262
Tədris nəticələrinin şifahi yolla yoxlanması
Nəticələrin fərdi yoxlanmasi
Biliklərin fərdi yoxlanması həm yerində qısa sorğu formasında (frontal sorğu),
həm də lövhə qarşısında ətraflı sorğu şəklində aparıla bilər.
Şagirdlərin fərdi sorğusu ev tapşırıqlarının yoxlanması, yeni materialın
qavranılması üçün hazırlıq və onun mənimsənilməsinin yoxlanılması, biliklərin
möhkəmləndirilməsi və təkmilləşdirilməsi zamanı aparıla bilər. Qısa sorğu zamanı
müəllimin verdiyi suallar lakonik olmalı, şagirdin anlayacağı terminlərlə ifadə
olunmalıdır. Vaxta qənaət məqsədilə suallar yazılı formada paylana bilər, şagirdlər bu
suallara lövhə qarşısında cavab verməyə hazırlaşarlar.
Sualların cavablandırılması zamanı sinfin diqqətini saxlamaq məqsədilə,
cavabdan sonra buraxılan səhvlərin düzəldilməsi, əlavələr nəzərdə tutulur. Sorğu
zamanı şagirdlərin fikirlərini formalaşdırmasına kömək məqsədilə onlara
istiqamətləndirici suallar verilə bilər.
Proqramın konkret bölməsinə şagirdlərin hazırlığını yoxlamaq, biliklərindəki
boşluğu vaxtında aşkarlamaq məqsədilə şifahi sorğu qrup şəklində də aparıla bilər.
Refleksiya (yekunlaşdırma) – hər bir məşğələnin mühüm hissəsi sayılır.
Düzgün qurulmuş yekunlaşdırma bir konkret məşğələyə istinad etməklə, mövcud
mövzu üzrə bir çox məsələləri əhatə etməyə, ümumiləşdirməyə və təkrarlamağa,
habelə sonrakı mövzu ilə əlaqə yaratmağa imkan verir.
Refleksiya həm də bütün iştirakçıların məşğələni qiymətləndirməsi üçün
imkanlar yaradır. Refleksiya vasitəsilə müəllimin şagirdlərin öz-özünə qiymətvermə
üsulundan istifadə etməsi faydalıdır. Bu zaman yekunlaşdırma müzakirə və söhbətlər
formasında aparıla bilər.
Yekunlaşdırmanın ən sadə üsulu – hər bir şagirdin dərs üzrə öz rəyini
söylədiyi “dairəvi” söhbətdir. Şagirdlər hazırlıq səviyyəsinə görə qruplara bölünürlər.
263
Hər bir qrupa üzvlərinin sayı qədər yazılı tapşırıq paylanır. İştirakçılar növbə ilə
suallara cavab verirlər, qrup üzvləri qulaq asır, əlavələr, düzəlişlər edir və cavabları
qiymətləndirirlər.
Bu yoxlama formasını konkurslar, oyun elementləri daxil etməklə
zənginləşdirmək olar. Yoxlama zamanı müəllim, şəraitdən asılı olaraq, müşahidəçi,
məsləhətçi, münaqişəli hallarda ekspert rolunda ola bilər.
Bu üsullardan istifadə bütün iştirakçıları müsbət ruhda kökləyir və onlara özləri
üçün konstruktiv nəticələr çıxarmağa imkan verir.
Tədris nəticələrinin yazılı yoxlanma üsulları
Yoxlama yazi işi
Kimyadan yoxlama yazı işləri, bir qayda olaraq, rübdə bir dəfə aparılır.
Yoxlamanın bu növü kimya kursunun hər hansı bölməsi üzrə şagirdlərin bilik və
bacarıqlarının səviyyəsi haqqında müəllimdə təsəvvür yaradır.
Yoxlama işinin məzmunu mövzu üzrə mühün olan bütün materialı əhatə
etdiyindən, bütün şagirdlər üçün vahid tapşırıqlar tərtib edilir.
Yoxlama işinə müxtəlif tapşırıqlar: ümumiləşdirici suallar, məsələlər,
çevrilmələr, test və qrafiki tapşırıqlar salına bilər. Variantların sayı mümkün qədər
çox olmalıdır.
Yoxlama yazı işlərini analiz edərkən, hər bir tapşırıqda məzmun elementləri
müəyyən edilməli və onların yerinə yetirilməsi aşağıdakı şkala üzrə
qiymətləndirilməlidir: 1 – tam düzgün cavab, ½ - natamam cavab, 0 – səhv cavab, -
(xətt) - cavab yoxdur.
Məsələn, tapşırıq: “Mis 1-oksidin karbonla qızdırılmaqla gedən qarşılıqlı təsir
reaksiyasının tənliyini yazın, oksidləşmə və reduksiya proseslərini göstərin, elektron
balans
qurmaqla
əmsalları müəyyənləşdirin, reaksiyada oksidləşdirici və
reduksiyaedicini göstərin”.
Bu tapşırığın məzmun elementləri aşağıdakılardır:
264
İlkin maddələrin və reaksiya məhsullarının kimyəvi formulunun
yazılması;
Maddə atomlarının oksidləşmə dərəcələrinin müəyyən edilməsi;
Elektron balans üsulu ilə oksidləşmə və reduksiya proseslərinin yazılışı;
Tərtib edilən tənlikdə oksidləşdirici və reduksiyaedicinin müəyyən
edilməsi;
Kimyəvi tənlikdə əmsalların qoyulması.
Bu elementlər üzrə düzgün cavablara düşən rəqəmlər hesablandıqdan sonra
qiymətləndirmə əvvəlcə həmin rəqəmlərlə, sonra isə balla ifadə olunur.
Qiymətləndirmənin digər bir sistemi də tətbiq edilə bilər: işin 96-100%-i yerinə
yetirildikdə - 5, 76-95% - 4, 50-75% - 3, 20-50% - 2.
Müstəqil yoxlama işi
Qısamüddətli (10-15 dəqiqəlik) yazılı müstəqil işlər, adətən konkret bir
mövzunu keçdikdən sonra həmin mövzu üzrə şagirdin biliyini yoxlamaq məqsədilə
aparılır. Müəllim tərəfindən belə işlərin sistematik aparılması şagirdləri ev
tapşırıqlarını yerinə yetirməyə məcbur edir. Yoxlama yazı işlərindən fərqli olaraq,
müstəqil işlər mürəkkəblik dərəcəsinə görə bölünə bilərlər.
Bu tip işlərin aparılma forması: fərdi vərəqlərdə yazılmış mövzu üzrə suallar,
test tapşırıqları, məsələ həlli şəklində ola bilər.
Mövzu üzrə suallar dəqiq və qısa olmalıdır. Bura dərslikdə verilən, lakin dərsdə
nəzərdən keçirilməyən tapşırıqların salınması məsləhətdir.
Yazılı testlər adətən iki cavab formasını nəzərdə tutur: 1) Bir neçə cavab
variantı olan “qapalı” testlər, şagird bu variantlardan birini seçməlidir. Bu tip testlər
məktəb kimya kursunun bütün bölmələri üzrə tərtib edilə bilər və bir çox məzmun
elementini yoxlamağa imkan verər; 2) Cavabları müstəqil tərtib edilən “açıq” testlər
kimya kursunun mühüm bölmələri üzrə tərtib edilə bilər.
Dostları ilə paylaş: |