Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Şək. 1. Minik avtomobillərinin komponovkası



Yüklə 5,14 Mb.
səhifə42/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Şək. 1. Minik avtomobillərinin komponovkası


  1. cü sxem. Mühərrik arxada yerləşir, arxa təkərlər aparandır. Belə kompanovka sxemində mühərrik avtomobilin uzununa oxu boyunca, adətən təkərlərin oxundan arxada yerləşir. Mühərriki arxa təkərlərin oxundan geriyə sürüşdürməkdə məqsəd avtomobilin qabarit uzunluğunun arxa oxdan kənara çıxıntısının ölçüsünü digər kompanovka sxemlərində olduğu ölçüdə saxlamaqdır. Bu sxemdə arxa körpü mütləq sərbəst asqılara malik olmalıdır. Mühərrik, ilişmə muftası, sürətlər qutusu və baş ötürücü asan sökülə bilən, vahid qovşaqda yürləşdirilir. Avtomobilin bazası və quru kütləsi 2–ci sxemdə olduğu kimidir. Kütlənin oxlar arasında paylanması, orta hesabla 42:58 faiz nisbətində olur. Belə nisbət arxa körpünün çox yüklənməsinə, dönmə qabiliyyətinin artırılmasına və səmt dəyanətliliyinin pisləşməsinə səbəb olur. Arxa körpüyə düşən yük çox olduğu üçün avtomobil sürüşkən yol hissələrini və sərt yoxuşları asanlıqla dəf edir. Qabarit uzunluğun, qabaq oxdan olan çıxıntının ölçüsünün normal qiymətlərində qabaq təkərlər üzərində lazımi həcmdə baqaj şöbəsi yerləşdirmək mümkün olmur. Mühərrik axarda yerləşdiyi üçün toqquşma zamanı sürücü və sərnişinlərin mühafizəsi pisləşir. Belə sxemin daha bir çatışmayan cəhəti idarəetmə orqanlarının mürəkkəbləşməsi və kuzanın dibində idarəetmə orqanlarının yerləşdirilməsi üçün oyuğun tələb olunmasıdır. Tətbiq sahələri adətən kiçik sinifli, kiçik sürətə malik və kiçik işçi həcmli mühərriki olan avtomobillərdir.

Yük avtomobilləri. 1-ci sxem. Bu sxem üzrə kompanovka edilən avtomobillər böyük bazaları, qabarit uzunluqları və məhdud müşahidəlilik qabiliyyətləri ilə fərqlənirlər. Mühərrikə qulluq etmək asanlaşır, avtomobilə minib-düşmək rahat olur. Avtomobilin qabarit uzunluğunu və bazasını azaltmağa imkan verir. Ancaq bu halda mühərrik və təkərlər yerləşən həcmlər mühərrik şöbəsindən kənara çıxır, pedallar yerləşən həcm kiçilir və onların kompanovkası çətinləşir ona görə də kabinanın döşəməsini qaldırmaq lazım gəlir.
Belə kompanovkanın mənfi cəhətləri mühərrikin arxa hissəsinə xidmətin çətinləşməsi, qapıların eninin azalması, səsin yüksək olması və arakəsmənin qızmasıdır.

  1. ci sxem. Bu sxem üzrə kompanovka edilmiş avtomobillərdə tam kütlənin oxlar arasında paylanması (23...30) : (70...77) faiz nisbətində olur. Belə kompanovka sxemləri yükgötürmə qabiliyyətindən asılı olmayaraq ümumi təyinatlı kütləvi şəkildə istehsal olunan avtomobillərdə və onların xüsusi modifikasiyalarında tətbiq edilirlər.

  2. cü sxem. Minimum qabarit uzunluğu və bazanı təmin etməyə imkan verir. Bu sistem üzrə kompanovka edilən avtomobillərin çatışmayan cəhətləri aşağıdakılardır:

  • Kabinanın döşəməsinin yüksək olması və minib-düşmənin çətinləşməsi;

  • mühərrikin üzərində qapağın olması və bunun nəticəsində kabinanın həcminin kiçilməsi;

  • mühərrikə qulluq etməyin çətinləşməsi və işlənmiş qazların kabinaya daxil olması imkanı.

Buna görə də kabinanın daxilində kapot əvəzinə çox hallarda qaldırılabilən kabinədən istifadə edilir. Bu isə öz növbəsində idarəetmə orqanlarının intiqallarının kompanovkasını çətinləşdirir.

  1. cü sxem. Oturacaqlar təkərlər üstündə yerləşdikləri üçün müşahidəlik qabiliyyəti yaxşılaşır, minib-düşmə rahat olur və kabinanın döşəməsi düz olur. Bu sxemin mənfi cəhətləri mühərrikə xidmətin çətinliyi və kabinaya işlənmiş qazların daxil olmasıdır. Ona görə də çox vaxt mühərriküstü lyuk əvəzinə qalxa bilən kabinalı konstruksiyadan istifadə edirlər. Məsələnin müsbət həlli yollarından biri də horizontal və ya aksiyal silindrli məliklərin tətbiqidir. 3 -cü və 4- cü kompanovka sistemlərində tam kütlənin oxlar arasında paylanması (30...31) : (65...70) faiz nisbətində olur. 1-ci və 2-ci sxemlərə nisbətən çatışmayan cəhəti sürücülərin böyük rəqsi hərəkətə məruz qalmalarıdır.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə