Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Şək. 2. Kontaktlı-tranzistorlu alışdırma sistemi



Yüklə 5,14 Mb.
səhifə41/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   37   38   39   40   41   42   43   44   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Şək. 2. Kontaktlı-tranzistorlu alışdırma sistemi





Şək. 3. Kontaktsız-tranzistorlu alışdırma sistemi


Şək. 4. Holl sensorlu alışdırma sistemi





Şək. 5. Mikroprosessor idarəetməli alışdırma sistemi

ARÇ – analoq-rəqəm çeviricisi, MP – mikroprosessor, ƏYQ - əməli (operativ) yaddaş qurğusu, DYQ – daimi yaddaş qurğusu, İF1, İF2 – impuls formalaşdırıcıları, Tr1, Tr2 – transformatorlar.


Yoxlama sualları





  1. Etibarlı qığılcımın alınması üçün ən azı nə qədər gərginlik tələb olunur?

  2. Alışdırma sisteminin vəzifəsi nədir?

  3. Alışdırma sisteminin hansı növləri var?

  4. Alışdırma sistemləri hansı elementlərdən ibarətdir?

MÜHAZİRƏ 12.


Avtomobillərin təsnifatı. Avtomobillərin transmissiyası.

İlişmə muftası




Minik avtomobilləri. 1-ci sxem. Bu sxem üzrə kompanovka edilən avtomobillər üçün nisbətən böyük qabarit uzunluq və baza xarakterikdir, mühərrikin qabaq asqıların birləşdiyi eninə balkadan qabaqda yerləşməsinə imkan yaranır. Mühərrik qabaqda, aparan körpü arxada olduğu üçün, həm kardan ötürməsi hesabına, həm də avtomobil nisbətən uzun olduğu üçün quru kütlə artır. Avtomobillərin tam yüklü halında kütlə oxlar arasında 48:52 % nisbətində paylanır. 1-ci rəqəm qabaq, 2-ci rəqəm isə arxa oxa aiddir. Əgər avtomobillərdə tək sürücü oturarsa, bu nisbət 52:48 % olur. Kütlənin avtomobillərin oxları arasında bu nisbətdə paylanması onların neytral və ya bir qədər çətin dönmə qabiliyyətini təmin edir. Belə avtomobillər yüksək və stabil səmt dəyanətyinə malik olurlar. Avtomobillərin arxa körpülərinə nisbətən böyük yük düşdüyü üçün onlar sürüşkən yol hissələrini və yoxuşları yaxşı dəf edirlər. Lakin sərt tormozlama zamanı yana sürüşməni aradan qaldırmaq üçün tormoz qüvvələri nizamlayıcısı, ya da əks bloklama quruluşu nəzərdə tutulmalıdır. Bu kompanovka sxemində baqaj şöbəsinin həcmini böyütmək imkanı yaranır, mühərrikə xidmət etmək asanlaşır. Belə sxemin mənfi cəhəti kuzanın dibində kardan ötürməsi üçün oyuğun nəzərdə tutulmasıdır. Bu sxemdən əsasən orta, böyük və yüksək sinifli minik avtomobillərində istifadə olunur.

  1. ci sxem. Mühərrik qabaqda yerləşir, qabaq təkərlər aparandır. Mühərrikin oxu avtomobilin uzununa və ya eninə oxları ilə eyni istiqamətdə ola bilər.

Belə kompanovkanın üstünlükləri, xüsusilə mühərrik avtomobilin eninə istiqamətində yerləşdikdə özünü daha aydın biruzə verir. Bu halda mühərrik kiçik işçi həcmə malik olmaqla təkərlərin oxundan qabaqda yerləşdirilir. Nəticədə avtomobilin bazası 10 faiz, quru kütləsi isə təqribən 8 faiz azaldıla bilər. Mühərrik, sürətlər qutusu və baş ötürücü asan sökülə bilən,kompakt qovşaqda üçün istehsalı və istismarı çox rahatdır. Kütlənin oxlar arasında paylanması və 60:40 faiz nisbətində olur. Bu isə avtomobilin pisləşdirilmiş dönmə qabiliyyətini və istənilən yüklənmə şəraitində yüksək səmt dəyanətliliyini təmin etdir. Ancaq avtomobilin sürüşkən yollarla, xüsusilə yoxuşda hərəkətli zamanı dartıcı qüvvə ilişmə qüvvəsinə bərabər ola bilər ki, bu da idarəolunma qabiliyyətinin itirilməsinə gətirib çıxarar. Natamam yüklənmə zamanı arxa oxa düşən kütlə az olduğu üçün tormozlama hallarında arxa təkərlərin bloklanması nəticəsində avtomobil yana sürüşə bilər. Ona görə də belə avtomobillərdə tormoz qüvvələr nizamlayıcıları və ya əks bloklama quruluşları nəzərdə tutulmalıdır.

Bu sxemin mənfi cəhəti, xüsusilə məhərrik eninə yerləşdikdə mühərrik şöbəsində xidmət işlərinin çətinləşməsidir. Arxa oxa düşən yük az olduğundan başqa sxemlərə nəzərən baqaj şöbəsinin həcmi artırıla bilər. Sxemin ən böyük üstünlüklərindən biri kuzanın dibində kardan ötürməsi üçün oyuğun olmamasıdır. Belə sxem kiçik sinifli minik avtomobillərində tətbiq edilir.

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə