Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə69/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   65   66   67   68   69   70   71   72   ...   111

233 
 
2.
 
Kimyəvi hadisələr 
Şagird: 

 
kimyəvi reaksiyaların qanunauyğunluqları və mexanizmini izah edir; 

 
kimyəvi reaksiyaların gedişini proqnozlaşdırır, tənlikləri tərtib edir; 

 
reaksiya tənlikləri əsasında mürəkkəb hesablamalar aparır. 
3.
 
Eksperiment və modelləşdirmə 
Şagird: 

 
kimyanın qanun və qanunauyğunluqları dərk etmək üçün eksperiment və 
müşahidələr aparır, nəticələri barədə təqdimat hazırlayır; 

 
mürəkkəb quruluşlu molekulları, kimyəvi prosesləri modelləşdirir. 
4.
 
Kimya və həyat 
Şagird: 

 
maddələrin  və  kimyəvi  reaksiyaların  tətbiqinə  dair  məlumatları  toplayır 
və təqdim edir; 

 
ətraf  mühitin  kimyəvi  maddələrlə  çirklənməsi  və  onun  aradan 
qaldırılmasına dair layihələr hazırlayır və təqdim edir; 

 
kimya  sahəsində  görkəmli  alimlər  və  onların  nailiyyətləri  barədə 
təqdimatlar edir. 
Fəaliyyət xətləri 
Fəaliyyət  xətti  məzmun  xətlərində  əks  olunan  biliklərin  əldə  edilməsində 
şagirdə  praktik  imkan  yaradır.  Fənnin  məzmun  standartları  bu  fəaliyyət  xətləri  ilə 
əlaqəlilik əsasında tətbiq olunur. 
Kimya fənninin tədrisində altı fəaliyyət xətti əsas götürülür: 
1.
 
Maddələrin adlandırılması 
2.
 
Problemlərin həlli 
3.
 
Kimyəvi təcrübələrin yerinə yetirilməsi 
4.
 
Məsələ və çalışma həlli, kimyəvi hesablamalar 
5.
 
Ünsiyyətqurma və əlaqələndirmə 


234 
 
6.
 
Təqdimetmə 
Fəaliyyət  xətləri  məzmun  xətlərindən  fərqlənməklə  yanaşı,  onların  hər  biri  ilə 
əlaqəlidir.  Bu  xətlər  məzmun  üzrə  biliklərin  əldə  edilməsi  və  istifadəsi  yollarını 
müəyyənləşdirmək, onları təsvir etmək məqsədi daşıyır və şagirdlər tərəfindən kimya 
fənninin  əhəmiyyətinin  dərk  edilməsinə,  kompleks  bacarıqların  toplusu  kimi 
baxılmasına  xidmət  edir.  Şagird  kimyadan  mənimsəyəcəyi  məzmuna  müxtəlif 
fəaliyyətlər vasitəsilə nail ola bilər. O, fəaliyyəti zamanı problemləri həll etmək üçün 
mühakimələr  yürüdür,  onları  sübut  edir.  Fəaliyyət  xətləri  kurikulumun  həyata 
keçirilməsi üçün məzmun standartlarının mənimsənilməsini təmin edir. 
Kimya  fənni  kurikulumunun  məzmununu  başa  düşmək  üçün  VII  sinifdə  təlim 
nəticələrini və məzmun standartlarını nəzərdən keçirək. 
VII sinfin sonunda şagird: 

 
maddələri  (bəsit,  mürəkkəb,  saf),  qarışıqları  fərqləndirir,  onların 
formullarına əsasən sadə hesablamalar aparır; 

 
sadə  kimyəvi  reaksiyaların  əsas  tiplərini,  onların  başvermə  şərtlərini  izah 
edir, reaksiya tənliklərinə əsasən hesablamalar aparır; 

 
sadə  kimyəvi  təcrübələr  və  müşahidələr  aparır,  molekulların  modellərini 
hazırlayır; 

 
kimyəvi  maddələrlə  davranma  qaydalarını,  ekoloji  təmiz  mühitin 
saxlanılmasının əhəmiyyətini izah edir; 

 
əsas  kimyəvi  anlayışlar  və  qanunların  kəşfi  sahəsində  görkəmli  alimlər 
haqqında topladığı  məlumatları təqdim edir. 
Təlim  nəticələrinin  məzmunundan  göründüyü  kimi,  təqdim  olunan  bacarıqlar 
şagirdlərin tədris ili ərzində kimya fənnini öyrəndiyi başlanğıc sinifdə yiyələnəcəyi ən 
zəruri  bilikləri  və  əsas  fəaliyyət  növlərini  özündə  ehtiva  edir.  Təlim  nəticələrinə 
uyğun  VII  sinfin  məzmun  standartları  müəyyənləşdirilmişdir.  Standartlar  məzmun 
xətlərinə müvafiq seçilmişdir.  
Məzmun xətləri üzrə əsas və alt-standartlar: 


235 
 
1.
 
Maddə və maddi aləm 
Şagird: 
1.1.
 
Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlar nümayiş etdirir. 
1.1.1.
 
Maddələri (bəsit, mürəkkəb, saf) qarışıqların tərkibinə görə fərqləndirir. 
1.2.
 
Maddələr  və  onları  təşkil  edən  hissəciklərin  əlaqələrinə  dair  bilik  və 
bacarıqlar nümayiş etdirir. 
1.2.1.
 
Atomun tərkibini, atom-molekul təlimini izah edir. 
1.3.
 
Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır. 
1.3.1.
 
Maddələrin formuluna əsasən sadə hesablamalar aparır. 
2.
 
Kimyəvi hadisələr 
Şagird: 
2.1.
 
Kimyəvi  hadisələrin  başvermə  səbəblərini,  qanunauyğunluqlarını 
mənimsədiyini nümayiş etdirir. 
2.1.1.
 
Kimyəvi  reaksiyaların  əlamətlərini,  əsas  tiplərini,  başvermə  şərtlərini 
izah edir. 
2.2.
 
Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır. 
2.2.1.
 
Sadə reaksiyaların tənliklərini tərtib edir. 
2.2.2.
 
Sadə reaksiyaların tənliklərinə əsasən hesablamalar aparır.  
3.
 
Eksperiment və modelləşdirmə  
Şagird: 
3.1.
 
Kimyəvi 
hadisələrə 
və 
onların 
qanunauyğunluqlarına 
aid 
eksperimentlər aparır. 
3.1.1.
 
Sadə kimyəvi təcrübələr, müşahidələr aparır. 
3.2.
 
Molekulların quruluşunu, kimyəvi prosesləri modelləşdirir. 
3.2.1.
 
Sadə molekulların modellərini hazırlayır. 
4.
 
Kimya və həyat 
Şagird: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə