236
4.1.
Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş
etdirir.
4.1.1.
Məişətdə istifadə olunan kimyəvi maddələrlə davranma qaydalarını izah
edir.
4.2.
Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayış etdirir.
4.2.1.
Ekoloji təmiz mühitin saxlanılmasının əhəmiyyətinin şərh edir.
4.3.
Kimya
sahəsində
görkəmli alimlərin nailiyyətləri haqqında
məlumatlara malik olduğunu nümayiş etdirir.
4.3.1.
Əsas kimyəvi anlayışlar və qanunların kəşfi sahəsində görkəmli alimlər
haqqında məlumatlar toplayır və təqdim edir.
VIII sinif
VIII sinfin sonunda şagird:
maddələrin quruluşunu, elektrolit məhsullarında baş verən prosesləri şərh edir,
onlara aid məsələlər həll edir;
mühüm qeyri-üzvi birləşmələrə aid reaksiyaların qanunauyğunluqlarını izah
edir, hesablamalar aparır;
mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, onların
molekullarının modellərini hazırlayır;
həllolmada və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu şərh
edir, ətraf mühiti çirkləndirən mənbələr haqqında topladığı məlumatları təqdim
edir;
kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində görkəmli
alimlər barədə referatlar hazırlayır.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Maddə və maddi aləm
Şagird;
237
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə təsnif edir.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.2.1. Atomun quruluşunu, kimyəvi rabitələri, elektrolit məhlulunda baş verən
prosesləri şərh edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Atomun quruluşuna, kimyəvi rabitələrə, elektrolit məhlulunda baş verən
proseslərə aid məsələlər qurur və həll edir.
2. Kimyəvi hadisələr
Şagird:
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını
mənimsədiyini nümayiş etdirir.
2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.
2.2.2. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə əsasən
hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər
aparır.
3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır,
nəticələrinə münasibət bildirir.
3.2. Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır.
238
4. Kimya və həyat
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
4.1.1. Həllolmanın və elektrolit məhlullarında gedən proseslərin həyatda rolunu
şərh edir.
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan
qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim
edir.
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara
malik olduğunu nümayiş etdirir.
4.3.1. Kimyanın əsas qanunauyğunluqları və atomun quruluşu sahəsində
görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır.
IX sinif
IX sinfin sonunda şagird:
maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi
birləşmələr) quruluşu və xassələrini şərh edir, onlara aid hesablamalar aparır;
metallar, qeyri-metallar və onların birləşmələrinin, sadə üzvi birləşmələrə aid
reaksiyaların qanunauyğunluqlarını şərh edir, hesablamalar aparır;
metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrin ətraf
mühiti çirkləndirməsinin aradan qaldırılmasına aid referatlar hazırlayır
qeyri-üzvi kimya sahəsində görkəmli alimlər haqqında topladığı məlumatları
təqdim edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Maddə və maddi aləm
239
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir.
1.1.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi
birləşmələr) quruluşunu, fiziki xassələrini şərh edir.
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və
bacarıqlar nümayiş etdirir.
1.2.1. Maddələrin (metallar, qeyri-metallar və onların birləşmələri, sadə üzvi
birləşmələr) quruluşunun xassələrinə təsirini şərh edir.
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
1.3.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə
aid məsələlər qurur və həll edir.
2. Kimyəvi hadisələr
Şagird
2.1. Kimyəvi hadisələrin baş vermə səbəblərini, qanunauyğunluqlarını
mənimsədiyini nümayiş etdirir.
2.1.1. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə
aid reaksiyaların qanunauyğunluqlarını izah edir.
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
2.2.1 Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə
aid reaksiya tənliklərini tərtib edir.
2.2.2. Metallar, qeyri-metallar və onların birləşmələrinə, sadə üzvi birləşmələrə
aid reaksiya tənliklərinə əsasən hesablamalar aparır.
3. Eksperiment və modelləşdirmə
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər
aparır.
Dostları ilə paylaş: |