248
VIII sinif
Standart
Məzmun
Açar sözlər
1.1.1. Maddələri
(oksidlər, əsaslar,
turşular, duzlar)
tərkibinə görə təsnif
edir.
Oksidlər, əsaslar, turşular və
duzların tərkibi, fiziki xassələri və
təsnifatı.
Oksid, əsas, turşu, duz,
təsnifat
1.2.1. Atomun
quruluşunu, kimyəvi
rabitələrin, elektrolit
məhlullarında baş
verən prosesləri şərh
edir.
Atom modelləri, Elektron
orbitalları. Birinci, ikinci, üçüncü,
dördüncü dövr elementləri
atomlarının elektron quruluşu və
xassələri.
Atomun quruluşu baxımından dövri
qanun və elementlərin dövri
sistemi.
Kimyəvi elementlərin
elektromənfiliyi.
Kimyəvi rabitənin əsas tipləri.
Kristal qəfəsin tipləri.
Elektrolitik dissosiasiya
Turşular, qələvilər və duzların
dissosiasiyası.
Dissosiasiya dərəcəsi.
İon mübadilə reaksiyaları.
Duzların hidrolizi. Oksidləşmə
dərəcəsi.
Oksidləşmə-reduksiya reaksiyaları
Atom, model, elektron,
orbital, energetik
səviyyələr, yarımsəviyyə,
dövr, dövri sistem, dövri
qanun, elektromənfilik,
kimyəvi rabitə, kristal
qəfəsi, elektrolitik
dissosiasiya dərəcəsi, ion
mübadiləsi, hidroliz,
oksidləşmə dərəcəsi,
oksidləşmə-reduksiya.
1.3.1. Atomun
quruluşuna, kimyəvi
rabitələrə, elektrolit
məhlulunda baş verən
proseslərə aid
məsələlər qurur və
həll edir.
Atomun quruluşu və kimyəvi
rabitə, elektrolit məhlullarında baş
verən proseslərə aid suallar və
çalışmalar, hesablamalar aparılır.
Məsələ, çalışma tərtibetmə,
hesablama
2.1.1. Kimyəvi
reaksiyaları təsnif
edir,
qanunauyğunluqlarını
izah edir.
Kimyəvi reaksiyaların təsnifatı.
Parçalanma, birləşmə, mübadilə,
əvəzetmə, homogen, heterogen,
dönən və dönməyən reaksiyaların
mahiyyəti. Reaksiyanın istilik
effekti.
Kimyəvi tarazlıq.
Parçalanma, birləşmə,
mübadilə, əvəzetmə,
homogen, heterogen
reaksiyalar, katalizator,
inhibitor, temperatur, sürət,
qatılıq, maddənin səthi,
maddənin kimyəvi təbiəti,
kimyəvi tarazlıq, tarazlıq
sabiti.
2.2.1. Mühüm qeyri-
Oksidlərin, əsasların, turşuların və
Oksid, əsas, turşu, duz,
249
üzvi birləşmələrə aid
reaksiya tənliklərini
tərtib edir.
duzların alınma üsulları, kimyəvi
xassələrinə aid reaksiyaların və
qeyri-üzvi birləşmələrin sinifləri
arasında genetik əlaqəyə aid
reaksiyaların tənliklərini tərtib edir.
molekul formulu, təsnifat,
xassə, alınma üsulları,
tətbiq, genetik əlaqə,
reaksiya tənlikləri,
əmsallar, bərabərlik,
formul.
2.2.2. Mühüm qeyri-
üzvi birləşmələrə aid
reaksiya tənliklərinə
əsasən hesablamalar
aparır.
Oksidlərin, əsasların, turşuların və
duzların alınma üsulları, kimyəvi
xassələrinə aid və qeyri-üzvi
birləşmələrin sinifləri arasında
genetik əlaqəyə aid reaksiyaların
tənlikləri əsasında çalışma və
məsələlər həll edir.
Oksid, əsas, turşu, duz,
reaksiya, genetik əlaqə.
3.1.1. Mühüm qeyri-
üzvi birləşmələrə aid
müşahidə və
təcrübələr aparır,
nəticələrinə
münasibət bildirir.
Qeyri-üzvi birləşmələrin mühüm
siniflərinin alınması və kimyəvi
xassələrinə, onların genetik
əlaqələrinə aid təcrübələr keçirilir
və təhlillər aparılır.
Oksid, əsas, turşu, duz,
resurslar, təcrübə, təhlil.
3.2.1. Mühüm qeyri-
üzvi birləşmələrin
molekullarının
modellərini hazırlayır.
Oksid, əsas, turşu və duzların hər
birindən bir molekulun mil-kürəcik
modellərini hazırlayır.
Atom, mil, kürəciklər, mil-
kürəcik modeli, oksid, əsas,
turşu, duz modelləri
4.1.1. Həllolmanın və
elektrolit
məhlullarında gedən
proseslərin həyatda
rolunu şərh edir.
Laboratoriya təcrübələri: müxtəlif
qatılıqlı məhlulun hazırlanması,
onların həyatda tətbiqini şərh edir,
həyatda tətbiq sahələrini göstərir.
Həllolma, elektrolit,
məhlul, duz, dissosiasiya,
mübadilə, gübrə, torpaq,
dərman.
4.2.1. Ətraf mühiti
çirkləndirən mənbələr
haqqında məlumatlar
toplayır, təqdim edir.
Yanma məhsullarının ətraf mühiti
çirkləndirməsinə qarşı mübarizə
yolları haqqında məlumatların
toplanması.
Ətraf mühitin çirklənməsi,
mühafizəsi
4.3.1. Kimyanın əsas
qanunauyğunluqları
və atomun quruluşu
sahəsində görkəmli
alimlər haqqında
məlumatlar toplayır,
referatlar hazırlayır.
D.İ. Mendeleyev, E.Rezerford,
N.Bor, S.Arrenius haqqında
məlumatlar toplanır və təqdimatlar
hazırlanır.
Atomun quruluşu, dövri
qanun, dövri sistem,
elektrolitik dissosiasiya.
250
5.4. 1. Kimya fənni kurikulumunun inteqrativ xarakteri
İnteqrasiya anlayıçının lüğəti mənası latın dilində “inter”, “bütöv”, “bütövləşmə
”
deməkdir.
Elə bu baxımdan da pedaqoji ədəbiyyatda inteqrasiyanın mahiyyəti aşağıdakı
kimi ümumiləşdirilmişdir:
İnteqrasiya – müəyyən təhsil sistemi çərçivəsində şagirdlərin təfəkküründə
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişafa və
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri
arasında struktur əlaqələri qurmaq və onları sistemləşdirməkdir, inteqrasiya təlim
prosesini təkmilləşdirir, fənlər arasında qarşılıqlı əlaqə və asılılığı dərinləşdirməyə
xidmət edir.
İnteqrasiyanın mahiyyəti və təhsildə ondan istifadənin zəruriliyinə dair pedaqoji
fikir nümayəndələrinin söylədiklərindən aydın olur ki, tədris prosesində həmişə
fənlərarası və fəndaxili əlaqə adı altında ondan istifadə edilmişdir. Müəllimlər öz
səriştə və bacarıqlarından asılı olaraq dərs prosesində mahiyyət və məzmunca yaxın
(qohum) fənlərə aid şagirdlərə təbii əlaqələr şəraitində ümumiləşdirilmiş biliklər
verirlər. Lakin fikirimizcə yenilik ondan ibarətdir ki, bu əlaqələrin yaradılması
inteqrasiya adı altında fənn kurikulumlarında bir prinsip, məzmun komponentlərinin
biri kimi qəbul edildiyi üçün, müəllimlər dərsin planında bunu bir dövlət tələbi kimi
nəzərə almalıdırlar.
İbtidai siniflərdə bütün fənləri eyni müəllim tədris etdiyinə görə fənlərarası
inteqrasiyanı yaratmaq onlar üçün o qədər də çətin olmur. Yuxarı siniflərdə isə
fənlərin ayrılması, inteqrasiya yaradılması mümkün olan fənlərin müəllimlərinin
özlərinin daima əlaqədə olması zərurətini yaradır.
İnteqrasiyanın mahiyyəti, təhsildə rolu ilə əlaqədar pedaqoji ədəbiyyatlarda
verilən araşdırmalara, Kurikulum islahatında göstərilən müddəalara istinadən onunla
bağlı söylənilən ideya və fikirləri aşağıdakı kimi ümumiləşdirmək olar:
Dostları ilə paylaş: |