Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Şək.1. Yumruqlu kardan oynaqları



Yüklə 5,14 Mb.
səhifə50/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Şək.1. Yumruqlu kardan oynaqları:


aparan çəngəl 1, yumruqlar 2 və 4, disk 3, aparılan çəngəl 5

Şək.2. Bölüşdürücü kanalları olan kürəcikli kardan oynaqları:


val 1 və 4, çəngəl 2 və 3, çəngəllərin kanalları 5, kürəciklər 6, mərkəzləşdirici kürəcik 7.

Yoxlama sualları





  1. Kardan ötürməsinin vəzifəsi nədir?

  2. Kardan ötürməsinə hansı tələblər qoyulur?

  3. Kardan ötürməsinin hansı hissələri var?

  4. Şlis birləşmələrindən nə üçün istifadə edilir?

MÜHAZİRƏ 15.


Baş ötürücü

Baş ötürücülərin vəzifəsi sürətlər qutusundan (paylayıcı qutudan) aldığı burucu momenti artıraraq, oxları avtomobilin uzununa oxu ilə 90° bucaq təşkil edən təkərlərə ötürməkdir.


Baş ötürücülərin konstruksiyalarına aşağıdakı tələblər qoyulur:

  1. Kiçik həcmi ölçülərə və kütləyə malik olmaqla, lazımi ötürmə ədədini və ya ötürmə ədədlərini (iki pilləli baş ötürücülərdə) təmin etməli (işıqlılıq məsafəsi kifayət qədər olmaqla),

  2. Həm yüksək f.i.ə.-nı, həm də temperatur və dövrlər sayının dəyişməsi şəraitində f.i.ə.- nın sabitliyini təmin etməli,

  3. Gövdəsi, valları və dayaqları yüksək sərtliyə malik olmalı,

  4. Səslərin səviyyəsi aşağı olmalıdır.

Baş ötürücülər aşağıdakı əlamətlərinə görə siniflərə bölünürlər:

  1. Dişli çarxların növlərinə görə:

  • konik dişli çarxlı: oxları kəsişən (düz, spiralvarı və ya dairəvi dişli) və hipoid (aşağı və yuxarı yerdəyişməli),

  • silindrik dişli çarxlı (düz, çəp və şevron dişli),

  • sonsuz vintli (aşağı və yuxarı sonsuz vintli),

  • kombinəedilmiş (qarışıq) dişli çarxlı.

  1. İlişmədə olan dişli çarx cütlərinin sayına görə:

  • birqat (bir cüt dişli çarx),

  • ikiqat (bir cüt konik və bir cüt silindrik dişli çarxlar),

  • hər iki cüt dişli çarxlar arxa körpünün reduktorunda yerləşir (mərkəzi reduktorlu baş ötürücülər),

  • bir cüt konik dişli çarxlar aparan körpünün reduktorunda, planetar ötürmə isə təkərlərdə yerləşir (təkər və bort reduktorlu baş ötürücülər).

  1. Baş ötürücülərin pillələrinin sayına görə:

  • bir pilləli,

  • iki pilləli.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə