Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə44/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   40   41   42   43   44   45   46   47   ...   70
DAXİLİ YANMA MUHERİKİ

İlişmə muftası. İlişmə muftasının vəzifəsi mühərrikin dirsəkli valı ilə gücötürücü mexanizmlərinin birinci valını səlis, yumşaq birləşdirmək, onları tez və tam ayırmaqdır. İlişmə muftasının vasitəsilə maşının yerdən səlis, sıçramadan tərpədilməsi, gücötürücü mexanizmlərin tədricən yüklənməsi, keçirmələr qutusunda dişli çarxların səssiz və zərbəsiz qoşulması, ən nəhayət mühərrik işləyərkən güсötürücü mexanizmlərdə qısa müddətə neytral vəziyyətin yaradılması təmin edilir.
İlişmə muftaları burucu momentin mühərrikdən gücötürücü mexanizmlərə ötürülmə üsullarına görə a) friksion; b) hidravlik və c) elektromaqnit növlərinə bölünür.


Şək. 2. Diafraqma yaylı bir diskli ilişmə muftası.


Friksion ilişmə muftalarında burucu momentin mühərrikin dirsəkli valından gücötürücü mexanizmlərin valına ötürülməsi sürtünmə qüvvəsi hesabına təmin edilir. Hidravlik ilişmə muftalarında burucu moment maye vasitəmilə aparıcı elementlərdən aparılan elementlərə verilir. Elektromaqnit ilişmə muftalarında burucu moment elektromaqnit sahələrinin qarşılıqlı təsiri nəticəsində ötürülür. Avtomobillərin gücötürücülərində friksion ilişmə muıtaları çox geniş yayılmışdır. Friksion ilişmə muftaları öz növbəsində aşağıdakı əlamətlərinə görə qruplara bölünür:



  1. Sürtünən səthlərin formasına görə-ilişmə muftaları diskli, konusşəkilli və qəlibli ola bilir. Avtomobillərdə ən çox diskli friksion ilişmə muftaları geniş yayılmışdır. Diskli friksion ilişmə muftaları da aparılan disklərin (üzərinə sürtünmə əmsalı yüksək olan asbest təbəqəsi çəkilmiş) sayına görə birdiskli, ikidiskli və çoxdiskli olur.

  2. Sıxıcı mexanizmin növünə görə-bütün ilişmə muftaları a) daima qapalı və b) daima qapalı olmayan növlərdə ola bilirlər. Daima qapalı ilişmə muftalarında aparılan və aparan disklər xarici təsir qüvvəsi götürülən kimi qüvvətli yayların köməyi ilə bir-birinə sıxılır. Daima qapalı olmayan muftalarda yay yoxdur və burada disklərin sıxılması dəstəklər sisteminin köməyi ilə əldə edilir. Belə ilişmə muftaları dəstəyin və ya pedalın daima sıxılmasını tələb etmədən işə salınmış və işdən çıxmış vəziyyətdə qala bilirlər, ancaq muftanı işə salma və işdən çıxarma momentində dəstəyi işlətmək üçün xarici qüvvə tətbiq etmək lazım gəlir.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə