Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan



Yüklə 5,14 Mb.
səhifə56/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   52   53   54   55   56   57   58   59   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Yoxlama sualları


  1. Sükan idarəetmə sisteminin vəzifəsi nədir?

  2. Sükan idarəetmə sisteminin hansı sinifləri var?

  3. Sükan idarəetmə sisteminə hansı tələblər qoyulur?

  4. Təsir prinsipinə görə sükan idarəsinin növləri hansılardır?

  5. Sükan mexanizminin vəzifəsi nədir və o hansı hissələrdən ibarətdir?

  6. Sükan intiqalının vəzifəsi nədir?

  7. Dirsək-vintli sükan mexanizminin hissələri hansılardır?

  8. Sükan trapesinin vəzifəsi və növləri.

MÜHAZİRƏ 18-19.


Tormoz idarəetmə sistemi.

Tormoz ötürmələri. Vakuum və pnevmatik gücləndiricilər


Tormoz sistemlərinin vəzifəsi hərəkət edən avtomobilin sürətini azaltmaq, onu dayandırmaq və dayanmış avtomobili yerində saxlamaqdır. Avtomobillərin aktiv təhlükəsizliyinin təmin olunmasında tormoz sisteminin birinci dərəcəli əhəmiyyəti olduğu üçün ona qoyulan tələblər də çox yüksək olur.


Standart və qaydalara görə avtomobillər dörd tormoz sistemləri ilə təchiz edilirlər:

  1. İşçi tormoz sistemi. İstənilən şəraitdə avtomobilin sürətini azaltmaq və ya dayandırmağa xidmət edir. O, eyni vaxtda bütün tormoz mexanizmlərinə təsir göstərməklə, tormoz momentinin körpülər arasında optimal paylanmasını təmin etməlidir. Sürücü işçi tormoz sistemindən avtomobilin istənilən hərəkəti şəraitində istifadə etdiyi üçün, onun pedalla idarə olunması nəzərdə tutulur.

  2. Ehtiyat tormoz sistemi. İşçi tormoz sistemi sıradan çıxdıqda avtomobili tormozlamağa xidmət edir. Avtonom ehtiyat tormoz sisteminin tətbiqi zəruri deyil, çünki çox vaxt onun funksiyalarını işçi tormoz sisteminin konturlarından biri və ya əl tormozu sistemi yerinə yetirə bilər.

  3. Əl tormozu sistemi. Avtomobili hərəkətsiz vəziyyətdə etibarlı və vaxt məhdudiyyəti olmadan yerində saxlamağa xidmət edir. Əl tormozu sistemini idarə etmək üçün istənilən ötürücü mexanizmdən istifadə etmək olar. Lakin hidravliki və pnevmatik ötürmələrdən istifadə olunduqda, sistemdən işçi cismin sızması labüd olduğu üçün, əl tormozu sistemini mexaniki ötürmə vasitəsilə idarə etmək lazımdır.

  4. Köməkçi tormoz sistemi. Uzun sürən enişlərdə avtomobili fasiləsiz tormozlamaq üçün nəzərdə tutulur. Bu sistemin tam kütləsi 5 t-dan çox olan avtobuslarda və 12 t-dan çox olan yük avtomobillərində quraşdırılması məcburidir.

Yuxarıda sadalanan tormoz sistemlərinin hər biri bir və ya bir neçə tormoz mexanizmi və tormoz ötürməsindən ibarətdir. Tormoz mexanizmləri (TM) aşağıdakı əlamətlərinə görə siniflərə bölünürlər:

  1. Tormoz qüvvəsinin yaradılması üsuluna görə: friksion, hidravliki, elektrik.

  2. Friksion TM-nin yerləşmə yerinə görə: təkərdə yerləşən, transmissiyada yerləşən.

  3. Friksion TM-nin sürtünmə səthlərinin formasına görə: diskli, barabanlı.

  4. Barabanlı TM-nin işçi elementinin formasına görə: qəlibli, lentli.

  5. Tormoz ötürməsinin (TÖ) növünə görə: mexaniki, hidravliki, pnevmatik, elektrik, kombinə edilmiş.

Tormoz sistemlərinə qoyulan tələblər aşağıdakılardır:

  1. Avtomobillər və avtoqatarların tormoz sistemləri yüksək səmərəliliyə malik olmalıdırlar.

  2. Tormoz sisteminin sınağının növlərindən (0, I, II), avtomobillərin kateqoriyalarından (M1, M2, M3 — minik avtomobilləri üçün, N1, N2, N3 — yük avtomobilləri üçün) asılı olaraq minimum tormoz yolu və maksimum yavaşıma təcilini təmin etməlidir.

  3. Hər bir tormoz mexanizminin yaratdığı moment əyrisinin sinxron artması və azalması təmin olunmalıdır.

  4. Tormozlama zamanı avtomobilin dəyanətliliyini təmin etməlidir (dəyanətliliyin meyarı kimi hərəkət istiqamətindən xətti və bucaq meyllənmələri, avtoqatarın bəndlərinin bir-birinə nəzərən qatlanma bucağı qəbul edilir).

  5. Bir neçə dəfə ardıcıl tormozlanma zamanı avtomobilin tormozlama xüsusiyyətləri sabit olmalıdır (sürtünmə cütündə yaranan istiliyin ətraf mühitə ötürülməsi yaxşı olmalı, sürtünmə əmsalının qiyməti temperatur və xüsusi təzyiqin dəyişməsindən az asılı olmalıdır).

  6. Tormoz ötürməsinin işədüşmə vaxtı minimum olmalıdır.

  7. Tormoz ötürməsi izləyici xüsusiyyətə malik olmalı, yəni tormoz pedalına təsir edən qüvvə ilə tormoz mexanizminin yaratdığı moment arasında mütənasiblik təmin olunmalıdır.

  8. Sürtünmə cütü nəmlik və çirklənmədən daim mühafizə olunmalıdır.

  9. Tormoz sistemlərinin idarə olunması üçün minimum iş sərf edilməli, yəni avtomobillərin təyinatından asılı olaraq, tormoz pedalına təsir edən qüvvə 500...700 N (aşağı hədd minik avtomobilləri üçündür), pedalın gedişi 80...180 mm hədlərində olmalıdır.

  10. İybilmə və eşitmə üzvlərinə təsir xüsusiyyətlərinə malik olmalıdır.

  11. Tormoz sisteminin bütün elementləri yüksək etibarlılığa malik olmalı, əsas elementlər (tormoz pedalı və onun bərkidilməsi, baş tormoz silindri, tormoz kranı və s.) zəmanət möhkəmliyini təmin etməklə, işləmə qabiliyyəti müddətində sıradan çıxmamalı, tormoz sistemində baş verən nasazlıqlar barədə sürücüyə siqnallar verməlidir.

  12. Ümumi tələblərə cavab verməlidir.




Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə