KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
158
ƏDƏBİYYAT
1. Murquzov M.İ., Abdullayev S.Q., Abdurazaqov R.R., Əliyev N.A. Fizika 9. Dərslik. Bakı, Bakınəşr,
2009.
2. Murquzov M.İ., Mehrabov A.O., Abdullayev S.Q., Abdurazaqov R.R., Əliyev N.A. və başqaları.
Ümumtəhsil məktəblərinin VII-IX sinifləri üçün fizika və astronomiya proqramları. Bakı, Nigar-M nəşriyyatı, 2002.
3. Верещагин Н.К., Шень А. Лекции по математической логике и теории алгоритмов. Часть 1.
Начала теории множеств. М.: МЦНМО, 1999.
4. Верещагин Н.К., Шень А. Лекции по математической логике и теории алгоритмов. Часть 2.
Начала теории множеств. М.: МЦНМО, 2000.
KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
159
PROQRAMLAŞDIRMA DİLLƏRİ VƏ MÜƏLLİM HAZIRLANMASINDA
TƏTBİQLƏRİ
Dos. Dr. Arif Altın
Hacettepe Universiteti Pedaqoji Fakültəsi
Prof. Dr. Petek Aşkar
Hacettepe Universiteti Pedaqoji Fakültəsi
XÜLASƏ
Proqramlaşdırma dilləri, istifadəçilərin proqramlaşdırma bacarığına sahib olmadan, öz
mövzularını səslər, görünüşlər, qrafiklər və yazılar ilə təmsil edəcək şəkildə hazırlayıb təşkil edərək bir
proqrama çevirə bilmə imkanı təmin etməkdədir. Yeni bacarıqlar olaraq da təyin edə biləcəyimiz bu
bacarıqlar, kompüter və təlim texnologiyaları hissələrində müəllim yetişdirmə müddətində
işlənməkdədir. Bu işdə, proqramlaşdırma dillərinin ümumi quruluşu və multimedia hazırlama
müddətində proqramlaşdırma dilləri mövzusu üzərində dayanılacaq; Hacettepe universiteti BÖTE
bölməsində tətbiq prosesi veriləcəkdir.
1. GİRİŞ
Texnologiya bir anlayış kimi cihazlardan kənar başqa mənalar da ehtiva etməkdədir.
Burada, kompyuter və texnologiya arasında bir fr qoymadan, texnologiya anlayışının quruluşu
və əhatəsi çərçivəsindən baxıldığında, texnologiya anlayışını hər şeydən əvvəl bir
dünyagörüşü olaraq qavraya bilərik. Texnoloji düşünmə, texnologiya investisiyası, texnoloji
həyat tərzi kimi bəzi ifadələrlə təyin etməyə çalışdığımız texnologiya, fərdlərin almış olduğu
qərarlara ya da etmiş olduğu fəaliyyətlərə dəstək verməkdədir. Bu dünyagörüşü ilə, hər fərd
texnologiya ilə həyatını qurmaqda və istiqamətləndirməkdədir.
Həyatların qurulması müddətində fərdlərin inkişafına dəstək olacaq ən əhəmiyyətli
anlayışlardan biri də savadlılıq anlayışıdır. Anlamaq, istifadə etmək, uyğun olmaq kimi
fəaliyyətləri əhatə edən vərdişlər, texnologiyaya fərqli bir dünyagörüşü qazandırmaqdadır. Bu
dünyagörüşündən baxıldığında, fərdlərin texnologiyadan anlamaları, texnologiya məhsullarını
istifadə etmələri və texnologiyaya uyğun olmaları deyildiyində nəzərdə tutulan şey çox vaxt
fərdlərin texnologiya vərdişlərinin olub olmamaları ilə birbaşa əlaqədardır.
KOMPÜTER-TƏLİM TEXNOLOGİYALARI
Təhsildə İKT
160
Virdişin tərifi, cəmiyyəti meydana gətirən fərdlərin ortaq qatqıları ilə davamlı
yenilənməkdə və mənalandırılmaqdadır. Hər yeni mənalandırılan tərif isə mövcud şərait,
istifadə edilən vasitə və/və ya istənilən məqsədə istiqamətlənmiş dəyişə biləcəyini və müxtəlif
savadlılığın ola biləcəyi düşüncəsini əks etdirər (Kompyuter savadlılığı, media savadlılığı,
məlumat savadlılığı, vizual savadlılıq kimi). Bütün bunları e-savadlılıq olaraq xarakterizə edə
bilərik (Altın, 2003). E-savadlılığın bir xüsusiyyəti artıq tək bir savadlılıq anlayışının
qalmadığı, dəyişən ictimai və texnoloji dəyişmələr içində çoxlu savadlılıqlara ehtiyac
olduğuna işarə etməsidir. Çoxlu savadlılıqlarla, səslər, görünüşlər, qrafiklər və yazılar ilə
təmsil edilən məlumatın işlənə bilməsindən söhbət gedir. (Kellner, 2001). Bu vəziyyətdə,
müəllim yetişdirmə müddətində çoxmühitlilik hazırlama bacarıqlarının inkişaf etdirilməsi ilə
müəllim namizədlərinin çoxlu savadlılıq anlayışı ilə tanış edilməsi və başqa sözlə sabahın
böyüklərini cəmiyyətə hazırlamada müəllim namizədlərinin öz savadlılıqlarını
formalaşdırmalarına dəstək olunması lazımlıdır.
Bu yöndə atılan addımlardan biri də Kompyuter və Təlim Texnologiyaları Təhsili
bölməsində açılan savadlılıq dərsləridir. İnternet və kompyuter mühitində yazarlılıq dilləri
şəklində müəllim namizədlərinə təqdim edilən bu dərslərin məzmununda İnternet və
kompyuter mühitində öyrədici məzmunun uyğun yazıçılıq dilləri ilə hazırlanması və inkişaf
etdirilməsi üçün lazımlı alqoritm və anlayışlar ilə bunların istiqamətində mikro səviyyədə
təlim məqsədli bir proqram inkişaf etdirmə üçün lazımlı məlumat və bacarıqlarının
qazandırılması hədəflənmişdir.
Bir sonrakı bölmədə çoxmühitlilik hazırlama müddəti və yazıçılıq proqramlarının
ümumi quruluşu üzərində dayanılaraq, təlim prosesnə istifadə imkanları nəzərə alınacaqdır.
2. MULTİMEDİA HAZIRLAMA VƏ YAZIÇILIQ PROQRAMLARININ
İSTIFADƏ EDİLMƏSİ
Yazıçılıq proqramları, digər proqramlaşdırma dillərində olan bəzi xüsusiyyətləri də
daşımasına baxmayaraq, özlərinəxas və yazıçılıq dilləri olaraq adlandıra biləcəyimiz bir sıra
xüsusiyyətləri daşıyarlar. Bu dillərin köməyi ilə təhsil müddətinin işləyiş müddətinin təyin
oluna biləcəyi kimi, qrafik interfeys dəstəyi ilə çoxmühitliliyin hazırlanmasında əhəmiyyətli
asanlıqlar təmin edərlər. Multimedia hazırlama mühiti olaraq da görə biləcəyimiz bu
proqramlar, kompleks qrafik, səs, animasiya və film kimi elementlərin bir arada istifadə
edilməsinə imkan təmin edərlər.
Dostları ilə paylaş: |