Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Sürətlər qutusunun idarəetmə mexanizmi



Yüklə 5,14 Mb.
səhifə48/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Sürətlər qutusunun idarəetmə mexanizmi. Təsir prinsipinə görə mexaniki, hidravliki, pnevmatik və elektrik tipli idarəetmə mexanizmləri mövcuddur. Pillələrin dərə edilməsi həm seçmə, həm də pillələrin ardıcıl dəyişdirilməsi yolu ilə həyata keçirilə bilər. Birinci halda istənilən pillədən digər pilləyə keçmək mümkün olduğu halda, ikinci üsulda aşağı pillədən yuxarı pilləyə və əksinə yalnız ardıcıl olaraq keçmək mümkündür.
İdarəetmə üsuluna görə sürətlər qutusu iki cür olur: qeyri-avtomatik və avtomatik. Qeyri- avtomatik sürətlər qutusunun pillələrinin dəyişdirilməsi avtomobili idarə edən tərəfindən yerinə yetirilir. Avtomatik sürətlər qutusunda isə pillələrin dəyişdirilməsi avtomatik yerinə yetirilir.
Pilləli sürətlər qutusunun avtomatik idarə olunması avtomobilin yanacaq qənaətliliyini və dinamiki xüsusiyyətini yaxşılaşdırır.
Pillələrin dəyişdirilmə anı iki parametrlə xarakterizə olunur: mühərrikin yüklənmə rejimi və avtomobilin hərəkət sürəti. Avtomatlaşdırılmış idarəetmə sistemi, bir qayda olaraq hidromexaniki ötürmələrdə istifadə olunur.
Hazırda pilləli sürətlər qutusunda sinxronizatorlarla yanaşı dişli muftalardan da istifadə olunur. Bunun yeganə səbəbi nisbətən sadə konstruksiya yaratmaq, transmissiyanın uzunluğunu və kütləsini azaltmaqdır.


Şək.1. MAЗ-5335 avtomobilinin beşpilləli sürətlər qutusu:


aparan val 1, dördüncü və beşinci pillələrin sinxronizatoru 2, ikinci və üçüncü pillələrin sinxronizatoru 3, aparılan val 4, aralıq valı 5, gücayıran dişli çarx 6, yağ nasosu 7.
Mexaniki sürətlər qutusu. Mexaniki sürətlər qutusu iki cür olur: pilləsiz və pilləli.
Pilləsiz mexaniki sürətlər qutusu. Bu tip sürətlər qutusuna pazşəkilli qayış ötürmələri, torşəkilli transformatorlar və s. daxildir. Bunlardan pazşəkilli qayış ötürməli təcrübi əhəmiyyət kəsb edir (şək.2). Qayış ötürməsi sadə və etibarlı konstruksiyaya və avtomatik nizamlama quruluşuna malik olsa da ölçüləri böyük, ötürdüyü burucu moment (çeviricilik xüsusiyyəti pisdir) və qüvvə ötürmə ədədinin diapazonu kiçikdir. Bu tip sürətlər qutusu kiçik sinifli minik avtomobillərində tətbiq olunur.
Pilləli sürətlər qutusu. Bu sürətlər qutusu konstruksiya cəhətdən sadə olub yüksək f.i.ə.-na malikdirlər (0.96...0.98), istehsalı ucuz başa gəlir. Ona görə də belə sürətlər qutusundan bütün sinifdən olan avtomobillərdə istifadə olunur.
Pillələrin dəyişdirilməsini asanlaşdırmaq üçün ötürmə ədədlərinin dəyişmə diapazonunu və
pillələrin sayını azaltmaq lazımdır. Digər tərəfdən isə avtomobilin optimal dartıcı və yanacaq qənaətliliyi xüsusiyyətlərini təmin etmək üçün bu diapazonu artırmaq lazımdır. Diapazon

dedikdə aşağı u


aq1
və yuxarı u


aqy
pillələrin ötürmə ədədlərinin nisbəti başa düşülür u


sq1
usqy .

Deməli, pillələrin sayının və ötürmə ədədləri diapazonunun seçilməsinə yalnız idarəetməni asanlaşdırmaq baxımından deyil, eyni zamanda optimal dartıcı və yanacaq qənaətliliyi

xüsusiyyətlərinin təmin edilməsi nöqteyi-nəzərindən də yanaşmaq lazımdır. Bu tələblər nəzərə alınmaqla, müasir avtomobillərdə ötürmə ədədinin dəyişmə diapazonu aşağıdakı hədlərdə seçilir:
minik avtomobilləri 3.0...4.5
avtobus və ümumi təyinatlı yük avtomobilləri 5.0...8.0 qoşqular və yüksək keçicilikli avtomobillər 10.0...20.0.

Şək.2. Pazvarı qayış ötürməsi:


B – nizamlayıcı quruluşun boşluğu, aparan qasnağın hərəkətsiz yarımhissəsi 1, aparan qasnağın hərəkətli yarımhissəsi 2, mərkəzdənqaçma mexanizminin yükcüyünün fırlanma oxu 3, mərkəzdənqaçma mexanizmi 4, kipləşdirici 5, nizamlayıcı quruluşun gövdəsi 6, tutqac 7,
kompensasiyaedici yay 8, pazvarı qayış 9.

Hazırda minik avtomobilləri üçün 3, 4, 5, 6, 7 və 8 pilləli sürətlər qutusundan istifadə edilir. Böyük yükgötürmə qabiliyyətli və yüksək keçicilikli avtomobillərdə 6...16 pilləli sürətlər qutusu tətbiq edilir. Pillələrin sayının artması onların idarə olunmasını çətinləşdirir. Pillələrin sayı çox olduqda idarəetmə mexanizmini mürəkkəbləşdirmək və ya öz idarəetmə mexanizmi olan əlavə qutunun qoyulması lüzumu meydana çıxır.


Pillələrin dəyişdirilməsi zamanı tələb olunan fiziki qüvvəni azaltmaq, zərbəsiz birləşməni təmin etmə üçün dişli muftalar və sinxronizatorlardan istifadə edilir. Sürətlər qutusunun idarəetmə mexanizmində sinxronizatorlardan istifadə edilməsi avtomobilin idarə olunmasını yüngülləşdirir, dəyişdirilən pillənin elementlərinin ömüruzunluğunun artmasına imkan yaradır.
Quruluşu: bloklayıcı konus üzük, mufta, yay, surar, top, topdakı uzununa pazlar.
Avtomobilin hərəkəti zamanı pillələrin özbaşına qoşulmasının qarşısını almaq üçün fiksatorlardan istifadə edilir. Fiksator sürüngəclərə qarşı qapaqda açılmış kanalda yerləşdirilən diyircək və yaylardan ibarətdir. Sürüngəclər izləyici pillədə və ya neytral vəziyyətdə fiksator diyircəyinə əks yerləşən yuvalara malikdirlər. Yayın təsirindən onu verilən vəziyyətdə bərkidən fiksatorun diyircəyi sürüngəcin yuvasına daxil olur. Sürüngəcin yerini dəyişmək üçün diyircəyi sürüngəcin yuvasından çıxarmaq üçün müəyyən qədər qüvvə tələb olunur.

Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə