Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə49/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   45   46   47   48   49   50   51   52   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Yoxlama sualları


  1. Sürətlər qutusunun vəzifəsi nədir?

  2. Sürətlər qutusunun hansı sinifləri var?

  3. Sürətlər qutusunun hansı növləri var?

  4. Sürətlər qutusunun hansı hissələri var?

  5. Sürətlər qutusuna hansı tələblər qoyulur?

  6. Təsir prinsipinə görə sürətlər qutusunun hansı idarəetmə mexanizmləri var?

  7. Pilləli və pilləsiz mexaniki sürətlər qutusunun müqayisəsi.

MÜHAZİRƏ 14.


Kardan ötürməsi

Kardan ötürməsinin vəzifəsi oxları bir xətt boyunca yerləşməyən və ya oxlarının vəziyyəti qarşılıqlı dəyişən iki mexanizm arasında burucu momenti ötürməkdir. Çox hallarda kardan ötürməsi sürətlər qutusunun aparılan valını baş ötürücünün və paylayıcı qutunun aparan valları və ya paylayıcı qutunun aparılan valını baş ötürücünün aparan valı ilə birləşdirir. Kardan ötürməsindən eyni zamanda aparan və idarə olunan, asılı olmayan asqılı aparan körpülərə və avtomobilin bir sıra mexanizmlərinə (bucurqad, əlavə avadanlıq və s.). burucu momenti ötürmək üçün istifadə olunur. Kardan ötürməsi ümumi halda kardan oynaqlarından, kardan vallarından və aralıq dayaqlardan ibarətdir.


Kardan ötürməsinin konstruksiyasına aşağıdakı tələblər qoyulur:

  1. Burucu momenti transmissiyada əlavə yük yaratmadan ötürməli.

  2. F.İ.Ə. yüksək olmalı.

  3. Burucu momenti böyük bucaq altında ötürməli.

  4. Kütləsi kiçik olmalı.

  5. Titrəyişsiz və səssiz işləməli, rezonans hadisəsini aradan qaldırmalıdır (istismar şəraitinin bütün dəyişmə diapazonunda).

Kardan oynaqları aşağıdakı əlamətlərinə görə siniflərə bölünürlər:

  1. Kinematik xüsusiyyətlərinə görə:

a) bərabər bucaq sürətli, b) qeyri-bərabər bucaq sürətli.

  1. Konstruktiv xüsusiyyətlərinə görə:

  1. tam kardan oynaqları (burucu momenti

30...40
bucaq altında ötürürlər). Onlar sadə və

universal olurlar. Universal kardan oynaqlarının özləri oxboyu yerdəyişməyə imkan yaradırlar (əlavə teleskopik birləşməyə ehtiyac olmadan),

  1. yarımkardanlar. Bu kardan oynaqları sərt və elastiki olurlar. Elastiki kardan oynaqları

burucu momenti
8...12
bucaq altında etibarlı ötürürlər. sərt yarımkardanlar quraşdırılarkən

yüksək dəqiqlik tələb edirlər.
Bərabər bucaq sürətli kardan oynaqları konstruktiv xüsusiyyətlərinə görə aşağıdakı siniflərə bölünürlər:

  1. qoşalaşmış sadə kardan oynaqları,

  2. yumuruqlu kardan oynaqları,

  3. diskli-kürəcikli kardan oynaqları,

  4. kürəcikli kardan oynaqları.

Oynaqların yağlanması onların sökülüb-yığılması zamanı iynəli yastıqlar yerləşən stəkanlara yağlama materiallarının doldurulması yolu ilə həyata keçirilir. Belə oynaqlarda yağdan və klapan nəzərdə tutulmur. Kardan oynağının etibarlılığı ilk növbədə iynəli yastıqların etibarlılığı və onların yürüş ehtiyatları ilə müəyyən olunur.
Müasir avtomobillərdə tətbiq olunan iynəli yastıqlara malik qeyri-bərabər bucaq sürətli kardan oynaqları göstərilən tələbləri yalnız aşağıdakı şərtlər daxilində ödəyə bilərlər:

  • səmərəli konstruksiyanın yaradılması,

  • istehsal texnologiyasına ciddi əməl olunması, iynəli yastıqların etibarlı yağlanması.

Kardan oynağının f.i.ə. birləşdirilən vallar arasındakı bucaqdan  asılıdır.  bucağının
artması ilə f.i.ə. sürətlə azalır. Kardan oynağının xaçı dəqiq mərkəzləşdirilməlidir. Bu, yastıqların stəkanlarının 1 məhdudlaşdırıcı üzüklərinin 2 köməyi ilə əldə edilir (şək.7). yağlayıcı mayenin qovşaqda uzun müddət qalması kipləşdirici vasitəsi ilə təmin edilir.
Kardan valları fırlanma hərəkəti etdiyindən oxboyu yerdəyişməsi 1÷3 mm intervalında dəyişir. Buna görə daimi kinematik əlaqəni təmin etmək üçün şlis birləşmələrindən istifadə edilir.





Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə