Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə78/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   74   75   76   77   78   79   80   81   ...   111

265 
 
5.4.5. Müasir qiymətləndirmə sistemi 
 
Qiymətləndirmə  təhsil  prosesinin  tərkib  hissələrindən  biri  olub,  əsas  məqsədi 
tədrisin və təlimin keyfiyyətini yaxşılaşdirmaqdır.  
Təlim və tədris prosesinin təkmilləşdirilməsi, ölkə üzrə şagirdlərin nailiyyətləri 
barədə  obyektiv  məlumatların  əldə  edilməsi,  dövlət  təhsil  standartlarının 
monitorinqinin  həyata  keçirilməsi  üçün  Təhsil  Sektorunun  İnkişaf  Layihəsinin  vacib 
istiqamətlərindən  biri  kimi  yeni  qiymətləndirmə  sisteminin  hazırlanması  nəzərdə 
tutuldu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli  
qərarı  ilə  “Azərbaycan  Respublikasının  ümumi  təhsil  sistemində  Qiymətləndirmə 
Konsepsiyası” sənədi təsdiq edildi və hazırda tətbiq olunur. Ölkədə yaxın illər ərzində 
təhsildə  qiymətləndirmə  məsələləri  ilə  bağlı  tədbirləri  idarə  etmək  üçün    nəzərdə 
tutulmuş  Konsepsiya,  Azərbaycanda  ümumi  təhsilin  müasirləşdirilməsi  və 
yeniləşdirilməsi məqsədi ilə hazırlanmış Milli Kurikulum çərçivə sənədi ilə bilavasitə 
əlaqədardır  və  onun  tərkib  hissəsini  təşkil  edir.  Qiymətləndirmə  mexanizmlərinin  və 
vasitələrinin  yaradılması  təhsilin  məzmun  standartları  və  fənn  kurikulumları 
hazırlandıqdan sonra növbəti mərhələlər hesab olunur. 
           Qiymətləndirmə  prosesi  beş  komponenti  əhatə  edir:  qiymətləndirmə 
məlumatları;  məlumatların  toplanması;  qiymətləndirmə  nəticələri;  qiymətləndirmə 
standartları; şagird nailiyyətlərinin qiymətləndirilməsində əsas prinsiplər. 
Bütün  növ  qiymətləndirilmələrin  aparılmasında  beş  prinsipə  riayət  olunur: 
məqsədəuyğunluq;  nailiyyətlərin  və  təhsil  imkanlarının  qarşılıqlı  dəyərləndirilməsi; 
toplanmış  məlumatların  keyfiyyətcə  müvafiqliyinin  və  etibarlılığının  təmin  edilməsi; 
qiymətləndirmədə  şəffaflıq,  ədalətlilik,  qarşılıqlı  razılaşma  və  əməkdaşlıq;  təlim 
fəaliyyətində qiymətləndirmə nəticələrinin inkişafetdirici rolunun təmin edilməsi. 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi  üç istiqamətdə aparılır: 
1.  Milli  qiymətləndirmə  -  təhsilin  keyfiyyətinə  nəzarət  etmək  üçün  müəyyən 
tədris  dövrünün  sonunda  xüsusi  təmsiledici  seçim  etməklə,  IV  və  IX  sinif  şagirdləri 


266 
 
arasında obyektiv testlər, sorğu  vərəqləri  və  müvafiq təlimatlar  vasitəsi  ilə bir qayda 
olaraq  4-5  ildən  bir  aparılır  və  əldə  olunan  nəticələr  kurikulumun,  təlim,  tədris 
prosesinin  keyfiyyətinin,  təhsildə  aparılan  digər  dəyişikliklərin  dəyərləndirilməsinə, 
təhsilin keyfiyyətinə nəzarətin daha səmərəli həyata keçirilməsinə xidmət edir. 
2.  Azərbaycan  Respublikasının  2006-cı  ildən  iştirak  etdiyi  Beynəlxalq 
qiymətləndirmə - PİSA (Proqram for İnternational Student Assessment – Şagird 
nailiyyətlərinin  beynəlxalq  qiymətləndirilməsi  proqramı)  təhsilin  keyfiyyətinin 
yüksəldilməsi  və  qiymətləndirilməsi  funksiyalarını  yerinə  yetirir.  Burada 
müqayisəetmə  tədqiqatları  monitorinqlər  vasitəsilə  aparılır,  ölkədə  təhsilin  vəziyyəti 
haqqında  məlumat  əldə  etmək,  həlli  tələb  olunan  problemləri  üzə  çıxarmaq,  onları 
araşdırmaq, nəticələri xarici ölkələr ilə müqayisə etmək imkanı yaradılır. 
3.  Məktəbdaxili  qiymətləndirmə  -  diaqnostik,  formativ,  summativ  olmaqla 
məzmun standartlarının mənimsənilməsi  istiqamətində istifadə olunur . 
Diaqnostik qiymətləndirmə - şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini 
müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim 
strategiyalarının seçilməsinə xidmət edir. Bu qiymətləndirmə təhsil səviyyəsinin, dərs 
ilinin,  tədris  vahidlərinin  əvvəlində,  şagirdin  bilik  və  bacarıqları  barədə  məlumat 
toplamaq,  ona  fərdi  yanaşmanı  təmin  etmək  məqsədi  ilə  aparılır.  Diaqnostik 
qiymətləndirmənin  üsul  və  vasitələrini  (standartlar  üzrə  əldə  olunmuş  bilik  və 
bacarıqlara  əsasən)  fənn  müəllimi  müəyyənləşdirilir  və  həyata  keçirilir.  Diaqnostik 
qiymətləndirmə  məqsəddən  asılı  olaraq,  davamlı  və  qısa  müddətli  olmaqla  iki 
formada  həyata keçirilir:  davamlı  diaqnostik  qiymətləndirmə  - təhsil səviyyəsinin 
və  dərs  ilinin  əvvəlində  bir  neçə  dərsin  müəyyən  hissəsində  aparılmaqla,  sinifdəki 
şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətinin öyrənilməsi məqsədini daşıyır. 
Bu qiymətləndirmədə müşahidə, şagird haqqında daha ətraflı məlumat toplamaq üçün 
valideynlərlə  və  digər  fənn  müəllimləri  ilə  əməkdaşlıq  üsulundan  istifadə  edilir;  
qısamüddətli  diaqnostik  qiymətləndirmə  -  tədris  vahidlərinin  əvvəlində  bir  dərsin 
müəyyən  hissəsində  aparılmaqla,  şagirdin  fənn  üzrə  zəruri  bilik  və  bacarıqları 


267 
 
haqqında məlumat toplamaq məqsədinə xidmət edir, tapşırıqvermə, müsahibə, layihə 
kimi  qiymətləndirmə  üsullarından  və  müvafiq  olaraq  çalışma,  şifahi  sual-cavab, 
təqdimat  vasitələrindən  istifadə edilir. Diaqnostik qiymətləndirmənin  nəticələri rəsmi 
sənədlərdə qeyd olunmur, yazılı qeydlər sinif və şagird portfoliosunda saxlanılır. 
Formativ qiymətləndirmə - şagirdin məzmun standartlarından irəli gələn bilik 
və bacarıqlarının mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya 
çıxan  problemləri  aradan  qaldırmaq  və  təhsil  alanı  istiqamətləndirmək  məqsədilə 
müntəzəm  olaraq  aparılır.  Formativ  qiymətləndirməni  aparmaq  üçün  müəllim 
məzmun  standartları  əsasında  qiymətləndirmə  meyarlarını  müəyyənləşdirməlidir.  Bu 
işin  icrası  zamanı  müşahidə,  müsahibə,  yazı,  layihə  üsulları  və  müşahidə  vərəqləri, 
inşa,  məsələ  həlli,  mətnlər,    şagirdlərin  hazırladığı  təqdimat  vasitələrindən  istifadə 
edilir.  Formativ  qiymətləndirmə  rəsmi  qiymətləndirmə  deyil,  nəticələr  formativ 
qiymətləndirmə  jurnalı  və  məktəbli  kitabçasında  şagirdin  idraki  və  hərəki 
fəaliyyətinin  səviyyəsinə  uyğun    sözlərlə  ifadə  olunur.  Formativ  qiymətləndirməni 
həyata  keçirən  müəllim  əvvəlcədən  hazırladığı  qiymətləndirmə  meyarları  əsasında 
şagirdlərin  müşahidə  oluna  biləcək  fəaliyyət  səviyyəsini  zəif,  orta,  yüksək  olmaqla 
qruplaşdırmalı və şagirdin adının qarşısında fəaliyyətinə uyğun qeydlərini yazmalıdır.   
 
Cədvəl 17. 
Zəif 
Orta 
Yüksək 
Mühakimə  yürütməkdə  çətinlik 
çəkir. 
Mühakimələri 
mətndəki 
əsas  fikri  qismən  əhatə 
edir. 
Əsas  fikirlə  bağlı  sərbəst 
mühakimə yürüdə bilir. 
Fikirlərini  müəllim  və  yoldaş-
larının  verdiyi  sualların  köməyi 
ilə ifadə edir. 
Faktları  dəqiq  olmasa  da, 
sərbəst fikir söyləyir. 
Fikirlərini  dəqiq  fakt  və 
nümunələrlə əsaslandırır. 
Mətndəki 
sözlərin  semantik 
xüsusiyyətlərini sualların kömə-
yi ilə müəyyənləşdirir. 
Sözlərin semantik xüsusiy-
yətlərini  yalnız  tanış  mətn 
daxilində müəyyənləşdirir. 
Tanış  olmayan 
mətndə 
sözlərin  semantik  xüsusiy-
yətlərini müəyyənləşdirir və 
nümunələrlə izah edir. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə