Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə51/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Birqat baş ötürücülər. Belə baş ötürücülər adətən, adi konik (kəsişən oxlu) və hipoid

(çarpaz oxlu) ötürmələrdən ibarət olub, ötürmə ədədləri
ub.ö  7.0
hədlərində götürülür. Onların

kütləsi və ölçüləri minimum, qiymətləri ucuz, istismarı isə sadə olur. Ötürmə ədədinin 7-dən çox olması aparılan dişli çarxın ölçülərinin artmasına, bunun nəticəsində avtomobilin işıqlılıq məsafəsinin azalmasına və aparan dişli çarxın termiki emalının mürəkkəbləşməsinə səbəb olur. Birqat baş ötürücülərin ayrı-ayrı növlərinin konstruktiv xüsusiyyətlərini nəzərdən keçirək.
Konik ötürmələr (şək.1). Adi konik dişli çarxlı baş ötürücülərdən ən çox tətbiq ediləni spiral, əksər hallarda isə dairəvi dişli ötürmələrdir. Dairəvi dişli konik ötürmələr ilk dəfə 1913-cü ildə tətbiq edilmişdir. Belə baş ötürücülərdən istifadə etməkdə məqsəd minik avtomobillərinin döşəmələrinin hündürlüyünü azaltmaq, ağırlıq mərkəzini aşağı salmaq, baş ötürücülərin ölçülərini azaltmaq və dişli çarxların dişlərinin möhkəmliyini artırmaq olmuşdur.
Konik ötürmələrin mənfi cəhətləri böyük oxboyu qüvvənin yaranması və iş zamanı səslərin yüksək olmasıdır.
Aparan dişli çarxların spirallığı həmişə sol istiqamətli olur. Bu zaman dişli çarxların konusluq və dişlərin spirallıq bucaqlarının yaratdıqları oxboyu qüvvələrin toplanmalarına baxmayaraq, avtomobillərin irəliyə hərəkəti hallarında, baş ötürücülərdə dişli çarxların pərçimlənmələrinin qarşısı alınır. İstismar şəraitində avtomobillərin geriyə hərəkəti zamanı, yastıqlar kifayət qədər sərt olmadıqda, aparan dişli çarxların pərçimlənməsi hallarına təsadüf olunur. Dairəvi dişli konik baş ötürücülərin f.i.ə.-ları 0.97 0.98 hədlərində dəyişir.
Hipoid baş ötürücülər (şək.2). Belə baş ötürücülərin adi konik ötürmələrə nisbətən aşağıdakı üstünlükləri var:

  • aparan və aparılan dişli çarxların oxlarının bir-birinə nəzərən sürüşdürülməsi (aşağıya, hipoid məsafəsi E qədər) nəticəsində avtomobilin ağırlıq mərkəzini aşağı salınması imkanı

(çoxoxlu avtomobillərin körpülərinə burucu moment ötürülərkən, aparan dişli çarxların vallarını yuxarıya doğru sürüşdürürlər),

  • aparan val və onun dişli çarxının diametrlərinin, adi konik ötürmələrə nəzərən böyük hazırlanması imkanı ( ub.ö -nin bərabər olması şərti ilə),

  • spiral dişli, eyni ölçülü ötürmələrə nisbətən daha kiçik səslə işləmələri.

Mənfi cəhətlərinə isə dişli çarxların dişləri arasında yüksək sürüşmələr olduğu üçün xüsusi yağlama materiallarından istifadə olunması tələbləri aiddir.
Avtomobillərin irəliyə hərəkəti zamanı aşağı hipoid məsafəli ötürmələrin dişli çarxlarının pərçimlənmələrinin qarşısını almaq üçün adi konik ötürmələrdə olduğu kimi, aparan dişli çarxlar sol, üst hipoid məsafəli baş ötürücülərdə isə sağ spirallıq istiqamətinə malik olmalıdırlar. Bu zaman oxboyu qüvvələr konusun oturacağına doğru yönəlirlər. Üst hipoid məsafəli ötürmələr eyni zamanda, qabaq aparan körpülərdə, yığılma xüsusiyyətlərini nəzərə almaq baxımından tətbiq olunurlar.

Şək.1. Şək.2. Hipoid baş ötürücülər:


aparan dişli çarx 1, aparılan dişli çarx 2, diferensial 3.
Sonsuz vint ötürmələri (şək.3). Sonsuz vintləri yuxarıda yerləşən baş ötürücülərdən (şək.3a) çoxoxlu avtomobillərdə ardıcıl yerləşdirilmiş aparan körpülərə burucu momenti ötürmək üçün istifadə edilir. Bu zaman həm yığılma asan olur, həm də kardan ötürməsinin işləmə şəraiti yaxşılaşır (kardan valının maillik bucağı  azaldığı üçün).
Sonsuz vint aşağıda yerləşdikdə (şək.3b) döşəməni aşağı endirməyə imkan yaranır və sonsuz vint cütünün yağlanma şəraiti yaxşılaşır (sonsuz vintin valı etibarlı kipləşdirildikdə). Lakin bu halda kardan ötürməsinin işləmə şəraiti pisləşir.
Sonsuz vint ötürməsinin f.i.ə. nisbətən kiçik (0.9 ) olur. Bunun əsas səbəbi dişlərin ox
istiqamətində sürüşmələri nəticəsində onların arasında etibarlı yağ təbəqəsinin yaradılması üçün şəraitin olmamasıdır. Ötürmənin f.i.ə. vint xəttinin maillik bucağından  və sürüşmə sürətindən,

yəni avtomobilin sürətindən asılıdır. Sonsuz vint cütünün f.i.ə.-nın ən böyük qiyməti
  45

olduqda alınır. Lakin bu halda onun ölçüləri artır. Yüksək keçicilikli avtomobillərdə baş

ötürücülərin ölçülərinin kiçik olması əsas şərtlərdən biri olduğu üçün
  25...30
qəbul edilir.


Şək.3. Sonsuz vintli baş ötürücü:
a – sonsuz vint yuxarıda yerləşir, b – sonsuz vint aşağıda yerləşir, sonsuz vint 1, sonsuz vint çarxı 2.


Silindrik ötürmələr. Adətən mühərriki eninə yerləşən, qabaq aparan körpülü avtomobillərdə tətbiq edilir, sürətlər qutusu və ilişmə muftası ilə bir karterdə yerləşirlər. Baş ötürücünün aparan dişli çarxı sürətlər qutusunun aparılan valının ucunda bərkidilir və ya həmin valla bir yerdə hazırlanmaqla, konsol tir şəklində olur. Konsol şəklində quraşdırıldıqda, baş ötürücünün dişli çarxı və diferensial mühərrikə tərəf sürüşdürülür. Bununla da yarımoxların uzunluqları fərqi azaldılmış olur. Mövcud konstruksiyalarda silindrik ötürmənin dişli çarxları düz (Ford Fiesta), çəp (Fiat Uno) və şevron (Honda) dişli hazırlanırlar.




  1. Baş ötürücünün vəzifəsi nədir?

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə