Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə47/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Şək. 7.


Sıxıcı diski aparılan diskə sıxılmış vəziyyətdə saxlamaq üçün sıxıcı yaylardan istifadə edilir. Orta aparan disk ilə (aparılan disk) sürtünmə səthləri arasında lazımi araboşluğunu  təmin etmək üçün sıxıcı yaylardan istifadə edilir.


İlişmə muftası ayrıldığı anda aparan disk yayın təsirindən bolta söykənənə qədər geri itələnir və lazımi araboşluğu təmin olunur.
Yayları çevrə boyunca yerləşmiş ilişmə muftalarında sıxıcı yayların sayı friksion örtüyün tipindən asılı olaraq 6...28 intervalında dəyişir.
İlişmə muftasının intiqalının vəzifəsi pedaldan və ötürücü lingdən istifadə etməklə mexanizmin (muftanın) aparan val ilə aparılan valın ilişməsini və ya ayrılmasını təmin etməkdir.
Böyük yükgötürmə qabiliyyətli avtomobillərin ilişmə muftalarının idarəetmə mexanizmlərində pnevmatik gücləndiricilərdən istifadə edilir.

Yoxlama sualları


  1. Minik avtomobillərinin müxtəlif komponovkalarının müqayisəsi.

  2. Yük avtomobillərinin müxtəlif komponovkalarının müqayisəsi.

  3. Avtomobil şassisi nələrdən ibarətdir?

  4. Avtomobil transmissiyasının elementləri hansılardır?

  5. Transmissiyanın vəzifəsi nədir?

  6. Yüksək keçid qabiliyyətli avtomobillərin xüsusiyyətləri.

  7. İlişmə muftasının vəzifəsi nədir və onun hansı növləri var?

  8. İlişmə muftasının hansı hissələri var?

MÜHAZİRƏ 13.


Sürətlər qutusu paylayıcı qutu

Sürətlər qutusunun vəzifəsi avtomobilin aparan təkərlərində yaranan tam dartıcı qüvvəni və buna uyğun olaraq hərəkət sürətini dəyişmək (ötürmə ədədini artırıb-azaltmaq yolu ilə), onun geriyə hərəkətini təmin etmək, mühərriki transmissiyadan uzun müddət (mühərrik işə salınan zaman, avtomobil dayanarkən və ya öz ətaləti hesabına hərəkət edərkən) ayırmaqdır.


Əsas elementləri: gövdə, aparan val, aparılan val, aralıq val, pillələrin dişli çarxları, pillələrin sinxronizatorları, intiqal, idarəetmə sistemi.
Sinifləri:

  1. Ötürmə ədədinin dəyişdirilməsi xüsusiyyətinə görə:

a) pilləli, b) pilləsiz, c) kombinə edilmiş (hidromexaniki, elektromexaniki, elektromaqnit).

  1. Sürətlər qutusunun aparan və aparılan valları arasındakı əlaqənin xüsusiyyətinə görə:

a) mexaniki, b) hidravliki, c) elektrik, d) kombinə edilmiş.

  1. İdarə edilmə xüsusiyyətinə görə:

a) qeyri-avtomatik, b) avtomatik.

  1. Kinematik əlaqənin xüsusiyyətinə görə:

a) oxları tərpənməz vallı (ikivallı, üçvallı və çox vallı), b) planetar (bir planetar sıralı, iki planetar sıralı və çox planetar sıralı).

  1. Pillələrin dəyişdirilməsi xüsusiyyətlərinə görə:

  1. ötürülən güc axınının qırılması şərti ilə pillələri dəyişdirilən (hərəkət edən dişli çarx, dişli mufta və sinxronizator vasitəsilə pillələrin dəyişdirilməsi),

  2. ötürülən güc axını qırılmadan pillələri dəyişdirilən (sürtünmə (friksion) muftanın köməyi ilə, planetar sıranın tormozlanması vasitəsilə).

  1. Dişli çarxların növlərinə görə:

a) düz dişli çarxlı, b) çəp dişli çarxlı, c) şevron dişli çarxlı, d) qarışıq tipli dişli çarxlı.

  1. Ötürmə ədədlərinin diapazonları və pillələrin sayına görə:

  1. bir diapazonlu (üç, dörd, beş, altı, yeddi pilləli),

  2. iki diapazonlu.

  1. Pilləsiz sürətlər qutusunun konstruksiyalarına görə:

a) mexaniki (friksion və s.), b) hidravliki (hidrodinamiki, hidrostatiki), c) elektrik, d) kombinə edilmiş (hidromexaniki, elektromexaniki).
Sürətlər qutusuna aşağıdakı tələblər qoyulur:

  1. Mühərrikin verilmiş xarici sürət xarakteristikasında avtomobilin optimal dartıcı və yanacaq qənaətliliyi xüsusiyyətlərini təmin etməli.

  2. Pillələrin dəyişdirilməsi mümkün qədər asan olmalı, böyük fiziki qüvvə tələb etməməli, pillələrin, imkan daxilində, güc axını qırılmadan dəyişdirilməsini təmin etməli.

  3. Sürətlər qutusu işləyən zaman və pillələr dəyişdirilərkən səssizliyi təmin etməli.

  4. Mühərriki uzun müddət transmissiyadan ayırmaq üçün neytral gedişə malik olmalı və avtomobilin arxaya hərəkətini təmin etməli.

  5. Etibarlı işləməli, yeyilməyə qarşı davamlı və f.i.ə. yüksək olmalı.

  6. Əlavə avadanlıqları hərəkətə gətirmək üçün güc ayıran quruluşa malik olmalıdır.


Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə