Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Avtomobil transmissiyasının



Yüklə 5,14 Mb.
səhifə43/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   39   40   41   42   43   44   45   46   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Avtomobil transmissiyasının növləri elementləri. Ümumiyyətlı, avtomobil aşağıdakı- lardan ibarətdir:
1. Mühərrik, 2. Şassi, 3. Kuzov.
Mühərrik aşağıdakı mexanizmlərdən ibarətdir:
1. Dirsək-şatun mexanizmi, 2. Qazpaylama mexanizmi. Mühərrik aşağıdakı sistemlərdən ibarətdir:
1. Yanacaq sistemi, 2. Soyutma sistemi, 3. Yağlama sistemi, 4. İşəsalma və alışdırma sistemi.
Şassi aşağıdakılardan ibarətdir:
1. Transmissiya, 2. İdarəetmə mexanizmləri, 3. Hərəkət hissələri. Transmissiyaya aşağıdakılar aiddir:
1. İlişmə muftası, 2. Sürətlər qutusu, 3. Kardan ötürməsi, 4. Baş ötürmə, 5. Differensial, 6. Yarımoxlar.
İdarəetmə mexanizmləri aşağıdakılardan ibarətdir:
1. Sükan mexanizmi, 2. Tormoz mexanizmi. Hərəkət hissələrinə aşağıdakılar aiddir:
1. Çərçivə, 2. Oxlar, 3. Asqılar, 4. Təkərlər.
Şassi mühərikdən alınan burucu momenti avtomobilin aparan təkərlərinə ötürmək, avtomobili hərəkətə gətirmək və idarə etmək üçündür.
Avtomobili hərəkətə gətirmək üçün avtomobilin aparan təkərlərinə fırlanma hərəkəti vermək lazımdır. Bu hərəkət transmissiya vasitəsilə verilir. Transmissiya bu hərəkəti mühərrikdən avtomobilin aparan təkərlərinə ötürür.
İlişmə muftası. İlişmə muftasının vəzifəsi güc qurğusunu transmissiya ilə elastik birləşdirmək, lazım gəldikdə (sürətlər qutusunun pillələri dəyişdirildikdə, transmissiyanı mühərrikdən ayırmadan tormozlama apardıqda) ayırmaq və ―mühərrik-transmissiya‖ sistemini böyük dinamiki yüklənmədən qorumaqdır.
Sürətlər qutusu. Sürətlər qutusunun vəzifəsi avtomobilin aparan təkərlərində yaranan tam dartıcı qüvvəni və buna uyğun olaraq hərəkət sürətini dəyişmək (ötürmə ədədini artırıb-azaltmaq yolu ilə), onun geriyə hərəkətini təmin etmək, mühərriki transmissiyadan uzun müddət (mühərrik işə salınan zaman, avtomobil dayanarkən və ya öz ətaləti hesabına hərəkət edərkən) ayırmaqdır.
Kardan ötürməsi. Kardan ötürməsinin vəzifəsi oxları bir xətt boyunca yerləşməyən və ya oxlarının vəziyyəti qarşılıqlı dəyişən iki mexanizm arasında burucu momenti ötürməkdir (şək.1). Çox hallarda kardan ötürməsi sürətlər qutusunun aparılan valını baş ötürücünün və paylayıcı qutunun aparan valları və ya paylayıcı qutunun aparılan valını baş ötürücünün aparan valı ilə birləşdirir. Kardan ötürməsindən eyni zamanda aparan və idarə olunan, asılı olmayan asqılı aparan körpülərə və avtomobilin bir sıra mexanizmlərinə (bucurqad, əlavə avadanlıq və s.). burucu momenti ötürmək üçün istifadə olunur.
Baş ötürücü. Baş ötürücülərin vəzifəsi sürətlər qutusundan (paylayıcı qutudan) aldığı burucu momenti artıraraq, oxları avtomobilin uzununa oxu ilə 90° bucaq təşkil edən təkərlərə ötürməkdir.
Diferensial. Diferensial ötürülən burucu momenti təkərlər, oxlar və bortlar (avtomobilin bir tərəfinin təkərləri nəzərdə tutulur) arasında paylanmaqla, təkərlərin vallarının (yarımoxların) müxtəlif bucaq sürətləri ilə fırlanmalarını təmin edir.
Yarımoxlar. Yarımoxların vəzifəsi diferensialdan verilən burucu momenti aparan təkərlərə ötürməkdir. Bütöv körpülü avtomobillərdə (asılı asqılar) moment adətən yarımoxlarla ötürülür. Asılı olmayan asqılı və aparan-idarəolunan körpülü avtomobillərdə isə momentin ötürülməsi kardan oynaqları olan vallarla yerinə yetirilir.
Hərəkət hissəsi çərcivədən ibarətdir ki, ona avtomobilin bütün aqreqat və mexanizmləri, qabaq və arxa oxlar, ressorlar, amartizatorlar, pnevmatik şinlərlə birlikde təkərlər bərkidilir. Çərçivəsiz avtomobillərdə çərçivəni aparıcı kuza əvəz edir.
Idareetme mexanizmlerine sukan idareetme mexanizmi ve tormoz sistemi aiddir. Sukan idareetme mexanizmi avtomobilin hereket istiqametini deyisdirmek, hərəkəti lazımi istiqamətdə saxlamaq ucundur. Tormoz sistemi ise avtomobilin hereketini yavasitmaq ve tamamile dayandirmaq ucundur.
Bas oturmeli aparan korpu, diferensial ve yarimoxlar, sixici bendler vasitesile ressorlara berkidilir. Burucu moment oturmeler qutusundan kardan oturmesi vasitesile aparan korpunun bas oturmesine verilir. Bas oturme burucu momenti diferensial ve yarimoxlar vasitesile aparan tekerlere oturur.
Yüksək keçid qabiliyyətli avtomobillerde her iki korpu aparandir. Bele avtomobilin transmissiyasinda yuxarida adlari cekilen mexanizmlerdem basqa paylayıcı qutu, elave kardan vali ve qabaq aparan korpu de olur. Qabaq aparan korpunun bas oturucusu, diferensiali ve kardanla birlikde yarimoxlari vardir. Beləliklə, yüksək keçid qabiliyyətli avtomobillerde iki arxa aparan korpu olur. Bu halda guc, avtomobilin ikinci aparan korpusune elave kardan oturmesi vasitesile verilir.

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə