Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə67/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   63   64   65   66   67   68   69   70   ...   111

227 
 
1.
 
Kimyəvi  maddələrin  ətraf  mühitə  zərərli  təsirinin  azaldılması  üçün  öz 
təkliflərinizi verin. 
2.
 
Yaşadığınız ərazidə ekoloji vəziyyət haqqında təqdimat hazırlayın. 
3.
 
Kimyəvi  maddələrin  bitkilər  üçün  əhəmiyyəti  barədə  mülahizələrinizi 
bildirin. 
4.
 
Kimyəvi  reaksiyaların  tiplərinə  aid  təcrübələrin  aparılması  planını  tərtib 
edin. 
5.
 
Maddələri  hansı  əlamətlərinə  görə  təsnif  etmək  barədə  öz  mülahizələrinizi 
deyin. 
6.
 
Maddələri təyin etmək üçün məlum olanlardan əlavə variantınızı təklif edin. 
7.
 
Azot  və  omum  birləşmələrinin  canlı  orqanizmdə  rolu  barədə  təqdimat 
hazırlayın. 
8.
 
Sizə verilən avadanlıqdan istifadə edərək qaz halında maddələri almaq üçün 
sadə qurğu düzəldin. 
9.
 
Kimyəvi çevrilmələrə aid reaksiya tənliklərini tərtib edin. 
10.
 
 Başlanğıc  maddələri  göstərilən  reaksiya  tənliklərini  tamamlayın  və 
əmsallaşdırın. 
11.
 
  Kimyəvi  eksperiment  aparmaqla  sizə  verilən  bəsit  maddələrdən 
mürəkkəb maddəni alın. 
12.
 
 Sizə  təklif  edilən  kimyaya  aid  məsələnin  həllinin  asan  (az  vaxt  aparan) 
variantını təklif edin. 
Dəyərləndirmə  (qiymətləndirmə)  –  Bu  mərhələnin  əsas  xüsusiyyəti  şagirdin 
bu  və  ya  digər  materialın  (qərarın,  bədii  əsərin,  tədqiqatın  nəticələrini  və  s.) 
əhəmiyyətini qiymətləndirməsi, məsələ haqqında qərar qəbul etməsi, mübahisələri və 
fikir  müxtəlifliklərini  həll  etməsidir.  Şagirdin  fikir,  mülahizə  və  mühakimələri  aydın 
və  dəqiq  meyarlara  əsaslanmalıdır  (quruluş,  məntiq,  məqsədəuyğunluq).  Belə  təlim 
nəticələri əvvəlki mərhələlərə uyğun nəticələrə də nail olunduğunu göstərir. 
Təlim məqsədlərinin tipləri: 


228 
 

 
Şagirdin  mətn  şəkilində  materialın  qurulma,  tərtibedilmə  məntiqini 
dəyərləndirməsi. 

 
Şagirdin verilənlər və ona əsaslanan qərarın uyğunluğunu qiymətləndirməsi. 

 
Şagirdin hər hansı fəaliyyətin nəticəsini qiymətləndirməsi. 
Müəllimin  tapşırıqlar  tərtib  etməsi  üçün  feillər:  müqayisə  edin, 
qarşılaşdırın,  fikrinizi  ifadə  edin,  nəticə  çıxarın,  qiymətləndirin,  əsaslandırın,  rəy 
verin, təqdim edin, haqq qazandırın, inandırın. 
Tapşırıq nümunələri: 
1.
 
Oksigenlə ozonun oxşar və fərqli cəhətlərini müqayisə edin. 
2.
 
Bitkilər  üçün  mineral  gübrələrdən  hansılarının  daha  faydalı  olduğunu 
müəyyən edin. 
3.
 
Şagird yoldaşınızın  hazırladığı məruzəyə öz münasibətinizi bildirin. 
4.
 
Kimya sənayesi tullantılarının ətraf mühitə ziyanına dair tənqidi fikirlərinizi 
bildirin. 
5.
 
Kimya elminin nailiyyətlərinin məişətdə əhəmiyyətini dəyərləndirin. 
6.
 
Yoldaşınızın hazırladığı təqdimata qiymət verin. 
Təlim  prosesində  şagirdin  fəaliyyətinin  yuxarıda  göstərilən  sahələri  təcrid 
olunmuş  şəkildə  deyil,  bir-biri  ilə  əlaqəlidir  və  bunlardan  daha  əhatəli  olan  idrak 
fəaliyyəti,  onun  mərhələləri,  hər  bir  mərhələnin  xüsusiyyətləri,  idrak  fəaliyyətinin 
yüksəldilməsinini  üsul  və  vasitələrini  kimya  müəllimi  yaxşı  bilməli  və  həyata 
keçirdiyi təlim məqsədlərində  bunları  nəzərə  almalıdır.  
 
 
5.4. Kimya fənni kurikulumunun məzmunu və quruluşu 
 
Digər  fənlər  kimi  kimya  fənni  üçün  də  təhsil  işçiləri,  müəllimlər  və  kimyaçı 
alimlərin birgə rəyi nəticəsində kurikulum hazırlanaraq mətbuatda çap edilmişdir.  


229 
 
Kimya  fənni  kurikulumu  müvafiq  dərslik  və  dərs  vəsaitlərinin,  müəllim  və 
şagirdlər  üçün  resursların  hazırlanması,  təlim  prosesinin  səmərəli  təşkili  üçün  zəruri 
didaktik  tələblərin  əsasını  təşkil  edir.  Ümumtəhsil  məktəblərində  şagird 
nailiyyətlərinin  qiymətləndirilməsi  üzrə  həyata  keçirilən  fəaliyyətlərin  hüquqi-
normativ bazası rolunu oynayır. 
Kimya  fənninin  yeni  məzmununun  nəticələr  (məzmun  standartları)  formasında 
verilməsi  kurikulum  sənədinin  demokratik  xarakterindən  irəli  gəlir.  Kimya  fənni 
kurikulumu  şagirdlərin  bir  şəxsiyyət  kimi  formalaşdırılmasına  istiqamətləndiril-
diyindən  onların  inkişafını  ardıcıl  olaraq  izləməyə  imkan  verən  məzmun  və 
strategiyaları  əhatə  edir.  Müxtəlif  səviyyələrdə  müəyyənləşdirilmiş  məzmun 
standartları şagirdlərin əldə edəcəkləri dəyərlərin göstəricisi rolunu oynayır. 
Ümumtəhsil  məktəblərində  kimya  fənninin  məqsədinin  reallaşdırılması  üçün 
aşağıdakıların həyata keçirilməsi nəzərdə tutulur:  
Ümumi  orta  təhsil  səviyyəsində  kimyadan  əldə  edilən  bilik  və  bacarıqlar 
şagirdlərə onları əhatə edən maddi aləmin və burada baş verən hadisələrin təhlilinə və 
bunun  əsasında  gündəlik  həyati  problemlərin  həllinə  imkan  verir.  Şagirdlərin 
intellektual  inkişafına,  uğurlu  praktik  fəaliyyətinə  zəmin  yaradan  təfəkkür  tərzi 
formalaşır.  Başqa  fənlərin  öyrənilməsinə  kömək  edir  və  təhsilin  davam  etdirilməsi 
üçün  imkan  yaradır.  Müxtəlif  forma  və  məzmuna  malik  məlumatların  məntiqi 
cəhətdən təhlil edilməsi təmin olunur. 
Tam  orta  təhsil  səviyyəsində  fəaliyyətlərin  genişləndirilməsi  yolu  ilə  yeni 
anlayış və mahiyyətlər, daha sistemli və tətbiqyönümlü praktik vərdişlər və bacarıqlar 
aşılanır.  Gələcək  təhsil  və  peşə  fəaliyyətinin  davam  etdirilməsinə  zəmin  yaradan 
kimyəvi  biliklərin  mənimsənilməsi  və  geniş  dünyagörüşünün  formalaşması  təmin 
olunur. 
Ənənəvi təhsildə istifadə edilən fənn proqramlarından fərqli olaraq kimya fənni 
kurkulumunda təlimin nəticələri ön plana çəkilir. Beləki, ümumi orta təhsil səviyyəsi 
(VII-IX siniflər) üzrə şagird: 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə