Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Şək. 3. Radial plunjerli və elektromaqnit klapanlı paylayıcı tipli YTYN



Yüklə 5,14 Mb.
səhifə14/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Şək. 3. Radial plunjerli və elektromaqnit klapanlı paylayıcı tipli YTYN.



Şək. 4. Fərdi YTYN-lu dizel yanacaq sistemi


Şək. 5. Nasos-forsunkanın iş prinsipi.



Şək. 6. Elektron idarəetməli təzyiq akkumulyatorlu Common Rail sisteminin prinsipi.
1. Yüksək təzyiqli yanacaq nasosu, 2. Təzyiq akkumulyatoru (rail), 3. Elektrohidravlik for sunka- nın elektron idarə olunan klapanı, 4. Elektrohidravlik forsunka, 4. Forsunkanın tozlandırıcısı.
Alçaq təzyiqli dizel yanacaq nasosu (ATYN). Süzgəclərin yaratdığı müqaviməti dəf edərək, yanacağı çəndən sorub yüksək təzyiqli nasosa vermək üçün alçaq təzyiqli nasosdan istifadə edilir (şək.7). Bu nasos yanacağı müəyyən izafi təzyiqlə (0.06÷0.3 MPa) verir. Yüngül yanacaqlarla işlədikdə, sistemdə buxarlanmanın qarşısını almaq üçün təzyiqi 0.7 MPa-dək götürmək lazımdır.




Şək. 7. Alçaq təzyiqli dizel yanacaq nasosu





Şək. 8. Kobud yanacaq süzgəci:
1-yaylı şayba; 2-bolt; 3, 6-araqatı; 4-tıxac; 5-qapaq; 7-gövdə; 8-süzücü element; 9-kran.
Əsasən porşenli və dişli çarxlı alçaq təzyiq yanacaq nasoslarından istifadə edilir. Porşenli alçaq təzyiqli yanacaq nasosu adətən yüksək təzyiqli yanacaq nasosunun yumruqcuqlu valından hərəkət alır. Hissələri (şək. 7.): kobud süzgəc 1, sorma klapanı 2, əl nasosunun porşeni 4, əl nasosu 3, sorma həcmi 5, plunjer yayı 6, plunjer 7, diyircəkli itələyici 8, intiqal ekssentriki 9,
sıxma həcmi 10, veriş klapanı 11.
Yanacaq süzgəcləri. Nasos və injektorların işçi hissələrini mexaniki mikrohissəciklərdən təmizləmək üçün yanacaq süzgəcləri nəzərdə tutulur. Süzgəclər kobud və narın olmaqla iki tipdə olur. Kobud süzgəclər nisbətən böyük mexaniki hissəcikləri (0.06÷0.07 mm-dən yuxarı) süzdüklərindən, müqaviməti aşağıdır (təzyiq düşküsü 0.015MPa÷0.03MPa) və ATYN-dan qabaq yerləşdirilir. Narın süzgəc 0.005÷0.025 mm-dən böyük ölçülü mexaniki hissəcikləri buraxmamalıdır. 0.06÷0.08 MPa təzyiq düşküsü yaradır.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə