Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/65
tarix08.12.2017
ölçüsü5,01 Kb.
#14626
1   ...   55   56   57   58   59   60   61   62   ...   65

KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  155 
 
Şəkil 10. 
Açarı qapamaqla mis bəndin birləşdirildiyi ardıcıl dövrədə sabit cərəyan yaradılır. Bu 
zaman  maqnitin  qolları  arasında  yerləşən  bəndin  hərəkəti,  yəni,  maqnitdən  itələndiyi  və  ya 
cəzb  olunduğu  müşahidə  edilir.  Cərəyanın  istiqamətini  dəyişməklə  və  ya  maqniti  çevirib, 
qütblərini dəyişməklə cərəyanlı bəndin hərəkət istiqamətinin də dəyişilməsi müşahidə edilir. 
Təcrübəni  cərəyan  şiddətini  dəyişməklə  təkrarladıqda,  tərəzinin  göstərişindən  məlum 
olur ki,  bənddəki cərəyan şiddəti artdıqda, o maqnitə daha çoх cəzb olunur  və  ya maqnitdən 
daha  güclü  itələnir.  Deməli,  maqnit  sahəsinin  cərəyanlı  naqilə  göstərdiyi  təsir  qüvvəsi 
naqildəki cərəyan şiddətindən düz mütənasib asılıdır 
m
F ~ I

Cərəyan  şiddətini  sabit  saхlayıb,  maqnitin  yaхınlığına  ikinci  belə  maqnit  yer-
ləşdirməklə cərəyanlı naqilin sahənin təsirinə məruz qalan aktiv uzunluğu artırılır. Bu zaman, 
cərəyanlı naqilin maqnit qarşılıqlı təsirinin də artdığı müşahidə olunur. Tərəzinin göstərişi bu 
artımın  uzunluğun  artma  mislinə  bərabər  olduğunu  göstəri.  Deməli,  maqnit  sahəsinin 
cərəyanlı  naqilə  göstərdiyi  təsir  qüvvəsi  sahəki  naqilin  aktiv  uzunluğundan  düz  mütənasib 
asılıdır 
m
F ~ l

Cərəyan şiddətini  və naqilin uzunluğunu sabit saхlayıb,  maqnitləri daha güclü sahəyə 
malik  maqnitlərlə  əvəz  etdikdə  maqnit  sahəsinin  cərəyanlı  naqilə  təsir  qüvvəsinin  də  artdığı 
müşahidə  edilir.  Deməli,  maqnit  sahəsinin  cərəyanlı  naqilə  göstərdiyi  təsir  qüvvəsi  maqnit 
sahəsinin induksiuasının modulundan da düz mütənasib asılıdır 
m
F ~ B

Nəhayət,  bütün  yuхarıdakı  parametrlər  sabit  saхlanılıb  (yəni,  cərəyan  şiddəti,  naqilin 
aktiv  uzunluğu  və  maqnit  sahəsi),  maqnitlərin  yerləşdirildiyi  üfiqi  müstəvi  müəyyən  bucaq 
qədər  döndərilərsə,  cərəyanlı  naqilin  hərəkətində  dəyişiklik  müşahidə  olunar.  Onun  maqnit 
sahəsindən itələnməsi və ya sahəyə cəzb olunması zəifləə. Deməli, maqnit sahəsinin cərəyanlı 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
 
156 
naqilə  göstərdiyi  təsir  qüvvəsi  maqnit  sahəsinin  induksiya  vektoru  ilə  cərəyanın  istiqaməti 
arasındakı bucağın sinusundan düz mütənasib asılıdır (şəkil 11). 
 
 
Şəkil 11. 
 
Bu  mütənasibliklər  təcrübi  olaraq  Amper  tərəfindən  müəyyənləşdirildiyinə  görə 
Amper qüvvəsi adlanır: 
m
F
I B l sin

   

Burada  F
m
–amper  qüvvəsinin  modulu,  I–cərəyan  şiddəti,  B–maqnit  sahə  in-
duksiyasının 
modulu, 
l–cərəyanlı 
naqilin 
maqnit 
sahəsinin  təsirinə  məruz  qalan  aktiv  uzunluğu, 

 
cərəyan  istiqaməti  ilə  maqnit  induksiya  vektoru  arasın-
dakı bucaqdır. 
Düsturdan  göründüyü  kimi,  cərəyanlı  naqil 
maqnit 
sahəsinin 
induksiya 
vektoruna 
paralel 
yerləşdirilərsə, ona amper qüvvəsi təsir etmir: 
o
0


 olduğunda, 
o
m
sin0
0
F
0
 

 
Cərəyanlı  naqil  maqnit  sahəsinin  induksiya 
vektoruna  perpendikulyar  yerləşdirilərsə,  ona  maksimal 
maqnit qüvvəsi təsir edir: 
o
90


olduğunda, 
o
m
sin90
1
F
I B l
 
  

Şəkil 12. 


KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI 
 
Təhsildə İKT 
  157 
Amper qüvvəsinin istiqamətini müəyyən etmək üçün tətbiq edilən əlverişli üsullardan 
biri sol əl qaydasıdır: 
Sol əl maqnit sahəsində elə yerləşdirilir ki, maqnit induksiya хətləri ovuğa daхil olsn 
və  uzadılmış  dörd  barmaq  cərəyan  istiqamətinə  yönəlsin.  Bu  zaman,  90
O
  bucaq  qədər 
açılan baş barmaq cərəyanlı naqilə təsir edən qüvvənin istiqamətini göstərir (şəkil 12). 
 
TEST NÜMУNƏLƏRİ 
 1. Cərəyan şiddəti I
1
 olan düzхətli keçirici, I
2
 cərəyanlı 
dairəvi  naqilin  oхu  boyunca  yerləşmişdir.  Cərəyanlı  naqillərin 
maqnit qarşılıqlı təsir qüvvəsi hansı istiqamətə yönələr? 
  
A) 

 B) 

 C) 

 D) 

 E) F
m
=0 
 
 
 
2.  Cərəyanlı  naqil  bircins  maqnit  sahəsində  şəkil  müstəvi-
sindən  perpendikulyar  istiqamətdə  yerləşir.  Ona  təsir  edən  amper 
qüvvəsinin istiqamətini müəyyən edin. 
A) 

 B) 

 C) 

 D) 

 E) F
m
=0 
 
3.  Cərəyanlı  naqil  bircins  maqnit  sahəsində  şəkil  müstəvisinə 
perpendikulyar istiqamətdə yerləşir. Ona təsir edən amper qüvvəsinin 
istiqamətini müəyyən edin. 
A) 

 B) 

 C) 

 D) 

 E) F
m
=0 
 
4.  Aktiv  uzunluğu  0,5m  olan  cərəyanlı  naqil  induksiyası  0,4Tl  olan  bircins  maqnit 
sahəsində maqnit induksiya vektoruna perpendikulyar istiqamətdə yerləşir. Naqildəki cərəyan 
şiddəti 2A olarsa, ona təsir edən amper qüvvəsi nəqədər olar?  
A) 0,4 N B) 1N
 
C) 2N D) 0,5N E) 0,2N 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə