Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan


Oxlararası diferensiallar



Yüklə 5,14 Mb.
səhifə53/70
tarix22.02.2023
ölçüsü5,14 Mb.
#101215
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   70
DAXİLİ YANMA MUHERİKİ

Oxlararası diferensiallar. Bu diferensiallar onlara ötürülən burucu momenti aparan körpülər arasında ilişmə kütlələrinə uyğun paylayırlar. Oxlararası diferensialların tətbiqi nəticəsində çox aparan oxlu avtomobillərin transmissiyalarında dövranı gücün aradan qaldırılmasına imkan yaranır. Bunun nəticəsində çoxoxlu avtomobillərin transmissiyalarının elementlərinin yüklənmə həddi sürətlə azalır. Bu diferensialların ən geniş yayılmış növləri simmetrik konik və silindrik diferensiallardır.
Simmetrik konik diferensiallar. Belə diferensialları çox hallarda sadə diferensiallar adlandırırlar. Onlar həm minik, həm də yük avtomobillərində oxlararası, çox hallarda isə təkərlərarası diferensiallar qismində tətbiq edilirlər.
Diferensial mexanizmi gövdə, satellitlər və onların oxları, xaç və yarımoxların dişli çarxlarından ibarətdir. Minik avtomobillərində satellitlərin sayı iki, yük avtomobilləri və avtobuslarda isə dörd olur. Nadir hallarda üç satellitli diferensial konstruksiyalarına da təsadüf olunur. İki satellitli 2 (şək.1a) diferensial sökülməyən gövdəyə 1 malik olduğu üçün yüksək sərtliyi təmin edir. Diferensialı yığmaq üçün gövdədə pəncərələr nəzərdə tutulur. Dörd satellitli diferensial (şək.1b) sökülə bilən gövdəyə malikdir.
Sadə konik diferensialların aşağıdakı üstünlükləri var:

  • aparan təkərlərə təsir edən uzununa toxunan reaksiya qüvvələrinin bərabərliyi təmin edildiyi üçün, sürüşkən yollarda hərəkət edərkən və mühərriklə tormozlama zamanı avtomobillərin dəyanətli hərəkət etmələri imkanı,

bilər.

  • sadə quruluşa, kiçik kütlə və həcmi ölçülərə, yüksək etibarlılıq və f.i.ə-na malik olmaları. Avtomobillərin keçiciliklərinin məhdud olması belə diferensialların mənfi cəhəti sayıla


Şək. 1. Simmetrik konik diferensiallar: gövdə 1, satellit 2, yarımoxun dişli çarxı 3, araqatı 4.


Simmetrik silindrik diferensiallar. Belə diferensialın bir nümunəsi şək.6-da verilir. Konstruksiyası mürəkkəb olduğu üçün, əsasən təkərlərarası diferensial qismində nadir hallarda tətbiq olunurlar. Burucu moment aparan valdan diferensialın gövdəsinə 1, oradan isə bir-biri ilə qoşa şəkildə əlaqəli satellitlər 2 vasitəsi ilə 6 və 7 silindrik dişli çarxlara ötürülür. Bu dişli çarxlar içiboş hazırlanmaqla baş ötürücülərin konik dişli çarxları 3 və 4 ilə əlaqədədirlər. Onların içərisindən keçən val 5 sonrakı aparan körpüyə burucu momenti ötürməyə xidmət edir.

Şək. 2. Diferensial mexanizm.



Yüklə 5,14 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə