268
Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır.
Kiçik summativ qiymətləndirmə bəhs və bölmələrin sonunda müəllim
tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil
müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə
fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil
səviyyələrinin
sonunda buraxılış imtahanları şəklində aparılır. Summativ
qiymətləndirmələrin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur. Kiçik
summativ qiymətləndirmə fənn kurikulumları tətbiq olunan siniflərdə bəhs və
bölmələrin sonunda altı həftədən gec olmayaraq müəllim tərəfindən keçirilir. Onun
nəticələri yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır. Kiçik summativ
qiymətləndirmənin keçirilməsi vaxtı bir dərs saatı və ya dərs saatının bir hissəsində
olmaqla fənn müəllimi tərəfindən müəyyənləşdirilərək qiymətləndirmə vasitələri
hazırlanır. Böyük summativ qiymətləndirmə vasitələri Təhsil Nazirliyinin tövsiyələri
əsasında yerli təhsil idarə edən orqanlar və ümumi təhsil müəssisəsi rəhbərliyinin
təşkil etdiyi komissiya tərəfindən hazırlanır. Yarımillərin sonunda böyük summativ
qiymətləndirmənin hər dərs saatında keçirilməsi illik planlaşdırmada nəzərdə tutulur.
Kiçik və böyük summativ qiymətləndirmə vasitələri asan, orta, çətin olmaqla
hazırlanır. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir
məlumatı bilməsini və yadda saxlamasını ölçür, orta səviyyəli tapşırıqlar idrakın
anlama, tətbiq və təhlil mərhələsinə aid olub şagirdin səbəb nəticə əlaqələrini
anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını
qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə
aid olub şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək
bacarıqlarını ölçür.
Kiçik summativ qiymətləndirmənin keçirildiyi gün dərsdə iştirak etməyən
şagirdin sinif jurnalında adının qarşısındakı xana iki yerə ayrılır və onun surətində
“q”(qaib) yazılır, məxrəci isə boş saxlanılır. Müəllim həmin şagirdlə növbəti iki həftə
ərzində kiçik summativ qiymətləndirmə aparır, nəticəsini məxrəcdə qeyd edir.
269
Şagird I yarımildə böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, hər ay
müddətində onun böyük summativ qiymətləndirmədə iştirakı təmin edilir. Şagird II
yarımildə üzrlü səbəbdən böyük summativ qiymətləndirmədə iştirak etmədikdə, II
yarımillik qiyməti çıxarılarkən I böyük summativ qiymətləndirmədə aldığı qiymət
həm də II böyük summativ qiymət hesab olunur. Şagirdin üzrsüz səbəbdən iştirak
etmədiyi II yarımildəki böyük summativ qiymətləndirmənin nəticəsi yarımillik
qiyməti çıxararkən “0” qəbul edilir.
Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas zəruri
bilikləri əhatə etməklə daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Təhsil
Nazirliyinin tövsiyələri və verdiyi nümunələr əsasında hər bir ümumi təhsil
müəssisəsində qiymətləndirmə vasitələri bankı tərtib edilir.
Summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər üçün yeni, lakin sinif
üçün istifadə olunan tapşırıqlarla eyni səviyyəli qiymətləndirmə vasitələri hazırlanır.
Şagirdin yarımillik qiyməti kiçik summativ qiymətləndirmənin nəticələri 40%,
böyük summativ qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla aşağıdakı düstur
əsasında çıxarılır:
Burada, Y-şagirdin I və II yarımil üzrə qiymətini, ksq
1,
ksq
2
,...., ksq
n
-şagirdin
müvafiq yarımil ərzində kiçik summativ qiymətləndirmələrinin nəticələri, n-müvafiq
yarımildə keçirilən kiçik summativ qiymətləndirmənin sayını, BSQ isə I və II
yarımildə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.
Şagirdin illik qiyməti aşağıdakı düsturla müəyyən edilir:
270
Burada, İ-şagirdin illik qiyməti Y
1
və Y
2
isə 1-ci və II-ci yarımillər üzrə
qiymətləridir.
Summativ qiymətləndirmə sinfin bütün şagirdləri üçün eyni çətinlik dərəcəsinə
malik olan qiymətləndirmə vasitələri ilə aparılır, ayrılan vaxt isə sualların sayına
uyğun olaraq müəllim tərəfindən müəyyənləşdirilir.
Qiymətlər şagirdin tapşırıqlara verdiyi cavabların sayına uyğun müəyyən-
ləşdirilir. Sualların ümumi sayının 10%-nə qədər düzgün cavab verən “1”, 10% daxil
olmaqla 20%-nə qədər düzgün cavab verən “2”, 20% daxil omaqla 50%-nə qədər
düzgün cavab verən “3”, 50% daxil olmaqla 80%-nə qədər düzgün cavab verən “4”,
80% daxil olmaqla 100%-nə qədər düzgün cavab verən “5” qiymətlə qiymətləndirilir.
Summativ qiymətləndirmə şagird nailiyyətinin rəsmi qiymətləndirilməsidir və
nəticələr 5 ballıq qiymət şkalası üzrə (1, 2, 3, 4, 5) rəqəmlə ifadə olunur və qiymətlər
sinif jurnalına yazılır.
Təhsildə aparılan Kurikikulum islahatının tələblərinə uyğun hazırlanmış fənn
kurikulumlarının məzmununda qiymətləndirmə mexanizmləri xüsusi yer tutur və
sonuncu bölmə kimi təqdim olunur. Burada qismən ənənəvi təhsilin qiymətləndirmə
fəaliyyəti ilə bağlı təcrübələrinə istinad olunsa da, qlobal dünyanın mütərəqqi
xüsusiyyətlərindən istifadə edilərək Respublikamız üçün tamamilə yeni olan
qiymətləndirmə sistemi yaradılmışdır, məzmun standartlarını tamamlayan, onu
müxtəlif səviyyələrdə şərh edən qiymətləndirmə standartları verimişdir.
Göstərilən tələblərə uyğun hazırlanmış kimya fənni kurikulumunun məzmun
standartlarına uyğun olaraq kimyadan şagird nailiyyətlərinin məktəbdaxili
qiymətləndirilməsini nəzərdən keçirək.
Yeni fənn proqramına görə fizika və biologiya VI, kimya isə VII sinifdə tədris
olunur. Buna görə də kimyadan ilk dərsdə şagirdlərin fizika və biologiyadan onlara
məlum olan kimya ilə əlaqədar biliklərini diaqnostik qiymətləndirmə ilə yoxlamaq
üçün müsahibə (şifahi yoxlama), tapşırıqvermə, valideynlər, fizika və biologiya
müəllimləri ilə əməkdaşlıq üsulları, çalışmalar, müəllimin qeydiyyat vərəqi, söhbət və
Dostları ilə paylaş: |