dair  layihələr 
hazırlayır; 

 
oksigenli, azotlu üzvi birləşmələrin, polimerlərin ətraf mühiti çirkləndirməsinin 
aradan qaldırılmasına dair layihələr hazırlayır; 

 
oksigenli,  azotlu  üzvi  birləşmələr,  polimerlər  sahəsində  görkəmli  alimlər 
haqqında referatlar hazırlayır, təqdimatlar edir. 
 
Məzmun xətləri üzrə əsas və alt standartlar 
1. Maddə və maddi aləm 
Şagird: 
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.1.1. Maddələrin (oksigenli, azotlu üzvi birləşmələr və  polimerlərin) tərkibini, 
quruluşunu, fiziki xassələrini şərh edir, təqdimatlar hazırlayır. 
1.2.  Maddələr  və  onları  təşkil  edən  hissəciklərin  əlaqələrinə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.2.1 Oksigenli, azotlu üzvi birləşmələrdə atomların qarşılıqlı təsirini izah edir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə